Mәnim sizә tövsiyәm ondan ibarәtdir ki, orta mәktәbdә necә oxumusunuz, elә dә davam edin


ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə10/54
tarix01.07.2018
ölçüsü6,16 Mb.
#52644
1   ...   6   7   8   9   10   11   12   13   ...   54

21
ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ
O, hesab edir ki, repetitor yanına getmədən də yüksək nəticə əldə etmək olar. Ancaq
bunun üçün şagird həm müstəqil surətdə çalışmağı bacarmalı, həm də məktəbdə dərslərini
yaxşı oxumalıdır. Xeyli şagird repetitor xidmətindən istifadə etmədən də 600‑dən  yuxarı
bal toplamağın mümkün olduğunu sübut etmişdir. Nərminənin fikrincə insanın iradəsi
güclü olsa və istədiyini əldə etməyə çalışsa, repetitorla məşğul olmadan da yüksək nəticə
əldə edə bilər. Ancaq bir çox şagirdlər belə düşünür ki, repetitor xidmətindən istifadə
etmədən yüksək bal toplamaq olmaz. Şəxsən mən repetitor yanına getmədən də yaxşı nəticə
əldə edə bilərdim. Hətta bəzi fənlər üzrə dərslərə müstəqil şəkildə hazırlaşırdım. Amma
valideynlərim təkid etdilər ki, repetitorla hazırlaşsam nəticələrim daha yüksək olar.
Həqiqətən də bəzi fənlər üzrə repetitorla məşğul olmağın faydası oldu və bu, mənim
yüksək bal toplamağıma kömək etdi.
“Aydın məqsəd və hər şeyi əvvəlcədən planlama müvəffəqiyyəti təmin edir”
O, qəbul imtahanında yüksək bal toplamasını 11 il ərzində yaxşı oxumasının nəticəsi
hesab edir. Onun fikrincə, məktəbdə aşağı siniflərdə yaxşı oxumayan şagird son 2 il ərzində
hazırlaşsa da, yüksək nəticə əldə edə bilməz. Hər bir abituriyent gərək əvvəlcədən qarşısına
aydın məqsəd qoysun. Hazırlıq zamanı fənlər arasında müəyyən vaxt bölgüsü aparsın.
Vaxtı düzgün bölmək, oxumağa da, istirahətə də vaxt ayırmaq, hər şeyi əvvəlcədən
planlamaq müvəffəqiyyəti təmin edir.
“Dərsliklər nə qədər mükəmməl olsa, uşaqların da aşağı siniflərdən başlayaraq
hazırlaşması asanlaşar”
Nərminə qəbul imtahanlarında görmək istədiyi yeniliklərdən danışarkən bir çox
dərsliklərdəki materialların qəbul imtahanına yüksək səviyyədə hazırlaşmaq üçün yetərli
olmadığını bildirir, dərsliklərin daha da təkmilləşdirilməsinin zəruriliyini qeyd edir. O,
fikrini konkret misalla belə ifadə edir. “Məsələn, Azərbaycan dili fənni üzrə hazırlaşmağa
dərslik materialı yetərli deyildi. Odur ki, mən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının
nəşr etdiyi vəsaitlərdən də istifadə edirdim. Dərsliklər nə qədər mükəmməl olsa, uşaqların
aşağı siniflərdən başlayaraq hazırlaşması asanlaşar və repetitor yanına getmələrinə ehtiyac
olmaz”.
Sevimli məşğuliyyəti bədii ədəbiyyat oxumaqdır
Nərminədən dərsdən sonrakı məşğuliyyətlərini soruşanda, musiqi dinləməyi
xoşladığını, idmanla da maraqlandığını bildirdi. Lakin ən sevimli məşğuliyyətinin bədii
ədəbiyyat oxumaq olduğunu dedi. Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir və İlyas
Əfəndiyevin yaradıcılığını daha çox xoşladığını söylədi. Onların əsərlərinin indi də aktual
olduğunu, bu günün problemləri ilə  səsləşdiyini vurğuladı.
Yaxşı oxuyan şagirdin ali məktəbə yolu hər zaman açıqdır”
Sonda Nərminə imtahana hazırlıq dövründə ona dəstək olan hər kəsə – müəllimlərinə,
qohumlarına və valideynlərinə təşəkkürünü bildirir: “Onlar mənə inanmasaydılar, bəlkə də
bu nəticəni əldə edə bilməzdim. Gələcək abituriyentlərə  qarşılarına yüksək məqsəd
qoymağı, ona çata bilmək üçün var gücləri ilə çalışmağı məsləhət görürəm. Yüksək nəticə
əldə etmək çətin iş deyil. Sadəcə, ciddi, sistemli oxumaq lazımdır. Yaxşı oxuyan şagirdin ali
məktəbə yolu hər zaman açıqdır”.  


22
ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
Yaxşı oxumaq və təhsildə yüksək nəticələr əldə etmək nəsildən, kökdən də gələn bir
ənənədir. Məmmədli Nərmin Rövşən qızı  da öz çalışqanlığı və qazandığı uğurlarla bu fikri
bir daha təsdiq edir. Nərmin ailəsinin qızıl medal ənənəsinin davamçısıdır. Onun babası və
atası məktəbi qızıl medalla, nənəsi isə gümüş medalla bitirib. Nərmin də məktəbi qızıl
medalla bitirərək ailələrinə 4‑cü medalı gətirib. O, III ixtisas qrupu üzrə qəbul imtahanında
da fərqlənərək 700 ballıq rekord nəticə ilə Azərbaycan Respublikası Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq ixtisasına qəbul olub.
Nərmin Məmmədli Mingəçevir şəhər 3 saylı tam orta məktəbin
məzunudur. Məktəbdə oxuduğu illərdə bütün fənlərdən əla qiymətlər alıb
və hər zaman yüksək biliyi, bacarığı ilə fərqlənib. Təhsil müddətində
rayon, şəhər və ölkə üzrə keçirilən fənn olimpiadalarında fəal iştirak
edərək yüksək yerlər tutub. 
“Yüksək nəticə göstərdim və istəyimə nail oldum”
Məktəb illərindən Azərbaycan Respublikası Yanında Dövlət İdarəçilik
Akademiyasının hüquqşünaslıq ixtisasına qəbul olmağı qarşısına məqsəd qoyub. Bunun üçün
çox yüksək bal toplamağın lazım gəldiyini bilsə də, hazırlıq müddətində imtahana çox çətin
sualların düşə biləcəyindən ehtiyatlansa da və istədiyi nəticəni əldə edə bilməyəcəyindən qorxsa
da, amma inadından dönməyib. İmtahanda isə sualların asan olduğunu görəndə narahatlığı
keçib və diqqətlə işləməyə başlayıb. Axşam nəticələrini  yoxlayandan sonra sualların hamısına
düzgün cavab verdiyini bilsə də, kodlaşdırmada nəsə səhv edəcəyindən ehtiyatlanıb. Ona görə
də cavablar çıxana kimi 700 bal toplayacağına tam əmin olmayıb. Nəticələr bəlli olanda isə
sevincinin həddi‑hüdudu olmayıb.
Bilik öncülü qeyd edir ki, uşaqların təhsilə olan marağı ailədən də asılıdır. Təhsildə və qəbul
imtahanına hazırlaşanda   yaxınlarının sənə dəstək olduğunu gördükdə özünəinam hissin
güclənir, oxumağa həvəsin artır. Amma istənilən halda oxumağa maraq daha çox hər bir
şagirdin özündən asılı olur. Mən ailədə qızıl medalçıların ənənəsini davam etdirmək, onların
davamçısı olmaq istəyirdim. Bir gənc qıza baş ucalığı gətirən qızıl medalı almaq mənim arzum
idi. Bu gün mən çox məmnunam ki, həm məktəbdə, həm də qəbul imtahanında istədiyimə nail
olmuşam.
“Hər kəs öz rejimini özü müəyyən etməlidir”
Nərmin belə hesab edir ki, yüksək nəticə göstərmək üçün nə qədər oxumaq hər kəsin
qavrama səviyyəsindən asılıdır. Gecə saat 12‑dən sonra dərs oxumaq məsləhət görülməsə də,
mən hər zaman dərslərimi gecə hazırlayırdım. Qəribədir ki, gecə vaxtı dərs oxuyanda onları
daha yaxşı qavrayırdım. Odur ki, hər kəs öz  rejimini özü müəyyən etməlidir. Dərs oxuyanda çox
diqqətli olmaq lazımdır, fikrin başqa yerdə olmamalıdır. Əgər mən qəbula hazırlığın əvvələrində
dərs hazırlamağa 5‑6 saat vaxt sərf edirdimsə, son aylarda bütün günü oxuyur, təkrarlara da vaxt
ayırırdım.
“Yüksək nəticə qazanmağım 11 illik yaxşı təhsilin bəhrəsidir”
Söhbət zamanı o, maraqlı bir məqama toxunur: “Bəzi uşaqlar belə düşünürlər  ki, onlar aşağı
siniflərdə yaxşı oxumasalar da yuxarı siniflərdə hazırlığa getmək ali məktəbə qəbul olmaq üçün
kifayət edər. Bu, yanlış fikirdir. Məktəbdə aşağı siniflərdən yaxşı oxumaq lazımdır. Çünki sən
sonradan ya özün müstəqil şəkildə, ya da repetitorla 6‑cı sinifdən 11‑ci sinfə kimi keçilənləri
təkrarlamağa məcbur olursan. Aşağı siniflərdə zəif oxuyan uşaq son 2 ildə hətta ciddi hazırlaşsa


Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə