MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə68/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   64   65   66   67   68   69   70   71   ...   79

bu müəyyənliklərin inkarı vardır; deməli, əqlinəticə vasitələnmənin aradan qaldırılması, ikarı vasitəsilə vasitələnmə və 
subyektin baĢqası ilə deyil, inkar olunmuĢ baĢqası, özünün özü ilə birləĢməsi prosesidir. 
  Əlavə. Adi məntiqdə əqlinəticə haqqında təlimin gözdən keçiriməsi ilə elementlər haqqında təlim deyilən birinci 
bölüm bitir. Sonra metod haqqında təlim adlandırılan ikinci bölüm baĢlayır və bu təlim də göstərməlidir ki, məntiqin 
elementlər haqqında bölümündə gözdən keçirilmiĢ təfəkkür formalarının mövcud obyektlərə tətbiqi vasitəsilə bütöv 
elmi idrak necə yaranır. Bu obyektlərin haradan alınması və ümumiyyətlə obyektivlik haqqında fikrin nədən ibarət 
olduğu barədə empirik və ya formal məntiq heç bir bilgi vermir. Burada təfəkkür yalnız subyektiv və formal fəaliyyət 
sayılır və təfəkkürün əksinə olaraq obyektivlik nə isə davamlı, möhkəm və özü üçün mövcud varlıq kimi götürülür. 
Amma bu dualizmin heç bir anlamı yoxdur və subyektivin və obyektivin təriflərinin araĢdırılmasını davam etdirmədən 
və onların haradan, nədən doğduğu sualına cavab vermədən o tərifləri götürmək mənasızdır. Hər iki tərif (həm 
subyektivlik, həm də obyektivlik) hər haldı fikirlərdir və əsasının ümumidə və özü özünü müəyyən edən təfəkkürdə 
olduğunu sübut etməli olan müəyyən fikirlərdir. Bunu burada biz öncə subyektivliyə münasibətdə həyata keçirdik. Biz 
onu, yəni (anlayıĢın, mühakimənin və əqlinəticənin daxil olduğu) subyektiv anlayıĢını məntiqi ideyanın birinci iki 
baĢlıca pilləsinin, yəni varlığın və mahiyyətin dialektik sonucu kimi dərk edirik. AnlayıĢ, mühakimə və əqlinəticə 
tərifləri o dərəcədə subyektivdirlər ki, təfəkürün qanunları deyilən qanunlardan (eyniyyət qanunu, fərq qanunu və əsas 
qanunundan) sonra adi məntiqdə onun element haqqında təliminin məzmununu araĢdırırıq. Ancaq bu subyektivliyə onun 
burada adları çəkilən tərifləri (anlayıĢ, mühakimə və əqlinəticə) ilə birlikdə özü üçün mövcud obyektlərlə kənardan 
doldurulan boĢ qutu kimi baxmaq olmaz, çünki subyektivlik dialektik olmaqla öz sınırını yarıb əqlinəticə vasitəsilə 
keçərək obyektivlikdə özünü göstərir. 
   
§ 193 
  Artıq qeyd edildi ki, anlayıĢın momentləri (ümumi, xüsusi, təkcə) arasında ümumi onun tək totallığıdır; anlayıĢın ayrı-
ayrı üzvlərində totallıq olduğu və vasitələnmənin aradan qaldırılması ilə özünü bilavasitə vəhdət kimi müəyyən etdiyi 
tək, geriyə özünə dönən bu totallığında (ümumidə) reallaĢması (Realisierunq) – anlayıĢın bu reallaĢması obyektdir. 
  Qeyd. Subyektdən, ümumiyyətlə, anlayıĢdan, daha dəqiq deyilərsə, əqlinəticədən obyektə bu keçid nə qədər qəribə 
görünsə də (əgər yalnız empirik əqlinəticəni nəzərdə tuturlarsa və əqlinəticə prosesini Ģüurun fəaliyyəti kimi təsəvvür 
edirlərsə, bu keçid daha qəribə görünər) biz, yenə də bu keçidi təsəvvür üçün əlveriĢli etmək məqsədi güdə bilmərik. 
Ancaq sual oluna bilər ki, bizim obyekt haqqında adi təsəvvürümüz ona burada verdiyimiz tərifə təxmini olsa da uyğun 
gəlirmi? Amma obyekt dedikdə təkcə biz, abstakt varlıq və ya mövcud bir Ģey yaxud ümumiyyətlə nə isə bir gerçəklik, 
konkret, özündə tamamlanmıĢ bir Ģey düĢünmürük; bu tamlıq anlayıĢın totallığından ibarətdir. Obyektin həmçinin 
predmetə yaxud, baĢqa bir Ģeyə görə dıĢ olması isə sonra müəyyənləĢəcək, çünki obyekt özünü subyektivə əkslik sayır; 
burada isə o anlayıĢın öz vasitələnməsindən keçdiyi yalnız bilavasitə sadə obyektdir; eləcə də anlayıĢ ilk dəfə olaraq 
subyektiv kimi yalnız öz əksliyində müəyyənləĢəcək. 
  Obyekt həmçinin, ümumiyyətlə (özündə müəyyənləĢməmiĢ) bir bütöv, ümumiyyətlə obyektiv aləm, allah, mütləq 
obyektdir. Ancaq obyekt həm də özündə fərqlidir, özü-özlüyündə (obyektiv aləm kimi) qeyri-müəyyən müxtəlifliyə 
bölünmüĢdür və bu təkcələrdən (Verrinzelten) hər biri də yenə bir obyekt, özü-özlüyündə bir konkret, bütöv, müstəqil 
mövcud varlıqdır. 
  Obyektivliyi biz varlıqla, mövcudluq və gerçəkliklə müqayisə etdik; eləcə də biz mövcudluğa keçidi (varlığa keçid 
yoxdur, çünki varlıq birinci tamamilə abstrakt bilavasitədir) obyektivliyə keçidlə müqayisə etməliyik. Özünü aradan 
qaldıran və gerçəkliyə keçən mövcudluğun və reflektiv iliĢginin (münasibətin) törəndiyi əsas hələ tam 
müəyyənləĢməmiĢ anlayıĢdan baĢqa bir Ģey deyil, yaxud, baĢqa sözlə, onlar anlayıĢın yalnız abstrakt tərəfləridir: əsas 
anlayıĢın önəmli vəhdətidir, iliĢgi isə yalnız özü özünə refleksiya etməli olan real tərəflərin bir-biri ilə iliĢgisidir. 
AnlayıĢ isə onların ikisinin vəhdətidir, obyekt də özü özlüyündə real totallıq kimi fərqlərə malik olan önəmli və ümumi 
vəhdətdir. Lakin aydındır ki, bütün bu keçidlərdə məqsəd anlayıĢın və ya təfəkkürün varlıqdan ayrılmazlığını (die 
Unzertrennlichkeit) göstərməkdən daha böyükdür. Biz tez-tez göstəririk ki, varlıq yalnız özünün özü ilə sadə iliĢgisidir 


və bu yoxsul tərif hər halda anlayıĢda və ya təfəkkürdə vardır. Bu keçidlərin məqsədi tərifləri yalnız anlayıĢda olduğu 
kimi götürməkdən ibarət olmayıb (bu qüsuru həmçinin varlığı reallıqlardan biri sayan fikrə söykənərək allahın varlığının 
ontoloji sübutu da daĢıyır) ondan ibarətdir ki, anlayıĢ hər Ģeydən öncə varlığın obyektivliyin bu uzaq abstraksiyası ilə 
heç bir ümumi cəhəti olmayan özü üçün bir anlayıĢ kimi necə müəyyənləĢdirilməlidlrsə, o cür götürülsün və onun 
müəyyənliyinə anlayıĢın müəyyənliyi kimi baxaraq anlayıĢa məxsus və anlayıĢda olan müəyənlikdən fərqli bir formaya 
keçib-keçmədiyi və keçirsə necə keçdiyi görünsün. 
  Əgər bu keçidin məhsulu, obyekt anlayıĢla (bu onun özünə xas olan formalarına aiddir) uzlaĢarsa, onda özündə-
anlayıĢın və ya əgər istərsəniz, subyektivliyin və obyektivliyin eyni olduğu sonucu düzgün formula edilmiĢ olar. Ancaq 
subyektivliyin və obyektivliyin eyni olduğu nə qədər doğrudursa, onların fərqli olması da bir o qədər doğrudur. Belə ki, 
bir müddəanın doğruluğu baĢqa müddəanın boğruluğu qədərdirsə, onda bununla deyilmiĢ olur ki, bu müddəanın 
yalanlığı baĢqa müddəanın yalanlığı qədərdir; belə deyim üsulu ilə həqiqəti təsvir etmək olmaz. Bu müddəalarda sözü 
gedən özündə bir abstraksiyadır və o birtərəfliyi ümumiyyətlə, özünü aradan qaldırmaq və obyektə, digər birtərəfliyə 
keçməklə aradan qaldırılan anlayıĢdan daha birtərəflidir. Odur ki, bu özündə neqasiya100 vasitəsilə özünü özü-üçün-
varlıq kimi müəyyənləĢdirməlidir. Hər yerdə olduğu kimi, burada da spekulyativ, nəzəri fikri eyniyyət anlayıĢın və 
obyektin bayağı eyniyyətindən ibarət deyil. Bunu biz yetərincə çox qeyd etmiĢik, ancaq əgər biz bu eyniyyətə bağlı boĢ, 
bütünlüklə Ģər ifadədən doğan anlaĢılmazlıqlara son qoymaq istəyiriksə, bu qeydi təkrar etməyə ehtiyac yoxdur. Lakin 
biz əlavə etməliyik ki, bu anlaĢılmazlığa son qoyulacağına ümid etməyə əsas yoxdur. 
  Amma əgər anlayıĢ və obyektin bu vəhdətini ümumi halda götürsək və onun özündə-varlığının birtərəfli formasını 
kənara qoysaq, taparıq ki, bu vəhdət bəlli olduğu kimi allahın varlığının ontolji sübutunun müqəddiməsidir və bu 
subütda ən mükəmməl Ģəkildə çıxıĢ edir.101 Bu sübut haqqında gözəl fikirlərlə ilk dəfə qarĢılaĢdığımız Anselmdə,102 
doğrudur, söz təfəkkürümüzdə bir məzmunun olub-olmamasından gedir. Onun sözü qısaca aĢağıdakından ibarətdir: 
"Əlbəttə, daha ağlasığmaz olan təkcə intellektdə mövcud ola bilməz. Çünki əgər o ancaq intellektdə mövcuddursa, onda 
ağlasığır ki, o ancaq intellektdə mövcud olmaqdan daha real mövcudluqdur. Deməli, daha ağlasığmaz olan yalnız 
intellektdə mövcudluqdursa, onda o daha ağlasığandır, bu isə, Ģübhəsiz, mümkün deyil". Bizim gəlib çatdığımız təriflərə 
görə sonlu Ģeylər ondan ibarətdir ki, onların obyektivliyi onların haqqındakı fikirlərlə, yəni onların ümumi təriflərilə, 
cinsi və məqsədilə uzlaĢmır. Dekart, Spinoza və baĢqaları bu vəhdəti daha obyektiv ifadə etmiĢlər; bilavasitə düzgünlük 
və ya inam prinsipi bu vəhdəti Anselmin etdiyi kimi daha subyektiv götürür, yəni qəbul edir ki, bizim Ģüurumuzda allah 
haqqında təsəvvür onun varlığı haqqında təsəvvürlə qırılmaz bağlıdır. Əgər bu inam prinsipi həm də dıĢ sonlu Ģeylər 
haqqında təsəvvürlə bağlı bizim Ģüurumuzun və sonlu Ģeylərin varlığının bir-birindən ayrılmaz olduğunu qəbul edirsə, 
onda bu doğrudur, ona görə ki, seyrdə onlar mövcudluğun tərifilə bağlıdır. Ancaq bizim Ģüurumuzda mövcudluğun allah 
haqqında təsəvvür kimi sonlu Ģeylər haqqında iəsəvvürlə bağlı olduğunu düĢünmək böyük anlamsızlıq olardı; bu zaman 
biz unutmuĢ olardıq ki, sonlu Ģeylər dəyiĢkən və müvəqqətidir, yəni mövcudluq onlarla yalnız müvəqqəti bağlıdır, bu 
bağlılıq əbədi deyil. Odur ki, Anselm sonlu Ģeylərə münasibətdə bizim qarĢılaĢdığımız bağlılığı kənara qoyub haqlı 
olaraq təkcə subyektiv olanı deyil, həm də obyektiv olanı mükəmməl adlandırmıĢdır. Ontoloji sübut deyilən sübuta və 
Anselmin verdiyi bu tərifə hər cür lovğa etinasızlığın heç bir yaxĢı sonucu olmaz, belə ki, bu tərif yanlıĢ fikirlərə 
uymayan hər kəsi ağlında hətta onun iradəsinə və bilavasitə inam haqqında təlim timsalında əmin olduğumuz kimi hər 
bir fəlsəfi təlim də etiraz edilməsi istəyinə zidd olaraq mövcuddur. 
  Amma Anselmin sübutunun yetərsizliyi Dekartın və Spinozanın, eləcə də bilavasitə bilik haqqında təlimin paylaĢdığı 
bu yetərsizlik – ondan ibarətdir ki, daha mükəmməl – həmçinin subyektivcəsinə – həqiqi bilik kimi dəyərləndirilən bu 
vəhdət müqəddimə kimi, yalnız özündə götürülür. Bu abstrakt eyniyyətə qarĢı onun rəqibləri dərhal o təriflərin fərqliliyi 
fikrini irəli sürürlər, yəni Anselmə çox öncə edilən etirazda olduğu kimi sonlu haqqında təsəvvürü və sonlunun 
mövcudluğunun sonsuzluğu təsəvvürünü bir-birinə qarĢı qoyurlar, çünki öncə qeyd etdiyimiz kimi, sonlu elə 
obyektivlikdir ki, obyektivlik olmaqla yanaĢı öz məqsədinə, mahiyyətinə və anlayıĢına uyğun gəlmir, bu anlayıĢdan 
fərqlidir yaxud mövcudluğu özünə daxil etməyən təsəvvürdür, subyektivdir. Bu etiraz və onun əksiliyi yalnız sonlunun 
qeyri-həqiqi olduğunu, özündə götürülən o təriflərin birtərəfli, hər cür anlamdan məhrum olduğunu və deməli, 
eyniyyətin o təriflərin girdiyi və orada barıĢdığı bir Ģey olduğunu göstərməklə aradan qalxır. 
  B 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə