Mən nifrətlə aynadakı əksimə baxıram. Saçlarım niyə dağınıqdır biz kimi durur



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə26/160
tarix26.09.2017
ölçüsü3,64 Mb.
#2249
1   ...   22   23   24   25   26   27   28   29   ...   160

 

 

 



85 

www.vivo-book.com 

 

–  Səni,  az  qala,  velosipedin  vurduğu  vaxtı  xatırlayırsan?  Sanki 



deyirdin:  ―Öp məni,  Kristian‖.  – Qrey  çiyinlərini çəkir.  – Hiss  edirdim ki, 

üzr  istəməliyəm  və  nə  cürsə  könlünü  almalıyam.  –  O,  saçlarını  əliylə 

qarıĢdırır.  –  AnasteyĢa,  mən  qəhrəman-aĢiq  deyiləm.  Mən  sevgi 

macəralarına  giriĢmirəm  və  zövqlərim  də  özünəməxsusdur.  YaxĢı  olar  ki, 

məndən  uzaq  gəzəsən.  –  O,  gözlərini  qapadır,  sanki  özündə  qalibliyi 

saxlamaq  üçün.  –  Amma  səndə  elə  bir  cazibə  var  ki,  məni  yenidən  və  bir 

daha sənə qayıtmağa məcbur edir. Məncə, özün də bunu anlayırsan. 

Artıq iĢtaham qaçıb. 

– Niyə sənə müqavimət göstərim ki? – pıçıldayıram. 

Gözlərini geniĢ açaraq o, ürpəntili ah çəkir. 

– Sən nə danıĢdığını bilmirsən. 

– Onda mənə izah elə. 

Biz üz-üzə oturmuĢuq, heç birimiz yeməyə toxunmuruq. 

– Sən bakir qalmaq andı içmisən? – deyə ağzımdan qaçırıram. 

Onun boz gözlərində gülüĢ parıltısı peyda olur. 

–  Yox,  AnasteyĢa,  belə  bir  andım  yoxdur.  –  Kristian  Qrey  susur, 

mənim  məlumatı  təhlil  etməyim  üçün  və  mən  qulaqlarımın  dibinədək 

qızarıram. Doğrudanmı mən bu sözləri ucadan demiĢəm! Yox, yaxĢısı budur 

ki, çeynəyim, nəinki çərənləyim. 

– Yaxın günlərə nə planların var? – deyə o, sakitcə soruĢur. 

– Günortadan sonra iĢləyirəm. Saat neçədir indi? – qəfildən qorxuya 

düĢürəm. 

– Saat onu keçib, hələ vaxtın var. Bəs sabah? 

O,  biləklərini  masaya  və  pərçimlənmiĢ  uzun  barmaqlarını  çənəsinə 

qoyaraq qarĢımda oturub. 

–  Biz  Keytlə  əĢyaları  yığmaq  istəyirdik.  Gələn  istirahət  günlərinə 

Sietlə  köçməyi  düĢünürük.  Və  bütün  bu  həftəni  mən  ―Kleytons‖da 

iĢləməliyəm. 

– Sietlin harasında yaĢayacağını bilirsənmi? 

– Hə. 



 

 

 



86 

www.vivo-book.com 

 

– Harda? 



– Ünvanı xatırlamıram. Təxminən Payk-market rayonunda. 

–  Mənim  ünvanımdan  uzaqda  deyil.  –  Onun  dodaqları 

yarıtəbəssümlə əyilir. – Sietldə harada iĢləməyi düĢünürsən? 

O,  niyə  bunu  soruĢur?  Kristian  Qrey  Ketrin  Kavanadan  da  betər 

sorğu-sual təĢkil etməyi bacarır. 

–  Sənədlərimi  eyni  vaxtda  bir  neçə  yerə  göndərmiĢəm.  Ġndi  cavab 

gözləyirəm. 

– Mənim Ģirkətimdə iĢləmək istəməzdin? 

Gözlərimi endirirəm. Əlbəttə ki, yox. 

– Əslində, yox. 

– ġirkətimdə səni nə qane etmir? 

– Sənin Ģirkətində, yoxsa ―Qrey enterpraysez‖də? – gülürəm. 

–  Siz  mənə  gülürsüz,  miss  Stil?  –  O,  baĢını  yana  əyir.  Deyəsən, 

söhbət  onu  əyləndirir,  amma  əslində,  belə  olduğunu  söyləmək  çətindir. 

BaxıĢımı tamamlanmamıĢ nahar yeməyi olan boĢqaba sarı endirirəm. Onun 

gözlərinə baxmağa gücüm yoxdur. 

– Mən bu dodağı diĢləmək istərdim, – acıqlı Kristian deyir. 

Ġlahi. Özüm  də bilmədən, ixtiyarsız olaraq alt dodağımı  diĢləyirəm. 

Ağzım açıla qalıb, havanı udmaq və içimə çəkmək istəyirəm. Bu indiyəcən 

eĢitdiyim ən seksual cümlədir. Ürəyim dəli ritmlə döyünür, nəfəsim kəsilir. 

Lənət  Ģeytana,  mən  ehtirasdan  tir-tir  əsirəm,  hərgah  o,  mənə  heç 

toxunmayıb. Gözlərimi qaldıraraq onun basqınçı baxıĢlarını görürəm. 

– Səni nə saxlayır ki? – deyə cilvəylə soruĢuram. 

–  Sənə  heç  yaxın  da  gəlməyəcəm,  AnasteyĢa,  buna  sənin  yazılı 

razılığın olmadan. – Onun dodağında təbəssüm kölgəsi oynaĢır. 

– Hansı mənada? 

–  BirbaĢa.  –  O,  köks  ötürür  və  baĢı  ilə  mənə  razılıq  iĢarəsi  edir, 

özündənrazı,  amma  eyni  zamanda,  bir  qədər  acıqlı.  –  Mən  sənə  hər  Ģeyi 

göstərəcəm, AnasteyĢa. ĠĢin saat neçədə qurtarır? 

– Təxminən səkkizdə. 




 

 

 



87 

www.vivo-book.com 

 

–  Biz  Sietlə  gedib  evimdə  Ģam  yeməyi  yeyə  bilərik.  Orda  sənə  hər 



Ģeyi baĢa salaram. Bu günə istəyirsən, yoxsa növbəti Ģənbə günü? Özün seç. 

–  Niyə  sən  bunu  elə  indi  deməyəsən?  –  səbir  edə  bilməyib 

soruĢuram. 

– Çünki səninlə birgə nahar yeməyindən həzz alıram. Bütün həqiqəti 

bildikdən sonra, sən yəqin ki, artıq məni bir daha görmək istəməyəcəksən. 

Lənət  Ģeytana!  O,  nəyi  nəzərdə  tutur?  O,  dünyanın  hansısa  ucqar 

yerində uĢaqları kölə kimi satır? O, hansısa gizli cinayətkar təĢkilatın tərkib 

hissəsidir? Onda aydındır bu qədər pul haradandır. O, çox ifrat dindardır? O 

impotentdir?  Əlbəttə  yox,  bunun  əksini  elə  indi  isbatlaya  bilər.  Ġlahi,  mən 

yenə  qızarıram.  Beləcə  sonsuzluğa  qədər  düĢünüb-daĢınmaq  olar.  Kristian 

Qreyin  bu  sirrini  nə  qədər  tez  öyrənsəm,  bir  o  qədər  yaxĢıdır.  Sirrini 

öyrəndikdən sonra bir daha onunla təmasda olmaq istəməsəm, onda, sözün 

düzü,  bu  lap  yaxĢı  olar.  ―Özünü  aldatmağa  dəyməz,  –  deyə  təhtəlĢüurum 

istehza ilə dillənir, – iĢ o qədər pis olmalıdır ki, sən hər Ģeyi atıb qaçasan‖. 

– Bu gün. 

O, qaĢını qaldırır. 

– Sən dərkermə ağacının meyvəsini dadmağa tələsən Həvva kimisən. 

–  Siz  mənə  gülürsünüz,  mister  Qrey?  –  deyə  maraqlanıram. 

Özündənrazı eĢĢək. 

O, gözlərini qırpır, öz ―blekberi‖sini götürür və düyməni basır. 

– Teylor, mənə ―Çarli Tanqo‖ lazım olacaq. 

Çarli Tanqo? Bu kimdir? 

–  Portlenddən  təxminən  iyirmi  otuzda  …  yox,  qoy  Eskalada 

gözləsin… Bütün gecə. 

―Bütün gecə!‖ 

– Hə. Sabah səhər zəng et. Mən Portlenddən Sietlə uçacam. 

―Uçacam?‖ 

– Ehtiyat pilot iyirmi üç otuz. 

O, telefonu yerə qoyur. Nə ―sağ ol‖, nə də ―Zəhmət olmasa‖. 

– Ġnsanlar həmiĢə səni etirazsız dinləyir? 




Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə