MergedFile



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə19/45
tarix11.04.2018
ölçüsü2,89 Kb.
#37030
1   ...   15   16   17   18   19   20   21   22   ...   45

Elmi işlərin tərtibi 
 
 
  59 
2.3. İşin icrası üçün vacib texniki baza 
Tədqiqat  prosesini  uğurla  başa  vurmaq  üçün  yalnız  optimal  təşkil 
edilmiş iş prosesi kifayət etmir. Daha bir aspekt işin bünövrəsini təşkil edən 
amillərdir. Ali təhsil çərçivəsində görülən elmi işlərin reallaşması şübhəsiz 
lazımi  proqram  təminatına  malik  kompyüterin  tətbiqi  olmadan  mümkün 
deyil.  Tələbə şəxsi kompyüterə malik olmadıqda o ali məktəbdə tələbələrin 
sərbəst  işləmələri  üçün  nəzərdə  tutulmuş  kompyüter  otaqlarından  istifadə 
edə bilər.  
Mətn  emalı  proqramı  ilə  bərabər  işin  mövzusundan  asılı  olaraq 
qrafiklərin,  cədvəl-şəkilli  verilənlər  bazasının,  cədvəl  kalkulyasiya  proq-
ramlarına,  həmçinin  internetə  çıxışa  imkan  verən  proqramların  olması 
ə
həmiyyətlidir.  İşlənmiş  qrafiklərin,  cədvəllərin,  yazılmış  mətnlərin 
kompyüterin əsas yaddaşından əlavə ikinci mənbədə: disklərdə, stiklərdə və 
s.  yaddaşa  verilməsi  məsləhətdir.  Bu,  faylların  müəyyən  səbəblərdən 
itməsinin qarşısını almaq məqsədi daşıyır.   
 
2.4. Təhsil və elmi–tədqiqat proseslərinə təsir edən psixoloji amillər 
Elmi  işin  hansı  elm  sahəsində  icrasından  asılı  olmayaraq,  iş  prossesini 
müşaiyət edən psixoloji proseslərə nəzər salmaq, bu amilləri analiz  etmək 
ümumilikdə təhsil, həmçinin tədqiqat prosesinin asan təşkilinə yardım edir. 
Burada  bir  tərəfdən  vaxtın  düzgün  bölünməsi,  digər  tərəfdən  öyrənmənin 
psixoloji  tərəfi  və  qorxunun  üstələnməsinə  yiyələnmək  vərdişləri  əsas  rol 
oynayır.  Bir  çox  hallarda  tələbədə  yaranan  qorxu  təkcə  “elmə”  qarşı  olan 
münasibətlə  bağlı  deyil.  Tələbənin  və  ya  tədqiqatçınn  psixoloji  durumu, 
onun  işlənilən  elmi  mövzu  və  bununla  bağlı  yerinə  yetirilən  tapşırıqlarla 
ə
laqədar olan motivasiyası ilə sıx əlaqəlidir. 
Ali  məktəbdə  təhsil  orta  məktəbdən  onunla  fərqlənir  ki,  tələbə  seçdyi 
ixtisas  üzrə öz−özünü  inkişaf etdirməli,  yeni  biliklərin  əldə  edilməsi  üçün 
həmişə  motivasiyaya  malik  olmalı  və  mütəxəssis  kimi  yetişmək  üçün 
məqsədyönlü  hərəkət  edərək  öz  yaradıcı  fəaliyyətini  təşkil  etməyə 
məsuliyyətlə yanaşmalıdır.  
 


Elmi işlərin tərtibi  
 
 
 
60 
2.4.1. Elmi tədqiqata şəxsi münasibət və motivasiya 
Tələbə  və  doktorantların  elmi  mövzu  axtarışında  əsas  meyar  onların 
elmə  olan  marağıdır.  Burada  qarşıda  duran  kvalifikasiya  işi  önəmli  rol 
oynayır.  Əgər  tələbə  ali  məktəbdə  təhsilini  başa  vurduqdan  sonra  elmdə 
qalmaq istəyirsə, onda mövzu elə seçilməlidir ki, o sahədə sonra da  poten-
sial araşdırmaq imkanları mümkün olsun. Burada iki halı unutmaq olmaz. 
Birincisi, ilk baxışdan hansı mövzunun daha maraqlı olmasını təyin etmək 
çətindir.  Çox  vaxt  maraqlı  mövzuların  işlənməsi  gözləniləndən  də  əmək-
tutumlu olur və çox vaxt aparır. İkincisi, onu vurğulamaq lazımdır ki, elmə 
maraq tədqiqat prosesində daha da güclənir. 
Çox  vaxt  tələbələr  “böyük  suallar”  vəd  edən  mövzulara  can  atırlar.  
Burada  onlar  başa  düşməlidirlər  ki,  bir  buraxılış  və  ya  dissertasiya  işi  ilə 
böyük sualların həllini tapmaq mümkün deyil.  
Dünyada  tədqiq  olunan  elmi,  qum  dənəciyi  boyda  kiçik  hissəciklərdən 
təşkil  olunmuş  həddən  böyük  bir  mozaika  kimi  təsəvvür  etmək  olar.  Bu 
mozaikanı  tam  şəkildə  təsəvvür  etmək  heç  bir  insan  düşüncəsinə  sığan 
deyil. İnsan yalnız bu qum dənəciklərinin yeri haqqında ideya yürüdə bilər 
(Bu  ideyalar  elmi−tədqiqat  mövzusudur).  Hər  bir  fərdin  gördüyü 
elmi−tədqiqat  işi  qum  dənəciyi  qədər  kiçik  olsa  da,  elmin  ümumi  təka-
mülündə vacib yerə malikdir.  
Maraqlı  mövzunun  seçilməsi  və  onun  uğurla  başa  vurulması 
tədqiqatçının şəxsi motivasiyasından güclü asılıdır. Motivasiya tələbənin və 
tədqiqatçının  elmə  olan  marağı  ilə  bir  başa  bağlıdır  [30].  Elmi  işə  olan 
marağın müxtəlif aspektləri ola bilər.  
“Motiv”  anlayışı instinktiv impulslar, tələbat, bioloji istək, emosiyalar, 
maraqlar,  arzular,  həyat  məqsədi  və  s.  komponentlərdən  ibarət  ola  bilir 
[30].  Ona  psixoloji  durum  kimi  baxıla  bilməz,  o  insanın  nəyəsə  tələba-
tından doğur. Motivasiyanın həm də, psixoloji haldan fərqi ondan ibarətdir 
ki,  psixoloji  hal  daha  qısa  müddətli  baş  verir.  Motiv  isə  insanın  bütün 
həyatı  boyunu  əhatə  edə  bilir.  Alimlər  psixologiyada  motivasiyanı  iki 
hissəyə  bölürlər:  daxili  və  xarici  [31].  Elmi−tədqiqatla  bağlı  daxili 
motivasiyalar tələbələrdə idrak və inkişafa olan tələbatdan  doğan ilkin hal 
kimi formalaşır. Xarici motivasiyalar isə ikinci dərəcəli rol oynayır. Onlar 
ə
traf  mühitin  təsiri  altında  (məsələn,  iş  kollektivində  və  ya  digər  sosial 


Elmi işlərin tərtibi 
 
 
  61 
sferada  daha  yaxşı  yer  tutmaq,  daha  yüksək  maaş  almaq)  formalaşır. 
Araşdırmalar  göstərir  ki,  yaradıcı  insanlarda  daxili  motivasiyalar  xarici 
motivasiyaları üstələyir. Bu halda tələbələrdə elmi−tədqiqat işlərindən daha 
çox    zövq,  həzz  almaq,  işdə  intellektual  uğura  can  atmaq,  problemi  həll 
etməyə  səy  göstərmək  hisləri  üstünlük  təşkil  edir.  Onu  da  qeyd  etmək 
lazımdır  ki,  motivasiyaları  daxili  və  xarici  olaraq  sinifləşdirməyin  özü 
şə
rtidir,  çünki  onlar  arasında  sərt  sərhəd  də  yoxdur.  Belə  ki,  motivin 
təyinatına görə daxili motivasiya insanın özündən şəxsən irəli gələn haldır, 
xarici motivasiya isə artıq stimul kimi çıxış edir. 
2.4.2. Öyrənmə vərdişlərinə yiyələnmək 
“Öyrənmək”  bir  çox  alimlərin  tədqiqat  mövzusu  olmuşdur  [29].  Bəzi 
tələbələr təklikdə öyrənməyə üstünlük verirlər. Bunun heç də mənfi cəhəti  
yoxdur. Müəyyən qrup tələbələr birgə öyrənməyin müsbət tərəflərini qeyd 
edirlər.  Qrup  şəklində  işləmək  öyrənmə  prosesinin  keyfiyyətində  özünü 
göstərməklə  bərabər,  həmçinin  bu  qrupa  daxil  olan  tələbələrin  motiva-
siyasının artmasına da təkan verir.   
  Öyrənmə  stilinin  üstünlüklərini  ayırd  etmək  üçün  təhsilin  ilkin 
çağlarında  qrup  şəklində  digər  tələbələrlə  işləmək  haqqında  təcrübələrin 
ə
ldə  olunmasına  çalışmaq  lazımdır.  Qrupda  işləmək  üçün  əsas  şərt 
iştirakçıların  homogen  bilik  səviyyəsinə  malik  olmalarıdır.  Digər  tərəfdən 
qrup  daxilində  rolların  bölünməsi  əhəmiyyətlidir.  Burada  hər  bir  iştirakçı 
öz  gücünə  görə  tapşırığın  həll  edilməsində  aktiv  olur.  Bəzi  tələbələr 
ə
dəbiyyatların  məqsədəuyğun  oxunmasında,  bəziləri  mühazirələrin  kon-
spektləşdirilməsində,  digərləri  isə  öz  yüksək  kommunikabelliyi  sayəsində 
yuxarı  kurs  tələbələrindən  dəyərli  məlumatların  əldə  olunmasında  yüksək 
qabiliyyətə malik olurlar.  
  Təhsildə  “öyrənmək  vərdişlərinə”  yiyələnmiş  tələbələr  öz  təhsillərini 
uğurla  başa  vurmağa  qadirdirlər.  Bu  vərdişlərə  yiyələnməyin  bəzi  vacib 
aspektlərinə nəzər salaq. 
  Əvvəlki bölmədə elmi tədqiqat işinin yerinə yetirilməsində kompyüterin 
rolu  haqqında  söhbət  açılmışdır.  O,  müasir  təhsil  sisteminin  əvəzolunmaz 
tərkib  hissəsinə  çevrilib.  Öyrənmək  üçün  yer  axtarışı  da  vacibdir.  Bəzi 
insanlar  kitabxanada,  təklikdə,  sakit  şəraitdə  məşğul  olmağa  üstünlük 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə