Mәnim sizә tövsiyәm ondan ibarәtdir ki, orta mәktәbdә necә oxumusunuz, elә dә davam edin


ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə11/54
tarix01.07.2018
ölçüsü6,16 Mb.
#52644
1   ...   7   8   9   10   11   12   13   14   ...   54

23
ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ
da, çətin ki, yüksək nəticə əldə edə bilsin. Bir var son 2 il ərzində oxuduqlarını təkrarlayasan, bir
də var ki, azı 6 ildə öyrənmədiklərini oxuyasan. Düşünürəm ki, şəxsən mənim yüksək nəticə
qazanmağım 11 illik yaxşı təhsilin bəhrəsidir”.
“Ailəmiz mənim seçimimə hörmətlə yanaşdı”
Baba və nənəsinin himayəsində böyüyən, ziyalı ailəsində tərbiyə alan Nərmin təhsilə həmişə
böyük önəm verib. Babası onun həkim olmasını istəyib. Amma Nərmin öz seçimini edərək
hüquqşünas olmaq qərarına gələndə babası onun seçiminə hörmətlə yanaşıb.
"650 baldan yuxarı nəticə göstərən abituriyentlərdən bizim elə bir ciddi fərqimiz yoxdur"
O, hesab edir ki, 700 ballıq nəticə göstərənlərin 650‑dən yuxarı bal toplayan abituriyentlərdən
elə bir ciddi fərqləri yoxdur: “Sadəcə, biz imtahanda daha diqqətli olmuş, bunun sayəsində nisbi
üstünlük əldə etmişik və ola bilsin ki, müəyyən qədər də daha şanslı olmuşuq. Bəzən elə olur ki,
adi diqqətsizliyə görə bir və ya bir neçə balı itirirsən. Heç şübhəsiz, burada psixoloji amillərin də
rolu olur. Mənim tanıdığım bir çox uşaqlar imtahanda qorxu və həyəcandan istədikləri nəticəni
əldə edə bilmədilər. Əslində isə onların savadı heç də zəif deyildi”.
Nərmin yaşadığı Mingəçevir şəhərində, eləcə də oxuduğu məktəbdə təhsilin yüksək səviyyədə
olduğunu, şagirdlər arasında əsl mənada bilik yarışının getdiyini, bu il Mingəçevirdə 18 nəfər
şagirdin məktəbi qızıl medalla bitirdiyini, 39 məzunun isə qəbul imtahanlarında 600 baldan yuxarı
nəticə göstərdiyini bildirdi.
"Sınaq imtahanları qəbula hazırlıq səviyyəsinin ən etibarlı yoxlanmasıdır"
“Yüksək nəticə əldə etmək üçün nələri etmək vacibdir” sualına Nərmin belə cavab verir: “Çox
oxumaq, imtahanda diqqətli olmaq, özünü itirməmək, həyəcanlanmamaq, bütün sınaq
imtahanlarında iştirak etmək. Sınaq imtahanları qəbula hazırlıq səviyyəsinin ən etibarlı
yoxlanmasıdır. Sınaqlarda iştirak edən şagirdə qəbul imtahanı çətin gəlmir”.
Nərmin qəbula həm dərsliklər, həm də TQDK‑nın nəşrləri vasitəsilə hazırlaşdığını deyir.
Ümumiyyətlə, Komissiyanın çap etdiyi test topluları və vəsaitlərdən istifadənin abituriyentlərin
imtahana hazırlığında böyük rolu olduğunu vurğulayır.
Nərmin qəbul prosesinə aid bəzi mülahizələrini də dilə gətirdi. Vurğuladı ki, imtahanda ən
vacib məsələlərdən biri cavab kartında düzgün kodlaşdırma aparmaqdır. Kodlaşdırmada
buraxılan səhvlər nəticələrə mənfi təsir göstərir. Bəzən cavab kartının üstünə su düşməsi və ya
ləkələnməsi hallarına da rast gəlinir ki, bunlar da təəssüf doğurmaya bilməz. Belə hallarda cavab
kartını yenisi ilə əvəzləmək olmur. Ona görə də cavab kartlarının elektron versiyada olmasını
istərdik. Ola bilsin ki, bu sistemin işlənib hazırlanması və bütün abituriyentləri əhatə etməsi hələlik
mümkün deyil. Ancaq gələcəkdə buna diqqət ayırmaq lazımdır.
“Həyatımın ən məsuliyyətli mərhələsi bundan sonra başlayır”
“5 il sonra özünü harada və necə görürsən” sualıma cavabında Nərmin qeyd edir ki, hazırda
yalnız təhsil alacağı akademiyada yaxşı oxumaq barədə düşünür. Ali məktəbi də fərqlənmə
diplomu ilə bitirməyə çalışacağını deyir. Bunlar onun hazırkı  istək və  qayğılarıdır. Onu da qeyd
edir ki, həyatının ən məsuliyyətli mərhələsi bundan sonra başlayır. O, təhsil aldığı akademiyanın
yüksək adına layiq səviyyədə oxumağa çalışacağını bildirir. 
Nərmin sonda belə bir maraqlı məqama da toxunur: “III ixtisas qrupu üzrə 700 bal
toplayanlardan 3‑ü Dövlət İdarəçilik Akademiyasını seçib. Onlarla elm‑təhsil sahəsində rəqabət
aparmaq maraqlı olacaq”.


24
ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
Osman Müslümov 1996‑cı ildə Bakı şəhərində anadan olub. 2002‑ci ildə
Bakı şəhər 98 saylı tam orta məktəbində 1‑ci sinfə gedib, 2013‑cü ildə həmin
məktəbi bitirib. Məktəbdə bütün fənlərdən həmişə “əla” qiymət alıb.
İstedadı, çalışqanlığı ilə seçilib. IV ixtisas qrupu üzrə 700 ballıq maksimal
nəticə göstərən iki gəncdən biridir və Azərbaycan Tibb Universitetinin
Müalicə işi ixtisasına dövlət sifarişi əsasında qəbul olub.
Yüksək bal toplamaq uğrunda hazırlıqlar
“Yüksək nəticə əldə etməyinə təsir edən amillər hansılardır” sualına Osman qısa və
konkret cavab verdi: “Məktəbdə yaxşı oxumağım, son 2 ildə isə dərslərə, xüsusilə də IV qrup
üzrə fənlərə daha ciddi və məsuliyyətlə yanaşmağım”.
Osman xüsusi vurğulayır ki, hazırlıq dövründə təkcə dərsliklərdən deyil, digər
mənbələrdən də yararlanmaq lazımdır, xüsusilə də TQDK‑nın ayrı‑ayrı fənlər üzrə nəşr etdiyi
vəsaitlərdən istifadə etmək çox vacibdir. Hər bir abituriyent sınaq imtahanlarında iştirak
etməli, imtahanın texnologiyasına alışmalı, testlərlə işləməyi öyrənməlidir.
Osman bildirir ki, yüksək nəticə əldə etməyimə baxmayaraq, mən gün ərzində 3‑4 saat
dərs oxuyurdum, sadəcə qavrama qabiliyyətim yüksək olduğundan az vaxtda çox şey
öyrənirdim. Testlər üzərində işləməyim də sürətli idi. Gələcək abituriyentlərə də məsləhət
görərdim ki, testlər üzərində sürətlə işləməyi öyrənsinlər. 
“İnsanın hansısa istəyinə çatması üçün şans da müəyyən qədər rol oynayır”
Osmanın fikrincə, insanın hansısa məqsədinə çatması üçün şans da müəyyən qədər rol
oynayır. Ola bilər ki, yüksək ballılar arasında bilik səviyyəsi etibarilə məndən də hazırlıqlı
uşaqlar var. Məsələn, mənim tanışlarımdan sınaq imtahanlarında məndən daha yüksək nəticə
əldə edənlər var idi (mənim sınaqlardakı nəticələrim 650 baldan yuxarı olurdu). Amma qəbul
imtahanında onlar məndən aşağı bal topladılar. Bəlkə də, burada şansdan çox, psixoloji
hazırlığın rolu var. Onu deyim ki, mən istər imtahanda, istərsə də imtahandan kənar
məqamlarda həmişə psixoloji cəhətdən hazır olmuşam.
Osman niyə məhz IV qrupu seçdiyinə də aydınlıq gətirir: “Məndə bu ixtisası seçmək
həvəsini həkim qohumlarım yaradıb. Bundan əlavə, özümün də IV qrupun fənlərinə böyük
marağım olub. Əvvəllər I qrupa meyil göstərsəm də, sonra fikrimi dəyişərək IV qrupu
seçmişəm. 
O, söhbət zamanı gələcək planlarından da danışaraq qeyd etdi ki, hələlik Azərbaycan Tibb
Universitetində təhsil almaq istəyirəm. Ancaq imkan olarsa, sonrakı illərdə təhsilimi xaricdə
davam etdirmək istərdim. Eşitdiyimə görə, xaricdə tibbi praktika daha güclüdür. Ona görə də
seçdiyim peşənin sirlərini burda öyrəndikdən sonra daha geniş təcrübə  əldə etmək üçün
xaricə  – Türkiyəyə və ya Almaniyaya getmək niyyətindəyəm.
“Abituriyent öz üzərində ciddi işləsə, yüksək nəticə əldə edə bilər”
Osman onu da qeyd etdi ki, uğurlu nəticə əldə etmək üçün nə hədsiz dərəcədə tələsmək,
nə də ləngimək fayda vermir. Yalnız bilik bazası yüksək olan və öz üzərində ciddi işləyən
abituriyent yüksək nəticə əldə edə bilər. Mən qəbul imtahanı zamanı bütün sualları 1 saat 15
dəqiqəyə cavablandırıb bitirdim, lakin qalan müddətdə sual kitabçasında qeyd etdiyim
cavabları yenidən yoxlayaraq səhvlərimi tapıb düzəliş etdim.
Qəbula hazırlıq dövründən danışarkən ilk vaxtlarda oxumağa gün ərzində az vaxt
ayırdığını deyir. Qəbul imtahanları yaxınlaşdıqca yorğun olduğuna baxmayaraq, hazırlığa
daha çox vaxt ayırdığını, son 2 ayda isə var gücü ilə çalışdığını vurğulayır.


Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə