MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə47/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   43   44   45   46   47   48   49   50   ...   79

əsaslarla iĢin nədən ibarət olduğu ilə təcrübədə tanıĢ olduqda onlara qarĢı kar oluruq və onlar daha bizi özünə çəkə 
bilmir. 
   
§ 122 
  Mahiyyət öncə özlüyündə görüntü və vasitəlilikdir. Vasitələnmənin totallığı kimi mahiyyətin özünün özü ilə vəhdəti 
indi artıq fərqlərin aradan qaldırılması kimi və buna görə də vasitələnmənin aradan qaldırılması kimi müəyyənləĢmiĢdir. 
Deməli, bu, bilavasitəliyin və ya varlığın bərpasıdır, ancaq ona görə varlığın bərpasıdır ki, o, vasitəliliyin aradan 
qaldırılması ilə vasitələnmiĢdir. Bu – mövcudluqdur (die Existenz). 
  Qeyd. Burada əsasın hələ özündə və özü üçün müəyyənləĢmiĢ məzmunu yoxdur, o hələ məqsəd də deyil, odur ki, 
fəaliyyətsizdir, bəhərsizdir; mövcud olan bir Ģey yalnız əsasdan yaranır. Odur ki, müəyyən əsas yalnız formal bir Ģeydir; 
müəyyən əsas hansısa bir müəyyənlikdir, çünki bu müəyyənlik özü özü ilə müəyyənləĢmiĢ, ondan asılı olan bilavasitə 
mövcudluqla münasibətdə təsdiq (als Affirmation) kimi nəzərdə tutulan müəyyənlikdir. Elə ona görə də müəyyən əsas 
əsasdır, o həm də yaxĢı əsasdır, çünki "yaxĢı" tamamilə abstrakt deyilərsə – yalnız nə isə bir təsdiqdir və hansısa bir 
üsulla baĢ vermiĢ təsdiq kimi söylənilə bilən hər cür müəyyənlik yaxĢıdır. Odur ki, hər Ģey üçün əsas tapmaq və 
göstərmək olar və yaxĢı əsas (məsələn, hərəkətin yaxĢı motivi) nə isə bir fəaliyyətə sövq edə və etməyə bilər, nəticəsi 
ola da bilər, olmaya da bilər. Sövq edən motiv, məsələn, yalnız ona iradə birləĢdikdə hərəkətə keçir və yalnız iradə onu 
hərəkətə çevirir və səbəb olur. 
  b. Mövcudluq 
   
§ 123 
  Mövcudluq özü özündə refleksiya (özündə əks) və baĢqasında refleksiyanın (əksin) bilavasitə vəhdətidir. Bu səbəbdən 
mövcudluq özü özündə əksetmə və eyni zamanda baĢqasında görünmədir (in-Anderes-scheinen) kimi mövcud olan 
qarĢılıqlı asılılıq dünyasını, əsasların və əsaslandırılanların sonsuz silsiləsini yaradan mövcudluqlara dair qeyri-müəyyən 
çoxluqdan ibarətdir. Əsasların özü mövcudluqlar olduğu kimi mövcudluqlar da bir çox yöndən əsasdırlar və 
əsaslandırılmıĢlardır. 
  Əlavə. Existez (mövcudluq, existere sözündən götürülüb) deyimi nədənsə baĢlanğıc anlamanı bildirir və mövcudluq 
əsasdan yaranan, vasitəliliyin aradan qaldırılması vasitəsilə bərpa olunan varlıqdır. Mahiyyət aradan qaldırılan varlıq 
kimi öncə bizim üçün özü özündə görüntü kimi aĢkar oldu və bu görüntünün tərifləri eyniyyət, fərq və əsasdan ibarət 
oldu. Əsas eyniyyət və fərqin vəhdətidir və bu vəhdət eyni zamanda özünü özündən fərqləndirmədir. Lakin əsas nə 
qədər az abstrakt eyniyyətdirsə, əsasdan fərqləndirmənin fərqi də bir o qədər azdır. Əsas özü özünü aradan qaldırmadır 
və bu onun inkarının nəticəsidir, mövcudluqdur. Əsasdan yaranan mövcudluqda əsas vardır və əsas da mövcudluqdan 
arxada qalmayıb özünü aradan qaldırmaqdan və özünü mövcudluğa çevirməkdən ibarətdir. Bu anlamanı biz bir 
dərəcəyə qədər adi Ģüurda da tapırıq, belə ki, biz bir Ģeyin əsasını gözdən keçirərkən bu əsasda abstrakt daxili bir Ģeydən 
çox mövcud bir Ģeyi görürük. Məsələn, binanı yandıran yanğının əsası kimi ildırım çaxmasını götürürük, bu cür də biz 
xalqın adətlərinə və həyat Ģəraitinə onun dövlət quruculuğunun əsası kimi baxırıq. Bu ümumiyyətlə elə bir formadır ki, 
bu formada mövcud dünya ilk öncə refleksiya kimi qarĢıda canlanır; mövcud dünya onun qarĢısında özü özündə və 
baĢqasında eyni zamanda əks edən, bir-birinə əsas və əsaslandırılan kimi münasibətdə olan mövcudluqların qeyri-
müəyyən çoxluğu kimi durur. Mövcudluqların məcmusu kimi dünyanın bu qarıĢıq oyununda öncə heç bir yerdə 
möhkəm bir dayaq görünmür; burada hər Ģey nisbidir, baĢqası ilə Ģərtlənir, baĢqasını Ģərtləndirir. Reflektiv abstrakt 
təcrübi idrak (рассудок – A.T.) bu çoxyönlü münasibətləri axtarmaq və izləməklə məĢğuldur, ancaq bu axtarıĢda son 
məqsəd haqqında sual cavabsız qalır və odur ki, təfəkkürün anlayıĢlarında dərk edənin tələbatı məntiqi ideyanın sonrakı 
inkiĢafı ilə boĢ nisbilik nöqteyi-nəzəri çərçivəsindən kənara çıxır. 
   


§ 124 
  Lakin mövcud olanın baĢqasına refleksiyası özü-özünə-refleksiyadan ayrı deyildir; əsas bu iki refleksiyanın vəhdətidir 
və mövcudluq bu vəhdətdən yaranır. Ona görə də mövcud olan özlüyündə nisbiliyə malik olur, baĢqa mövcudluqlarla 
müxtəlif bağlantıda olur və əsas kimi özü özünə refleksiya edir. Beləliklə mövcud olan Ģeydir. 
  Qeyd. Kant fəlsəfəsində məĢhur olan belə özündə Ģey bizə burada özünü özünün yaranması prosesində, yəni baĢqasına-
refleksiya və ümumiyyətlə fərqli təriflərə – refleksiyaya əks olan və bu təriflərin boĢ əsası kimi yapıĢılan abstrakt özü-
özünə-refleksiya kimi göstərir. 
  Əlavə. Əgər özündə Ģeyin dərk olunmazlığı təsdiq edilərsə, onda bununla – idrak prosesini predmetin konkret 
müəyyənliklərinin dərki kimi baĢa düĢdükləri üçün – müəyyən qədər razılaĢmaq olar, özündə Ģey isə tamamilə abstrakt 
və ümumiyyətlə qeyri-müəyyən Ģeydən baĢqa bir Ģey deyil. Lakin özündə Ģey haqqında hansı haqla danıĢırlarsa, o haqla 
habelə özündə keyfiyyət, özündə kəmiyyət və bütün baĢqa kateqoryalar haqqında da danıĢmaq və bunu həmin 
kateqoriyaların abstrakt qeyri-müəyyənliyi kimi, yəni onların inkiĢafından və daxili müəyyənliklərindən sərf nəzər 
edilmiĢ halda baĢa düĢmək olar. Məhz Ģeyin özü "özündə" qeyd olunmasına biz düĢüncənin özbaĢınalığı kimi 
baxmalıyıq. Lakin "özündə" deyimi həm təbiət aləminin, həm də ruhi aləmin məzmununa da tətbiq edilir və buna uyğun 
olaraq, məsələn, elektrik haqqında, bitki haqqında, dövlət haqqında özündə Ģey kimi danıĢılır və bu predmetlərin 
"özündə" olmasını onların gerçəkdən nədirsə o olmaları kimi baĢa düĢülür. Burada da məsələ ümumiyyətlə özündə Ģeylə 
olduğu kimidir, yəni belədir ki, biz predmetlərin yalnız "özündə" olması üzərində dayandıqda onları həqiqətən nədirsə o 
cür yox, məzmunsuz birtərəfli abstraksiya formasında baĢa düĢürük. Belə ki, məsələn, özündə insan vəzifəsi bu abstrakt 
və hərəkətsiz "özündə" olmaqdan ibarət deyil, habelə özü üçün olmalı, yəni azad və ağıllı varlıq olmaqdan ibarət olan 
uĢaqdır. Eləcə də "özündə" dövlət hələ inkiĢaf etməmiĢ, dövlət anlayıĢında olan müxtəlif politik funksiyaların öz 
anlayıĢlarına uyğun qeyd olunmadığı patriarxal dövlətdir. Bu anlamda, habelə zoğa da özündə bitki kimi baxmaq olar. 
Bu misallar bizə göstərməlidir ki, Ģeyləri "özündə" və ya özündə Ģeyləri idrakımızın dərk edə bilmədiyi Ģeylər kimi 
düĢünənlər olduqca yanılırlar. Bütün Ģeylər öncə özündədir, ancaq iĢ burada bitmir, özündə bitkidən ibarət olan zoğun 
təbiəti yalnız inkiĢafdan ibarət olduğu kimi, ümumiyyətlə Ģey abstrakt özü-özünə-refleksiya kimi boĢ özündənin 
hüdudunu aĢaraq özünü həmçinin baĢqasına-refleksiya kimi aĢkar edir, ona görə də o, xassələrə malik olur. 
  c. ġey 
   
§ 125 
  ġey əsasın və mövcudluğun təriflərinin təkdəki inkiĢafı kimi totallıqdır. O özünün momentlərindən biri (baĢqasına-
refleksiya) tərəfindən özündə fərqlərə malikdir və bu fərqlərin sayəsində o müəyyəndir və konkret Ģeydir. a) bu təriflər 
bir-birindən fərqlənirlər; bu təriflər özlüyündə deyil, özünün özü-özünə-refleksiyasına malikdir. Bu təriflər Ģeylərin 
xassələridir və onların Ģeylərlə bağlantısı "malik olmaq" (haben) sözündə ifadə olunur. 
  Qeyd. Malik olma bağlantı kimi varlığın yerini tutur. Nə isənin də keyfiyyətə malik olmasına baxmayaraq malik 
olmanın varlığa keçirilməsi dəqiq deyil, belə ki, keyfiyyət kimi bir müəyyənlik nə isə ilə birdir və nə isə öz keyfiyyətini 
itirdikdə daha mövcud olmur. ġey isə eyniyyət kimi habelə fərqdən, öz təriflərindən də fərqlənən özü-özünə-
refleksiyadır. Malik olmaq (haben) feli bir çox dillərdə keçmiĢ zamanı göstərmək üçün iĢlənir və düzgün olaraq iĢlənir, 
belə ki, keçmiĢ aradan qalxmıĢ varlıqdır və ruh bu keçmiĢin özünün-özünə-refleksiyasıdır; bu keçmiĢ yalnız ruhda 
mövcuddur, ancaq ruh özündə aradan qalxmıĢ varlığı habelə özündən də fərqləndirir. 
  Əlavə. Bütün reflektiv təriflər Ģeyə mövcudluq kimi qayıdırlar. Belə ki, Ģey öncə özündə Ģey kimi özü ilə 
eyniyyətdədir. Lakin gördüyümüz kimi, fərqsiz eyniyət yoxdur və Ģeyin malik olduğu xassələr müxtəliflik 
(Verschiedenheit) formasında mövcud olan fərqlərdir (Unterscheid). Əgər əvvəl ayrı-ayrı Ģeylər bir-birinə biganə 
idilərsə və onların bir-biri ilə bağlantısı onları yalnız dıĢarı yöndən müqayisə yolu ilə müəyyən edirdisə, indi biz Ģeyin 
simasında ayrı-ayrı xassələri bir-biri ilə birləĢdirən əlaqə ilə qarĢılaĢırıq. Lakin xassələri keyfiyyətlə qarıĢdırmaq olmaz. 
Doğrudur, həm də deyirlər ki, nə isə keyfiyyətə malikdir. Lakin bu deyim yersizdir, çünki "malik olmaq" sözü öz 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə