Mən nifrətlə aynadakı əksimə baxıram. Saçlarım niyə dağınıqdır biz kimi durur



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə23/160
tarix26.09.2017
ölçüsü3,64 Mb.
#2249
1   ...   19   20   21   22   23   24   25   26   ...   160

 

 

 



75 

www.vivo-book.com 

 

kimi  rəqs  edir.  O,  nadir  hallarda  belə  olur:  yalnız  kimsə  möhkəm  xoĢuna 



gəldikdə.  Doğrudan  da,  Eliot  onun  xoĢuna  gəlir.  Və  deməli,  sabah  səhər, 

naharda süfrə arxasında üç nəfər olacağıq. Ah, Keyt! 

Kristian  əyilir  və  Eliotun  qulağına  nəsə  pıçıldayır.  Eliot  ucaboy, 

enlikürək,  dalğalı  parlaq  saçlıdır,  gözlərində  məkrli  parıltı  var. 

Projektorların  döyünən  iĢığında  mən  onların  rəngini  təyin  edə  bilmirəm. 

Eliot  gülür  və  Keyti  qucaqlayır.  Deyəsən,  o  xoĢbəxtdir…  Keyt!  Hətta  bu 

durumumda belə mən Ģokdayam. Axı onlar indicə tanıĢ olublar!.. Keyt baĢı 

ilə iĢarə edərək nəsə deyir və mənə sarı əlini yelləyir. Kristian bir an içində 

bizi rəqs meydançasından uzaqlaĢdırır. 

Amma  biz  Keytlə  kəlmə  belə  kəsmədik.  Aydındır  hər  Ģey  nəyə  doğru 

gedir.  Onlara  təhlükəsiz  seks  barədə  təcili  mühazirə  gərəkdir.  Əminəm,  o, 

tualetin  qapısındakı  plakatı  görüb.  BaĢım  fikirlərlə  dolub-daĢır  –  sərxoĢ 

duman arasından sivriĢib çıxmaq ümidi ilə. Bura yaman istidir, üstəlik, çox 

hay-küylü və iĢıq da gözlərimi deĢir. BaĢım hərlənir… deyəsən, döĢəmə düz 

üzümə  doğru  qalxır.  Kristian  Qreyin  qolları  arasından  huĢsuz  halda  yerə 

yıxılmazdan öncə eĢitdiyim son Ģey söyüĢ olur: 

– Sənin ananı! 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

 

 



76 

www.vivo-book.com 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



5-ci fəsil 

 

Sakitlik.  Qapalı  pərdələr.  Ġsti  və  rahat  çarpayı.  Həə…  gözlərimi 



açıram  və  ilk  anda  Ģəraitdən  həzz  alıram.  Maraqlıdır,  hardayam?  Arxam, 

çarpayının baĢ tərəfi günəĢ Ģəfəqi formasındadır. Nəsə bu mühit mənə tanıĢ 

gəlir.  Böyük  və  geniĢ  otaq  çəhrayı-boz  və  qızılı  rəngli  əĢyalarla  zövqlə 

bəzədilib. Buna bənzər Ģeyi sanki bir dəfə görmüĢəm. Amma harda? Yuxulu 

zəkam  yaxın  keçmiĢin  tanıĢ  obrazlarını  aydınlaĢdırmağa  çalıĢır.  Qəfildən 

anlayıram:  mən  ―Hitman‖  otelindəyəm…  lüks  nömrədə.  Biz  Keytlə  belə 

birisində artıq olmuĢuq. Amma bu otaq o birindən böyükdür. Lənət Ģeytana! 

Mən Kristian Qreyin otağındayam. Bura necə düĢmüĢəm? 




 

 

 



77 

www.vivo-book.com 

 

Tədricən  ötən  axĢam  barədə  qırıq  xatirələrə  qayıdıram.  Mən  içib 



sərxoĢ oldum, Qreyə zəng etdim, ürəyim bulandı. Sonra Xose, daha sonrasa 

yenidən  Kristian.  DəhĢət!  Mən  daxilən  sıxılıram.  Bura  necə  düĢdüyümü 

xatırlamıram. Əynimdə futbol köynəyi, liftçik və tuman var. Corab yoxdur. 

Cins Ģalvar da. Lənət Ģeytana! 

Çarpayının yanındakı kiçik masada portağal Ģirəsi ilə dolu stəkan və 

iki  həb  var.  Aydındır.  Kristian  qayğıma  qalıb!  Mən  çarpayıda  oturur  və 

həbləri  uduram.  Ümumən  özümü  yaxĢı  hiss  edirəm,  düzünü  desək,  layiq 

olduğumdan  da  yaxĢı.  Portağal  Ģirəsi  ləzzətdir!  TəĢnəmi  yatırır  və  təravət 

verir.  Təravətli  portağal  Ģirəsindən  baĢqa  heç  nə  ağızın  quruluğunu  aradan 

qaldırmır. 

Qapı  döyülür.  Ürəyim  qorxudan  ağzıma  gəlir  və  mən  bircə  kəlmə 

belə deyə bilmirəm. Qrey məndən cavab almadan qapıdan içəri keçir. 

Buna  bax  bir!  Ġndicə  məĢqdən  qayıdıb.  Əynində  sərbəst  trikotaj 

Ģalvar  və  tərdən  qaralmıĢ  fufayka  var.  Tərli  Kristian  Qrey  haqda  fikirlər 

məni  qəribə  tərzdə  həyəcanlandırır.  Dərindən  ah  çəkirəm,  göz  qapaqlarımı 

endirirəm, sanki ikicə yaĢım var və əgər gözlərimi yumsam, məni heç kim 

tapmayacaq. 

– Sabahın xeyir, AnasteyĢa. Özünü necə hiss edirsən? 

Hə, vəssalam. 

– Layiq olduğumdan da yaxĢı, – deyə donquldanıram. 

Kristian böyük idman çantasını kürsüyə qoyur və boynundan asılmıĢ 

məhrəbanın uclarından yapıĢaraq mənə baxır. Mübhəm boz gözlər ... Adətən 

olduğu kimi, onun nə haqda düĢündüyünü anlamıram. O, fikir və hisslərini 

gizlətməyi bacarır. 

– Bura necə gəlib çıxmıĢam? – səsim sakit və mütidir. 

Qrey  mənə  yaxınlaĢır  və  çarpayının  kənarında  oturur.  Mənə  elə 

yaxındır ki, hətta ona toxuna bilərəm, onun ətrini duyuram. Aman Tanrım… 

bədəninin  və  duĢ  üçün  gelin  qoxusu    məstedici  ―Marqarita‖  kokteylindən 

(bunu artıq öz təcrübəmdən bilirəm) də çox-çox güclüdür. 



 

 

 



78 

www.vivo-book.com 

 

–  HuĢunu  itirəndə  səni  evə  aparmağa  risk  etmədim.  Səni  burda 



saxlamaq lazım gəldi, – deyə o, biganə tərzdə cavab verir. 

– Məni yatağa kim uzatdı? 

– Mən. – Onun simasında dəyiĢiklik yoxdur. 

– Ürəyim yenə də bulanmıĢdı? 

– Yox. 

– Məni soyunduran da sən idin? – demək olar ki, pıçıldayıram. 



– Hə, mən idim. – O, qaĢlarını əyir, mənsə əlacsızlıqdan qızarıram. 

–  Biz  səninlə…  –  güc-bəla  ilə  sözümü  deyirəm,  dəhĢətdən  ölüyə 

oxĢayıram. Cümləni tamamlaya bilmirəm və əllərimə baxaraq susuram. 

–  AnasteyĢa,  sən  koma  vəziyyətindəydin.  Nekrofiliya  mənlik  deyil. 

Mən qadının canlı olmasına və hərəkətli olmasına üstünlük verirəm, – deyə 

o, quru tərzdə izah edir. 

– Çox utanıram. 

Onun dodaqları bir qədər əyri istehza ilə yuxarı qalxır. 

– Hə, vaxtı Ģən keçirdiniz. Bu axĢam hələ uzun müddət xatırlanacaq. 

– Elə mən də... 

O,  mənə  lağ  edir,  əclaf!  Özü  ardımca  gəlib,  heç  kim  ondan  xahiĢ 

etməyib, nəticədəsə məni günah keçisi təyin ediblər. 

–  Öz  Ģirkətinizdə  iĢləyib  hazırladığınız  hər  cür  casus 

texnologiyalarından  qızı  güdmək  üçün  istifadə  düzgün  deyil,  –  deyə 

acıqlanıram. 

Kristian mənə təəccüblə və deyəsən, acıqlı baxır. 

–  Birincisi,  mobil  telefonu  internetlə  də  güdmək  olar.  Ġkincisi, 

Ģirkətim izləmə və qapalı müĢahidəetmə üzrə aparatura istehsalı ilə məĢğul 

olmur.  Üçüncüsü,  əgər  ardınca  gəlməsəydim,  sən  gözlərini  fotoqrafın 

yatağında  açacaqdın.  Xatırladığım  qədər,  sən  o  aĢnadan  heyranlıq 

duymurdun, – deyə o, məni sancır. 

AĢna!..  Kristian  Qrey  əsəbiləĢir,  onun  boz  gözləri  təhqir  olunmuĢ 

tərzdə parlayır. 



Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə