Mən nifrətlə aynadakı əksimə baxıram. Saçlarım niyə dağınıqdır biz kimi durur



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə30/160
tarix26.09.2017
ölçüsü3,64 Mb.
#2249
1   ...   26   27   28   29   30   31   32   33   ...   160

 

 

 



97 

www.vivo-book.com 

 

Qrey  çevrilir,  qapını  açır  və  çölə  çıxır.  Eliot  onun  ardınca  maĢına 



doğru  gedir,  lakin  maĢına  oturmazdan  öncə  Keytə  öpüĢ  göndərir.  Mən 

qısqanclıq hiss edirəm. 

–  Hə,  de  görək  aranızda  nə  oldu?  –  deyə  Keyt,  onların  maĢına 

oturaraq  uzaqlaĢmaqlarına  baxaraq  soruĢur.  Onun  səsində  aydın  Ģəkildə 

coĢqun maraq hiss olunur. 

–  Yox,  –  deyə  sorğu-suala  son  qoymaq  üçün  acıqlı  halda  diĢlərimi 

qıcayıram.  Biz  mənzilə  dönürük.  –  Amma  sənə  yüzəyüz  nəsə  olub...  – 

həsədimi gizlədə bilmirəm. Keyt üçün istənilən kiĢini əldə etmək su içmək 

kimidir.  O  gözəl,  seksual,  hazırcavab,  diribaĢdır…  məndən  fərqli  olaraq. 

Amma onun cavab təbəssümü yoluxucudur. 

–  Onunla  bu  gün  axĢam  görüĢürəm.  –  O,  əllərini  sinəsinə  sıxır  və 

uĢaq kimi coĢqudan havaya atılır. Keyt öz sevincini və həyəcanını gizləmək 

gücündə deyil və bu, məni sevindirir. XoĢbəxt Keyt… maraqlıdır. 

– Kristian məni bu axĢam Sietldəki evinə dəvət edib. 

– Sietlə? 

– Hə. 


– Bəlkə orda?.. 

– Ümid edirəm. 

– O, xoĢuna gəlirmi? 

– Hə. 


– O qədər xoĢuna gəlir ki, sən hər Ģeyə hazırsan?.. 

– Hə. 


Keyt qaĢlarını çatır. 

–  Oho!  Ana  Stil  nəhayət  ki,  aĢiq  olub  və  onun  seçdiyi  Kristian 

Qreydir, gözəl oğlan və multimilyarder. 

–  Aha.  Hər  Ģey  məhz  pula  görədir,  –  cavab  verirəm  və  hər  ikimiz 

uğunub gedirik. 

– Yeni bluz-köynək? – deyə Keyt soruĢur və mən ötən gecənin bütün 

xoĢagəlməz təfərrüatlarını, danıĢmağa məcbur oluram. 

– O heç səni öpdümü? – kofe dəmləyə-dəmləyə soruĢur o. 




 

 

 



98 

www.vivo-book.com 

 

Qızarıram. 



– Bircə dəfə. 

– Bircə dəfə! – deyə Keyt gülür. 

Xəcalət çəkə-çəkə baĢımla təsdiqləyirəm. 

– O, çox təmkinlidir. 

Keyt üzünü turĢudur. 

– Qəribədir. 

– Hə! – deyə donquldanıram. 

– Deməli, bu gün axĢam, sən sadəcə, füsunkar olmalısan. 

Hə də… görünür, prosedura uzun çəkəcək, ağrılı və alçaldıcı. 

– ĠĢə getmək vaxtımdır. 

– Gecikmərik. 

Keyt əlimdən tutaraq məni öz otağına aparır. 

 

*** 


 

Alıcılar  çox  olsa  da,  ―Kleytons‖da  keçən  gün  sonsuzluğa  qədər 

uzanır.  Buna  görə  də  mağazanın  bağlanmasından  sonra  əlavə  iki  saat 

iĢləyirəm:  malları  rəflərə  düzürəm.  Sırf  mexaniki  məĢğuliyyətdir,  amma 

mənə düĢünmək imkanı verir. 

Keytin sayıq və düzünü desək, nəzakətsiz rəhbərliyi ilə ayaqlarımın 

və  qoltuqlarımın  altı  tərtəmiz  qırxılıb,  qaĢlarım  alınıb  və  nəyləsə  boyanıb. 

Heç də xoĢ deyil, amma Keyt məni inandırıb ki, indi kiĢilər bunu bəyənir. 

Maraqlıdır,  o  məndən  daha  nə  gözləyir?  Keyti  inandırmalı  oldum  ki,  onu 

özüm  istəyirəm.  Nədənsə  onun  Qreyə  inamı  yoxdur.  Ola  bilsin  ki,  o  çox 

ciddi  və  rəsmiyyətçidir.  Söz  verdim  ki,  Sietlə  çatan  kimi  onu  xəbərdar 

edəcəyəm. Helikopter haqda heç nə demədim, yoxsa o, təlaĢa düĢərdi. 

Hələ  Xose  ilə  məsələni  həll  etmək  lazımdır.  Mənə  üç  ismarıc 

göndərib  və  səkkiz  dəfə  zəng  edib,  amma  mən  hələ  zənglərə  cavab 

verməmiĢəm.  Ġki  dəfə  də  evə  zəng  edib  və  Keytlə  danıĢıb.  Keyt  harda 

olduğumu  ona  deməyib,  əlbəttə,  yəqin  anlayacaq  ki,  sərgüzəĢtlərimi  ört-




 

 

 



99 

www.vivo-book.com 

 

basdır  edir.  Keyt  elə-belə  izi  itirən  deyil.  Qoy  əzab  çəksin.  Hələ  də  ona 



acıqlıyam. 

Kristian hansısa sənəd iĢlərindən söz açmıĢdı və bilmirəm, o, zarafat 

edirdi, yoxsa ciddiydi. Ġndi gəl tap görək də. Əsəblərimi cilovlaya bilmirəm. 

Bu gecə!.. Mən buna hazırammı? Daxili ilahəm hirsli halda kiçik ayaqlarını 

bərkdən döyəcləyir. O, artıq çoxdan buna hazırdır. Həm də Kristian Qreylə. 

Amma  mən  hələ  də  anlamıram,  o  məndə  nə  tapıb  –  boz  siçan  AnasteyĢa 

Stildə. 

Qrey  təbii  ki,  vaxt  məsələsində  dəqiqdir  və  mən  ―Kleytons‖dan 

çıxdıqda,  qara  ―Audi‖  məni  qapıda  gözləyir.  Kristian  sərniĢin  qapısını 

açmaq üçün maĢından çıxır və mehribancasına gülümsəyir. 

– Salam, miss Stil, – o deyir. 

– AxĢamınız xeyir, mister Qrey, – deyə nəzakət göstərib baĢımla onu 

salamlayır  və  arxa  oturacaqda  otururam.  Sükan  arxasında  Teylordur.  – 

Salam, Teylor. 

– AxĢamınız xeyir, miss Stil. 

Kristian o biri tərəfdən oturur, əlimdən tutur və onun toxunuĢu bütün 

bədənimdə üzücü bir əks-səda verir. 

– ĠĢlər necədir? – deyə o soruĢur. 

–  BaĢ  qaĢımağa  vaxt  yox  idi,  –  istəkdən  doğan  xırıltılı  səslə  cavab 

verirəm. 

–  Hə,  bu  gün  mənim  üçün  də  yorucu  bir  gün  idi,  –  o,  tamamilə 

ciddidir. 

– Nə edirdin ki? 

– Eliotla piyada gəzirdik. 

Onun  böyük  barmağı  barmaqlarımın  sümüklərinə  incəliklə  tumar 

çəkir, ürəyim az qala nəbzini dayandırır, tənəffüsüm sürətlənir. O, buna necə 

nail  olur?  O  yalnız  yüngülcə  əlimə  toxunub,  hormonlarsa  indidən  çalıb-

oynayır. 

Səfər  uzun  çəkmir  və  mən  gəlib  çatdığımızı  o  qədər  də  tez 

anlamıram.  Maraqlıdır,  helikopter  harda  ola  bilər?  Hər  yerdə  tikililərdir, 




 

 

 



100 

www.vivo-book.com 

 

hətta  mən  də  bilirəm  ki  helikopterin  havaya  qalxması  üçün  meydança 



lazımdır.  Teylor  maĢını  dayandırır,  çölə  çıxır  və  mən  tərəfdən  qapını  açır. 

Bir an içində Kristian yenidən yanımda peyda olur və əlimdən tutur. 

–  Hazırsan?  –  deyə  soruĢur.  BaĢımla  təsdiqləyirəm  və  əlavə  etmək 

istəyirəm  ―Hər  Ģeyə‖,  amma  həyəcandan  bir  kəlmə  belə  tələffüz  edə 

bilmirəm. 

– Teylor. 

Zərif bir baĢ yelləmə ilə o, sürücüyə sərbəstlik verir. Biz binaya daxil 

oluruq  və  düz  liftlərə  doğru  gedirik.  Lift!  Yenidən  səhərki  öpüĢümüzü 

xatırlayıram.  Bütün  günü  o,  ağlımdan  çıxmırdı.  ―Kleytons‖da,  piĢtaxta 

arxasında  durmuĢdum,  fikirlərim  isə  çox  uzaqda  idi.  Missis  Kleytons  iki 

dəfə məni səsləməli oldu – məni göylərdən yerə endirməkdən ötrü. Kristian 

yuxarıdan-aĢağı  mənə  baxır,  dodaqlarında  isə  xəfif  təbəssüm  peyda  olur. 

Ahа! Mənim kimi o da düĢünür. 

–  Burda  cəmi  üç  mərtəbə  var.  –  Onun  boz  gözlərində  gülüĢ 

qığılcımları iĢıldayır. O, aĢkar Ģəkildə fikirlərimi oxuyur. DəhĢət!.. 

Liftdə  öz  hisslərimi  heç  nəylə  aĢkar  etməməyə  çalıĢıram.  Lakin 

ikilikdə  qaldıqda  yenidən  aramızda  qəribə  bir  cazibə  qüvvəsi  yaranır. 

Özümə  hakim  olmaq  üçün  cidd-cəhdlə  gözlərimi  qapadıram.  O,  biləyimi 

bərkdən  sıxır.  Cəmi  beĢcə  saniyə  və  biz  binanın  damına  yetiĢirik. 

Meydançada  helikopter  dayanıb,  üzərində  mavi  hərflərlə  ―Qrey 

enterprayzes‖  yazısı  və  Ģirkətin  emblemi  var.  ġirkət  mülkiyyətindən 

məqsədə uyğun olmayan istifadə – bunu belə qeydə alarıq. 

Qrey  məni  kiçik  bir  kabinetə  aparır,  orda  masa  arxasında  hansısa 

yaĢlı bir dayı oturub. 

– UçuĢ vərəqəniz, mister Qrey. MaĢın yoxlanılıb, ser. Uça bilərsiniz. 

– Sağ olun, Co. 

Kristian səmimiyyətlə gülümsəyir. 

Oho!  Kimsə  onun  nəzakətiylə  mükafatlandı…  yəqin  ki,  bu,  Ģirkət 

əməkdaĢı deyil. Mən qocaya ehtiram hissiylə baxıram. 



Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə