Mən nifrətlə aynadakı əksimə baxıram. Saçlarım niyə dağınıqdır biz kimi durur



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə18/160
tarix26.09.2017
ölçüsü3,64 Mb.
#2249
1   ...   14   15   16   17   18   19   20   21   ...   160

 

 

 



60 

www.vivo-book.com 

 

pozulmuĢ  görünür,  üzündə  pəriĢan  ifadə  var,  əvvəlki  özünənəzarətdən  heç 



bir iz qalmayıb. 

– Hə, Kristian? 

Mən  titrək  barmaqlarıma  baxıram,  o,  kəlmə  kəsmir,  müraciətim 

cavabsız qalır. Tez-tələsik çıxıb getmək istəyirəm. YaralanmıĢ qüruru tikə-

tikə toplayıb yığmaq lazımdır və itirilmiĢ ruhi tarazlığı geri qaytarmaq... 

– Ġmtahanlardasa uğurlar, – deyə güclə nəhayət, səsini çıxarır. 

Nə? Buna görəmi onun bədbəxt görkəmi var? 

Bu  vidalaĢma  nə  üçündür?  Mənə  imtahanlarda  uğur  diləmək 

üçünmü? 

–  Çox  sağ  olun,  –  kinayəmi  gizlədə  bilmirəm.  –  Xudahafiz,  mister 

Qrey. 

Dabanlarımı qaldırıb çevrilirəm, qəribə olsa da və geriyə baxmıram, 



dördyoldan yeraltı qaraja doğru gedirəm. 

Beton  qarajın  soyuq  alatoranında,  zəif  iĢıqlanan  lüminset  iĢıqların 

altında, divara söykənir və əllərimlə baĢımı tuturam. Nə fikrə düĢmüĢdüm? 

Gözlərim qəfildən yaĢla dolur. Niyə ağlayıram? Mən göylərdən yerə enirəm, 

bu  cür  absurd  reaksiyaya  görə  özümə  hirslənərək,  əllərimlə  dizlərimi 

qucaqlayıram  və  yumaqlanmağa  çalıĢıram.  Bəlkə  kiçilsəm,  mənasız  ağrı 

azalacaq  deyə.  BaĢımı  dizimə  sarı  əyərək  göz  yaĢlarımı  saxlaya  bilməyib 

ağlayıram.  Nəyisə  itirdiyimə  ağlayıram,  məndə  olmayana.  Axmaqlıqdır. 

Olmayan  üçün  dərdə  düĢmək  səfehlikdir  –  kamına  çatmayan  arzular, 

dağılmıĢ istəklər, saxta gözləntilər. 

Mən  heç  vaxt  imtina  ilə  üzləĢməmiĢəm.  Hə…  əgər  məni  heç  vaxt 

basketbol  və  ya  voleybol  oynamağa  götürmədiklərini  nəzərə  almasaq.  Bu, 

məlum  məsələdir.  Qaçmaq  və  eyni  vaxtda  topu  vurmaq  məndə  çox  pis 

alınır. Ġdman  meydançasında mən istənilən komanda üçün artıq yükəm. 

Romantik  planda  mən  heç  nə  istəmirdim.  Mən  alıĢmıĢam  ki,  çox 

solğun simalı, yaraĢıqsız, arıq, yöndəmsizəm – çatıĢmazlıqlarımın siyahısını 

sonsuzluğa  qədər  artırmaq  olar.  Buna  görə  də  həmiĢə  mövcud 

pərəstiĢkarlarımı yola salmıĢam. Məsələn, kimya qrupundakı o oğlan kimi. 




 

 

 



61 

www.vivo-book.com 

 

Onların  hamısı  mənim  üçün  maraqsız  idi,  yalnız  Kristian,  lənətə  gəlmiĢ 



Qrey istisna olmaqla. Yəqin ki, mən Pol Kleyton və Xose Rodriges kimilərə 

qarĢı  daha  mehriban  olmalıydım,  hərgah  əminəm  ki,  onlardan  heç  biri 

mənim  kimi  yeraltı  qarajda  xəlvətcə  gözyaĢı  tökməyib.  Bəlkə  mən  yalnız 

ağlayıb içimi boĢaltmalıyam... 

―Bəsdir, dərhal dayan! – sanki təhtəlĢüurum üstümə qıĢqırır, əllərini 

böyrünə qoyaraq və hiddətlə ayaqlarını yerə vuraraq. – Otur maĢına və evə 

get,  imtahanlara  hazırlaĢ.  Onu  unut…  dərhal!  Bəsdir  burnunun  suyunu 

axıtdın‖. 

Dərindən  nəfəs  alır  və  ayağa  qalxıram.  Özünü  topla,  Stil.  MaĢına 

doğru  gedirəm  göz  yaĢlarımı  silə-silə.  Bəsdir  onu  düĢündüm.  Bundan 

gələcək üçün nəticə çıxarmaq və fikri imtahanlara toplamaq lazımdır. 

Keyt  noutbukla  masa  arxasında  oturub.  Məni  görcək  sevincli 

təbəssümü üzündən itir. 

– Ana, nə olub? 

Vəssalam…  bircə  sorğu-sual  çatıĢmırdı.  BaĢımı  yelləyirəm,  düz 

onun kimi, ondan əl çəkilməsini istəyərkən o belə edir, amma Keyt istəyimə 

kar və kor qalır. 

– Ağlamısan. – Sanki görünmür. – O alçaq sənə neyləyib? – deyə o 

bağırır və onun siması tam qorxu içindədir. 

–  Heç  nə,  Keyt.  Məsələ  onda  deyil.  –  Bu  fikirdən  əyri-əyri 

gülümsəyirəm. 

–  Onda  niyə  ağlamısan?  Sən  heç  vaxt  ağlamırsan.  –  Keyt  məni 

qucaqlayır, onun  yaĢıl gözləri  həyəcanla doludur. Nəsə demək lazımdır ki, 

məni rahat buraxsın. 

– Məni, az qala, velosiped vuracaqdı. – Bu, ağlıma gələn ilk Ģey olur, 

amma Keyt o dəqiqə Qreydən söz salır. 

–  Aman  Tanrım,  Ana!  Əzilmisən?  –  О,  məni  özündən  ayırır  və 

bədənimə baxmağa baĢlayır. 

– Yox, Kristian məni xilas etdi, – pıçıldayıram. – Mən qorxmuĢam. 

– Bu təbiidir! Bəs qəhvə? Axı sən onu xoĢlamırsan? 




 

 

 



62 

www.vivo-book.com 

 

– Mən çay içdim. Bir az söhbət elədik, amma sənə danıĢmalı heç nə 



yoxdur. Heç bilmədim məni niyə dəvət eləyib. 

– Onun xoĢuna gəlirsən, Ana. – Keyt əllərini yana salır. 

–  Artıq  xoĢuna  gəlmirəm.  Bir  daha  görüĢməyəcəyik.  –  Bunu  sakit 

ahənglə deməyə gücüm çatdı. 

– Hə? 

Lənət  Ģeytana!  Keytdə  maraq  oyanıb.  Mətbəxə  gedirəm  ki,  Keyt 



üzümü görə bilməsin. 

– Mənim kimilər ona tay deyil, – bacardığım qədər quru danıĢıram. 

– Hansı mənada? 

–  Di  bəsdir,  guya  özün  bilmirsən.  –  Çevrilirəm  və  Keytin  qapı 

ağzında durduğunu görürəm. 

– Yox, bilmirəm. 

– Keyt, o… – Çiyinlərimi çəkirəm. 

–  Ana,  sənə  nə  qədər  demək  olar?  Lap  uĢaq  kimisən!  –  deyə  o, 

sözümü kəsir. Yenə öz bildiyini edir. 

– Keyt, məni rahat burax. Mən imtahanlara hazırlaĢmalıyam, – deyə 

sözümü kəsirəm. 

O, üz-gözünü turĢudur. 

–  Müsahibəyə  baxmaq  istəyirsən?  Yazıb  tamamladım.  Xose  əla 

Ģəkillər çəkib. 

Mən bir daha valehedici Kristiana baxmaq istəyirəmmi, mən-dən u-

zaq dur, Qrey? 

– Əlbəttə, istəyirəm. – Hansısa möcüzəylə üzümdə təbəssüm ifadəsi 

təsvir  etməyə  nail  oluram  və  masaya  doğru  gedirəm.  Qrey  dəyərləndirici 

Ģəkildə  noutbukdakı  ağ-qara  fotoĢəklindən  mənə  baxır.  Deyəsən,  mən  onu 

qane etmirəm. 

Özümü elə göstərirəm ki, guya müsahibəni oxuyuram, amma əslində 

o  boz  gözlərin  diqqətli  baxıĢlarını  üstümdə  duyuram  və  güman  etməyə 

çalıĢıram:  niyə  o,  özünün  dediyi  kimi,  mənə  lazım  olan  adam  deyil?  Və 

birdən  izah  öz-özünə  peyda  olur.  O,  son  dərəcə  gözəldir.  Biz  iki  fərqli 




Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə