olan və öz daxilində baĢqa materiyaların mövcudluğuna imkan verən çoxlu baĢqa müstəqil materiyalar olur.
Məsamələrdə empiriklik yoxdur, yalnız müstqil materiyaların inkarı momentindən ibarət olan və bütün materiyaların
müstəqil olduğu və biri o biri tərəfindən inkar edildiyi dumanlı yanlıĢlıqların ziddiyyətinin sonrakı inkiĢafını pərdələyən
düĢüncənin ixtirasıdır. Əgər ruhun qabiliyyəti və ya fəaliyyəti bu cür hipostazlaĢdırılırsa, onda onların canlı vəhdəti də
onların bir-birinə təsirinə dair yanlıĢ təsəvvürə çevrilir.
Bu məsamələr (söhbət canlı bədənlərdəki məsamələrdən – ağacın, dərinin və i. a. məsamələrindən deyil, məsələn, rəng,
istilik və i. a. deyilən materiallardakı və ya metallardakı, kristallardakı məsamələrdən gedir) təcrübədə təsdiq
olunmadığı kimi, materiyanın özü, həmçinin materiyalardan yaranmıĢ formasız Ģey və ya özü davamlı olub ancaq
xassələrə malik olan Ģey də – bütün bunlar, müĢahidə edib düĢünərək yalnız müĢahidə etdiyi barədə danıĢdığını deyən,
əslində isə hər yöndən ziddiyyətli olan, lakin özü də bilmədən metafizika yaradan özünə refleksiya edən düĢüncənin
məhsullarıdır.
B
HADĠSƏ
§ 131
Mahiyyət təzahür etməlidir. Mahiyyətin özünün özündəki görüntüsü (Seheinen) onun özü-özünə-refleksiya kimi
davamlı mövcudluqdan (Bestehen) (materiyadan) ibarət bilavasitəliyə keçməsidirsə, forma baĢqasına-refleksiya, özünü
aradan qaldıran davamlı mövcudluqdur. Təzahür, görüntü görünənə elə bir tərifdir ki, onun sayəsində mahiyyət varlıq
deyil, mahiyyət olur; inkiĢaf etmiĢ təzahür isə hadisədir. Odur ki, mahiyyət hadisənin arxasında və ya hadisədən o
tərəfdə deyildir, mahiyyət mövcud olandır, mövcud olan hadisədir.
Əlavə. Öz ziddiyyətilə müəyyənləĢmiĢ mövcudluq hadisədir. Hadisə boĢ təzahürlə qarıĢdırılmamalıdır. Təzahür
varlığın və ya bilavasitəsiliyin həqiqi əsasıdır. Bilavasitəlik bizim onu necə hesab etdiyimizdən ibarət, ancaq özündən
asılı olan müstəqil bir Ģey olmayıb yalnız təzahürdür, görünmədir və təzahür kimi o özü özündə mahiyyətin sadə
varlığında mərkəzləĢmiĢdir. Mahiyyət əsas etibarilə özlüyündə təzahürün totallığıdır, ancaq o bu iç mərkəzdə qalmayıb
onun dıĢında, mövcudluğun əsası kimi çıxıĢ edir, əsası özündə deyil, baĢqasında olan mövcudluq isə ancaq hadisədir.
Hadisə haqqında danıĢarkən biz onu varlıqları bütünlüklə ancaq vasitələnmədən ibarət olan və deməli, əsası özündə
olmayan, ancaq momentlər gücünə malik mövcud Ģeylərin qeyri-müəyyən müxtəlifliyi təsəvvürü ilə bağlayırıq. Buradan
eyni zamanda o çıxır ki, mahiyyət hadisənin arxasında, yaxud ondan o tərəfdə qalmayıb sanki özünün sonsuz
xeyirxahlığı üzündən özünün görüntüsünə (təzahürünə), bilavasitəliyə ötürür və ona mövcudluq sevinci verir. Belə
müəyyənləĢmiĢ hadisə öz ayaqları üzərində dayanmayıb və varlığı özündə deyil, baĢqasındadır. Mahiyyət kimi allah
mərhəmətdir, ona görə ki, o özünün təzahür momentlərinə mövcudluq verərək özü özündə düny yaradır; ancaq bununla
birlikdə allah özünün bu təzahür momentləri üzərində hakimiyyətdir və o, adil kimi göstərir ki, mövcud olan bu
dünyanın məzmunu, özü üçün mövcud olmaq istədiyindən ancaq hadisədir.
Hadisə ümumiyyətlə məntiqi ideyanın çox önəmli pilləsidir və demək olar ki, fəlsəfə bəsit Ģüurdan onunla fərqlənir ki,
bəsit Ģüurun müstəqil mahiyyət kimi qəbul etdiyinə sadə hadisə (olay) kimi baxır. Ancaq bu zaman hadisənin
mahiyyətini əsaslı anlamaq olduqca önəmlidir, yəni bir Ģeyin yalnız hadisə olduğu deyilirsə, bu yalnız o mənada baĢa
düĢülə bilər ki, guya bununla müqayisədə yalnız mövcud olan və ya bilavasitə olan ali bir Ģeydir. Əslində isə burada iĢ
baĢqa cürdür: hadisə sadə varlıqdan ali bir Ģeydir. Hadisə, ümumiyyətlə varığın həqiqətidir və varlıqdan daha zəngin
tərifdir, çünki özü-özünə-refleksiya və baĢqasına-refleksiya momentlərini özündə birləĢmiĢ halda saxlayır, halbuki
varlıq və ya bilavasitəlik, əksinə, daha birtərəfli halda əlaqədən məhrumdur və (zahirən) yalnız özündən asılıdır. Lakin
hər halda bu "yalnız" sözü, Ģübhəsiz, hadisənin yetərsizliyini göstərir və bu yetərsizlik ondan ibarətdir ki, hadisə özündə
hələ çatdır və özündə dayağı yoxdur.
BoĢ hadisədən uca olan hər eydən öncə gerçəklikdir; mahiyyətin üçüncü pilləsi kimi gerçəklik haqqında sonra
danıĢacağıq.
Adi Ģüur və fəlsəfi Ģüur arasında az öncə göstərdiyimiz fərqin yenidən irəli sürülməsi yeni fəlsəfənin tarixində Kantın
xidmətidir. Lakin Kant yolun yarısında dayanmıĢdı, yəni o, hadisəni yalnız subyektiv anlamda anlamıĢ və idrakımızın
əli çatmayan özündə Ģeyi abstrakt mahiyyət kimi qeyd etmĢdir. Lakin qoy bilavasitə predmet dünyasının təbiəti yalnız
hadisə olsun və biz onu hadisə kimi dərk etməklə eyni zamanda mahiyyət kimi dərk edirik və bu mahiyyət hadisə
arxasında və ya ondan o tərəfdə gizli qalmır, sadəcə hadisə dərəcəsinə endirilərək, bu üsulla özünü mahiyyət kimi
nümayiĢ etdirir. Lakin sadəlövh Ģüurun totallığa can atımında bizim ancaq və ancaq hadisə ilə məĢğul olduğumuzla
bağlı subyektiv idealizmi təsdiq etməklə rahatlanmamağını onun günahı saymaq olmaz. Bu sadəlövh Ģüur idrakın
obyektivliyini xilas etmək istərkən, asanlıqla abstrakt bilavasitəliyə qayıdır və lüzumsuz olaraq onu həqiqət və gerçəklik
kimi qəbul edir. Fixte özünün "Ən yeni fəlsəfənin əsl mahiyyətinin Ģərhi geniĢ kütləyə gün kimi aydındır; təcrübə
oxucunu anlamağa məcbur edir" baĢlıqlı kiçik həcmli əsərində subyektiv idealizm və bilavasitə Ģüur arasındakı
antoqonizmi populyar formada gözdən keçirir; müəllif və oxucu arasında dialoq formasında Fixte subyektiv-idealist
baxıĢın düzgünlüyünü göstərməyə can atmıĢdır. Bu dialoqda oxucu özünün bu baxıĢ üzərində dura bilmədiyindən
gileylənir və onu əhatə edən Ģeylərin gerçək Ģeylər deyil, yalnız hadisələr olduğu fikrinin aĢıladığı ovqatın xoĢa gələn
olmadığını söyləyir. Biz, Ģübhəsiz, ancaq və ancaq subyektiv təsəvvürlərin qapalı çevrəsində özünü məhkum sayan
oxucunun kədərini onun günahı saya bilmərik. Lakin əgər hadisələri xalis subyektiv idealist anlamadan imtina edilərsə,
o zaman deyərik ki, bizi əhatə edən Ģeylərn simasında biz davamlı və müstəqil mövcudluqlarla deyil, yalnız hadisələrlə
məĢğul olduğumuzu deməklə kifayətlənmək üçün bütün əsaslar vardır, belə ki, bu halda biz həm cismani, həm də
mənəvi yönlərdən acından ölmüĢ olardıq.
a. Hadisələr dünyası
§ 132
Hadisə davamlığı bilavasitə aradan qaldırılmıĢ halda mövcud olur və davamlılıq formanın özünün momentlərindən
biridir. Formanın təriflərindən biri davamlılıq və ya materiyadır. Beləliklə, hadisənin bilavasitəliyinə əks olan öz
mahiyyəti kimi, özü-özünə-refleksiya kimi materiyada özünün əsası vardır. Amma, bununla belə, hadisənin əsası
formanın yalnız baĢqa tərifindədir. Onun bu əsası, habelə görüntüdür (təzahür) və hadisə, beləliklə, davamlı forma ilə və
deməli, habelə davamlılığın olmaması ilə sonsuz vasitələnmədə irəliyə hərəkət edir. Bu sonsuz vasitələnmə həm də özü
ilə münasibətin bir vəhdətidir və mövcudluq totallığa və hadisələr aləminə, təhlil olunan sonsuz dünyaya inkiĢaf edir.
b. Məzmun və forma
§ 133
Hadisələr dünyasının özündən kənarlığı totallıqdır və bütünlüklə özünün özü ilə münasibətindədir. Hadisənin özünün
özü ilə bağlantısında müəyyən forma vardır və hadisə bu formaya özü ilə eyniyyətdə malik olduğu üçün zəruri və çox
mühümdür. Beləliklə, forma məzmundur, özünün inkiĢaf etmiĢ müəyyənliyində isə forma hadisənin qanunudur. Forma
özü özünə refleksiya etmədiyindən ona hadisənin mənfi, qeyri-müstəqil və dəyiĢkən momenti daxil olur, ona görə də bu
forma biganə və dıĢarı formadır.
Qeyd. Forma və məzmun arasındakı əksliyi gözdən keçirərkən məzmunun formasız olmadığı, formanın da eyni
zamanda məzmunun özündə olduğu və ona dıĢarı bir Ģey olduğu diqqətdən qaçırılmamalıdır. Biz burada formanın
ikiləĢməsilə qarĢılaĢırıq: birincisi, özü özünə refleksiya olunmuĢ kimi forma məzmundur; ikincisi isə, o özü özünə
refleksiya olunmamıĢ kimi dıĢarı, məzmun üçün biganə mövcudluqdur. Özündəyə burada forma və məzmun arasında
mütləq bağlantı, yəni onların bir-birinə keçməsi xasdır, belə ki, məzmun formanın məzmuna keçməsindən, forma isə
məzmunun formaya keçməsindən baĢqa bir Ģey deyil. Bu keçid ən önəmli təriflərdən biridir. Amma bu keçidin ilk
olaraq mütləq bağlantıda baĢ verdiyi ehtimal olunur.
Dostları ilə paylaş: |