Mən nifrətlə aynadakı əksimə baxıram. Saçlarım niyə dağınıqdır biz kimi durur



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə25/160
tarix26.09.2017
ölçüsü3,64 Mb.
#2249
1   ...   21   22   23   24   25   26   27   28   ...   160

 

 

 



82 

www.vivo-book.com 

 

Nəticə çıxar‖,  – deyə təhtəlĢüurum  yenidən öz idbar, zalım  baĢını qaldırır. 



Mən ona əhəmiyyət vermirəm. 

Su isti və rahatlayıcıdır. Sonsuzluğadək su altında qalardım... Maye 

sabundan  Kristianın  qoxusu  gəlir.  Adamın  ağlını  baĢından  alır  bu  qoxu! 

Mən  onu  bədənimə  çəkirəm,  təsəvvür  edirəm  ki,  bu,  onun  özüdür  – 

Kristiandır – o, uzun barmaqları ilə bu möcüzəvi sabunla sinəmi sabunlayır, 

qarnıma, ayaqlarımın arasına çəkir. Ġlahi!.. Ürəyim yenidən bərkdən sancır, 

bu… elə məstedicidir ki... 

–  Nahar  hazırdır.  –  Qrey  qapını  döyür  və  döyüntüdən  mən 

diksinirəm. 

– Gəlirəm. – reallıq məni erotik xəyallardan ayırır. 

Kabinədən  çıxıb  özümlə  iki  məhrəba  götürürəm:  birini  baĢıma 

dolayıram,  Karmen  Miranda  üslubunda  və  o  biri  məhrəba  ilə  isə  tələsik 

qurulanıram, mənim yüksək hissiyyatlı dərim üçün bu cür toxunuĢların necə 

xoĢ olduğuna əhəmiyyət verməyərək. 

Cins Ģalvarlar olan çantaya baxıram, Teylor təkcə yeni cins Ģalvarlar 

və ―konvers‖ almayıb, çantada həm də solğun, mavi rəngli köynək, corab və 

alt  paltarı  var.  Ġlahi!..  Təmiz  lifçik  və  tuman!..  Onları  darıxdırıcı  sözlə  – 

―sadə‖ adlandırmaq ədalətsizlik olardı. Bunlar zərif əĢyalardır, hansısa dəbli 

Avropa firmalarına məxsusdur. Solğun, mavi rəngli, naxıĢlı və bəzəkli. Bax 

ha! Alt paltarı məni heyran edir və eyni zamanda qorxudur. Bundan əlavə, 

ölçüləri  dübbədüz  mənimkinə  uyğundur.  Qrey  bunu  hardan  bilir?  Üzüm 

allanır, çünki mister Boksun – Teyloruni bahalı mağazada mənə necə tuman 

aldığını təsəvvürümə gətirirəm. Maraqlıdır, onun daha hansı  cari vəzifələri 

var... 


Mən  tez-tələsik  geyinirəm.  Hər  Ģey  mənə  əla  oturur.  Bircə  baĢımı 

qaydaya  salmaq  qalır  və  mən  cidd-cəhdlə  yaĢ  saçlarımı  məhrəba  ilə 

qurulayıram.  HəmiĢəki  kimi  onlar  sözə  baxmır  və  onları  quyruq  kimi 

yığmaqdan  baĢqa  çarə  qalmır.  Baxmaq  lazımdır,  çantada  rezin  qaytan 

varmı?  Dərindən  nəfəs  alıram:  vəssalam,  mən  mister  Zırrama  ilə  görüĢə 

hazıram. 




 

 

 



83 

www.vivo-book.com 

 

Bəxtimdən  yataq  otağında  kimsə  yoxdur.  Çantanın  axtarıĢına 



baĢlayıram, heç  yerdə tapılmır. Dərindən ah çəkib, qonaq otağına keçirəm. 

Nəhəng  otaq.  Ġstirahət  bölümündə  üstü  balıĢlarla  dolu  geniĢ,  uzun  xovlu 

məxmər divan,  yumĢaq taxtlar və bir  yığın  kitabla zövqlü  jurnal  stolu var; 

iĢgüzar bölümdə son model ―Mak‖; divarda nəhəng plazma ekran. Kristian 

otağın  o  biri  baĢındakı  masa  arxasında  oturub  və  qəzet  oxuyur.  Bütün 

məkan tennis kortu boydadır (özüm tennis oynamıram, amma bir neçə dəfə 

Keytin necə oynadığını görmüĢəm). Keyt! 

– Lənət Ģeytana, Keyt! – deyə qıĢqırıram. 

Kristian diqqətlə mənə baxır. 

– Mən Eliota xəbər göndərmiĢəm, – o, bir qədər kinayəli danıĢır. – 

Keyt bilir ki, sən burdasan və hələ sağsan. 

Ah, bircə bu çatıĢmırdı. Mən onun dünən axĢamkı çılğın rəqsini və 

Kristianın  qardaĢını  yoldan  çıxarmaq  üçün  elədiyi  özəl  hərəkəti 

xatırlayıram.  O,  mənim  haqqımda  nə  düĢünəcək?  Mən  evdən  kənarda  heç 

vaxt  gecələməmiĢəm.  Deməli,  o  hələ  də  Eliotla  bir  yerdədir.  Onun  baĢına 

belə iĢ ikicə dəfə gəlib və hər ikisində bütün həftəni onun dəhĢətli çəhrayı 

pijaması ilə üzləĢmək məcburiyyətində qalmıĢam. Keyt düĢünəcək ki, mən 

də bir gecəlik macəra tapmıĢam özümə. 

Kristian  amiranə  baxıĢını  mənə  yönəldir.  Onun  əynində  kətan 

köynək var, yaxalığı və manjetləri açıqdır. 

– Otur, – deyə o əmr edir və masa arxasında mənə yer göstərir. 

Bütün otaqdan keçərək, əmr edildiyi kimi, onunla üzbəüz otururam. 

Masada yemək ucbatından boĢ yer yoxdur. 

–  Könlündən  nə  keçəcəyini  bilmirdim,  buna  görə  də  səhər 

menyusundan  bir  neçə  yemək  növü  sifariĢ  elədim,  –  əyri,  azca  üzrxahlıq 

bildirən təbəssümlə deyir o. 

–  Bu  bədxərclikdir,  –  deyə  onun  seçimindən  heyrətlənərək 

donquldanıram, əslindəsə dəhĢətli dərəcədə acam. 

– Hə, demə heç, – səsinin ahəngi bir qədər günahkarcasınadır. 



 

 

 



84 

www.vivo-book.com 

 

Mən  fəsəli,  ağcaqayın  Ģərbəti  və  bekonlu  qayğanağı  seçirəm. 



Kristian  təbəssümünü  gizlətməyə  çalıĢır  və  yumurta  zülalından  olan 

omletini yeməyə baĢlayır. Yemək çox dadlıdır. 

– Çay içirsən? 

– Hə, zəhmət olmasa. 

O,  mənə  qaynar  sulu  kiçik  çaydanı  və  nəlbəkidə  ―Ġngilis  naharı‖ 

paketini ötürür. Mat qalmalıdır, hansı çayı xoĢladığımı hələ də xatırlayır. 

– Saçların nəmlidir. 

–  Feni  tapmadım,  –  utanaraq  donquldanıram.  Sözün  düzü,  onu  heç 

axtarmamıĢdım. 

Kristianın dodaqları qaçır. 

– Təmiz paltar üçün təĢəkkür. 

– Dəyməz. Bu rəng sifətinə düĢür. 

Mən qızarıram və baxıĢlarım əllərimə enir. 

– Bilirsənmi, sən komplimentləri qəbul etməyi öyrənməlisən, – deyə 

o, mühakiməedici tərzdə deyir. 

– Paltarın pulunu ödəmək istəyirəm. 

O mənə elə baxır ki, sanki xətrinə dəymiĢəm. Tələsik əlavə edirəm: 

– Mənə artıq kitablar bağıĢlamısan, yeri gəlmiĢkən, onları qəbul edə 

bilmərəm.  Heç  olmasa,  mənə  aldığın  paltarın  pulunu  ödəməyə  izin  ver.  – 

Ġnamsız tərzdə gülümsəyirəm. 

– AnasteyĢa, inan ki, sənə bu imkanı verə bilmərəm… 

– Axı sən niyə mənə hədiyyə göndərməlisən? 

– Çünki mənimçün bu heç nədir. – onun gözlərində incik parıltı var. 

–  Bu  hələ  səbəb  deyil,  –  sakitcə  cavab  verirəm.  O  qaĢını  çatır, 

gözünü döyür və qəfildən anlayıram ki, biz nəsə baĢqa bir Ģeydən danıĢırıq, 

amma nə haqda – bilmirəm. Dərhal xatırlayıram… 

– O kitabları mənə niyə göndərdin, Kristian? – sakitcə soruĢuram. 

O,  çəngəl-bıçağı  kənara  qoyur  və  diqqətlə  mənə  baxır.  Onun 

gözlərində anlamsız hiss parlayır. 



Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə