MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə65/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   61   62   63   64   65   66   67   68   ...   79

  Qeyd. Doğrudur, əqlinəticə bir qayda olaraq əqli forma kimi, ancaq fikri məzmunla, məsələn, hər hansı bir ağıllı 
hərəkət, ideya və i. a. heç bir iliĢgisi olmayan subyektiv forma kimi göstərilir. Ümumiyyətlə ağıl, ağlabatan haqqında 
onun müəyyənliyinin nədən ibarət olduğunu göstərmədən çox tez-tez söz açılır, əqlinəticə barədə isə daha az düĢünülür. 
Əslində isə formal əqlinəticə hər hansı bir əqli məzmun üçün yararsız olan ağlabatmaz ağlabatandır. Amma məzmun 
yalnız təfəkkürü ağıl edən müəyyənliyi sayəsində ağlabatan olduğundan ancaq əqlinəticədən ibarət forma vasitəsilə 
ağlabatan ola bilər. Lakin əqlinəticə, öncəki paraqrafda göstərildiyi kimi (baĢlanğıcda formal) olan real anlayıĢdan baĢqa 
bir Ģey deyil. Odur ki, əqlinəticə bütün həqiqi düĢüncənin mühüm özülüdür; və mütləqin tərifi, definisiyası indi 
əqlinəticə kimi səslənir, yaxud bu tərif cümlə Ģəklində deyilərsə, hər Ģey əqlinəticədir. Hər Ģey anlayıĢdır və onun 
mövcud varlığı momentlərinin fərqindən ibarətdir, belə ki, anlayıĢın ümumi təbiəti xüsusi vasitəsilə özünə dıĢ reallıq 
verir və bununla da o özü-özünə-mənfi-refleksiya kimi özünü təkcə edir. Və ya əksinə, gerçək olan xüsusi vasitəsilə 
ümumiliyə yüksələn və özünü özü ilə eyniləĢdirən təkcədir. Gerçək olan təkdir, ancaq o həm də anlayıĢın momentlərinin 
ayrılmasıdır və əqlinəticə anlayıĢın momentlərinin vasitələnməsinin dövranıdır və bu dövran vasitəsilə anlayıĢ özünü tək 
kimi düĢünür. 
  Əlavə. Adətən anlayyıĢ və mühakimə ilə birlikdə əqlinəticəyə də subyektiv təfəkkürümüzün forması kimi baxırlar və 
bu baxıĢa uyğun olaraq deyirlər ki, əqlinəticə mühakimənin əsaslandırılmasıdır. Əlbəttə, mühakimə əqlinəticə tələb edir, 
amma fikrin bu irəliləmə hərəkəti yalnız bizim subyektiv fəaliyyətimizlə gerçəkləĢmir, mühakimə özü-özünü əqlinəticə 
kimi tələb edir və onunla da anlayıĢın vəhdətinə qayıdır. Daha dəqiq deyilərsə, apodiktik mühakimə əqlinəticəyə keçidi 
təĢkil edir. Apodiktik mühakimədə özünü fərqləndirici keyfiyyəti vasitəsilə öz ümumisinə, yəni anlayıĢına aid olan bir 
təkcəyə malik oluruq. Burada xüsusi təkcə ilə ümumi arasında vasitələndirici, aralıq halqadır və bu əqlinəticənin əsas 
formasıdır; bu formanın formal baĢa düĢülən sonrakı inkiĢafı ondan ibarətdir ki, təkcə və ümumi də xüsusi olur və 
bunun sayəsində sonra subyektivdən obyektivə keçid baĢ verir. 
   
§ 182 
  Bilavasitə əqlinəticə ondan ibarətdir ki, anlayıĢın tərifləri abstrakt olub bir-birinə yalnız dıĢ münasibətdə olurlar, belə 
ki, biz iki qütbə – təkcə və ümumiyə malik oluruq; anlayıĢ isə bu iki qütbün birləĢdiyi aralıq olmaqla o da ancaq abstrakt 
xüsusidən ibarətdir. Deməli, qütblüklər həm bir-birinə, həm də öz aralığına (anlayıĢa) münasibətdə müstəqil və 
biganədirlər. Beləliklə, bu əqlinəticə anlayıĢın olmadığı fikir, formal təfəkkürün əqlinəticəsidir. Bu əqlinəticədə subyekti 
baĢqa bir müəyyənliklə birləĢdirirlər; yaxud baĢqa sözlə, ümumi bu vasitələnmə ilə ona dıĢarı olan subyekti özünə daxil 
edir. DüĢüncənin əqlinəticəsi əksinə, ondan ibarətdir ki, subyekt vasitələnmə yolu ilə özü özü ilə qovuĢur. Beləliklə, 
yalnız bu zaman o, subyekt olur, yaxud baĢqa sözlə, yalnız indi subyekt özlüyündə düĢüncənin əqlinəticəsi olur. 
  Qeyd. Bizim araĢdırmamızın sonrakı gediĢində abstrakt idraki əqlinəticə özünün adi izahına uyğun olaraq 
subyektivliyini, yəni biz belə əqlinəticə çıxarırıq deyildikdə malik olduğu subyektivliyini saxlayır. Gerçəkdən də 
abstrakt əqlinəticə ancaq subyektiv əqlinəticədir. Amma bu əqlinəticə həmçinin Ģeylərin sonluluğunu ifadə etməsilə 
obyektiv anlam daĢıyır, amma o, Ģeylərin sonluluğunu burada formanın əldə etdiyi üsulla ifadə edir. Sonlu Ģeylərdə 
subyektivlik maddilik kimi özünün xassələrindən, onların özəlliklərindən ayrıdır, amma o həm də həqiqi Ģeylərin 
ümumiliyindən də ayrıdır; sonlu Ģeylərin subyektivliyi onların ümumiliyindən o zaman ayrı olur ki, ümumilik Ģeyin 
məzmunsuz, boĢ keyfiyyəti kimi və Ģeyin baĢqa Ģeylərlə dıĢ iliĢgiləri Ģeyin cinsi və anlayıĢı kimi götürülür. 
  Əlavə. Əqli forma kimi, əqlinəticənin yuxarıda xatırlanan anlayıĢına tam uyğun olaraq ağlın özü əqlinəticə çıxarma 
qabiliyyəti kimi, düĢüncə, idrak isə əksinə, anlayıĢ yaratma bacarığı kimi müəyyən edilir. Belə tərif vermənin əsasında 
güclərin və qabiliyyətlərin sadə toplamı kimi ruh haqqında dayaz təsəvvürün durduğunu demədən düĢüncənin anlayıĢ ilə 
və ağlın əqlinəticə ilə, bu birliyi haqqında qeyd etməliyik ki, əqlinəticəyə rasional məntiqi forma kimi tərif vermədən 
onu incələməyə az haqlı olduğumuz kimi anlayıĢı da yalnız idrak forması kimi araĢdırmağa haqqımız azdır. Bir 
tərəfdən, formal məntiqin əqlinəticə təlimində ona verdiyi Ģərh əslində rasionallıq formasına və hətta sadə rasionallığa 
layiq olmayan idrakın quru əqlinəticəsindən baĢqa bir Ģey deyil. Digər tərəfdən isə anlayıĢ yalnız idrak forması deyildir 
və biz, bunun əksinə, deməliyik ki, yalnız abstrakt idrak anlayıĢı idrak forması dərəcəsinə endirir. Buna uyğun olaraq da 
abətən quru idrak anlayıĢını və ağla, rasionallığa aid olan anlayıĢı bir-birindən frqləndirirlər. Lakin bu fərqləndirməni iki 


anlayıĢın olması anlamında deyil, o anlamda anlamaq gərəkdir ki, bizim fəaliyyətimiz ya anlayıĢın bir mənfi və abstrakt 
forması üzərində dayanır, ya da anlayıĢı onun həqiqi təbiətinə uyğun olaraq həm də müsbət və konkret anlayır. Belə ki, 
məsələn, əgər biz azadlıq anlayıĢına zərurətin abstrakt əksliyi kimi baxırıqsa, onda bu, azadlığın yalnız abstrakt idraki 
anlayıĢıdır; həqiqi, rasional azadlıq anlayıĢında isə zərurət ideal, bərtərəfləĢdirilmiĢ halda vardır. Eləcə də deizm deyilən 
təlimdə də allahın tərifi onun yalnız abstrakt anlayıĢıdır; xristian dini isə allahı üç ünsürün vəhdəti kimi baĢa düĢür və 
allahın rasional əqli anlayıĢına malikdir. 
   alfa) Keyfiyyət əqlinəticəsi 
   
§ 183 
  Birinci əqlinəticə əvvəlki paraqrafda göstərildiyi kimi mövcud varlıq və ya keyfiyyət əqlinəticəsidir. Onun forması 1) 
T-V-U, yəni bir subyekt təkcə kimi bir ümumi təriflə bir keyfiyyət vasitəsilə birləĢir. 
  Qeyd. Subyektin (terminus minor)97 təkcə tərifindən baĢqa təriflərə malik olması, eləcə də digər zəruri terminin (son 
cümləni predikatı, terminus maior) ümumi olmaqdan baĢqa digər təriflərə malik olması faktı burada önəmli deyil; 
burada önəmi olan və diqqəti çəkən yalnız cümlənin üzvlərinin əqlinəticə yaratması üçün istifadə olunan formalardır. 
  Əlavə. Mövcud varlıq əqlinəticəsi yalnız abstrakt əqlinəticədir, ona görə ki, burada təkcə, xüsusi və ümumi tam 
abstrakt halda bir-birinə qarĢı dururlar. Beləliklə, bu əqlinəticə anlayıĢın öz hüdudundan kənara (Aubersichkommen des 
Beqriffs) daha çox çıxmalıdır. Burada qarĢımızda bir bilavasitə təkcə subyekt kimi durur, bu subyektdə hansısa bir 
xüsusi tərəf, bir xassə irəli çəkilir və onun vasitəsilə təkcə özünü ümumi ilə aĢkar edir. Məsələn, deyirik: "Bu çiçək 
qırmızıdır, qırmızı rəngdir, deməli çiçəyin rəngi var". Adi məntiqdə adətən baĢlıca olaraq əqlinəticənin bu forması 
gözdən keçirilir. Əvvəllər əqlinəticəyə hər bir idrakın mütləq qaydası kimi baxırdılar və eyni mühakimə yalnız 
əqlinəticə ilə sübut olunduqda təsdiq olunmuĢ sayılırdı. Bizim zamanımızda əqlinəticənin müxtəlif formalarına ancaq 
məntiq üzrə dərs vəsaitlərində rast gəlmək olar və biliyin bu formaları boĢ məktəbli müdrikliyi sayılır və hesab edilir ki, 
bu formaları nə praktik həyatda, nə də elmdə istifadə etmək olmaz. Bu münasibətlə biz, hər Ģeydən öncə qeyd etməliyik 
ki, müxtəlif səbəblərdən formal əqlinəticənin bütün aparatı ilə çıxıĢ etmək xırdaçılıq və artıq olsa da, hər halda 
əqlinəticənin ayrı-ayrı formaları idrakımızda öz önəmini heç vaxt itirmir. Məsələn, insan qıĢ vaxtı səhər oyanarkən 
küçədən qulağına xizək cırıltısı gəlir, bundan nəticə çıxarır ki, gecə bərk Ģaxta olub və o bundan əqlinəticə hasil edir; 
buna uyğun əməliyyatları biz dəyiĢik Ģəraitlərdə hər gün təkrar edirik. Deməli, həzm, qan dövranı, tənəffüs və i. a. kimi 
üzvi həyat funksiyaları, eləcə də bizi əhatə edən təbiət prosesləri və formaları hamı üçün maraq doğurduğu kimi, biz 
düĢünən insanlar üçün də özümüzün gündəlik fəaliyyətimizin dərk olunması az maraq doğurmur. Amma dərhal 
razılaĢmaq lazımdır ki, tənəffüs, qidalanma və həzm üçün öncədən anatomiya və fiziolgiyanı öyrənmək tələb 
olunmadığı kimi, düzgün əqlinəticə çıxarmaq üçün də öncədən məntiq öyrənmək tələb olunmur. Əqlinəticənin ayrı-ayrı 
formaları və fiqurlarını birinci görən və onları subyektiv anlamlarında təsvir edən Aristotel bunu o qədər dəqiq və 
müəyyənliklə etmiĢdir ki, ona önəmli bir əlavə etmək mümkün deyil. Amma bu yaradıcılıq ona böyük Ģərəf qazandırsa 
da özünün sırf fəlsəfi araĢdırmalarında o, empirik əqlinəticənin formalarından, ümumiyyətlə sonlu təfəkkürün 
formalarından istifadə etməmiĢdir ( 
§ 189-a bax).98 
   
§ 184 
  Bu əqlinəticə ) öz təriflərinə görə tamamilə təsadüfidir, belə ki, abstrakt xüsusi kimi orta termin subyektin ancaq 
hansısa bir müəyənliyidir və bilavasitə, deməli, empirik-konkret kimi subyektin bir neçə belə tərifi vardır; deməli 
subyekt həmçinin digər müxtəlif ümumilərlə birləĢə bilər və eləcə də təkcə bir xüsusiyyət özlüyündə müxtəlif 
müəyyənliklərə malik ola bilər; və deməli, bu yöndən subyekt eyni bir medius terminus vasitəsilə müxtəlif ümumilərə 
aid edilə bilər. 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə