Mən nifrətlə aynadakı əksimə baxıram. Saçlarım niyə dağınıqdır biz kimi durur



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə33/160
tarix26.09.2017
ölçüsü3,64 Mb.
#2249
1   ...   29   30   31   32   33   34   35   36   ...   160

 

 

 



107 

www.vivo-book.com 

 

BaĢımı  yelləyirəm.  Damdakı  külək  ucbatından  mənə  hələ  də 



soyuqdur. 

– Ġçəcəksən? 

Mən  aĢağı  endirilmiĢ  kirpiklərimin  arasından  ona  baxıram.  O 

gecədən  sonra?  O,  zarafat  edir?  Ağlıma  ondan  ―Marqarita‖  istəmək  keçir, 

amma məndə həyasızlıq çatmır. 

– Mən ağ Ģərab içəcəm. Mənimlə içərsən? 

– Hə, yəqin ki. 

– ―Pyui-Füme‖ səni qane edir? 

– Mən Ģərablardan az baĢ çıxarıram, Kristian, özün seç, – sakitcə və 

inamsız  deyirəm.  Ürəyim  bərkdən  döyünür.  Qaçmaq  istəyirəm.  Bura  əsl 

saraydır. Bill Geyts ruhunda. Burda nə iĢim var? ―Guya bilmirsən!‖ – deyə 

təhtəlĢüurum  fınxırır.  Əlbəttə,  bilirəm:  Kristian  Qreyin  yatağına  düĢmək 

istəyirəm. 

– Tut, – deyə o, Ģərab dolu qədəhi mənə uzadır. Hətta büllur qədəhlər 

belə ağır, müasir dizaynlı zənginlikdən xəbər verir. 

Bir qurtum içirəm: Ģərab yüngül, təzə və ləzizdir. 

– Susursan və hətta daha çox qızarmırsan. Doğrudan da, AnasteyĢa, 

səni heç zaman belə solğun simalı görməmiĢəm, – astaca deyir Kristian. – 

Yemək istəyirsən? 

BaĢımı yelləyirəm. Ġstəyirəm, amma yemək deyil. 

– Çox böyük mənzilin var. 

– Böyük? 

– Böyük. 

– Hə, böyükdür, – deyə razılaĢır və onun gözləri parlayır. 

– Sən fortepiano çalırsan? – çənəmin hərəkətilə royalı göstərirəm. 

– Hə. 


– YaxĢı? 

– Hə. 


– Əlbəttə. Amma heç bacarmadığın nəsə varmı? 


 

 

 



108 

www.vivo-book.com 

 

– Hə… amma az. – Kristian qədəhdən bir qurtum Ģərab içir, məndən 



gözünü  çəkməyərək.  Otağa  göz  gəzdirərkən  üstümdə  onun  baxıĢlarını  hiss 

edirəm.  Əslində,  buna  otaq  demək  düzgün  olmazdı.  Otaq  deyil,  həyat 

kredosudur. 

– Oturmazsan? 

BaĢımla  təsdiqləyirəm;  o,  mənim  əlimdən  tutaraq  ağ  taxta  doğru 

aparır.  Qəfildən  ağlıma  gəlir  ki,  sanki  özümü  Tess  Darbifild  kimi  hiss 

edirəm,  o,  əclaf  Aleks  d`Erbervillin  yeni  evinə  baxarkən.  Bu  fikir  məni 

gülümsəməyə məcbur edir. 

–  Gülməli  nə  var  ki?  –  Kristian  yanımda  oturur,  biləyi  ilə  balınca 

dayaqlanır və üzünü mənə çöndərir. 

– Niyə mənim üçün məhz ―d`Erbervill nəslindən olan Tess‖i seçdin? 

– deyə soruĢuram. 

O, deyəsən, sualdan təəccüblənib. 

– Özün deyirdin ki Tomas Hardi xoĢuna gəlir. 

– Elə bu? – deyə məyusluğumu gizlədə bilmirəm. 

Kristian dodaqlarını kip sıxır. 

– Mənə elə  gəldi ki,  o  yerinə düĢür. Sənə Enjel  Kler kimi  uzaqdan 

pərəstiĢ edə, yaxud səni Aleks d`Erbervill kimi alçalda bilərəm, – boz gözlər 

təhlükəli və bədxahlıqla parlayır. 

– Əgər mənim iki seçimim olsaydı, mən alçalmanı seçərdim, – deyə 

pıçıldayıram. TəhtəlĢüurum dəhĢətlə mənə baxır. 

Kristian ürpənmiĢ halda köks ötürür. 

–  AnasteyĢa,  bəsdir  dodağını  diĢlədin,  zəhmət  olmasa,  bunu 

dayandır. Bu, məni dəhĢətli dərəcədə yayındırır. Sən nə dediyini anlamırsan. 

– Elə buna görə burdayam. 

–  Razıyam.  Bir  dəqiqə  gözlə,  yaxĢı?  –  O,  otağın  uzaq  küncündəki 

geniĢ  qapı  arakəsməsində  yox olur və iki dəqiqə sonra  geri qayıdır, əlində 

hansısa  sənəd  var.  –  Məxfiliyin  qorunması  haqqında  müqavilə,  –  Kristian 

çiyinlərini çəkir və kağızları mənə uzadarkən, özünü azca utancaq aparır. – 



 

 

 



109 

www.vivo-book.com 

 

Buna  vəkilim  təkid  edir.  –  Mən  tamamilə  heç  nə  anlamıram.  –  Əgər  sən 



ikinci variantı – alçalmanı seçirsənsə, burda imza qoymalısan. 

– Əgər mən heç nəyi imzalamaq istəmirəmsə? 

– Onda Enjel Klerin variantı. 

– Bu müqavilə nəyi ehtiva edir? 

–  Sən  öhdəlik  götürürsən  ki,  haqqımızda  heç  kimə  heç  nə 

deməyəcəksən. Heç nə haqda heç kimə. 

Ġnamsız halda ona baxıram. Deyəsən, iĢlər çox pisdir. Amma maraq 

mənə qalib gəlir. 

– YaxĢı, imzalayaram. 

Kristian qələmi mənə uzadır. 

– Sən müqaviləni heç oxumaq da istəmirsən? 

– Yox. 


O, üzünü turĢudur. 

– AnasteyĢa, heç nəyi oxumadan imzalamaq olmaz! 

–  Kristian,  baĢa  düĢ,  mən  haqqımızda  heç  kimə  heç  nə  danıĢmaq 

fikrində  deyiləm.  Hətta  Keytə  də.  Lakin  əgər  bu,  sənin  üçün  çox 

mühümdürsə,  sənin  vəkilin  üçün  …  göründüyü  kimi,  ona  hər  Ģeyi 

danıĢırsan, qoy olsun, imzalayaram. 

O,  yuxarıdan-aĢağıya  məni  süzür  və  qaĢqabaqlı  halda  baĢı  ilə 

təsdiqləyir. 

– Ədalətli qeyddir, miss Stil, heç nə etmək olmaz. 

Hər  iki  nüsxəni  səliqəsiz  imzalayır  və  ona  verirəm.  Sonra  ikinci 

nüsxəni  qatlayıb  çantaya qoyuram  və Ģərabdan böyük qurtum alıram.  Mən 

əslində olduğumdan daha cəsarətli görünürəm. 

– Deməli, bu gün axĢam sən mənimlə seviĢəcəksən, Kristian? 

Lənət  Ģeytana!  Doğrudanmı  mən  bunu  dedim?  Ġlk  anda  heyrətdən 

onun ağzı açıla qalır, amma o, tez özünə gəlir. 

– Yox, AnasteyĢa, yox. Birincisi, mən seviĢmirəm. Mən s...iĢirəm… 

amansızcasına.  Ġkincisi,  biz  hələ  sənəd  iĢlərini  bitirməmiĢik  və  üçüncüsü, 



 

 

 



110 

www.vivo-book.com 

 

sən  bilmirsən  ki,  qarĢıda  səni  nə  gözləyir.  Sənin  fikrini  dəyiĢmək  imkanın 



var. Gedək, mən sənə oyun otağını göstərəcəm. 

Mən heyrətdəyəm. S...iĢirəm! Lənət Ģeytana, bu, adamı vəcdə gətirir. 

Amma oyun otağında nəyə baxmalıyıq? Tapmaca. 

– Mənə oyuncaqlarını göstərmək istəyirsən? 

Kristian bərkdən gülür. 

–  Yox,  AnasteyĢa,  tapmadın.  Gedək.  –  O,  yerindən  qalxır  və  əlini 

mənə uzadır. Mən yenidən onunla dəhlizlə gedirəm.  Ġçəri girdiyimiz ikiqat 

qapılardan  sağ  tərəfdə,  pilləkənə  aparan  baĢqa  bir  qapı  var.  Biz  ikinci 

mərtəbəyə qalxır və sağa dönürük. Kristian cibindən açarı çıxararaq qapını 

açır və dərindən köks ötürür. 

– Sən istənilən an gedə bilərsən. Helikopter hazır vəziyyətdə dayanıb 

və  o,  səni  istədiyin  yerə  aparacaq.  Gecə  burda  qala  və  səhər  də  gedə 

bilərsən. Özün qərar ver. 

– Bu lənətə gəlmiĢ qapını aç görək, Kristian. 

O,  qapını  taybatay  açır  və  məni  içəri  buraxmaq  üçün  geri  çəkilir. 

Dərindən köks ötürürəm və irəliyə doğru addım atıram… 

–  Deyəsən,  zaman  maĢınında  XVI  əsrə  gedib  çıxmıĢam,  ispan 

inkvizisiyası dövrünə. 

ĠĢə bax a! 

 

 



 

 

 



 

 

 



 

 

 




Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə