Mən nifrətlə aynadakı əksimə baxıram. Saçlarım niyə dağınıqdır biz kimi durur



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə19/160
tarix26.09.2017
ölçüsü3,64 Mb.
#2249
1   ...   15   16   17   18   19   20   21   22   ...   160

 

 

 



63 

www.vivo-book.com 

 

qütbük,  ayrı-ayrı  dünyaların  varlıqları.  Mən  Ġkar  kimi  GünəĢə  çox 



yaxınlaĢmıĢ, nəticədə qanadlarımı yandırıb yerə enmiĢəm. Qreyin sözlərində 

məna  var.  O,  mənə  yaraĢmır.  O  məhz  bunu  nəzərdə  tuturdu  və  indi  onun 

imtinasını anlamaq asandır … demək olar ki. 

– Əla, Keyt, – güclə deyirəm. – Gedim iĢimlə məĢğul olum. 

―Hələlik onun haqqında düĢünməyəcəyəm,‖ – deyə özümü dilə tutur 

və dəftəri açaraq mütaliəyə baĢlayıram. 

Yataqda  mürgüləməyə  çalıĢıram  və  fikrən  əcaib-qəraib  səhərə 

qayıtmağa çalıĢıram. Onun sözlərini xatırlayıram: ―Mənim sevgilim yoxdur 

və  ola  bilməz‖  və  özüm  özümə  əsəbiləĢirəm  ki,  onun  qolları  arasında 

olarkən bu sözləri nəzərə almamıĢam. Axı o demiĢdi ki, ona qız lazım deyil. 

O biri böyrü üstə çevrilirəm. Beynimə müxtəlif fikirlər girir: bəlkə o, 

bakirliyini qoruyur? Gözlərimi qapayır və mürgüləməyə çalıĢıram. Bəlkə, o 

özünü  qoruyur?  ―Səninçün  deyil‖,  –  yuxulu  təhtəlĢüurum  sonuncu  dəfə 

mənə lağ edir, yuxulardan qurtulmağa çalıĢaraq. 

Yuxuda  boz  gözləri,  südlü  köpüklü  qəhvə  görürəm  və  yenidən 

ĢimĢəklərin iĢıqlandırdığı qaranlıq otaqlarda qaçıĢıram və bilmirəm, kimdən 

kimə doğru qaçıram… 

 

*** 



 

Qələmi yerə qoyuram. Vəssalam. Sonuncu imtahan da verildi. ÇeĢir 

piĢiyinin

1

  təbəssümü  üzümdə  dolaĢır.  Yəqin  ki,  bütün  həftə  boyu  ilk  dəfə 



gülümsəyirəm. Bu gün cümədir və bu gün möhtəĢəm axĢam Ģənliyi olacaq. 

Ola bilsin ki, əyyaĢlıq etdim: həyatımda ilk dəfə olaraq. 

Zalı  nəzərdən  keçirib  Keytə  baxıram.  Sona  beĢ  dəqiqə  qalmıĢ  o, 

çılğınca  hələ  nəsə  yazır.  Vəssalam,  təhsil  bitdi.  Bir  daha  imtahanlarda 

                                    

1

 Lyuis Kerrollun “Alisə möcüzələr ölkəsində” əsərindəki personaj, daim 



gülümsəyən pişik (

tərc.





 

 

 



64 

www.vivo-book.com 

 

oturmayacağam. Fikrən baĢım üstündən tullanıb fırlanıram… Keyt  yazısını 



bitirir və qələmi əlindən buraxır. BaxıĢlarımız toqquĢur və onun üzündə də 

ÇeĢir piĢiyinin təbəssümünü görürəm. 

Biz  evə  onun  ―Мersedes‖ində  qayıdırıq  və  yenicə  bitmiĢ  imtahanı 

müzakirə  etməyə  heç  bir  istəyimiz  yoxdur.  Keyti  daha  çox  bu  axĢam  bara 

gedərkən  nə  geyinəcəyi  maraqlandırır,  mənsə  açarı  tapmaqçün  çantamı 

eĢələyirəm. 

–  Ana,  burda  sənə  bağlama  var.  –  Keyt  giriĢ  qapısının  ağzındakı 

pillədə durub, əlində çəhrayı kağıza bükülü qutu var. Qəribədir, son vaxtlar 

mən ―Amazon‖dan heç nə sifariĢ etməmiĢəm. Keyt bağlamanı mənə verir və 

giriĢ qapısını açmaq üçün açarı məndən alır. Bağlama miss AnasteyĢa Stilə 

ünvanlanıb.  Üstündə  nə  göndərənin  ünvanı,  nə  də  adı  var.  Yəqin,  ya 

anamdan, ya da Reydəndir. 

– Valideynlər göndərib … 

– Tez aç görək! – Keyt yüksək əhvali-ruhiyyə ilə mətbəxə yollanır, 

məxsusi olaraq bu gün üçün saxlanılmıĢ Ģampan Ģərabını götürmək üçün. 

Mən  bağlamanı  açıram  və  içində  dəri  üzlüklü  qutu  görürəm,  onun 

içində  üç,  görünüĢcə  yeni,  amma  köhnə,  parça  ilə  cildlənmiĢ  kitab  və  bir 

parça qalın karton var. Üstündə kalliqrafik xətlə qeyd: 

―Niyə demədin ki, mən kiĢilərdən ehtiyatlanmalıyam? 

Niyə məni xəbərdar etmədin? 

Varlı  qadınlar  bilirlər  ki,  nədən  ehtiyatlanmalıdırlar,  çünki  bu 

hoqqalar haqda romanlar oxuyurlar…‖. 

Bu, ―Tess‖dən götürülmüĢ sitatdır.  

Ġnanılmaz təsadüf: imtahanda düz üç saat Tomas Hardinin romanları 

haqda esse yazmıĢam. Bəlkə bu, heç də təsadüf deyil… bəlkə bu, bilərəkdən 

edilib.  Diqqətlə  kitablara  göz  gəzdirirəm:  ―d`Erbervillər  nəslindən  olan 

Tess‖in üç cildi. Titul səhifəsində qədim-qaim Ģriftlə yazılıb: 

London. Jek R. Osqud, Makilveyn və Ko, 1891. 

Bax  a!  Ġlk  nəĢr.  Yəqin  bu,  çox  bahalı  Ģeydir  və  mən  o  dəqiqə 

bağlamanı göndərənin kim olduğunu anlayıram. 




 

 

 



65 

www.vivo-book.com 

 

Keyt arxamda duraraq kitablara baxır. Sonra kartı götürür. 



– Ġlk nəĢr, – deyə pıçıldayıram. 

–  Ġnanılmazdır!  –  Keyt  heyrətdən  geniĢ  açılmıĢ  gözləri  ilə  mənə 

baxır. – Qrey? 

BaĢımla təsdiqləyirəm. 

– BaĢqa kim ola bilər ki... 

– O nə kartdı elə? 

–  Heç  nə  anlamıram.  Məncə,  bildiriĢdir.  –  Keyt  eyham  vurur  ki, 

ondan uzaq durum. Hətta bilmirəm niyə. Guya onun qabağını kəsmiĢəm. 

– Əgər istəyirsənsə oxu, bu, bildiriĢdir, Ana, öz iĢindir, amma o, sənə 

açıq-aĢkar biganə deyil. 

Bütün  son  həftəni  mən  Kristian  Qrey  haqda  düĢünməyi  özümə 

qadağan  eləmiĢdim.  Di  yaxĢı,  etiraf  edim…  gecələr  yenə  də  boz  gözlər 

yuxuma  girir  və  onun  məni  ağuĢuna  alan  əllərini  və  ecazkar  qoxusunu 

unutmaq  üçün  əbədiyyət  gərəkdir.  Amma  bunu  mənə  niyə  göndərib?  Axı 

mən onun tayı deyiləm? 

– Nyu-Yorkda satıĢa çıxarılmıĢ ―Tess‖in ilk nəĢrini tapmıĢam. Onun 

üçün  on  dörd  min  dollar  istəyirlər.  Lakin  səndəki  nüsxə  daha  yaxĢı 

vəziyyətdədir.  Güman  edirəm  ki,  onun  dəyəri  daha  çoxdur.  –  Keyt  artıq 

məsləhətləĢib  öz  mehriban  dostu  ilə  –  Google-la.  –  Sitat:  ―Tessin  anasına 

müraciət  edərək  dediyi  sözlər.  Aleks  d'Erbervillin  onunla  nalayiq  hərəkət 

elədiyini etiraf etdikdən sonra. 

–  Xatırlayıram,  –  deyə  Keyt  düĢüncəli  halda  bildirir.  –  Amma  o, 

bununla nə demək istəyir? 

–  Bilmirəm  və  bilmək  də  istəmirəm.  Mən  belə  bir  hədiyyəni  qəbul 

edə  bilmərəm.  Bağlamanı  yenidən,  haradansa  kitabın  ortalarından  olan  elə 

bu anlaĢılmaz sitatla geri göndərmək lazımdır. 

– Enjel Kler hansı yerdə deyir bu cümləni: ―S..dirib əl çək məndən?‖ 

– deyə Keyt tam təmkinli halda soruĢur. 

 

– Hə, məhz bu. – Gülürəm. Keyt çətin anda dəstək verə bilir. 




Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə