Mәnim sizә tövsiyәm ondan ibarәtdir ki, orta mәktәbdә necә oxumusunuz, elә dә davam edin


ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə12/54
tarix01.07.2018
ölçüsü6,16 Mb.
#52644
1   ...   8   9   10   11   12   13   14   15   ...   54

25
ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ
Osman bildirir ki, sınaq imtahanlarında yüksək nəticə göstərdiyim üçün qəbul
imtahanında da yüksək bal toplayacağıma inanırdım. Qəbul imtahanında, demək
olar ki, həyacanlanmadım. Bunun əsas səbəblərindən biri də bütün sınaq
imtahanlarında iştirak etməyim olub.
“Seçdiyi ixtisas qrupu üzrə 2 maksimal bal toplayan abituriyentdən biri olmaq
insanda qürur  hissi doğurur”
“Yüksək nəticə əldə etmək insana hansı hissləri yaşadır” sualına Osman belə cavab
verir: “IV qrup üzrə qəbul imtahanında iştirak edən minlərlə abituriyent arasında
fərqlənərək, iki maksimal bal toplayan abituriyentdən biri olmaq, əlbəttə, məndə
qürur hissi doğurur. Bu nəticəni əldə etməyimdə isə, ilk növbədə, valideynlərimə,
məktəb və hazırlıq müəllimlərimə borcluyam.”
“Ali məktəblərə qəbul imtahanı ümumtəhsil məktəb proqramını tam əhatə edir”
Bilik öncülü qeyd etdi ki,  TQDK‑nın keçirdiyi qəbul imtahanlarının məzmunu
məktəb dərsliklərini və proqramlarını tam əhatə edir. Bununla belə, qəbul
imtahanında sualların cavablandırılması üçün müəyyən qədər məntiqi düşüncə də
tələb olunur. Bu isə abituriyentin hazırlıq səviyyəsindən çox asılıdır.
“Ali məktəblərə qəbul imtahanında repetitorsuz yüksək nəticə əldə etmək
mümkündür, amma bir qədər çətindir”
Təhsilin keyfiyyəti yüksək olan ümumtəhsil məktəblərində və ya liseylərdə
oxuyan şagirdlər qəbul imtahanında repetitorsuz da yüksək nəticə əldə edə bilərlər.
Məsələn, mən Xətai rayonundakı 98 saylı məktəbdə təhsil almışam. Burada təhsilin
keyfiyyəti yaxşı idi. Düşünürəm ki, məktəbdə qazandığım biliklə hansısa ali məktəbə
qəbul ola bilərdim. Amma qarşıma yüksək bal toplamağı məqsəd qoyduğuma görə
məktəb dərsləri ilə bərabər repetitor yanına getməli oldum.
Gələcək abituriyentlərə tövsiyə və arzular...
Osman söhbət zamanı gələcək abituriyentlərə, xüsusən də qəbul imtahanında
yüksək nəticə əldə etmək istəyən abituriyentlərə bəzi tövsiyələrini də bildirdi: “Aşağı
siniflərdən, həmçinin qəbula hazırlığın ilk aylarından başlayaraq dərslərini yaxşı
oxusunlar. Mümkün qədər istirahətə də vaxt ayırsınlar. İmtahanda
həyəcanlanmasınlar. Qarşılarına qoyduqları məqsədə nail olmaq üçün sistemli
çalışsınlar”. 
Osman dedi ki, fürsət düşmüşkən yüksək nəticə əldə etməyimdə mənə  köməklik
göstərən valideynlərimə, məktəb və hazırlıq müəllimlərimə təşəkkürümü bildirirəm.
Mənim nəticələrim həm də müəllimlərimin nəticələridir. Arzu edirəm ki,
müəllimlərimizin belə uğurlu nəticələr qazanan yetirmələrinin sayı çox olsun. 
Bilik öncülü imtahanın məzmunu ilə bağlı bir istəyini bildirdi: “Qəbul
imtahanında tətbiq olunan açıq tipli testlərin həlli xeyli vaxt apardığından gələcəkdə
belə sualların sayı artırılarsa, imtahan vaxtı da artırılsın. Belə olarsa, uğurlu nəticələr
əldə edənlərin sayı xeyli artar. Bir istəyim də odur ki, imtahanda məntiqi sualların
sayı artırılsın. Bu, şagirdlərin analitik, yaradıcı təfəkkürünün inkişafını
stimullaşdırar”.


26
ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
Paşazadə Aytən Vaqif qızı 1996‑cı ildə Mingəçevir şəhərində ziyalı
ailəsində anadan olub.  Mingəçevir şəhər 7 saylı tam orta məktəbi bitirib.
Oxuduğu müddətdə dərs əlaçısı olub, məktəbin ictimai həyatında yaxından
iştirak edib, nümunəvi davranışı ilə fərqlənib. Bu il  IV ixtisas qrupu üzrə
qəbul imtahanında 700 bal toplayaraq Azərbaycan Tibb Universitetinin
Müalicə işi ixtisasına qəbul olub.
“Əsas istəyim Prezident təqaüdü almaq idi, bunun üçün də var gücümlə
oxuyurdum”
Müsahibə zamanı Aytən bildirdi ki, sınaq imtahanlarında həmişə 670‑680 baldan yuxarı
nəticə əldə etdiyinə görə qəbul imtahanında da yüksək bal toplayacağına əmin olub. “Mənim
əsas istəyim Prezident təqaüdü almaq idi, bunun üçün də var gücümlə oxuyurdum. Ancaq
rekord nəticə əldə edəcəyimi gözləmirdim. İmtahanda suallarla tanış olanda onlar mənə asan
gəldi və məndə 700 bal toplayacağıma ümid yarandı. İmtahandan sonra sual kitabçasında
qeyd etdiyim cavabları yoxlayaraq onların hamısının düzgün olduğunu gördüm. İmtahan
nəticələrinin rəsmi açıqlanması maksimal bal topladığımı təsdiq etdi”. 
“Məktəbdə yaxşı oxumaq abituriyentin qəbula hazırlığı üçün etibarlı bünövrə yaradır”
Aytən qəbula hazırlıqda aşağı siniflərdən başlayaraq məktəb dərslərini yaxşı oxumağın
daha önəmli olduğunu vurğuladı. Bununla belə qəbulda yüksək nəticə əldə etmək üçün əlavə
məşğələlərə getməyə də ehtiyac olur. Yaxşı repetitor və ya hazırlıq kursunun təcrübəli
müəllimi abituriyentə bu yə ya digər fənn üzrə proqramın  hansı məsələlərinə daha çox diqqət
yetirməyi, nələri öyrənməyi, necə öyrənməyi, düzgün istiqamət seçməyi daha yaxşı izah edir.
Aytən qeyd etdi ki, son 2 ilin hazırlıq məşğələləri ona diqqətli olmağı, testlərlə çox işləməyi
və dərsləri təkrarlamaq metodikasını öyrədib. Bunlar isə imtahanda yüksək nəticə əldə etmək
üçün çox vacibdir. 
“Vaxt bölgüm 3 hissədən – məktəb dərsləri, qəbul imtahanına hazırlıq məşğələləri və
istirahətdən ibarət idi”
Aytən özünün qəbula hazırlıq təcrübəsindən danışarkən burada nəsə qeyri‑adi cəhətlər
olmadığını vurğulayır. “Sadəcə hazırlıq dövründə daha diqqətli olmuşam, testlərlə çox
işləmişəm, dərsləri təkrarlamağa xüsusi diqqət yetirmişəm. Vaxt bölgüm 3 hissədən – məktəb
dərsləri, qəbul imtahanına hazırlıq məşğələləri və istirahətdən ibarət idi. İmtahana hazırlıq
məşğələlərinə axşam saat 10‑dan 12‑yə kimi vaxt ayırır, səhər saat 6‑da oyanıb oxuduqlarımı
təkrarlayırdım. Bu da oxuduqlarımın yadımda yaxşı qalmasına kömək edirdi. Qavrama
qabiliyyətim iti olduğundan dərsləri 1‑2 dəfə oxumaq mənə kifayət edirdi. Bu məsələdə
şagirdlər bir‑birindən fərqlənir. Elə şagird var ki, bir mövzunu 3‑4 dəfə oxusa da, yadında
qalmır. Təbii ki, belə məktəbli dərsə daha çox vaxt ayırmalıdır. Ümumiyyətlə, hər bir şagirdin
dərsə hazırlığında fərqli cəhətlər ola bilər.
Aytən hazırlıq dövründə əlavə heç bir işlə məşğul olmadığını, amma normal yuxuya,
istirahətə həmişə vaxt ayırdığını da vurğulayır.
“Qəbul imtahanına hazırlaşmaq üçün yalnız dərsliklər kifayət etmir, əlavə vəsaitlərdən də
istifadə etmək lazım gəlir”
Aytən bildirdi ki, hazırlıq dövründə TQDK‑nın nəşr etdiyi vəsaitlərdən, test toplularından,
“Abituriyent” jurnalındakı metodiki materiallardan da istifadə edib. Çünki qəbula yaxşı
hazırlaşmaq üçün məktəb dərslikləri yetərli deyildi, əlavə vəsaitlərdən də istifadə etmək


Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə