Mən nifrətlə aynadakı əksimə baxıram. Saçlarım niyə dağınıqdır biz kimi durur



Yüklə 3,64 Mb.
Pdf görüntüsü
səhifə24/160
tarix26.09.2017
ölçüsü3,64 Mb.
#2249
1   ...   20   21   22   23   24   25   26   27   ...   160

 

 

 



79 

www.vivo-book.com 

 

–  Hə,  sən  orta  əsrlər  xronikasından  olan  cəngavərsən,  –  deyə  onu 



sancıram. 

O, bir qədər soyuyur. Üzünün ifadəsi yumĢalır və gözəl cizgilənmiĢ 

dodaqlarda təbəssüm kölgəsi dolaĢır. 

–  Yox,  AnasteyĢa,  heç  oxĢamıram.  Olsa-olsa,  ancaq  və  ancaq  qara 

cəngavər. – Kristian kinayəli tərzdə gülümsəyir. – Dünən yemək yemisən? – 

deyə o, sərt Ģəkildə soruĢur. 

BaĢımı  yelləyirəm.  Daha  nə  cinayət  iĢləmiĢəm  ki?  Hərgah  onun 

dodaqları kiplənir, siması hissiyyatsız qalır. 

– Mütləq yemək lazımdır. Sənsə ac qarına içki içmisən, ona görə də 

halın  pisləĢib.  Düzünü  bilmək  istəsən,  AnasteyĢa,  yemək  içkidə  ən  birinci 

qaydadır. 

O, əli ilə saçlarını qarıĢdırır, deməli, hələ də hirslənir. 

– Sən mənə hələ çox ədəb-ərkan öyrədəcəksən? 

– Bu, belə adlanır? 

– Məncə, hə. 

– Sən hələ yaxĢı qurtardın. 

– Hansı mənada? 

– Əgər sən mənə məxsus olsaydın, dünənki həngamədən sonra hələ 

bir həftə oturub-durmağın çətin olardı. Ac qarına içmisən, küpünə kimi, az 

qala,  baĢına  iĢ  də  açacaqdılar…  –  Qrey  gözlərini  yumur,  onun  gözəl 

simasında ikrah peyda olur və o, azca diksinir. Sonra gözlərini açır və acıqlı 

halda mənə baxır. – Nə baĢ verəcəyini düĢünmək belə adamı ürpəndirir. 

Ona  nə  dəxli  var?  Əgər  mən  ona  məxsus  olsaydım…  amma  mən 

onun  deyiləm.  Əslində,  ola  bilsin  ki,  qəlbimin  dərinliklərində  mən  bunun 

əleyhinə  deyiləm.  Bu  fikirlə  bərabər,  onun  müĢtəbehliyindən  hirslənirəm. 

Mən qızarıram: təhtəlĢüurum Ģən bir rəqsi oynayır, bircə ona mən onun ola 

biləcəyim fikrindən. 

– Mənimlə heç nə baĢ verə bilməzdi. Mən Keytlə bir yerdə idim. 

– Bəs fotoqraf? – deyə o fınxırır. 

Hm… Xose-oğul. Ona bir-iki kəlmə ―xoĢ söz‖ demək lazım gələcək. 




 

 

 



80 

www.vivo-book.com 

 

– Xose sadəcə içkidən ağlını itirmiĢdi. – Çiyinlərimi çəkirəm. 



–  Məncə,  kimsə  bu  fotoqrafa  ədəb-ərkan  öyrətməlidir  ki,  bir  daha 

həddini aĢmasın. 

– Elə sərtsən ki, – deyə fınxırıram. 

– Ah, AnasteyĢa, sən heç təsəvvürünə belə gətirmirsən. – Kristianın 

gözləri kiçilir, üzünə dəcəl təbəssüm qonur. 

Qreyin  təbəssümü  məni  tamamilə  tərk-silah  edir.  Bir  az  əvvəl 

hirslənirdim,  indisə  baxıĢlarımı  ondan  çəkə  bilmirəm.  Ah!..  Bu  təbəssümə 

görə  hər  Ģeyi  bağıĢlamaq  olar.  Yəqin  ki,  o  çox nadir  hallarda  gülümsədiyi 

üçün. Mən hətta nə haqda danıĢdığımızı belə unutdum. 

–  Mən  yuyunmaq  üçün  hamama  gedirəm.  Yoxsa  sən  birinci  olmaq 

istəyirsən? – O, baĢını  yana əyir – hələ də gülümsəyərək. Ürəyim bərkdən 

döyünür, beyin tənəffüs üçün cavabdeh olan neyronlara impuls göndərməyi 

dayandırıb. Qreyin təbəssümü geniĢlənir, o böyük barmağını yanağımda və 

alt dodağımda gəzdirir. 

–  Nəfəs  al,  AnasteyĢa,  –  deyə  Qrey  pıçıldayır  və  qalxır.  –  On  beĢ 

dəqiqə sonra nahar yeməyini gətirəcəklər. Sən, yəqin ki, acsan. – O, hamam 

otağına doğru gedir və qapını bağlayır. 

Nəhayət,  dərindən  nəfəs  ala  bilirəm.  Niyə  o,  bu  qədər  gözəldir? 

Yerimdən qalxıb onun yanına, hamama getmək istəyirəm. Əvvəllər heç vaxt 

belə bir hiss keçirməmiĢəm. Hormonlar Ģahə qalxıb. Hələ də yanağımda və 

dodağımda onun toxunuĢunu hiss edirəm. Bədənimə ağır, xəstə diskomfort 

hissi yayılır. Mənə nə olub? Hmm… ġəhvət. Hə, sən demə, o belə olurmuĢ. 

Mən  yenidən  baĢımı  pərqu  balıĢlara  qoyuram.  ―Əgər  sən  mənim 

olsaydın...‖  Aman  Tanrım…  Ona  məxsus  olmağımdan  ötrü  mən  nələri 

qurban  verməzdim!  Kristian  Qrey  –  ürəyimi  bərkdən  döyünməyə  məcbur 

edən yeganə kiĢi...  Damarlarımdakı qan coĢur. Əslində, onun xasiyyətində 

olan heç də hər Ģey xoĢuma gəlmir: çox qapalı və ziddiyyətlidir. O gah məni 

özündən itələyir, gah on dörd min dollarlıq kitablar hədiyyə göndərir, hələ 

sonra da izləyir, sanki mən hansısa məĢhuram, osa üzlü pərəstiĢkar. Bütün 

bunlarla  bərabər,  gecəni  onun  otel  otağında  keçirmiĢəm  və  özümü  tam 




 

 

 



81 

www.vivo-book.com 

 

təhlükəsizlikdə  hiss  edirəm...  onun  müdafiəsində.  O,  məni  özünün 



uydurduğu təhlükədən xilas etmək üçün dördnala qaçıb gəlib. Yox, o, zalım 

cəngavər  deyil,  əsl  mərd  cəngavərdir,  parıltılı  zirehli  geyimdə,  klassik 

romantik qəhrəman, ser Haveyn, yaxud Lanselot kimi. 

Mən  yataqdan  qalxıram  və  cidd-cəhdlə  öz  cins  Ģalvarımı  tapmağa 

çalıĢıram. Qrey duĢdan yaĢ-yaĢ çıxır; sudan parıldayaraq və hələ də üzünü 

qırxmamıĢ halda. Əynində heç nə yoxdur, yalnız qurĢağı ətrafına dolanmıĢ 

məhrəba.  Və  əlbəttə,  mən  çılpaq  ayaqlarımla  dayanıb  xəcalətdən  yerə 

girirəm. O, mənim çarpayıdan qalxmağıma təəccüblənib. 

–  Cins  Ģalvarını  yuyulmağa  vermiĢəm.  –  Onun  baxıĢında  boz 

obsidian var. – Qusarkən onu bulaĢdırmıĢdın. 

–  Oh.  –  Mən  turp  kimi  qızarıram.  Niyə  o  həmiĢə  məni  pis  yerdə 

yaxalayır? 

–  Teylordan  xahiĢ  elədim  ki,  sənə  bir  cüt  cins  Ģalvar  və  ayaqqabı 

alsın. Onlar kürsüdəki çantanın içindədir. 

Təmiz pal-paltar. Gözlənilməz bonusdur. 

– E… mən hamama gedirəm, – donquldanıram. – Çox sağ ol. 

Daha  nə  demək  olar  ki?  Çantadan  yapıĢıb  qaçaraq  duĢa  gedirəm, 

Kristian Qreyin adamı həyəcanlandıran çılpaqlığından uzaq olmaqdan ötrü. 

Mikelancelonun ―David‖i onunla müqayisədə heç nədir. 

Hamam isti və rütubətlidir, hələ havasını dəyiĢməyə macal tapmayıb. 

Paltarı tez əynimdən çıxarıb su altına girmək lazımdır. Üzümü xoĢ su axını 

yuyur. Mən Kristian Qreyi istəyirəm. Çox, çox istəyirəm. Bu, sadəcə, faktın 

təsdiqidir. Həyatımda ilk dəfə olaraq mən kiĢiylə yatağa uzanmaq istəyirəm. 

Onun əllərinin və dodaqlarının toxunuĢunu hiss eləmək istəyirəm. 

O  dedi  ki,  həssas  qadınlara  üstünlük  verir.  Deməli,  bəkarətini 

qoruyur.  Amma  o  nə  Pol,  nə  də  Xose  kimi  mənə  yaxınlaĢmağa  da  cəhd 

eləməyib. BaĢa düĢmürəm. Ötən həftə o, məni heç öpmədi də. Mən onu cəlb 

eləmirəm?  Onda  o,  niyə  məni  bura  gətirib?  ―Sən  bütün  gecəni  onun 

yatağında  keçirmisən,  Ana,  osa  sənə  heç  barmağını  da  toxundurmayıb. 



Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə