MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə70/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   66   67   68   69   70   71   72   73   ...   79

mənalarına və iç iliĢgilərinə diqqət yönəldilməsinə ehtiyac duymadan dıĢ iliĢgiləri halında bərpa edilir. Mexaniki 
yaddaĢın bu xarakterini anlamaq üçün mexanikanı öyrənmək gərək deyil və bu psixologiyaya heç bir xeyir gətirməz. 
   
§ 196 
  Obyekt onu zorakılığa məruz qoyan qeyri-müstəqilliyinə məhz ona görə çatır ki, o, müstəqildir (öncəki paraqrafa bax). 
Obyekt özündə öncədən müəyyənləĢən anlayıĢ olduğu üçün sözü gedən təriflərdən (obyektivlik və subyektivlik – A.T.) 
biri özünün baĢqasında aradan qaldırılmır, ancaq obyekt özünün öz inkarı sayəsində, özünün qeyri-müstəqilliyi 
sayəsində özü-özü ilə birləĢir və yalnız bundan sonra o müstəqilləĢir. Beləliklə, dıĢarılıqdan (der Auberlishkeit) fərqli 
olaraq və onu özünün müstəqilliyində inkar edərək, bu müstəqillik onun özünün özü ilə inkarı vəhdətini, mərkəz 
nöqtəsini (Zentralitat), obyektin zahiriləĢdiyi və istifadə olunduğu subyektivliyi yaradır. Bu zahiriliyin özü də özündə 
mərkəzləĢmiĢ və bu mərkəzləĢmədə o da mərkəzi baĢqasında olan mərkəzlə bağlıdır. Bu 2) laqeyd baxıla bilməyən 
fərqləndirilmiĢ mexanisizmdir (düĢmə, istək, ünsiyyətə tələbat və s.) 
   
§ 197 
  Bu iliĢginin inkiĢafı əqlinəticə yaradır. Bu əqlinəticə müəyyən bir obyektin (abstrakt mərkəzin) mərkəzi təkcəliyi kimi 
immanent, iç inkarlığının qeyri-müstəqil obyektlərlə onların mərkəz nöqtələrini və qeyri-müstəqilliyini özündə 
birləĢdirən bir araçı (nisbi mərkəz) vasitəsilə bağlanmasından ibarətdir. Bu 3) mütləq mexanisizmdir. 
   
§ 198 
  Göstəriən əqlinəticə (T-X-Ü) üç ünsürlü əqlinəticədir. Qeyri-müstəqil obyektlərin formal mexanisizmin özünü rahat 
hiss etdiyi axmaq təkcəliyi (bu qeyri-müstəqillik üzündən) eyni zamanda dıĢ ümumilikdir. Odur ki, bu obyektlər həm də 
mütləq və nisbi mərkəzlər arasında araçı (vasitəçi) ünsürdür (əqlinəticə forması Ü-T-X), çünki bu iki mərkəz qeyri-
müstəqillikləri sayəsində bir tərəfdən bir-birindən uzaqlaĢaraq kənar ünsürlər olurlar, digər tərəfdən isə araçı ünsür 
vasitəsilə bir-birilə bağlanırlar. Eləcə də substansial ümumi kimi mütləq mərkəzçilik, özündə həm də təkcəlik daĢıyan 
xalis inkarlıqdan ibarət mərkəzçilik nisbi mərkəz və qeyri-müstəqil obyektlər arasında araçı ünsür, X-Ü-T 
əqlinəticəsinin formasıdır. Bu araçı ünsür özünün immanent təkcəliyi üzündən eyniyyət bağlantısını və sarsılmaz 
özündə-varlığı ayırır və özünün ümumiliyi üzündən onu yaradır. 
  Qeyd. GünəĢ sisteminə oxĢar olaraq dövlət, məsələn, praktika sahəsində üç əqlinəticə sisteminə bənzəyir. 1) Təkcə 
(Ģəxs) (özünün sonrakı müstəqil inkiĢafında mülki cəmiyyətə gətirib çıxaran fiziki və mənəvi tələbatdan) Ģəxsi 
özəllikləri vasitəsilə ümumi ilə (toplumla, hüquqla, qanunla, hökumətlə) birləĢir. 2) Fərdlərin iradəsi, fəaliyyəti elə bir 
araçı ünsürdür ki, onun sayəsində toplumda tələbatlar ödənilir, eləcə də toplum, hüquq və s. onun sayəsində tamamlanır 
və gerçəkləĢir. 3) Ancaq ümumi (dövlət, hökumət, hüquq) elə substansial aralıq ünsürdür ki, orada fərdlər və onların 
təmin olunması tam gerçəkliyə çevrilir və özünün vasitəli və davamlı mövcudluğunu tapır. Bu təriflərdən hər biri eyni 
zamanda vasitəli ifadə kimi özünü üçlüyün (məsələn, T-X-Ü) digər kənar üzvü ilə birləĢdirir, bu prosesdə o özü-özü ilə 
birləĢir, özünü səmərəliləĢdirir və bu onun özünüsaxlamasıdır. Yalnız bu birləĢmənin təbiəti vasitəsilə, eyni məvhumlara 
malik bu üç əqlinəticə vasitəsilə bütöv özünün tam quruluĢu ilə dərk edilir. 
   
§ 199 
  Obyektlərin mütləq mexanisizmdə malik olduqları mövcudluğunun bilavasitəliyi bu obyektlərin bir-birilə iliĢgisində 
vasitələnməsilə, deməli, onların qeyri-müstəqilliyi ilə özündə inkara məruz qalır. Beləliklə, obyekt öz mövcudluğunda 
özünün baĢqasına etinasız (different) müəyyənləĢməməlidir. 


  b. Ximizm 
   
§ 200 
  Özünün baĢqasına münasibətdə etinasız qalmayan obyekt onun təbiətini oluĢduran və ona mövcudluq verən bir 
immanent müəyyənliyə malikdir; amma anlayıĢın öncədən müəyyənləĢmiĢ totallığı kimi obyekt özünün bu totallığı və 
öz mövcudluğunun müəyyənliyi ilə (anlayıĢla – A.T.) ziddiyyətdən ibarətdir. Ona görə də obyekt bu ziddiyyəti aradan 
qaldırmağa canatımdan və özünün mövcud varlığını anlayıĢa uyğunlaĢdırmaqdan ibarətdir. 
  Əlavə. Ximizm araĢdırmaçıların özəl halda ayırmadığı, mexanisizm ilə birləĢdirdiyi və bu birləĢmədə "mexaniki iliĢgi" 
ümumi adı altında məqsədyönlülük iliĢgisinə qarĢı qoyduqları obyekttivlik kateqoriyasıdır. Ximizmə bu cür yanaĢmanın 
əsası ondadır ki, onun mexanisizm ilə əlbəttə, ümumi cəhəti var və bu ümumilik onların hər ikisinin yalnız özündə 
mövcud anlayıĢ olmasıdır, bununla belə, onlara məqsəd kimi özü üçün mövcud anlayıĢ kimi baxılmalıdır. Ancaq 
mexanizm və ximizm bir-birindən çox fərqlidir və bu ondan ibarətdir ki, obyekt mexanisizm formasında əsasən yalnız 
özünün özünə laqeyd münasibətidir, kimyəvi obyekt isə, əksinə, baĢqa obyektlə davamlı olaraq qarĢılıqlı iliĢgidə olur. 
Doğrudur, obyektin inkiĢaf etdiyi mexanizmdə o artıq baĢqa obyektlərlə iliĢgidə olur. Amma mexaniki obyektlərin bir-
birilə iliĢgisi hələ dıĢ iliĢgidir, belə ki, bir-birilə bağlı olan obyektlər müstəqillik görüntüsünü saxlayırlar. Məsələn, 
təbiətdə bizim GünəĢ sistemini oluĢduran ayrı-ayrı göy cisimləri biri digərinə münasibətdə hərəkətdə olurlar və bu 
hərəkət vasitəsilə bir-birinə aid edilirlər. Ancaq məkan və zamanın vəhdəti kimi hərəkət, tamamilə dıĢ və abstrakt 
iliĢgidir və ona görə də bir-birilə dıĢ yöndən bağlı olan göy cisimləri həm də bu bağlılıqda mövcuddurlar və mövcud 
olacaqlar. Ximizmdə isə iĢ baĢqa cürdür. Kimyəvi baxımdan bir-birinə etinasız olmayan obyektlər etinasız olmadıqları 
(Differenz) sayəsində bir-birilə və biri digəri vasitəsilə bir bütövdə birləĢməyə meyillidirlər. 
   
§ 201 
  Odur ki, kimyəvi prosesin məhsulu prosesdə iĢtirak edər üzvlərə neytral münasibətdə olur və onlar özündə bu neytral 
məhsuldan ibarətdir. AnlayıĢ, konkret-ümumi obyektlərin differensiasiyası (Differenz), ayrılması vasitəsilə təkcə, yəni 
məhsulla birləĢir və bu birləĢmədə anlayıĢ ancaq özü özü ilə birləĢmiĢ olur. Bu prosesdə digər əqlinəticələr də var. 
Fəaliyyət kimi təkcə, kimyəvi prosesin gediĢində alınan məhsulda mövcudluq alan obyektlərin vasitələndirici, konkret-
ümumi mahiyyətidir. 
   
§ 202 
  Obyektivliyin reflektiv münasibəti kimi ximizmin obyektlərin maraq oyadan (differenten) təbiətlərilə yanaĢı, həm də 
bilavasitə müstəqilliyindən ibarət ilkin Ģərti var. Kimyəvi proses hələ bir-birinə xarici münasibətdə olan formalardan 
birindən digərinə keçiddən ibarətdir. Bir-birinə xarici mövcudluqlar kimi münasibətdə olan bu formaların xassələri 
neytral məhsulda aradan qalxır. Neytral məhsul anlayıĢa uyğun olsa da orada canlandırıcı ayırıcı, fərqləndirici (der 
Differentiierunq) prinsip yoxdur, belə ki, neytral məhsul yenidən bilavasitəliyə keçə bilir; odur ki, neytral məhsul 
parçalana bilən bir mövcudluqdur. Amma neytral məhsulu onun bir-birinə biganə olmayan ünsürlərinə ayıran və 
ümumiyyətlə biganə obyektdə digərinə meyl oyadan və onu canlandıran fərqləndirici (urteilende) prinsip, eləcə də 
gərginlik verən ayrılma kimi proses birinci prosesdən, yəni neytral məhsulu yaradan prosesdən kənarda sönür. 
  Əlavə. Kimyəvi proses hələ son, ĢərtlənmiĢ prosesdir. Bu anlayıĢ hələ prosesin iç varlığıdır və burada özü-üçün-
varlığın özündə mövcudluğuna gəlib çatmamıĢdır. Neytral məhsulda proses sönmüĢ və təhrikedici baĢlanğıc ondan 
kənardadır. 
   


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə