MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə44/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   40   41   42   43   44   45   46   47   ...   79

sürərək o fikri təsdiq edir. Əgər təfəkkür yalnız abstrakt eyniyyətdən ibarət olsaydı, onda ən gərəksiz və darıxdırıcı bir 
Ģey sayılardı. Əlbəttə, anlayıĢ və sonra da ideya özü özü ilə eyniyyətdir; lakin onlar yalnız ona görə özü ilə eyniyyətdir 
ki, onlarda həm də fərq vardır. 
    
beta) Fərq 
   
§ 116 
  Mahiyyət yalnız özündə özünə xalis eyniyyət və görüntüdür, çünki o özü ilə münasibətdə olan inkarlıqdır yaxud 
özünün özünə inkar münasibətidir və deməli, özünü özündən özü ilə itələmədir; deməli, o özündə zəruri olaraq fərqi də 
saxlayır. 
  Qeyd. Özgəvarlıq artıq burada keyfiyyət özgə varlığı, müəyyənliyi, sərhəddi olmayıb mahiyyətdəki özü özünə aid olan 
inkardır, habelə münasibətdir, fərqdir, öncədən müəyyən olunmuĢ özgəvarlıqdır, vasitələnmədir. 
  Əlavə. Necə olur ki, eyniyyət fərqə gəlib çıxır sualı verilirsə, onda bu sualın əsasında bu fikir durur ki, eyniyyət 
məzmunsuz eyniyyət kimi, abstrakt eyniyyət kimi müstəqil, heç nədən asılı olmayan bir Ģey olduğu kimi fərq də bir 
baĢqa Ģeydir, eyniyyət kimi o da müstəqildir, asılı deyil. Lakin bu fikir qoyulmuĢ suala cavabı mümkünsüz edir, çünki 
əgər eyniyyətə fərqdən ayrı bir Ģey kimi baxılırsa, onda təkcə yalnız fərq qalır. Bu səbəbdən də fərqə keçidi sübut etmək 
olmur, belə ki, bu keçidin necə baĢ verdiyini soruĢanlar üçün bu keçidin çıxıĢ nöqtəsi yoxdur. Deməli, sual mənasızlaĢır 
və sual verən öncə baĢqa sual, yəni o, eyniyyət dedikdə nəyi baĢa düĢür sualını qoymalı idi – onda görünərdi ki, o, 
eyniyətlə heç bir fikri əlaqələndirmir və eyniyyət onun üçün ancaq boĢ sözdür. Sonra, gördüyümüz kimi, eyniyyət, 
Ģübhəsiz, abstrakt, məzmunsuz bir Ģey olmayıb bir inkarlıqdır, varlığın və onun təriflərinin inkarıdır. Bu tərifində isə 
eyniyyət həm də münasibətdir, yəni özü ilə inkarı münasibətdir yaxud özünü özündən fərqləndirmədir. 
   
§ 117 
  Fərq 1) bilavaistə fərqdir, müxtəliflikdir və bu müxtəliflikdə fərqlənənlərdən hər biri nədirsə odur və onlardan biri 
özünə münasibətdə dıĢarı olan digərinə biganədir. Fərqlənənlərin öz fərqliliyinə biganəliyi sayəsində bu fərqlilik 
onlardan kənarda üçüncü bir müqayisə edəndə öncədən olur. Bu dıĢarı fərq – bağlantıda olanların eyniyyəti kimi – 
onların oxĢarlığı, onların eyniyyətsizliyi kimi isə – oxĢar olmasıdır. 
  Qeyd. DüĢüncə bu təriflərin ayrılığını o dərəcəyə çatdırır ki, oxĢarlıq və oxĢarsızlığın substratı müqayisə üçün eyni olsa 
da yenə də müqayisə onlarda bu substratın fərqli tərəflərini və bu substratın özünə fərqli baxıĢları görür; lakin özü üçün 
götürülən oxĢarlıq yalnız əvvəlki tərif – eyniyyət, özü üçün götürülən oxĢarsızlıq isə fərqdir. 
  Müxtəlifliyi, təfavütü də qanuna çeviriblər. Bu qanun belə səslənir: "Hər Ģey fərqlidir" və ya: "Bir-birinin tam eyni 
olan iki Ģey yoxdur". Burada "hər Ģeyə" birinci müddəada aid edilən eyniyyətin əksinə olaraq fərq predikatı aid edilir; 
deməli, burada eyniyyət qanununa zidd olan qanun irəli sürülür. Bu ziddiyyəti aĢağıdakı deyimlə aradan qaldırmağa can 
atmaq olar: fərq, müxtəliflik yalnız zahiri müqayisədən irəli gəldiyindən hər bir Ģey ancaq özünə bərabərdir və beləliklə 
eyniyyət qanunu ikinci qanuna zidd deyil. Amma bu halda müxtəliflik də nə isə bir Ģeyə və ya hər Ģeyə məxsus deyil, bu 
subyektin mühüm tərifini təĢkil etmir; beləliklə bu ikinci müddəa hətta deyilə bilməz. Digər tərəfdən, əgər nə isə bir Ģey 
müddəaya görə fərqlidirsə, onda bu onun öz müəyyənliyi sayəsində belədir; amma bu halda burada artıq fərq yox, 
müəyyən fərq nəzərdə tutulur. Leybnisin yuxarıda gətirilmiĢ müddəası məhz bu cürdür. 
  Əlavə. Bir haldakı empirik-əqli idrak eyniyyəti gözdən keçirməyə baĢlayır, əslində o artıq öz hüdudundan kənara çıxır 
və qarĢısında eyniyyəti deyil,boĢ fərqlilik formasında fərqi görür. Biz təfəkkürün qanunu deyilən eyniyyət qanununa 
uyğun olaraq dəniz dənizdir, hava havadır, ay aydır və i. a. deyərkən bu predmetləri bir-birinə biganə predmetlər sayırıq 


və deməli, qarĢımızda eyniyyət deyil, fərq görürük. Ancaq biz Ģeyləri onların yalnız fərqlərində gözdən keçirməkdə 
dayanmırıq, onları bir-birilə müqayisə edirik və bunun sayəsində oxĢarlıq və oxĢarsızlıq təriflərini alırıq. Sonlu elmlərin 
iĢi önəmli dərəcədə bu təriflərin iĢlədilməsindən asılıdır və bizim zamanda elmi araĢdırmadan danıĢanda bunu əsasən 
araĢdırılan predmetlərin müqayisəsi metodu kimi baĢa düĢürlər. Etiraf etməmək olmaz ki, bu yolla çox önəmli sonuclar 
alınmıĢdır və bu baxımdan müqayisəli anatomiya və müqayisəli dilçilik sahələrində ən yeni dövrun böyük uğurları yada 
salınmalıdır. Amma bu zaman biz müqayisəli metodun eyni uğurla idrakın bütün sahələrində tətbiq edilə bilməsini 
düĢünməklə alimlərin çox uzağa getdiyini nəinki qeyd etməliyik, həm də özəlliklə qeyd etməliyik ki, təkcə müqayisə 
elmi tələbatı tam ödəyə bilməz və bu metodla əldə edilmiĢ sonuclara əsl anlayıĢlı idrakın yalnız hazırlıq və zəruri 
materialı kimi baxılmalıdır. Lakin bir halda ki, müqayisə zamanı iĢ üzdə olan fərqləri eyniyyətə çevirməkdən ibarətdir, 
onda riyaziyyata bu məqsədin daha dolğun həyata keçirildiyi elm kimi baxılmalıdır (doğrudur, riyaziyyat buna məhz 
ona görə nail olmuĢdur ki, kəmiyyət fərqləri tamamilə dıĢarı fərqlərdir). Belə ki, məsələn, həndəsə üçbucaqlını və 
dördbucaqlını, keyfiyyətcə fərqlənən bu həndəsi fiqurları gözdən keçirərkən onların bu keyfiyyət fərqlərindən sərfnəzər 
edir və onları kəmiyyətcə bir-birinə bərabər sayır. Nə empirik elmlərin, nə də fəlsəfənin riyaziyyatın bu üstünlüyünə 
həsəd aparmamaları barəsində biz yuxarıda ( 
§ 99, əlavə) söz açmıĢıq və bu həm də boĢ idraki eyniyyət haqqında yuxarıda etdiyimiz qeydlə bağlıdır. 
  Deyirlər ki, Leybnis bir dəfə sarayda fərqlilik qanunundan danıĢarkən bağda gəziĢən saray zabitləri və qadınları iki 
eyni, bir-birinə oxĢayan yarpaq axtarırlarmıĢ ki, filosofun söylədiyi təfəkkür qanununu təkzib etsinlər. Sözsüzdür ki, bu 
hətta bizim zamanımızda da metafiziklərin sevimli məĢğuliyyət üsuludur. Lakin Leybnisin irəli sürdüyü qanunla bağlı 
qeyd ediməlidir ki, fərq yalnız dıĢarı və biganə müxtəliflik kimi baĢa düĢülməməlidir, deməli, Ģeylərə özlüyündə fərqli 
olmaq xasdır.69 
   
§ 118 
  OxĢarlıq (die Gleichheit) yalnız bir-birinin eyni olmayan Ģeylərin eyniyyəti, oxĢarsızlıq isə oxĢar olmayan Ģeylərin 
oxĢarsızlığıdır. Deməli, bu iki tərif bir-birinə biganə olan ayrı-ayrı tərəflərə və ya baxıĢlara bölünməyib biri o birində 
parlayır. Odur ki, fərq refleksiyanın fərqidir və ya özündə fərqdir, müəyyən fərqdir. 
  Əlavə. BoĢ, məzmunsuz fərqliliklər bir-birinə biganə qaldığı halda, oxĢarlıq və oxĢarsızlıq, əksinə, daim bir-biri ilə 
bağlı olan və biri o birisiz düĢünülə bilməyən qoĢa təriflərdir. BoĢ fərqlilikdən əksliklərə bu irəliləmə hərəkətilə biz artıq 
adi Ģüurda qarĢılaĢırıq, çünki biz razılaĢırıq ki, müqayisə yalnız fərqlərin mövcudluğu ehtimal edildikdə önəmli olur və 
əksinə, fərqləndirmə oxĢarlığın varlığı ehtimal edildikdə əhəmiyyət daĢıyır. Odur ki, hansısa bir fərqin göstərilməsi 
vəzifəsi qarĢıya qoyulduqda biz bir-birindən bilavasitə və aydın görünən fərqləri olan predmetləri (məsələn, qələm və 
dəvə) fərqləndirməyi böyük məharət saymırıq; digər tərəfdən, deyə bilərlər ki, yalnız yaxın predmetləri (məsələn, fıstığı 
palıdla yaxud baĢ kilsəni kilsə ilə) bir-biri ilə müqayisə etməyi bacaran Ģəxs müqayisə apararkən böyük istedad 
göstərmir. Deməli, biz eyniyyətdə fərqliliyi və fərqlilikdə eyniyyəti tələb edirik. Lakin empirik elmlər sahəsində tez-tez 
elə olur ki, bu təriflərdən birinin hesabına o biri unudulur və ya bir tərəfli olaraq elmin vəzifəsini mövcud fərqlərin 
eyniyyətə çevrilməsində ya da bu vəzifəni yenə də birtərəfli olaraq yeni fərqlərin tapılmasında görürlər. Buna baĢlıca 
olaraq təbiətĢünaslıqda rast gəlirik. TəbiətĢünaslıqda yeni-yeni maddələrin, güclərin, cinslərin, növlərin və i. a. 
tapılmasını və ya baĢqa istiqamətdə gedərək indiyədək sadə sayılan predmetin əslində qəliz olduğunun sübutunu baĢlıca 
vəzifə sayırlar; yeni dövrün fizik və kimyaçıları yalnız dörd ünsürlə, o da ki, sadə olmayan ünsürlərlə kifayətlənən əski 
insanlar haqqında riĢxəndlə danıĢırlar. Özləri isə yalnız eyniyyəti görürlər; buna uyğun olaraq da nəinki elektrik olayını 
və kimyəvi xassəni zəruri eyniyyət kimi gözdən keçirirlər, hətta həzm və assimlyasiya kimi üzvi prosesləri yalnız 
kimyəvi proseslər kimi götürürlər. Artıq öncə ( 
§ 103, əlavə) biz qeyd etmiĢik ki, ən yeni fəlsəfəni tez-tez (ələ salaraq) eyniyyət fəlsəfəsi adlandırırdılar, halbuki fəlsəfə 
(və baĢlıca olaraq spekulyativ məntiq) fərqdən sərfnəzər edilən (abstraktlaĢdırılan) xalis fikri eyniyyətin 
əhəmiyyətsizliyini göstərmiĢdir; doğrudur, spekulyativ məntiq bizdən qəti tələb edir ki, yalnız boĢ fərqlə 
kifayətlənməyib bütün varlığın iç vəhdətini dərk edək. 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə