Mən nifrətlə aynadakı əksimə baxıram. Saçlarım niyə dağınıqdır biz kimi durur



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə34/160
tarix26.09.2017
ölçüsü3,64 Mb.
#2249
1   ...   30   31   32   33   34   35   36   37   ...   160

 

 

 



111 

www.vivo-book.com 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 

 



112 

www.vivo-book.com 

 

 

7-ci fəsil 



 

Nəzərimi cəlb edən ilk Ģey qoxu olur. Dəri və zəif sitrus ətriylə birgə 

cila  iyi  gəlir.  ĠĢıq  zəif,  boğuqdur.  Mənbəyi  görünmür,  dağınıq  parlaqlıq 

hardansa  tavan  karnizindən  gəlir.  Tünd-qırmızı  rəngdə  boyadılmıĢ  divarlar 

və  tavan  yetərincə  geniĢ  otağın  müĢahidə  ölçüsünü  azaldır,  döĢəmə  köhnə 

ağacdan,  lakla  örtülüdür.  Düz  qapının  qarĢısında  divara  xaçvari  Ģəkildə 

fiksasiya  kəmərləri  üçün  cilalı  qırmızı  ağacdan  iki  hamar  lövhə  vurulub. 

Tavanın  altında  böyük  dəmir  qəfəslər  asılıb,  onların  sahəsi  səkkiz  kvadrat 

futdan az olmaz, qəfəslərdən iplər, zəncirlər və parıldayan qandallar asılıb. 

Qapının yanında, divarda iki uzun, sürahiyə oxĢar oyma Ģüvül və nərdivan 

var. Üstəlik, sayagəlməz hər cür bellər, qamçılar, qırmanclar və lələklərdən 

düzəldilən əcaib-qəraib alətlər. 

Digər  tərəfdə  ağacdan  çox  böyük  qırmızı  komod  durur,  yeĢikləri 

köhnə  muzey  Ģkafları  kimi  ensizdir.  Maraqlıdır,  onların  içində  nə  var? 

Amma  doğrudanmı  mən  bunu  bilmək  istəyirəm?  Uzaq  küncdə  –  tünd-

qırmızı  dəri  üzlü  skamya  və  onunla  yanaĢı  divara  vurulmuĢ  taxta,  bilyard 

kiyləri  üçün  altlığa  oxĢayan  dayaq;  diqqətlə  baxdıqda,  onun  üstündə 

müxtəlif  uzunluqlu  və  qalınlıqlı  əl  ağacları  görmək  mümkündür.  Əks 

küncdə – oyma ayaqlı, cilalanmıĢ ağacdan masa və iki bənzər kətil. 

Lakin  otağın  böyük  hissəsini  çarpayı  tutur.  O,  ikiadamlıq  taxtdan 

böyükdür, dörd rezin künclərində barokko üslubunda sütunları və yastı taxt-

rəvan  var.  Görünür,  XIX  əsrə  aiddir.  Örtük  altından  daha  nə  cürsə  parlaq 

zəncirlər və qandallar görünür. Çarpayıda mələfələr  yoxdur,  yalnız qırmızı 

dəri üzlüklü döĢək və topa halında digər ucda yığılmıĢ qırmızı ipək balıĢlar. 

Çarpayının ayaq tərəfindən bir neçə futluq məsafədə, sadəcə otağın 

ortasına,  üzüçarpayıya  qoyulmuĢ  böyük  tünd-qırmızı  divan  var.  Çox 

qəribədir:  Divanı  üzüçarpayıya  qoymaq...  Və  bu  an  ağlıma  batır  ki,  divan 

əslində  otaqdakı  bütün  mebel  arasında  ən  sıradan  bir  əĢyadır  və  mən  bu 

fikirdən  gülümsəyirəm.  BaĢımı  qaldıraraq  görürəm  ki,  tavana  təsadüfi 



 

 

 



113 

www.vivo-book.com 

 

qaydada  yaylı qarmaqlar bərkidilib. Yalnız güman etmək qalır ki, onlar nə 



iĢə  yarayır.  Nə  qədər  qəribə  olsa  da,  bütün  bunlar  –  oyma  ağaclar,  tünd 

divarlar,  zəif  iĢıq  və  tünd-qırmızı  dəri  otağa  sakit  və  romantik  görkəm 

verir… Yəqin ki bu, elə Kristian Qreyin versiyasında romantikadır. 

Gözlədiyim kimi o, diqqətlə məni izləyir, amma onun görünüĢündən 

heç  nə  anlamaq  mümkün  deyil.  Mən  otağı  dolaĢıram,  o  da  arxamca  gəlir. 

Məni  bir  lələkli  əĢya  maraqlandırdı  və  mən  qətiyyətsiz  Ģəkildə  əlimlə  ona 

toxunuram. O, yumĢaq dəridən düzəldilib və qamçıya oxĢayır, ancaq ondan 

qalındır. Hər bir lələyin ucuna kiçik plastmas muncuq bərkidilib. 

– Bu flogger adlanır, – Kristianın xəfif səsi eĢidilir. 

Flogger…  hm-m.  Mən  Ģokdayam.  TəhtəlĢüurum  dəhĢətdən  qaçıb 

getdi,  ya  da  nokautdan  yerdə  sərilib,  yaxud  ümumiyyətlə,  dənizin  dibində 

batıb. Mən mat qalmıĢam. Gördüklərimdən yaranmıĢ hisslərimi sözlə ifadə 

eləmək  gücündə  deyiləm.  Həm  də  bu  cür  durumda  nə  demək  olar  ki... 

aĢkarladıqda ki, potensial məĢuqun baĢıxarab bir sadist, yaxud mazoxistdir? 

Qorxuludur…  hə.  Bu  ən  güclü  hissdir.  Amma,  qəribə  olsa  da,  ondan 

qorxmuram,  fikirləĢirəm ki,  razılığım olmadan o, mənə barmağının ucuyla 

da  toxunmaz.  BaĢımda  saysız-hesabsız  suallar  dolaĢır.  Niyə?  Necə?  Nə 

vaxt? Tez-tezmi? Çarpayının yanından keçərkən barmağımla mahir ustanın 

yonduğu sütunlara toxunuram. Sadəcə sənət əsəridir. 

– Bir söz de, – saxta sakitliklə Kristian deyir. 

– Sən insanlara nəsə edirsən, yoxsa onlar sənə nəsə edir? 

Onun ağzı əyilir, ya gülüĢdən, ya da rahatlıqdan. 

–  Adamlarla?  –  o,  cavabda  iki  saniyə  ləngiyir,  cavabı  düĢünür.  – 

Mən bunu qadınlarla edirəm, özü istəyən qadınlarla. 

Heç də anlaĢılmır. 

– Əgər könüllülər varsa, məni bura niyə gətirmisən? 

– Mən bunu səninlə etmək istəyirəm, həm də çox istəyirəm. 

– Ay-y. – ağzımla havanı uduram. Niyə? 




 

 

 



114 

www.vivo-book.com 

 

Mən otağın sonuna yollanıram və düĢüncəli halda hündür, qurĢağıma 



qədər olan skamyaya  əl  gəzdirirəm. Qadınları incitmək onun xoĢuna  gəlir. 

Bu fikirdən ürəyim bulanır. 

– Sən sadistsən? 

– Mən – dominantam, – onun baxıĢları göz görə-görə məni yandırıb-

yaxır. 



 



Bu nə deməkdir? – deyə sakitcə soruĢuram. 

–  Bu  o  deməkdir  ki,  sən  könüllü  Ģəkildə  özün  üzərində 

hakimiyyətimi təsdiqləyirsən. Hər Ģeydə. 

EĢitdiyimi dərk etməyə çalıĢıram. 

– Bunu niyə etməliyəm? 

– Mənə həzz vermək üçün, – deyə baĢını yana əyərək o pıçıldayır və 

mən onun gülüĢünün kölgəsini görürəm. 

Ona həzz vermək! Ġstəyinə bax a! Ağzım açıla qalıb. Kristian Qreyə 

həzz  vermək.  Və  birdən  anlayıram  ki,  məhz  bunu  istəyirəm.  Ġstəyirəm  ki, 

lənət Ģeytana, o, məndən məst olsun. KəĢfə bax! 

–  BaĢqa  sözlə,  istəyirəm  ki,  sən  mənə  həzz  vermək  istəyəsən,  –  o 

xəfifcə deyir. Səsi mənə hipnotik təsir edir. 

– Nə cür? – boğazım quruyub. YaxĢı, ―həzz‖ sözünü baĢa düĢürəm, 

Amma bunun kraliça Elizabet dövrünə aid iĢgəncə otağına nə aidiyyəti var? 

Cavabı bilməliyəmmi? 

– Mənim qaydalarım var və mən istəyirəm ki, sən onları öz faydan 

və  mənim  həzz  almağımdan  ötrü  icra  edəsən.  Əgər  səndən  razı  qalsam, 

mükafat  alacaqsan.  Həzz  almasam,  səni  cəzalandıracağam,  sən  də  bunu 

yadda saxlayacaqsan, – deyə o pıçıldayır. 

Mən qamçılar üçün altlığa baxıram. 

– Bəs bu nədir? – qamçılardan birini öz ətrafımda gəzdirirəm. 

– Stimulverici vasitələr. Mükafat və cəza. 

– Deməli, öz iradəni mənə sırımaq sənə xoĢ gəlir? 

–  Sən  mənə  etibar  etməlisən  və  könüllü  Ģəkildə  tabe  olmalısan.  Nə 

qədər itaətkar olsan, mən bir o qədər həzz alacam, bu çox sadədir. 



Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə