Mən nifrətlə aynadakı əksimə baxıram. Saçlarım niyə dağınıqdır biz kimi durur



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə32/160
tarix26.09.2017
ölçüsü3,64 Mb.
#2249
1   ...   28   29   30   31   32   33   34   35   ...   160

 

 

 



104 

www.vivo-book.com 

 

BaĢımla təsdiqləyirəm. 



– Sən elə… peĢəkarsan. 

– Sağ olun, miss Stil, – Kristian nəzakətlə cavab verir. Mənə elə gəlir 

ki, o məmnundur, amma buna əmin deyiləm. 

Müəyyən  müddət  danıĢmadan  uçuruq.  Sietlin  parlaq  nöqtəsi  get-

gedə böyüyür. 

– Sietl-Takoma Çarli Tanqo Qolfu çağırır. Eskalaya doğru müəyyən 

edilmiĢ istiqaməti saxlayın. Təsdiqləyin. Qəbul. 

–  DanıĢan  Çarli  Tanqodur.  Sizi  anladım,  Sietl-Takoma.  Əlaqənin 

sonu. 

– Bu xoĢuna gəlir? – deyirəm. 



–  Nə?  –  Siferblatların  bulanıq  iĢığında  onun  sualedici  baxıĢını 

sezirəm. 

– Uçmaq. 

–  Helikopterin  idarə  edilməsi  yüksək  diqqət  tələb  edir.  Əlbəttə,  bu 

xoĢuma gəlir. Əslində mən planerləri xoĢlayıram. 

– Planerləri? 

– Hə. Planerləri və helikopterləri, onda da, bunda da uçuram. 

– Bax a. 

Bahalı  Ģakərlərdir.  Xatırlayıram,  o  mənə  bunu  müsahibəsində 

demiĢdi.  Mənsə  mütaliəni  xoĢlayıram  və  hərdənbir  kinoya  gedirəm. 

Aviasiyadan baĢım çıxmır. 

–  Çarli  Tanqo,  daxil  ola  bilərsiz,  əlaqənin  sonu,  –  dispetçerin  səsi 

mənasız  fikirlərimi  kəsir  yarıda  kəsir.  Kristian  qərarlı  və  sakit  Ģəkildə  ona 

cavab verir. 

Sietl yaxınlaĢır. Biz artıq Ģəhər kənarındayıq. Mənzərə, doğrudan da, 

heyranedicidir. Sietl gecə, yüksəkdən … 

– Valehedicidir, düzdür? – Kristian deyir. 

Mən  təsdiqləyici  mənada  baĢımı  tərpədirəm.  ġəhər  qeyri-real 

görünür…  sanki  ona  böyük  ekrandan  baxıram,  Xosenin  sevimli  ―Tiyə 

üstündə qaçan‖ filmi kimi. Xoseni və onun məni öpmək üçün etdiyi uğursuz 




 

 

 



105 

www.vivo-book.com 

 

cəhdi xatırlayıram. Yəqin, bu, yetərindən artıq amansızlıqdır, hər halda, ona 



zəng etmək lazım idi. YaxĢı… Sabahadək gözləyər. 

–  Ġki  dəqiqədən  sonra  lazımi  yerdə  olacağıq,  –  Kristian  biganəliklə 

deyir  və  qəfildən  gicgahlarımdakı  qan  döyünməyə  baĢlayır  və 

məsamələrimdə adrenalin axır. O, dispetçerlə danıĢır, amma mən artıq buna 

qulaq  kəsdirmirəm.  Ġlahi…  bir  azdan  huĢumu  itirəcəm.  Taleyim  onun 

əlindədir. 

Ġrəlidə  damında  helikopter  meydançası  olan  göydələn  göründü. 

Onun  üzərində  ağ  hərflərlə  ―Eskala‖  yazılıb.  O  getdikcə  yaxınlaĢır, 

yaxınlaĢır… mənim həyəcanım kimi. Ümid edirəm onun gözləntilərini boĢa 

çıxarmayacam. O elə biləcək ki, mən ona layiq deyiləm. Gərək Keytə qulaq 

asaydım, onun paltarlarından nəsə götürəydim, amma qara cinsim daha çox 

xoĢuma  gəlir.  Əynimdə  üstdən  nanə  rəngli  bluz  köynək  və  Keytin 

qarderobundan  qara  pencək  var.  Tam  ədəbli  görkəmdir.  ―Öhdəsindən 

gələcəm.  Öhdəsindən  gələcəm‖,  –  deyə  oturacağın  kənarından  yapıĢaraq 

mantra kimi təkrarlayıram. 

Helikopter havada asıla  qalır və Kristian onu damdakı meydançaya 

endirir. Ürəyim köksümdən qopur. Özüm də bilmirəm mənə nə olub: əsəbi 

intizar,  sapsağlam  gəlib  çatmağımıza  görə  rahatlanma,  yoxsa  uğursuzluq 

qorxusu? O, motoru söndürür: pərlərin hərəkəti tədricən ləngiyir, gurultu itir 

və budur, artıq kəsik tənəffüsümdən baĢqa heç nə eĢidilmir. Kristian özünün 

və mənim qulaqcıqlarımı çıxarır. 

– Vəssalam, gəlib çatdıq, – astaca deyir o. 

Sifətinin yarısına projektorların parlaq iĢığı düĢüb, digər yarısı dərin 

kölgədədir.  Qara  cəngavər  və  ağ  cəngavər  –  Kristian  üçün  yerinə  düĢən 

məcazdır.  Hiss  edirəm  ki,  o  gərgindir.  Çənəsi  və  gözləri  aĢağı  enib.  O, 

əvvəlcə öz kəmərlərini açır, sonra mənimkiləri. Üzü düz yanımdadır. 

–  Sən  istəmədiyini  etməməlisən.  Anlayırsan?  –  Kristian  ciddi 

danıĢır, hətta yetərindən artıq, boz gözlər heç bir hissi aĢkara çıxarmır. 




 

 

 



106 

www.vivo-book.com 

 

–  Mən  iradəmə  zidd  olan  heç  nə  etməyəcəyəm,  –  öz  sözlərimin 



doğruluğuna  əmin  deyiləm,  çünki  indi  mənimlə  yanaĢı  oturan  kiĢi  naminə 

hər Ģeyə hazıram. Amma bu sözlər iĢə yaradı. O inandı.  

Mənə  diqqətli  bir  nəzər  yetirərək  Kristian  ahəstə  hərəkətlə  (özünün 

ucaboyluluğuna baxmayaraq) qapıya yaxınlaĢır, yerə atılaraq onları taybatay 

açır  və  əlini  uzadır  ki,  mən  meydançaya  düĢə  bilim.  Çöldə  hava  çox 

küləklidir  və  mən  özümü  pis  hiss  edirəm:  otuzuncu  mərtəbə 

hündürlüyündəyəm və ətrafda heç bir sədd yoxdur. Yol yoldaĢım belimdən 

yapıĢır və möhkəm Ģəkildə məni özünə çəkir. 

–  Gedək,  –  deyə  Kristian  küləkli  havada  qıĢqıraraq  əmr  edir.  Liftə 

yaxınlaĢırıq,  o,  paneldəki  kodu  yığır  və  qapı  açılır.  Ġçəri  istidir,  divarlar 

güzgülü ĢüĢədən düzəldilib. Hara baxırsan-bax, hər yerdə Kristianın sonsuz 

əksləridir  və  ən  xoĢ  təsir  bağıĢlayan  –  o,  məni  qucaqlayır.  Kristian  digər 

düyməni basır, qapılar bağlanır və lift aĢağı enir. 

Ġki  saniyə  sonra  biz  tamamilə  ağ  rəngli  foyeyə  düĢürük,  onun 

ortasında  qara  ağacdan  böyük  dairəvi  masa  var,  masanın  üstündəsə  ağ 

çiçəkləri  olan  iri  güldan.  Вütün  divarlardan  rəsmlər  asılıb.  Kristian  ikiqat 

qapıları açır və ağ çalar füsunkar, iĢıqlı zala kimi dəhliz uzunu davam edir. 

Qonaq  otağı.  Nəhəng  –  bu  hələ  yumĢaq  ifadədir.  Uzaqdakı  divar  eyvana 

gedib çıxır. 

Sağdan – nalĢəkilli divan, onun üstündə on nəfər rahatlıqla yerləĢər. 

Onun  qarĢısında  paslanmaz  poladdan  (bəlkə  də  platin  –  kim  bilir)  müasir 

soba.  Soba  artıq  yanır  və  parlaq  Ģölə  saçır.  Solda  giriĢlə  yanaĢı  mətbəx 

ərazisi. O tamamilə ağ rəngdədir, qara ayaqlı masa üst taxtası və altınəfərlik 

bar piĢtaxtası istisna olmaqla. 

Mətbəxlə yanaĢı ĢüĢə divarın qarĢısında yemək masası, ətrafında on 

altı stul qoyulub. Otağın küncündə parlaq qara royal var. Aydındır… o hələ 

fortepiano da çalırmıĢ. Divarlardan müxtəlif forma və ölçülü rəsmlər asılıb. 

Ümumiyyətlə, mənzil daha çox qalereyaya oxĢayır, nəinki evə. 

– Pencəyi çıxarmaq istəmirsən? – deyə Kristian soruĢur. 



Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə