MergedFile



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə18/45
tarix11.04.2018
ölçüsü2,89 Kb.
#37030
1   ...   14   15   16   17   18   19   20   21   ...   45

Elmi işlərin tərtibi  
 
 
 
56 
fəaliyyəti  üçün  faydalı  nəticələrin  əldə  edilməsi  və  onların  praktikada 
müəyyən effektlə tətbiq edilməsindən ibarətdir.  
Kurs,  layihə,  buraxılış  və  dissertasiya  işlərinin  araşdırılmasında 
tədqiqatçının apardığı ədəbiyyat analizi elmi işin məqsədinə mühüm təsirə 
malikdir.  Qarşıya  qoyulan  elmi  işin  mənsubiyyətindən  asılı  olmayaraq 
onun  yerinə  yetirilməsi  müəyyən  məqsəd  güdür.  Əsas  məqsəd  yeni 
biliklərin  əldə  olunmasıdır.  Yeni  biliklər  bütün  elm  sahələrində  tətbiq 
olunan əsas metodlardan asılı olaraq fərqləndirilir: 1. Nəzəriyyə (modellər), 
2.  Empiriya,  3.  Metodlar  (bax:  Bölmə  1.2).  Hər  üç  halda  problemin  həll 
olunmasında tədqiqatın öz töhfəsini verməsi gözlənilir. Bu elmi metodların 
tətbiqində  qarşıya  qoyulan  məqsədlərin  əldə  olunmasını  aşağıda  misallar 
ə
sasında yaxından araşdıraq.  
Nəzəriyyətə və ya modellərə aid konkret hallara baxaq. Nəzəriyyə və ya 
modellər  mövcud  və  davamlı  çoxalan  verilənlər  (məlumatlar)  arasında 
ümumi qaydanı təsvir edir.  Bu baxımdan elmi işin məqsədi belə qaydaların 
tapılması və inkişaf etdirilməsindən ibarətdir. Modellər, təsvir üsullarından 
asılı olaraq üç kateqoriyada cəmləşməyə imkan verir. 
Təsviredici model həqiqətin nəzəri olaraq ən sadə təsvir formasıdır. Bu çox 
zaman sadəcə müşahidəyə əsaslanır və "nə baş verir?" sualına cavab verir. 
İ
zahedici modellərdə artıq əldə olunan biliyin analiz əsasında izahına cəhd 
edilir.  Nəticədə  "niyə  baş  verir?"  sualının  cavabı  axtarılır.  Qərarverici 
modellərdə  həll  yolları  və  ya  qərarqəbuletmə  üçün  tövsiyyələr  işlənir.  Bu 
mərhələ məntiqi olaraq izahedici modellərin bazasında baş verir. 
Misal kimi bir müəssisə daxilində texniki avadanlığın alınmasında həll 
olunan məsələlərin icrasında yuxarıda qeyd olunan kateqoriyaların tətbiqinə 
baxaq.  Müəssisəyə  lazım  olan  avadanlığın  xərci  (K
sifariş
)  və  onları 
anbarlarda saxlamaq xərclərinin (K
anbar
) cəmi qərar qəbuletmə siyasəti üçün 
vacib  amildir.  Sifariş  xərclərinə  təkcə  avadanlığın  qiyməti  yox,  həm  də 
onların  müəssisəyə  gətirilməsi  ilə  bağlı  xərclər  də  daxildir.  Bu  xərclərin 
cəmini təsvir edən riyazi modelin məqsədi alınma və anbarlarda saxlanılma 
xərclərin  minimumunu  əldə  etməyə  imkan  verən  qərarların  qəbuluna 
yardımçı olmaqdır: 
 
 
 
K
ümumi 
= K
sifariş
 +K
anbar
 → MIN 
 


Elmi işlərin tərtibi 
 
 
  57 
Empiriya  
Empirik araşdırma birbaşa tədqiq olunan obyektin müşahidəsi sayəsində 
məlumatların toplanmasına istinad edir. Praktikada qazanılan verilənlər hər 
hansı  bir  fərziyyənin  təsdiqi  və  ya  inkarı  üçün  tətbiq  edilə  bilər.  Fərziyyə 
təsdiq  olunduğu  halda  bu  yolla  nəzəriyyə  və  ya  modellər  yaradılır  və 
inkişaf  etdirilir.  Bunun  nəticəsində  praktikada  çalışan  icraçılar  üçün 
tövsiyyələr işlənir.  Empiriya özlüyündə bir məqsəd daşımır. Elmi–tədqiqat 
işlərinin orijinallığını nəzərə alaraq onu qeyd etmək lazımdır ki, istifadəyə 
yararlı bütün məlumatlar nəzərdən keçirilməlidir. Empirik verilənlərin əldə 
olunması  müşahidələr,  müsahibələr,  eksperimentlər  və  ya  mövcud  sənəd-
lərin analizi (məsələn, patentlər və ya müəssisə verilənləri) yolu ilə aparılır. 
Empirik biliklərin toplanması elmi işin tərtib olunacağı elm sahəsindən asılı 
olaraq fərqli şəkildə aparılır. Texniki proseslərdə ölçmələrin nəticələri əsas 
götürülsə  də,  sosial  elmlər  də  məqsədli  sosial  empirik  tədqiqatların 
aparılmasını tələb edir.  
Metodlar 
Elmi  biliyin  zənginləşdirilməsinin  son  mərhələsinə  metodlar  daxildir. 
Empirik  verilənlərin  toplanmasında  gördüyümüz  kimi,  verilənlərin  qey-
diyyatı və emalı metodlarından istifadə edilir. Bundan əlavə elmi biliklərin 
və  ya  mövcud  nəzəriyyələrin  praktikada  tətbiqinə  imkan  verən  tövsiy-
yələrin  işlənməsi  üçün  metodları  elmin  məqsədi  kimi  araşdırmaq  olar. 
Pedaqoji  elmlərdə  məktəblər  üçün  dərsliklərin  və  metodların  hazırlanması 
buna bir misaldır.       
Qeyd  olunan  bölmələri  ümumiləşdirərək  elmi  işlərin  hazırlanmasında 
qarşıya qoyulan aşağıdakı ümumi məqsədləri fərqləndirmək olar: 
 Nəzəriyyə: -   verilmiş problemin həllində tətbiq olunan məlum  
     
  nəzəriyyələr haqqında məlumatların toplanması; 
-
  məlum nəzəriyyənin qoyulmuş problemin həllinə tətbiqi; 
-
  yeni nəzəriyyənin işlənməsi.   
 Empiriya:  -  aktual verilənlərin (faktların) əsasında məlum empirik  
   bazanı genişləndirmək; 
-
  empirik problemin strukturlaşdırılması; 
-
  qoyulmuş problemlə bağlı verilənlərin sistemləşdirilməsi. 


Elmi işlərin tərtibi  
 
 
 
58 
 Metodlar:  - məlum metod və alətlər haqqında məlumatların  
     
toplanması; 
-
 məlum  metodların  qoyulmuş  yeni  problemin  həllinə 
tətbiqi; 
-
 yeni metodların işlənməsi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
     
Şəkil 2.2. Elmi məqsədin işlənmə konsepti ([62]-yə əsasən). 
 
Tədqiqatın əvvəlində qoyulmuş məqsəd iş prosesi zamanı dəyişikliklərə 
məruz qala bilər. İşin müəyyən mərhələsində ona yenidən baxılması, istiqa-
mətinin  korrekisya  olunması  lazım  gəlir.  Şəkil  2.2-də  elmi  məqsədin 
işlənməsində  onun  tərkib  hissələrinin  qarşılıqlı  münasibətləri  əyani  təsvir 
edilmişdir. Yuxarıda qeyd edilən 3 elmi məqsədin həyata keçirilməsi bütün 
tədqiqatların  əsas  sütununu  təşkil  edir.  O,  şəklin  sol  tərəfində  göstəril-
mişdir.  Sxemin  mərkəzində  əsas  məqsədlərin  reallaşdırılması  üçün  icra 
edilən praktiki addımlar ardıcıl təsvir edilir. Praktikada tədqiqat prosesləri 
adətən  qeyd  olunanların  əksi  istiqamətinə  yönəlir.  Şəklin  sağ  tərəfində 
göstərildiyi  kimi,  real  nəticələr  əsasında  nəticə-səbəb  araşdırılır  və  onun 
proqnozlaşdırılması üçün tədbirlər işlənir.  


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə