Mәnim sizә tövsiyәm ondan ibarәtdir ki, orta mәktәbdә necә oxumusunuz, elә dә davam edin


ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə8/54
tarix01.07.2018
ölçüsü6,16 Mb.
#52644
1   ...   4   5   6   7   8   9   10   11   ...   54

17
ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ
– Məncə, istək və həvəs olan yerdə heç bir şey oxumağın qarşısını ala bilməz.
– Bəzi abituriyentlər sualların çətin olmasından gileylənir. Bu barədə sən nə
fikirləşirsən?
–Ola bilər ki, suallar kimin üçünsə çətin olsun. Çünki bilmədiyi hər şey adama çətin gəlir.
Əgər abituriyent bütün proqramı yaxşı mənimsəyibsə, suallar çətin olsa belə, bu, ümumi
nəticəyə o qədər də təsir etməz.
– Gələcək abituriyentlərə nə tövsiyə edərdin?
– Məsləhət görərdim ki, heç vaxt ruhdan düşməsinlər, çox oxusunlar, qarşılarına konkret
məqsəd qoysunlar və ona nail olmaq üçün səylə çalışsınlar, özlərinə inamlı olsunlar.
– Ümumtəhsil məktəblərində tədrisin səviyyəsi səni qane edirmi?
– Mən digər məktəblərin tədris səviyyəsi haqda konkret bir şey deyə bilmərəm. Amma
oxuduğum 258 nömrəli məktəbdə təhsilin səviyyəsi qaneedicidir.
– Repetitorla hazırlaşmısanmı, əgər hazırlaşmısansa, bu, hansı zərurətdən yaranıb:
məktəbdə fənlərin tədrisinin qənaətbəxş olmamasından, yoxsa daha yaxşı hazırlaşmaq
istəyindən?
– Bəli, repetitorla hazırlaşmışam. 10‑cu sinifdə III qrup üzrə bir neçə əsas fəndən, 11‑ci
sinifdə isə  fənlərin hamısından hazırlığa getmişəm. Repetitorla məşğul olmaq daha yaxşı
hazırlaşmaq istəyimdən irəli gəlib. Məktəbimizdə dərslər yaxşı keçilsə də, amma bu, qəbul
proqramındakı bütün materialları tam, bütün dərinliyi ilə mənimsəmək üçün kifayət
etmirdi. Bir də ki, öyrəndiklərini təkrarlamaq da lazımdır. Məktəbdəki 45 dəqiqəlik dərslə
buna tam nail olmaq mümkün olmur. Ona görə mən də bir çox şagirdlər kimi əlavə olaraq
repetitor yanına getməli olmuşam.
– Qəbul imtahanlarına günün hansı vaxtlarında hazırlaşmaq daha əlverişlidir?
Ümumiyyətlə, vaxt bölgüsünü necə müəyyənləşdirmişdin?
– Abituriyent üçün vaxtdan səmərəli istifadə çox önəmlidir. Məncə, dərsləri çox gec və
ya səhər tezdən, yuxulu halda hazırlamaq düzgün deyil. Yuxu rejimini düzgün qurmaq,
ona uyğun hazırlaşmaq daha yaxşı nəticə verir. Mənim vaxt bölgüm belə idi: gün ərzində,
əsasən, 4 saat oxuyur, eyni zamanda, əyləncəyə, idmana, dostlarla gəzintiyə də vaxt
ayırırdım.
– İxtisas seçərkən sənin üçün hansı meyarlar əsas olub?
– Hüquqşünaslıq ixtisasının nüfuzu, müəyyən qədər valideynlərimin təsiri, ancaq ən
əsası özümün bu ixtisasa olan marağım. 
– TQDK‑nın nəşr etdiyi vəsaitlərin və test toplularının yüksək nəticə göstərməyində nə
kimi rolu olub?
– Yüksək uğura nail olmağımda məktəb dərslikləri ilə bərabər TQDK‑nın nəşr etdiyi
vəsaitlərin və test toplularının da böyük köməyi olub: həm test həll etməyi
təkmilləşdirməkdə, həm də sualların ümumi məzmunu ilə tanış olmaqda onlardan çox
faydalanmışam. Bundan əlavə, sınaq imtahanlarında iştirak etmək də çox yardımçım olub.
Bu zaman vaxtı düzgün bölməyi, açıq tipli  sualları həll etməyi öyrənmişəm.
– İmtahanların test üsulu ilə keçirilməsinə münasibətin?
– Test suallarının cavablarında konkretlik olur.  Həm də cavablarına kənardan subyektiv
müdaxilələr olmur. Bu da çox vacib amildir. Odur ki, məncə, test sistemi şagirdlərin bilik
səviyyəsini ölçmək üçün ən obyektiv, ən mütərəqqi üsuldur. 


18
ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
– Gələcək abituriyentlərə tövsiyələrin.
– Əzmkar, iradəli olsunlar. Dərslərini aşağı siniflərdən başlayaraq yaxşı oxusunlar. Yəni
“11‑ci sinifdə çox oxusam, kifayət edər”, – deyə düşünməsinlər. Bu, çox yanlış fikirdir. Dərs
oxumaqla bərabər, istirahətə də vaxt ayırsınlar. Testlərlə çox işləsinlər. Dərsləri bir dəfə
oxumaqla kifayətlənməsinlər, hər cümləni diqqət edə‑edə bir neçə dəfə  oxusunlar. TQDK‑
nın təşkil etdiyi sınaq imtahanlarında mütəmadi iştirak edib öz hazırlıq səviyyələrini
yoxlasınlar. İmtahan vaxtı həyəcanlanmasınlar. Hər yerdə, həmişə özlərinə, öz güclərinə
inansınlar. 
Müsahibəni apardı: Ulduz Talıbova
Ali məktəblərə III ixtisas qrupu üzrə qəbul imtahanında 700 bal
toplayan 4 abituriyentdən biri də Qafarova Flora Eldar qızıdır.  
Flora 1996‑cı ildə Sumqayıt şəhərində anadan olub. 2002‑ci  ildə
Sumqayıt şəhər N.Gəncəvi adına texniki və təbiət elmləri liseyinin I
sinfinə gedib. Məktəbdə  yüksək qiymətlərlə oxuyub. Liseyin sayılıb‑
seçilən şagirdlərindən olub. Məktəb illərində fənn olimpiadalarında fəal
iştirak edib, mükafatlara layiq görülüb. Bu il qəbul imtahanında rekord
nəticə əldə edərək Qafqaz Universitetinin Tərcümə (ingilis dili) ixtisasına
qəbul olub.
“Qəbul imtahanında 700 bal toplayacağıma əvvəldən inanırdım və buna da nail oldum”
Flora qəbul imtahanına hazırlıq dövründən danışarkən qeyd edir ki, əsas məsələ
məktəbdə dərslərə müntəzəm olaraq yaxşı hazırlaşmaqdır. Məktəb illərində dərsləri yaxşı
oxumusansa, qəbula hazırlıq dövründə onları bir növ təkrarlamış olursan: “Bununla
bərabər gərək özünə inamlı olasan, qarşına aydın, konkret məqsəd qoyasan. Mənim
əvvəlcədən hədəfim 700 bal toplamaq olub və öz gücümə də inanmışam. Sınaqların
çoxunda iştirak etmişəm və hər dəfə də 600‑dən yuxarı bal toplamışam. Yaxınlarım,
dostlarım soruşanda ki, bəs nə vaxt ən yüksək nəticə əldə edəcəksən? Mən cavab verirdim
ki, yalnız 1 dəfə – qəbul imtahanında 700 bal toplayacağam. Belə bir nəticə əldə edəcəyimə
əvvəldən inanırdım və buna da nail oldum”.
O da digər yüksək ballılar kimi hesab edir ki, qəbul imtahanında yüksək nəticə
göstərmək üçün əsas məsələ vaxtında, yəni məktəb illərində yaxşı oxumaqdır. Əgər
vaxtında oxumadınsa, sonrakı dövrdə hazırlıq kifayət etmir. Hazırlıqda ardıcıllıq,
sistemlilik, təkrarlamalar vacib şərtdir.
Flora bildirir ki, qəbul imtahanında həyəcanlanmadım. Bunun səbəbini belə izah edir:
“Liseydə xeyli imtahan verdiyimdən onun ab‑havasına bir növ alışmışdım. Digər tərəfdən,
sınaq imtahanları məni qəbul imtahanına həm psixoloji cəhətdən alışdırmışdı, həm onun
texnologiyasına bələd olmuşdum, həm də hazırlıq səviyyəmi yoxlamışdım. Nəticəmin
yüksək olacağına əmin idim”.
“Hazırlıq zamanı hər bir abituriyent vaxtını öz bilik səviyyəsi və qavrama qabiliyyətinə
görə bölməlidir”
Flora bildirir ki, hər gün vaxtımın böyük bir hissəsini dərslərə hazırlığa sərf edirdim.
Daha çox axşamlar oxuyurdum. Hazırlığın ilk aylarında oxumağa 6‑7 saat vaxt ayırırdımsa,
imtahanlara yaxın son 1 ayda 8‑10 saat çalışırdım. Amma istirahətə də vaxt ayırırdım.
Hesab edirəm ki, abituriyentin istirahət etmədən bütün günü dərs oxuması artıq
yüklənmədir və bu, sağlamlığa zərər verə bilər. Odur ki, istirahəti, normal yuxunu da


Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə