MergedFile



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə17/45
tarix11.04.2018
ölçüsü2,89 Kb.
#37030
1   ...   13   14   15   16   17   18   19   20   ...   45

Elmi işlərin tərtibi 
 
 
  53 
qiymətləndirilməsi  o  biri  bəndlərə  nisbətən  daha  çox  resurs  tələb  edir: 
məsələn, sənədlərin surətinin çıxarılması xərci, müsahibələrin planlanması, 
aparılması və qiymətləndirilməsinə sərf olunan vaxt [28, 29].       
 Digər tərəfdən qarşıya qoyulmuş məqsəddən asılı olaraq seçilmiş möv-
zunun nə dərəcədə ətraflı işlənməsinin zəruri olması analiz edilməlidir. Bu 
faza  növbəti  mərhələ  olan ideyaların işlənməsi  üçün baza  rolunu  oynayan 
tövsiyyələrin tərtibi üçün ideal sayılır.  
 
2.1.3. İdeyaların işlənməsi 
Ə
gər  diplom  işinin  mövzusu  tələbə  tərəfindən  təklif  olunubsa,  onda 
demək olar ki, artıq mövzunun refleksiyası prosesinin, həmçinin ideyaların 
toplanmasının  ilk  mərhələsi  tamamlanıb.  Əksər  hallarda  bu  məsələlərin 
baxışına  kifayət  qədər  vaxt  planlanmalıdır.  İdeyaların  işlənməsi  üçün 
tələbəyə  ağ  kağız,  qələm  və  sakit  guşə  lazımdır.  Bu  mərhələnin  məqsədi 
ilkin ədəbiyyat mənbələrindən məlum olan ideyalar, tövsiyyələr və empirik 
tədqiqatlar  üçün  iş  alətləri  haqqında  məlumatları  struktursuz  qeyd 
etməkdən  ibarətdir.  Belə  ideya  cizgiləri  işin  ilkin  planını  işləməyə  şərait 
yaradır.  
 
2.1.4. İlkin iş planının tərtibi 
İ
lkin  iş  planı  işlənən  mövzunun  məzmununun  toplanmış  ideyalar 
ə
sasında  formalaşan  ilk  strukturunu  göstərir.  Bu  plan  işin  əsas 
mərhələlərinin  ardıcıllığı  haqqında  məlumat  verərək  onun  əsas  hissəsinin 
ilkin strukturunu ifadə edir. Giriş və nəticə arasına daxil olan elmi işin bu 
bölməsində:  
  Seçilmiş problemə aid elmin hazırkı vəziyyəti göstərilir; 
  Elmi  arqumentlər  irəli  sürülür  (məsələn:  bir  nəzəri  işdə  sübuta 
yetirmə və ya empirik tədqiqat üçün seçilmiş həll yolunun təsviri); 
  Nəzəri  biliklərin  artımı  və  ya  empirik  tədqiqatların  nəticələrinin 
prezentasiyası aparılır. 
 
 
 


Elmi işlərin tərtibi  
 
 
 
54 
2.1.5Materialın toplanması 
İ
lkin  iş  planın  tərtibi  ilə  elmi  materialların  toplanmasına  istiqamət 
verilmiş olur. Materialın əldə edilməsi ilk növbədə ədəbiyyatların axtarışını 
ə
hatə  edir.  Elmi  işdə  qoyulmuş  məqsəddən  asılı  olmayaraq  həmişə  ilkin 
olaraq  artıq  mövcud  elmi  nəticələrə  (nəzəriyyə,  empirik  verilənlər  və  ya 
metodlar)  istinad  edilir.  Empirik  işlərdə  materialın  toplanması  zamanı 
ə
sasən  empirik  mövzunun  həcmi,  ona  ayrılmış  vaxt  və  iş  metodu  nəzərə 
alınmalıdır. 
 
2.1.6. İş planının dəqiqləşdirilməsi və toplanmış materialın  
qiymətləndirilməsi 
Toplamış məlumatların və ədəbiyyatların analizi əsasında iş planının nə 
dərəcədə  dəqiqləşdirilməsinin  mümkünlüyü  yoxlanılır.  Empirik  işlərdə  bu 
mərhələ  toplanmış  məlumatların  qiymətləndirilməsini  də  əhatə  edir.  Əgər 
bu  mümkün  deyilsə,  onda  mövzunun  yenidən  öyrənilməsinə  qayıdılır  və 
aşkar olunan maneə aradan qaldırılır. 
Bu  problem  olmadıqda  iş  planının  dəqiqləşdirilməsinə  başlamaq  olar. 
Ə
ldə  olunmuş  ədəbiyyat  mənbələrinin  nəzərdən  keçirilməsi  planın 
təkmilləşdirilməsi ilə paralel aparılır.  Oxuma zamanı daimi olaraq diqqətdə 
saxlamaq lazımdır ki,  
1) baxılan ədəbiyyat hansı bölmədə, hansı fəsildə tətbiq oluna bilər, 
2) baxılan ədəbiyyat uyğun gəldiyi bölmənin və ya fəsilin altında bir neçə  
kəlmə ilə qeyd oluna bilərmi? 
Bu  yolla  mütaliyə  zamanı  arqumentasiya  üçün  dəyərli  olan 
ə
dəbiyyatların  itməsi,  nəzərdən  qaçmasının  qarşısı  alınır.  Ədəbiyyatların 
seçilməsi və işlənməsinə III fəsildə ətaflı baxılır. 
Empirik  işlərdə  əldə  olunmuş  məlumatların  qiymətləndirilməsi  bu 
mərhələdə  yerinə  yetirilən  ikinci  fazadır.  Yığma  üsulundan  (yazılı  sorğu 
formulyarı,  müsahubələr  və  s.)  və  məqsəddən  asılı  olaraq  qiymətləndirmə 
prosesi  vaxta  qənaət  üçün xüsusi  proqram  təminatlarının tətbiqi  sayəsində 
dəqiq planlanmalıdır.  
 
 


Elmi işlərin tərtibi 
 
 
  55 
2.1.7. Mövzunun işlənməsi 
Ə
dəbiyyat  mənbələri qiymətləndirildikdən, şəxsi arqumentasiya xəttinə 
daxil  edildikdən  və  empirik  qeydlərdən  lazım  olan  məlumatların  seçil-
məsindən  sonra  mövzunun  işlənməsinə  başlamaq  olar.  Bu  mərhələdə 
mövzu  nəticələrinin  paralel  olaraq  qiymətləndirilməsi  çaşqınlıq  yarada 
bilər, ona görə də nəticələr ayrıca bölmədə baxılmalıdır.  
Ali  məktəbdə  (təhsilin  sonunda)  buraxılış  işinin  yazılması  təhsil 
pilləsinin daha bir mərhələsi kimi dəyərləndirilməlidir. Təcrübələr göstərir 
ki,  ayrı-ayrı  mərhələlərin  işlənməsində  böyük  həcmdə  (bəzən  200  səhifə) 
material yığılır. İşin sonunda isə bu materialdan buraxılış işləri üçün 45‒60 
səhifə həcmində təmiz material işlənməlidir. 
 
2.1.8. İşin təhvili 
İş
in  təhvili  ilə  elmi  işin  mərhələ  modeli  tamamlanır.  Tamamlanmış 
elmi  iş  elmi  rəhbərə  və  ya  kafedraya  (magistratura  və  ya  doktorantura 
ş
öbəsinə)  təhvil  verilir.  Bunu  etməzdən  öncə  buraxılış  işinin  kənar  şəxs 
tərəfindən  oxunub,  dil  baxımından  korrektə  edilməsi  məsləhət  görülür. 
İ
kinci  şəxsin  işə  baxması  vacibdir,  çünki  tələbə  artıq  neçə  vaxtdır  bu  işi 
yazdığından  o,  təbii  olaraq  qrammatik,  mexaniki  və  işarə  səhvlərini 
görmür.  Onun  özünün  korrektə  etmək  imkanı  yalnız  optik  qavrama  ilə 
məhdudlaşır.  
Sonuncu  variantın  işlənməsi  tələsik  şəkildə  baş  verməməlidir.  Son 
mərhələdə  faylın  əlavə  variantının  kompyüterin  yaddaşında  saxlanması 
çaşğınlığa  səbəb  olur.  Bu  mərhələdə  nəzərə  çarpan  xətalar  düzəliş 
edildikdən sonra onun çox vaxt bir neçə variantda yaddaşa verilməsi halları 
məlumdur. Çap mərhələsində hansı variantın düzgün olmasını araşdırmağa 
vaxt qalmadığından səhvlərə malik variant çap oluna bilər. İş tamam hazır 
olduqdan sonra o lazım olan nüsxədə çap olunur.  
 
2.2. Elmi işin məqsədi 
Elmi  işin  məqsədi  konkret  obyektin  təyini  və  onun  strukturunun, 
xarakteristikasının  və  əlaqələrinin  elmdə  işlənmiş  prinsiplər  və  idrak 
metodları  əsasında  hərtərəfli  və  dəqiq    öyrənilməsi,  həmçinin  insanın 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə