Mən nifrətlə aynadakı əksimə baxıram. Saçlarım niyə dağınıqdır biz kimi durur



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə35/160
tarix26.09.2017
ölçüsü3,64 Mb.
#2249
1   ...   31   32   33   34   35   36   37   38   ...   160

 

 

 



115 

www.vivo-book.com 

 

– YaxĢı, bəs mən bundan nə qazanacağam? 



O, demək olar ki, günahkar görkəmlə çiyinlərini çəkir. 

– Məni. 


Ġlahi!.. Kristian əlini saçlarında gəzdirir. 

– Sənin görünüĢündən heç nə anlamaq olmur, AnasteyĢa, – o, acıqlı 

halda deyir. – Gəl fikirlərimizi cəmləmək üçün aĢağı enək. Burda sənə sakit 

baxa bilmirəm. 

O, əlini mənə uzadır, amma indi onu tutmağa qətiyyətim çatmır. 

Keyt dedi ki, o təhlükəli adamdır və o, tamamilə haqlı idi. O, bunu 

hardan öyrənib? Kristian həyatım üçün təhlükə mənbəyidir, çünki mən ―hə‖ 

deməyə hazıram. Amma varlığımın bir hissəsi bunu istəmir. Varlığımın bir 

guĢəsi  təsəvvürünə  gətirdiyindən  qıĢqıraraq  bu  otaqdan  qaçır.  Özümü 

tamamilə itirmiĢəm. 

– Sənə zərər  yetirməyəcəm,  AnasteyĢa,  – onun boz gözləri  yalvarır 

və  mən  anlayıram  ki,  Kristian  həqiqəti  deyir.  Əlimi  uzadıram,  o  məni 

otaqdan çıxarır. 

–  Gəl  sənə  daha  bəzi  Ģeyləri  göstərim,  –  aĢağı  qayıtmaq  əvəzinə, 

Kristian  oyun  otağından  (buranı  belə  adlandırır)  çıxaraq,  sağa  dönür  və 

dəhlizlə gedir. Bir neçə qapıdan keçirik və nəhayət, sonuncuya çatırıq. Bura 

yataq otağıdır: ortada, bircə rəngli ləkəsi olmayan ikiadamlıq böyük çarpayı. 

Hər  Ģey:  divarlar,  mebel,  yataq  dəsti  tam  ağdır.  Durum  soyuq  və  sterildir, 

amma ĢüĢə divar arxasından Sietlin heyrətamiz mənzərəsi açılır. 

– Sənin otağın. Onu öz istəyinə uyğun bəzəyə bilərsən. 

–  Mənim  otağım?  Ġstəyirsən  ki,  bura  köçüm?  –  dəhĢətimi  gizlədə 

bilmirəm. 

–  Bütün  müddətə  deyil.  Deyək  ki,  Cümə  günü  axĢamından  Bazar 

gününə  qədər.  Bunu  müzakirə  edə  bilərik.  Əgər  istəsən,  əlbəttə,  –  deyə 

inamsız Ģəkildə o əlavə edir. 

– Mən burda yatacam? 

– Hə. 

– Tək? 



 

 

 



116 

www.vivo-book.com 

 

– Hə. Axı mən artıq sənə demiĢəm ki, həmiĢə tək yatıram. Hə, bircə 



o  hadisə  istisna  olmaqla,  sənin  küpünə  qədər  içdiyin  gün,  –  deyəsən,  o, 

sözünü sonadək demir. 

Dodaqlarımı  kip  sıxıram.  Sadəcə  baĢıma  girmir:  məni,  tamamilə 

köməksiz  qızı  xilas  eləmiĢ  və  ürəyim  bulanarkən  mənə  dayaq  olmuĢ 

mehriban, qayğıkeĢ Kristian, sən demə, əzazil adam,  zəncirlər və qamçılar 

həvəskarı imiĢ... 

– Bəs sən harda yatırsan? 

– Mənim otağım aĢağıdadır. Gedək, sən, yəqin ki, acmısan. 

– Nəsə iĢtaham itdi, – deyə qıcıqlı cavab verirəm. 

–  Sən  yemək  yeməlisən,  AnasteyĢa,  –  məni  astaca  dürtmələyir  və 

əlimdən tutaraq özüylə aparır. 

Yenidən  nəhəng  zalda  peyda  olub  həyəcan  və  qüssədən  əzab 

çəkirəm,  sanki  uçurumun  kənarındayam  və  qərar  qəbul  etməliyəm:  aĢağı 

tullanım, ya yox? 

–  BaĢa  düĢürəm  ki,  səni  qaranlıq  bir  yola  sövq  edirəm,  AnasteyĢa. 

YaxĢı-yaxĢı  fikirləĢ.  Bəlkə,  nəsə  soruĢmaq  istəyirsən?  –  deyir  o  və  əlimi 

buraxaraq mətbəxə gedir. 

Ġstəyirəm. Amma nədən baĢlamalı? 

–  Sən  məxfiliyin  qorunması  haqqında  müqavilə  imzalamısan,  ona 

görə də istədiyini soruĢ, cavab verəcəm. 

Mən  barın  yanında  durmuĢam  və  Kristianın  soyuducudan  içində 

müxtəlif  pendirlər  və  iki  iri  salxım  yaĢıl  və  qırmızı  üzüm  olan  boĢqabları 

necə  çıxardığına  baxıram.  O,  boĢqabları  masaya  qoyur  və  fransız  begetini 

doğramağa baĢlayır. 

– Otur. 

O,  bar  kətillərindən  birinə  iĢarə  edir  və  mən  onun  əmrinə  tabe 

oluram.  Əgər  razılaĢsam,  buna  alıĢmaq  lazım  gələcək.  Və  qəfildən 

anlayıram ki, Kristian tanıĢlığımızın ilk anından belə davranıb. 

– Sən hansısa kağızlardan danıĢırdın? 

– Hə. 



 

 

 



117 

www.vivo-book.com 

 

– Nə sənədlərdir? 



–  Məxfiliyin  qorunması  haqda  müqavilədən  baĢqa  bizim  nə 

edəcəyimiz  və  nə  etməyəcəyimiz  barədə  saziĢ  də  mövcuddur.  Mən  sənin 

imkan  çərçivələrini,  sənsə  mənimkini  bilməlisən.  Hər  Ģey  qarĢılıqlı 

razılaĢma ilə olacaq. 

– Birdən razı olmasam? 

– Ola bilər, – ehtiyatla deyir o. 

– Amma münasibətlərimiz olmayacaq? – deyə soruĢuram. 

– Yox. 


– Niyə? 

– Çünki bu, məni maraqlandıran yeganə münasibətdir. 

– Niyə? 

O, çiyinlərini çəkir. 

– Mən doğuĢdan beləyəm. 

– Sən niyə beləsən? 

– Niyə adamlar belədir, elə deyil? Buna cavab vermək çətindir. Niyə 

kimsə  pendiri  xoĢlayır,  kimsə  yox?  Sən  pendir  xoĢlayırsan?  Missis  Cons, 

mənim qulluqçum, Ģam yeməyinə saxlayıb… 

Kristian  bufetdən  böyük,  ağ  boĢqabları  çıxarır  və  onlardan  birini 

qarĢıma qoyur. 

Biz pendir haqda danıĢırıq … Cəfəngiyat. 

– Mən hansı qaydalara əməl etməliyəm ki? 

– Onlar yazılıdır. Yeməyi bitirdikdən sonra müzakirə edərik. 

Yemək. Bircə tikəni belə uda bilmirəm. 

– Mən həqiqətən ac deyiləm. 

–  Eybi  yox,  –  deyir  Kristian.  Ġndi  aydındır  bu  diktatorluq  onda 

hardandır. – Sənə yenə Ģərab süzüm? 

– Hə, zəhmət olmasa. 

O,  qədəhimi  doldurur  və  yanımda  əyləĢir.  Mən  tələsik  bir  qurtum 

içirəm. 

– Bəs məzə? 




 

 

 



118 

www.vivo-book.com 

 

Bir salxım üzüm götürürəm. 



– Bu səndə çoxdan var? 

– Hə. 


– Buna razılaĢan qadınları tapmaq asandırmı?.. 

Kristian qaĢlarını çatır. 

– Sən dediyimə inanmayacaqsan, – deyə quru cavab verir. 

– Onda niyə mən? Mən həqiqətən anlamıram. 

–  AnasteyĢa,  təkrarlayım,  səndə  nəsə  var.  Mən  səni  rahat  buraxa 

bilmərəm,  – o, kinayə ilə gülür.  – Mən odun baĢına dolanan pərvanə kimi 

sənin  yanına  uçuram,  –  onun  səsində  məkr  duyulur.  –  Səni  çox  istəyirəm, 

xüsusən  indi,  dodağını  diĢlədiyin  an.  –  Kristian  dərindən  köks  ötürür  və 

udqunur. 

Ġçimdə nəsə bir-birinə qarıĢır – o, məni istəyir… bir qədər qəribədir, 

doğrudur, amma yenə də: bu gözəl, təkrarsız, əxlaqsız kiĢi məni istəyir. 

–  Məncə,  hər  Ģey  əksinədir,  –  donquldanıram.  Pərvanə  mənəm,  o 

atəĢ. Və mən yanıb kül olacam. 

– Ye! 


– Yox. Mən hələ heç nəyi imzalamamıĢam və istədiyimi edəcəyəm, 

əgər etirazın yoxdursa. 

Onun baxıĢlarında rahatlıq duyulur, dodaqlarına gülüĢ qonur. 

– Necə istəyirsiniz, miss Stil. 

–  Bu  qadınların  sayı  nə  qədər  idi?  –  ağzımdan  qaçırdım, 

düĢünmədən, amma mənimçün maraqlıdır. 

– On beĢ. 

O… elə də çox deyil, gözlədiyimin əksinə olaraq. 

– Bu, uzun müddət çəkib? 

– Bəziləri ilə uzun. 

– Kimsə ciddi xəsarət alıb? 

– Hə. 


Aha, bax a! 

– Ciddi? 




Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə