MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə43/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   39   40   41   42   43   44   45   46   ...   79

caput mortuum-udur və deməli, fərqi və müəyyənliyi olmayan bir Ģeydir. Allahın həqiqi dərki Ģeylərin bilavasitə 
varlığında onların həqiqət kəsb etmədiyini bilməkdən baĢlanır. 
  Nəinki allahla bağlı, hətta digər hallarda da mahiyyət kateqoriyasından abstrakt biçimdə istifadə olunur və o zaman 
Ģeylərin mahiyyəti onun öz hadisəsinin müəyyən məzmununa biganə və özü üçün mövcud bir Ģey kimi qeyd edilir. 
Adətən deyirlər ki, insanlarda onların əməlləri və davranıĢları deyil mahiyyətləri önəmlidir. Əgər bu o deməkdir ki, 
insanın əməlinə bilavasitə halında deyil, yalnız onun iç məzmunu ilə vasitələnmiĢ, bu iç məzmunun dıĢ görüntüsü 
(təzahürü) kimi baxılmaıdır, onda bu doğrudur. Ancaq bu zaman diqqətdən qaçırılmamalıdır ki, mahiyyət, bu iç 
məzmun öz təsdiqini təkcə yalnız hadisədə, görüntüdə onun necə çıxıĢ etməsində tapır. Ġnsanların öz iĢlərindən 
fərqlənən mahiyyətlərindən çıxıĢ etməsinin özülündə isə onların yalnız öz məzmunsuz subyektivliyini təsdiq etmək 
niyyəti və öz hərəkətlərini özündə və özü üçün mənalı olanla uyğunlaĢdırmaq istəməməsi durur. 
   
§ 113 
  Mahiyyət sahəsində özü ilə münasibət eyniyyət forması, özündə-özünə refleksiyadır; bu sonuncu burada varlığın 
bilavasitəliyinin yerini tutur; bunların hər ikisi eyni bir özü ilə münasibət abstraksiyasıdır. 
  Qeyd. Bütün məhdud və sonlu varlıqları həqiqət yerinə qəbul edən və fikirdən məhrum hissilik bu məhdudluğu və 
sonluluğu özü ilə eyniyyətdə olan, özü özündə ziddiyyətsiz bir Ģey kimi anlama idrakın iradına çevrilir. 
   
§ 114 
  Bu eyniyyət varlıqdan irəli gəldiyindən öncə yalnız varlıq tərifləri ilə yüklənmiĢ və onlara dıĢarı olan bir Ģeyə 
münasibət kimi çıxıĢ edir. Əgər varlıq mahiyyətdən ayrı götürülürsə, onda o, qeyri-mühüm adlanır. Ancaq mahiyyət 
özündə öz inkarına, baĢqası ilə münasibətə, vsitələnməyə malik olduğundan özündə-varlıqdır, mühümdür. Odur ki, 
mahiyyət özündə qeyri-mühüm olanı özünün görüntüsü kimi daĢıyır. Lakin görüntüdə və ya vasitəlilikdə fərqlilik 
olduğu üçün və bu fərqlinin (onu doğuran eyniyyətdən fərqlənən və bu eyniyyətin özündə olmayan və onda görüntü 
kimi çıxıĢ edən fərqlinin) özü eyniyyət forması aldığından bu görüntü özü ilə münasibətdə olan bilavasitəlik və ya varlıq 
formasına malikdir; bunun sayəsində mahiyyət bilavasitəliliklə vasitəliliyin hələ qeyri-mükəmməl birliyinə çevrilmiĢ 
olur. Burada hər Ģey elə müyyənləĢmiĢdir ki, mahiyyət özü özü ilə münasibətdə olur və bununla birlikdə özü özünü öz 
hüdudundan kənara çıxarmıĢ olur; mahiyyət sferasında hər Ģey refleksiyanın varlığı kimi, baĢqasında öz görüntüsü 
(scheint) ilə parlayan və özündə baĢqasının öz görüntüsü ilə parladığı varlıqdır. Bu səbəbdən də o həm də ziddiyyətin 
müəyyənləĢdiyi, mövcud olduğu sferadır və bu ziddiyyət varlıq sahəsində yalnız özündə mövcud olan ziddiyyətdir. 
  Qeyd. Bütün bunların hamısında substansial olan eyni bir anlayıĢ olduğundan mahiyyətin inkiĢafında da varlığın 
inkiĢafında olan təriflərlə, ancaq refleksiya olunmuĢ formada qarĢılaĢırıq. Beləliklə, varlıq və yoxluq yerinə indi müsbət 
və mənfi formalar çıxıĢ edir. Müsbət eyniyyət qismində əkslikdən məhrum varlığa uyğun gəlir, mənfi isə fərq kimi 
inkiĢaf edir (özü özündə görüntü ilə parlayır). Sonra, burada özüldən refleksiya olunmuĢ mövcud varlığın özülü kimi 
yaranıĢ mövcudluqdur və i. a. Məntiqin bu (ən çətin) kəsimi əsas etibarilə metafizikanın və ümumiyyətlə fərqləri 
müstəqil götürən və eyni zamanda onların nisbiliyini qəbul edən düĢünən idrakın doğurduğu elmlərin kateqoriyalarını 
özündə birləĢdirir; ancaq bu fikirlərin hər ikisini yan-yana və ya bir-birindən sonra qoyaraq, bu idrak, onları anlayıĢda 
birləĢdirməyib yalnız həmçinin sözü vasitəsilə bir-birinə bağlayır. 
  A 
  MAHĠYYƏT MÖVCUDLUĞUN ƏSASIDIR 
  a. Xalis reflektiv təriflər 
  alfa) Eyniyyət 


   
§ 115 
  Mahiyyət özünə özündə öz görüntüsü ilə parlayır və ya o, xalis refleksiyadır.68 Beləliklə, mahiyyət yalnız özü ilə 
münasibətdir, lakin onun özünün özü ilə münasibəti bilavasitə münasibət olmayıb reflektiv, fikri münasibətdir, mahiyyət 
özü ilə eyniyyətdir. 
  Qeyd. Bu eyniyyət formal yaxud fikri eyniyyətdir, onu müəyyən bir dərəcəyə qədər fərqdən tutur və 
abstraksiyalaĢdırırlar. Yaxud, daha doğrusu, abstraksiya elə bu formal eyniyyətin nəzərdə tutulması, özündə konkretin 
bu sadə formaya çevrilməsidir, həm də bu çevrilmə konkretdə olan müxtəlifliyin bir hissəsinin (analizdə) üzərindən 
keçilməsindən və onun yalnız bir hissəsinin ayrılmasından yaxud müxtəlif müəyyənliklərin bir-birindən fərqlənməsinə 
baxmayaraq onların hamısının bir müəyyənlikdə birləĢdirilməsindən asılı olmayaraq baĢ verir. 
  Cümlənin subyekti kimi mütləqlə bağlı olan eyniyyət belə səslənir: mütləq özü ilə eyniyyətdə olandır. Bu mühakimə 
nə qədər düzgün olmasa da hər halda iki mənalıdır və onun lazımi mənasında götürülüb götürülməməsi aydın olmur; 
odur ki, bu mühakimənin deyiliĢi tam deyil, çünki burada abstrakt fikri eyniyyətin, yəni mahiyyətin baĢqa təriflərinə 
qarĢı qoyulan eyniyyətin nəzərdə tutulub tutulmaması və ya özündə özünə eyniyyət kimi konkretin nəzərdə tutulduğu 
həll olunmamıĢ qalır. Ġkinci anlamda götürülən eyniyyət, aĢağıda görəcəyimiz kimi öncə əsas, sonra isə həqiqətən 
anlayıĢdır. Hə, "mütləq" sözünün özü də tez-tez "abstrakt" sözü ilə eyni anlamda iĢlədilir; belə ki, məsələn, mütləq 
məkan, mütləq zaman abstrakt məkan, abstrakt zamandan baĢqa heç nəyi göstərmir. 
  Mahiyyətin mühüm təriflər kimi götürülən tərifləri subyektin ehtimal etdiyi predikatlar olur və o təriflər mühüm 
təriflər olduğundan bu subyekt bütövdür. Bu cümlənin sayəsində yaranan qanunlar təfəkkürün ən ümumi qanunları 
adlandırılmıĢdır. Eyniyyət qanunu belə səslənir: "Hər Ģey özünə bərabərdir, A=A"; inkar formasında isə belə deyilir: "A 
eyni bir zamanda həm A olub, həm də A olmaya bilməz". Təfəkkürün həqiqi qanunu olmaq yerinə, bu cümlə abstrakt 
düĢüncənin qanunundan baĢqa bir Ģey deyil. Artıq bu cümlənin forması onun özü ilə ziddiyyətdədir, belə ki, bu cümlə 
subyekt ilə predikat arasında fərqi vəd edir, eyni zamanda da formasının tələb etdiyini vermir. Özəlliklə də bu qanun 
təfəkkürün ona bir baĢa əks olan qanunları kimi müəyyənləĢdirilən digər qanunları ilə məhv edilir. Əgər təsdiq edirlər 
ki, bu qanun sübut edilə bilməsə də hər bir Ģüur bu qanun üzrə hərəkət edir və təcrübənin göstərdiyi kimi Ģüur bu 
qanunun səsini eĢidən kimi dərhal onunla razılaĢır, onda bu yalançı məktəb təcrübəsinə qarĢı belə bir ən ümumi təcrübə 
qoyulmalıdır ki, heç bir Ģüur bu qanun üzrə fikirlər və i. a. yaratmır, bu qanun üzrə danıĢmır, nəyə aid olmasından asılı 
olmayaraq elə bir Ģey yoxdur ki, bu qanun üzrə mövcud olsun. Bu normativ (seinsollenden) qanundan irəli gələn (planet 
planetdir, maqnetizm maqnetizmdir, ruh ruhdur) ifadələri haqlı olaraq ağılsız ifadələr sayılır: ən ümumi təcrübə bax 
belədir. Yalnız belə qanunları tanıyan və qəbul edən məktəb, eləcə də onun bu qanunları ciddi Ģərh edən məntiqi sağlam 
fikrin və ağlın ittihamı qarĢısında özlərini çoxdan nüfuzdan salmıĢlar. 
  Əlavə. Eyniyyət hər Ģeydən öncə artıq varlıq kimi gözdən keçirdiyimiz məzmundur, ancaq bu – varlıq bilavasitə 
müəyyənliyi aradan qaldırılmaqla, deməli, ideal kimi irəli çıxan varlıqdır. Eyniyyətin həqiqi anlamını lazımi səviyyədə 
baĢa düĢmək çox önəmlidir, bunun üçün ilk öncə onu yalnız abstrakt eyniyyət kimi, yəni fərqi istisna edən eyniyyət kimi 
anlamaqdan qaçmaq lazımdır. Bu elə bir məqamdır ki, onunla fəlsəfə adına layiq olan fəlsəfə hər cür pis fəlsəfədən 
fərqlənir. Eyniyyət (bilavasitə varlığın ideallığı kimi) bizim dini Ģüurumuz üçün, eləcə də ümumiyyətlə hər bir təfəkkür 
və Ģüur üçün yüksək tərifdir. Demək olar ki, allah haqqında həqiqi bilik onu eyniyyət – mütləq eyniyyət kimi 
anlamaqdan baĢlanır, bu anlayıĢda o da vardır ki, dünyanın bütün əzəməti, böyüklüyü allah qarĢısında heçdir və allahın 
qüdrəti və böyüklüyünün yalnız Ģəfəqi kimi mövcud ola bilər. Eynilə bu cür demək lazımdır ki, eyniyyət özünüdərk 
kimi insanın özünü qalan təbiətdən, özəlliklə də heyvanlardan fərqləndirməsidir. BaĢqa sözlə, insanın özünün özü ilə 
eyniyyəti deyimində onun heyvandan fərqlənməsi fikri də vardır, yəni eyniyyətdə fərdin təsdiqi vardır; heyvan özünü 
"mən" kimi, yəni özündə özünə xalis eyniyyət kimi dərk edə bilməz. Sonra, eyniyyətin təfəkkür üçün anlamına gəlincə 
burada önəmli olan odur ki, özündə aradan qaldırılmıĢ varlığa və onun təriflərinə malik həqiqi eyniyyət abstrakt, yalnız 
formal eyniyyətlə qarıĢdırılmasın. Təfəkkürə hissilik və bilavasitə seyr nöqteyi-nəzərilə edilən birtərəflilik, 
məzmunsuzluq və s. kimi iradların əsasında belə bir yanlıĢ fikir durur ki, təfəkkürün fəaliyyəti yalnız abstrakt 
eyniləĢdirmə fəaliyyətindən ibarətdir, formal məntiqin özü isə formal eyniyyət qanununu guya ali qanun kimi irəli 



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə