MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel


§ 107    Ölcü keyfiyyətin hər Ģeydən öncə bilavasitə mövcudluq kimi müəyyən etdiyi kəmiyyətdir; ölçü nə isə bir mövcud



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə41/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   37   38   39   40   41   42   43   44   ...   79

§ 107 
  Ölcü keyfiyyətin hər Ģeydən öncə bilavasitə mövcudluq kimi müəyyən etdiyi kəmiyyətdir; ölçü nə isə bir mövcud 
varlığın və ya keyfiyyətin bağlantıda olduğu müəyyən kəmiyyətdir. 
  Əlavə. Deməli, ölçü keyfiyyət və kəmiyyətin vəhdəti kimi həm də tamamlanmıĢ varlıqdır. Biz varlıq haqqında 
danıĢdıqda o, öncə nə isə tamamilə abstrakt və təriflərdən məhrum bir Ģey kimi qarĢımızda durur, ancaq varlıq önəmli 
dərəcədə özünütəyinetmədən ibarətdir və özünün tamamlanmıĢ müəyyənliyinə ölçüdə nail olur. Ölçüyə mütləqin tərifi 
kimi də baxmaq olar və bu baxıĢ üsuluna uyğun olaraq deyilmiĢdir ki, allah bütün Ģeylərin ölçüsüdür. Bu baxıĢ həm də 
hər Ģeyin: dənizin və qurunun, çayların və dağların, eləcə də fərqli heyvan və bitki növlərinin sərhəddini müəyyən edən 
məhz odur deyərək allahı tərifləndirən əski yəhudi himnlərinin əsas tonunu təĢkil edir. Əski yunanların dini Ģüurunda 
ölçünün əxlaqa, mənəviyyata münasibətdə ilahiliyi Nemezidlər63 Ģəklində təsvir olunur. Bu təsəvvürdə habelə o fikir də 
vardır ki, insani olan hər Ģeyin: sərvətin, Ģərəfin, gücün, eləcə də sevincin, qəmin və i. a. müəyyən ölçüsü vardır və onun 
artıqlığı dağılma və məhvə aparır. Predmetlər aləmində də ölçü ilə qarĢılaĢırıq. Birincisi, biz təbiətdə zəruri məzmunu 
ölçü yaradan varlıqları görürük. Belə varlıqlara özəlliklə azad ölçü səltənəti kimi baxılmalı olan GünəĢ sistemini aid 
etmək olar. Biz, əgər digər cansız təbiət Ģeylərini gözdən keçirsək, görərik ki, burada ölçü sanki arxa plana keçir, çünki 
burada mövcud olan kəmiyyət və keyfiyyət təriflərinin bir çox hallarda bir-birindən asılı olmadığı aĢkar olunar. Belə ki, 
məsələn, qayanın və çayın keyfiyyətləri müəyyən kəmiyyətlə bağlı deyil. Lakin biz, əsas etibari ilə yuxarıda adı çəkilən 
predmetlər kimi heç də ölçüdən tamamilə məhrum olmayan predmetlər tapırıq, çünki kimyəvi tədqiqatda çaydakı su və 
qayada olan ayrı-ayrı tərkib ünsürləri onlarda olan maddələrin kəmiyyət bağlantıları ilə ĢərtlənmiĢ keyfiyyətlərdir. Üzvi 
təbiətdə ölçü bilavasitə seyrdə daha tez gözə çarpır. Ayrı-ayrı heyvan və bitki növlərinə aid orqanizmlər həm bütövlükdə 
ölçüyə malikdir, ham də ayrı-ayrı orqanlarının müəyyən ölçüsü vardır, bundan baĢqa o da qeyd edilməlidir ki, cansız 
təbiətə yaxın olan ibtidai canlı varlıqlar ali canlı varlıqlardan ölçülərinin daha qeyri-müəyyən olmaları ilə fərqlənirlər. 
Belə ki, məsələn, bəziləri yalnız mikroskop altında görünə bilən, bəziləri isə araba təkəri böyüklüyündə olan 
daĢlaĢmıĢ ammon buynuzları tapa bilərik. Ölçünün qeyri-müəyyənliyini canlı həyatın inkiĢafının daha aĢağı pilləsində 
olan bəzi bitkilərdə, məsələn, qıjılarda da aĢkar etmək olar. 
   
§ 108 
  Ölçüdə keyfiyyət və kəmiyyət bilavasitə vəhdətdə olduğundan onların fərqi də bilavasitə halında çıxıĢ edir. Odur ki, 
müəyyən spesifik kəmiyyət qismən sadəcə müəyyən kəmiyyətdir və ona görə də ölçünü, yəni qaydanı pozmadan 
mövcud varlığı böyüyə və kiçilə bilən müəyyən kəmiyyətin dəyiĢilməsi həm də keyfiyyətin qismən dəyiĢilməsidir. 
  Əlavə. Keyfiyyətin və kəmiyyətin ölçüdəki eyniyyəti hələ yalnız özündə eyniyyətdir, hələ müəyyənləĢməmiĢ 
eyniyyətdir. Bu o deməkdir ki, vəhdəti ölçü olan o təriflərən hər biri (keyfiyyət və kəmiyyət) həm də özü üçün təzahür 
edir, belə ki, bir tərəfdən mövcud varlığın kəmiyyət tərifi keyfiyyət dəyiĢmədən dəyiĢilə bilir, digər tərəfdən isə – bu 
asılı olmayan böyümə və kiçilmənin öz həddi var və həddin aĢılması keyfiyyəti də dəyiĢdirir. Belə ki, məsələn suyun 
temperaturu öncə onun damcı-maye halına heç bir təsir göstərmir, ancaq sonradan temperaturun artması və azalması elə 
bir nöqtəyə gəlir ki, bu nöqtədə su damlalarının bir-birinə bağlanma halı dəyiĢilir və su ya buxara, ya da buza çevrilir. 
Kəmiyyət dəyiĢikliyinin baĢ verməsi əvvəl tamamilə zərərsiz olur, ancaq bu dəyiĢikliyin arxasında bir baĢqa Ģey də 
gizlənir və zərərsiz görünən bu kəmiyyət dəyiĢikliyi sanki keyfiyyəti tora salan hiyləgərlikdən ibarət olur. Ölçünün bu 
antinomiyasına əski yunanlar dəyiĢik formalar verməklə onu əyaniləĢdirməyə can atmıĢlar. Məsələn, onlar suallar 
qoyurdular: bir buğda dənəsini artırmaq topa yaradırmı, atın quyruğundan bir tük çıxarmaqla atquyruğu çılpaqlaĢırmı? 
Əgər biz bu suallara kəmiyyətin təbiətinə varlığın asılı olmayan dıĢ müəyyənliyi kimi baxılması mövqeyindən cavab 
vermək istəyiriksə, onda dərhal qəbul etməliyik ki, kəmiyyətin bu sərbəst, keyfiyyətdən asılı olmadan artması və 
azalmasının da öz sərhəddi vardır və bu dəyiĢiklikdə elə bir nöqtəyə çatmaq olar ki, bir buğda dənəsinin artması ilə 
buğda topası yarana, bir tükün çıxarılması ilə atın quyruğu çılpaqlaĢa bilər. Burada da kəndli haqqında söylənənə bənzər 
hal yaranır: kəndli iti yeriyən eĢĢəyinin yükünü hər dəfə bir lot64 artırır və nəhayət sonuncu artımda eĢĢək yükün 
ağırlığına davam gətirməyib yıxılır. Bu cür sualları yalnız boĢ cəfəngiyyat saymaq çox haqsızlıq olardı, belə ki, burada 
biz əslində praktiki yöndən, özəlliklə də mənəvi baxımdan çox önəmli fikirlərlə qarĢılaĢırıq. Belə ki, məsələn, bizim 


xərclərimizlə bağlı bir qədər az və ya çox xərcləyə bilmək sərbəstliyimiz var və bu çərçivədə xərclər kisəmizə elə bir 
ziyan gətirmir. Amma hər bir insan üçün fərdi Ģəraitdə müəyyən olunan ölçüdən kənara çıxılması ölçünün keyfiyyət 
təbiətində özünü göstərir (suyun temperaturunun dəyiĢilməsi ilə onun keyfiyyət halının dəyiĢilməsində gördüyümüz 
kimi) və indiyə kimi yaxĢı təsərrüfatçılıq kimi baxılan iĢ yoxsulluğa və talana gətirib çıxaran fəaliyyətə çevrilmiĢ olur. 
Politika sahəsində də bu cürdür: dövlət quruluĢu ərazidən, sakinlərin sayından və (bu qəbildən olan) baĢqa kəmiyyət 
təriflərindən asılı olduğu qədər də onlardan asılı deyildir. Məsələn, ərazisi min kvadrat mil65 və əhalisi dörd milyon 
olan dövləti gözdən keçirərkən öncə biz düĢünmədən razılaĢacağıq ki, ərazinin bir neçə mil və ya əhalisinin bir neçə min 
artması və ya azalması dövlət quruluĢuna önəmli təsir edə bilməz. Ancaq o da inkar olunmazdır ki, dövlətin aramsız 
olaraq böyüməsi və ya kiçilməsi zamanı elə bir an yaranır ki, baĢqa Ģəraitlərdən asılı olmadan yalnız bu kəmiyyət 
dəyiĢiklikləri sayəsində dövlət quruluĢu artıq keyfiyyət dəyiĢikliyinə məruz qalmaya bilmir. Kiçik ġveçariya kantonu 
(inzibati ərazi bölgüsü – A. T.) böyük imperiya üçün yararlı deyil, Roma respublikası alman imperiyasının kiçik bir 
Ģəhərciyi ediləndən sonra onun da dövlət quruluĢu imperiya üçün yaramadı. 
   
§ 109 
  Ölçüsüzlük hər Ģeydən öncə ölçünün öz təbiətinin kəmiyyət tərəfi ilə bağlı olaraq özünün keyfiyyət müəyyənliyindən 
kənara çıxmasıdır. Ancaq birinci kəmiyyət müəyyənliyilə müqayisədə bu baĢqa kəmiyyət münasibəti ölçüsüzdür və eyni 
zamanda da keyfiyyət münasibəti olduğundan ölçüsüzlük həm də ölçüdür. Bu iki keçid (keyfiyyətdən müəyyən 
kəmiyyətə və bundan yenə də əksinə, keyfiyyətə keçid) sonsuz proqres – ölçüsüzlükdə ölçünün aradan qalxması və 
özünübərpa etməsi kimi təsəvvür edilə bilər. 
  Əlavə. Kəmiyyət, gördüyümüz kimi, nəinki dəyiĢiləndir, yəni artan və azalandır, həm də ümumiyyətlə öz hüdudundan 
kənara çıxmadır. Kəmiyyət özünün bu təbiətini ölçüdə də saxlayır. Lakin ölçüdə olan kəmiyyət bəlli sərhəddi 
aĢdığından ona uyğun olan keyfiyyət də aradan qalxmıĢ olur. Lakin bununla, ümumiyyətlə keyfiyyət inkar edilmir, 
yalnız bu müəyyən keyfiyyət aradan qalxır və onun yerini baĢqa keyfiyyət tutur. Bir-birinin ardınca gah yalnız 
kəmiyyətin dəyiĢilməsindən, gah kəmiyyətin keyfiyyətə keçməsindən ibarət olan bu ölçü prosesini ana xətt66 kimi 
təsəvvür edib əyaniləĢdirmək olar. Bu cür ana xətti təbiətdə hər Ģeydən öncə cürbəcür formalarda tapırıq. Suyun 
temperaturunun artması və azalması ilə bağlı yaranan keyfiyyətcə bir-birindən fərqli aqreqat halları haqqında artıq 
yuxarıda xatırlatmıĢıq. MetaoksidləĢmə dərəcələrilə də iĢ bu cürdür. Musiqi tonlarının fərqini də ölçü prosesində baĢ 
verən öncə yalnız kəmiyyət dəyiĢikliyinin keyfiyyət dəyiĢikliyinə keçməsinə aid misal kimi göstərmək olar. 
   
§ 110 
  Burada, əslində aĢağıdakı proses baĢ verir: ölçünün malik olduğu bilavasitəlik aradan qaldırılır; ölçüdə kəmiyyət və 
keyfiyyət öncə bilavasitədirlər və ölçü onların yalnız nisbi eyniyyətidir. Lakin bəlli olur ki, ölçü ölçüsüzlükdə aradan 
qalxır; amma ölçüsüzlükdə ölçü yenə də özünə qayıdır, çünki ölçüsüz olan ölçünün inkarı olmaqla yanaĢı kəmiyyətin və 
keyfiyyətin vəhdətidir 
   
§ 111 
  Ġnkarı inkarın təsdiqi kimi sonsuz, varlıq və yoxluq, nə isə və baĢqası və i. a. kimi daha abstarkt tərəflərinin yerinə indi 
keyfiyyət və kəmiyyət tərəflərinə malikdir, yəni a) öncə keyfiyyət kəmiyyətə ( 
§ 105) keçdi və bu keçid aĢkar etdi ki, onların hər ikisi inkardır; b) ancaq onların vəhdətində (ölçüdə) öncə onlar bir-
birindən fərqlənirlər və biri o birini vasitələndirir; c) bu vəhdətin bilavasitəliyinin özünü aradan qaldırması aĢkarlanan 
kimi bu vəhdət indi özündə özü ilə sadə münasibət kimi müəyyənləĢir və özündə aradan qalxma kimi varlığa və formaya 
malikdir. Özü özünü inkar vasitəsilə özünü özü ilə vasitələndirən və özü özü ilə münasibətə girən və deməli, 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə