MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə15/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   11   12   13   14   15   16   17   18   ...   79

canatımdan ibarət olmasına baxmayaraq, ona, davamlı müsbət bir Ģey kimi baxılır. Əslində, Ģər yalnız özündə 
mənfiliyin mütləq görüntüsüdür. 
   
§ 36 
  KeçmiĢ metafizikanın dördüncü hissəsi təbii və ya rasional texnologiya allah anlayıĢını və ya onun imkanını, onun 
mövcud varlığının və xassələrinin sübutu məsələsini gözdən keçirmiĢdir. 
  Qeyd. a) Allahın bu əqli gözdən keçirilməsində allaha hansı predikatların uyğun gəldiyi və ya uyğun gəlmədiyi 
məsələsinə baĢlıca önəm verilir. Reallıqla inkarın əksliyi burada mütləq görünür; anlayıĢın dərrakədə götürülən bu halı 
üçün sonda yalnız qeyri-müəyyən mahiyyətin, xalis reallığın və ya müsbətliyin boĢ abstraksiyası, müasir maarifin ölü 
məhsulu qalır; b) sonlu idrakın sübut üsulu və xarakteri özünü onda göstərir ki, o, allahın varlığının obyektiv əsasının 
baĢqa nə iləsə vasitələnmiĢ olduğunu göstərməyə məcburdur. Abstrakt eyniyyətə söykənən bu sübut üsulu sonludan 
sonsuza keçiddə zorluqla qarĢılaĢır. Beləliklə, o, ya allahı müsbət sonlu qalan mövcud dünyadan azad etmək halında 
götürməməlidir (onda allah sonlu mövcud dünyanın bilavasitə substansiyası kimi tərifləndirilməlidir (panteizm)), ya da 
allah subyekt qarĢısında duran obyekt olur, deməli, nə isə sonlu bir Ģey olur(dializm); c) müəyyənləĢdirilmiĢ və fərqli 
xassələr xalis reallıq, qeyri-müəyyən mahiyyət abstrakt anlayıĢda yüklənərək itirilimiĢdir. Ancaq təsəvvürdə sonlu 
dünya hələ həqiqi varlıq kimi qalır və allah ona qarĢı qoyulursa, onda allahın dünyaya xassələr kimi müəyyənləĢdirilən, 
bir tərəfdən sonlu olan, yəni sonlu durumları olan (məsələn, allah ədalətlidir, rəhmlidir, güclüdür, müdrikdir və i. a.), 
digər tərəfdən isə həm də sonsuz olan dəyiĢik münasibətləri haqqında təsəvvürü də yaranır. Bu ziddiyyət bu baxımdan 
yalnız o xassələrin hər cür müəyyənliyin yox olmasına, sensum eminentiorem-ə32 qədər kəmiyyətcə çoxaldılması 
vasitəsilə yalnız dumanlı həlli üsuluna yol açır. Ancaq hər cür müəyyənliyin yox olması (bu xassə) onu bir heçliyə 
çevirir və onun yalnız adı saxlanılır. 
  Əlavə. KeçmiĢ metafizikanın bu sahəsinin iĢi allahın dərkində təfəkkürün hara qədər irəliləyə biləcəyini 
müəyyənləĢdirməkdən ibarət idi. Təfəkkür vasitəsilə allahın dərki – Ģübhəsiz, elmin böyük məsələsi idi. Dində allah 
haqqında təsəvvürlər vardır; bu təsəvvürlər inanc simvolunda toplandığı formasında bizə din təlimi kimi gənc 
yaĢlarımızdan aĢılanır və fərd bu təlimə inandığından və onu həqiqət kimi qəbul etdiyindən bir xristiana gərək olanı əldə 
etmiĢ olur. Teologiya bu inanc haqqında elmdir. Əgər teologiya bizə yalnız dini təlimlərin sayını və toplamını verirsə, o, 
hələ elm deyildir. Predmetə bizim zamanda belə sayğı göstərilən xalis tarixi yanaĢma (məsələn, bu və ya digər kilsə 
atasının söylədiklərinin çatdırılması) hələ teologiyaya elmlik vermir. Teologiya yalnız o halda elmlik əldə edir ki, 
anlayıĢlarda dərk edən təfəkkürə keçsin, bu isə fəlsəfənin iĢidir. Beləliklə, həqiqi teologiya eyni zamanda önəmli 
dərəcədə din fəlsəfəsidir və bu, orta əsrlərdə də belə idi. 
  Özəlliklə keçmiĢ metafizikanın rasional teologiyasına gəlincə o, təfəkkür elmi deyil, allah haqqında idraki bir elm idi 
və onun təfəkkürü yalnız fikrin abstrakt tərifləri ətrafında dolanırdı. Onun allah anlayıĢına baxıĢında idrakın meyarı 
allah haqqında təsəvvürdən ibarət olmuĢdur. Təfəkkür isə özündə azad hərəkət etməlidir, amma biz burada onu da qeyd 
etməliyik ki, azad təfəkkürün çıxardığı sonuclar xristian dininin məzmunu ilə uzlaĢır, belə ki, xristian dini ağlın kəĢfidir. 
Lakin sözü gedən rasional teologiyada bu uzlaĢma alınmamıĢdır. Rasional teologiya allah haqqında təsəvvürü təfəkürün 
vasitəsilə müəyyən etmək məqsədini izləsə də, allah anlayıĢını o, yalnız müsbət abstraksiya və ya özündə inkarı istisna 
edən, ümumiyyətlə, reallıq kimi hasil etmiĢdir. Burada allah hər Ģeyin reallığı olan varlıq kimi təriflənmiĢdir, ancaq 
asanlıqla yəqin etmək olar ki, bu varlıqda inkarın istisna edilməsi sayəsində o, özündə nə olmalıdırsa, ona və düĢüncənin 
onun barəsində düĢünmək istədiyinə əksdir. O, məzmunca ən zəngin və dalğın olmaq əvəzinə abstrakt baĢa düĢülməsi 
sayəsində çox yoxsul və tamamilə boĢ sözə çevrilmiĢdir. Fərdi ruh haqlı olaraq konkret məzmuna can atır. Lakin o buna 
özündə müəyyənliyə, yəni inkara malik olması sayəsində çatır. Əgər allah anlayıĢını yalnız abstrakt anlayıĢ və ya hər 
Ģeyin reallığı olan varlıq kimi anlayırlarsa, onda allah bu zaman bizim üçün yalnız axirət dünyasına çevrilir və o zaman 
onun dərk olunmasından söz gedə bilməz, çünki müəyyənlik olmayan yerdə dərrakə də yoxdur. Xalis iĢıq xalis 
qaranlıqdır. 


  Bu rasional teologiya həmçinin allahın varlığının sübutu ilə də maraqlanmıĢdır. Burada ən önəmlisi odur ki, sübut bir 
tərifin baĢqa tərifdən asılılığı kimi baĢa düĢülür. Sübutun bu üsulunda müəyyən bir davamlı müqəddimə götürülür və 
ondan da baĢqası hasil edilir. Deməli, burada tərifin müqəddimədən asılılığı nümayiĢ etdirilir. Əgər biz bu üsulla allahın 
varlığını sübut etməli olsaq, onda belə alınar ki, allahın varlığı baĢqa təriflərdən asılıdır və deməli, bu təriflər allahın 
varlığının özülüdür. Aydınca görünür ki, bu məntiqsiz bir Ģeydir, çünki allah hər Ģeyin, Ģübhəsiz, özülü olmalıdır və 
deməli, baĢqasından asılı da ola bilməz. Bu anlamda yeni zamanda deyirlər ki, allahın varlığı sübut olunmazdır, yalnız 
bilavasitə dərk olunmalıdır. Lakin təfəkkürün baĢa düĢdüyü sübut dərrakənin və eləcə də sağlam fikrin nəzərdə tutduğu 
sübutdan fərqlidir. Əqli sübutun da çıxıĢ nöqtəsi allah deyil, baĢqa Ģeydir, amma əqli sübut özünün sonrakı hərəkətində 
o baĢqa Ģeyi bilavasitə və mövcudluq kimi saxlamayıb vasitələnmiĢ və ĢərtlənmiĢ kimi göstərir; beləliklə, aydın olur ki, 
allah eyni zamanda özündə vasitələnməni birtərəfləĢdirmiĢ kimi, həqiqi bilavasitəlik, ilkin və asılı olmayan varlıq kimi 
gözdən keçirilməlidir. Əgər deyirlər ki, "təbiəti gözdən keçirin, o sizi allaha qovuĢduracaq, siz mütləq son məqsədə 
çatacaqsınız" – bu o anlamı daĢıyır ki, allah vasitələnmiĢ bir varlıqdır, bu isə o deməkdir ki, baĢqasından allaha yalnız 
biz keçid edirik və bu keçidi elə edirik ki, allah təbiətin sonucu kimi eyni zamanda onun mütləq özülü, əsası olur, 
deməli, əksinə, sonuc kimi çıxıĢ edən həm də özül olur, öncə özül kimi təsəvvür edilən sonuc səviyyəsinə endirilir. Bu 
əqli sübutun gediĢidir. 
  Əgər bütün bu söylənilənlərdən sonra keçmiĢ metafizikanın mühakimə üsuluna bir daha göz yetirsək, əmin olarıq ki, o, 
ağlın, təfəkkürün predmetini idrakın abstrakt sonlu təriflərilə dərk etmiĢ və abstrakt eyniyyəti özünün prinsipinə 
çevirmiĢdir. Ancaq bu fikri sonsuzluq, xalis mahiyyət yalnız sonludur, çünki onun xüsusiliyi atılmıĢdır ki, bu xüsusilik 
onu məhdudlaĢdırır və inkar edir. Konkret eyniyyəti dərk etmək yerinə, keçmiĢ metafizika abstraktlıqda iliĢib qalmıĢdır; 
ancaq var olanın mahiyyətinin yalnız fikirdən ibarət olduğunu düĢünməsi o metafizikanın yaxĢı tərəfidir. Bu metafizika 
idrak materialını keçmiĢ filosoflardan, yəni sxolastiklərdən götürmüĢdür. Spekulyativ fəlsəfədə fikir doğrudan da bir 
momentdir, ancaq bu iliĢib qalınan bir moment deyil. Platon və Aristotel belə metafiziklərdən olmamıĢlar. Təəssüf ki, 
adətən bunun əksini düĢünürlər. 
  
FĠKRĠN OBYEKTĠVLĠYƏ 
ĠKĠNCĠ MÜNASĠBƏTĠ 
 
I. Emprizm 
 
§ 37 
  Bir tərəfdən öz gücü ilə özünün ən ümumiliyindən xüsusiliyinə və tərifinə keçə bilməyən fikrin abstrakt 
nəzəriyyələrinin əksinə olaraq konkret məzmuna olan tələbat, o biri tərəfdən isə son təriflər sahəsində və bu təriflər üzrə 
hər Ģeyi sübut etmək imkanını istisna edə bilən möhkəm dayağa olan ehtiyac həqiqi olanı fikrin özündə axtarmaq 
əvəzinə onu təcrübədən hasil etmək istəyən empirizmə dıĢ və iç mövcudluq gətirdi. 
  Əlavə. Empirizm özünün yaranmasına görə öncəki paraqrafda göstərilən konkret məzmuna yaranmıĢ tələbata və 
möhkəm dayağa – abstrakt fikri metafizika ilə ödənilə bilməyən tələbata borcludur. Məzmun konkretliyinə gəlincə 
burada zəruri olan odur ki, Ģüur predmetləri, əsasən, özündə müəyyən olunmuĢ predmetlər kimi və müxtəlif təriflərin 
vəhdəti kimi dərk edilsin. Lakin gördüyümüz kimi bu, abstrakt metafizikanın, abstrakt prinsipin iĢi deyil. Xalis abstrakt 
təfəkkür abstrakt ümumilik forması ilə məhdudlaĢır və bu ümuminin xüsusiləĢməsinə keçmək durumunda deyil. Belə ki, 
məsələn, keçmiĢ metafizika təfəkkür vasitəsilə ruhun mahiyyətini və ya əsas tərifini öyrənmək istəyirdi və onun 
çıxardığı əsas sonuc bu idi ki, ruh bəsitdir. Ruhun adına yazılan bu bəsitlik cismin və ümumiyyətlə, materiyanın əsas 
tərifi kimi müəyyənləĢdirilən mürəkkəblikdə olan fərqi istisna edən abstrakt bəsitlik anlamında baĢa düĢülürdü. Ancaq 
abstrakt bəsitlik ruhu (könül anlamında – A. T.) və özəlliklə ruhu (ən ümumiliyində – A. T.) əhatə etmək üçün çox 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə