MergedFile



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə43/45
tarix11.04.2018
ölçüsü2,89 Kb.
#37030
1   ...   37   38   39   40   41   42   43   44   45

İş
in prezentasiyası 
 
 
  133 
olmalıdırlar.  Posterdə  şəkillərin tətbiqi  əlverişlidir.  Onlar  uzaqdan  oxu-
cunu cəlb edir. 
6.6. Çıxış zamanı davranış qaydaları 
Çıxışa vaxtından əvvəl gəlmək və bu vaxtı daxili rahatlığın yaradılmasına 
istifadə etmək lazımdır. Bu arada əlyazmanı oxumaq məsləhət görülmür, bu 
inamsızlığın əlamətidir.  İmkan daxilində müxtəlif üsullardan (nəfəs almaq, 
ə
l  əzələlərini  boşaltmaq)  istifadə  edib,  həyacanı  azaltmaq  gərəkdir.  Çıxış 
zamanı  məruzəçi  aşağıdakı  əlamətləri  ilə  publikanın  diqqətini  cəlb 
etməlidr: 
 Xarici görünüşü: Burada uyğun geyimə diqqət yetirilir. Geyim səliqəli 
olmalıdr.  Çıxış  zamanı  pozitiv  gülüşlə  publikaya  nə  isə  maraqlı  bir 
məlumatın çatdırılmasına siqnal vermiş olarsınız.   
 Çıxışdan  öncə  danışıq:  Situasiyadan  asılı  olaraq  sizin  üçün  müəyyən 
şə
xslər  önəmli  ola  bilərlər:  təşkilatlar,  təşkilatçı,  texnika,  moderator  və 
digər  məruzəçilər.  Onlarla  çıxışdan  öncə  söhbətləşib  müəyyən  açıq 
sualları müzakirə etmək olar.   
 Texnikanı  yoxlamalı:  Çıxışdan  öncə  lazımi  texniki  avadanlıqların 
funksionallığını yoxlamaq lazımdır.  
 Sənədlər:  Çox  zaman  məruzəçilər  çıxışlarının  qısa  skriptini  hazır-
layaraq ən azından publikada əyləşən, qərarverici şəxslərə (professorlar, 
dosentlər, qonaqlar) paylayırlar.  
Çıxışa  başlamazdan  öncə  bir  neçə  saniyə  gözləməklə  publikanın 
diqqətini  özünüzə  çəkmiş  olursunuz.  Bundan  sonra  normal  nəfəs  almaqla 
lazımı  səs  tonuna  şərait  yaradılır.  Qısa  gecikməklə  başlamaq  məruzəçinin 
yüksək kompetensiyaya malik olmasından xəbər verir. 
Non-verbal  siqnal  bir  şəxsin  çıxışı  zamanı  onun  haqqında  formalaşan 
fikrin  50%-ni  təşkil  edir.  Məruzəçinin  mimika  və  jestləri  dinləyicilərdə 
pozitv  assosiasiya  yaratmalıdır.  Əllərin  açıq  şəkildə  tutulması,  mülayim 
sifət  və  sakit,  sərbəst  baxış  bunun  əlamətləridir.  Bu  əlamətləri  inkişaf 
etdirmək üçün evdə hazırlıq zamanı şəxsi çıxışı videoya çəkib analiz etmək 
məsləhət  görülür.  Çıxış  zamanı  əllərin  boş  qalmaması  üçün  köməkçi 
vasitələrdən  istifadə  edilir.  Lazer  işığı  və  ya  köməkçi  vərəqdən  istifadə 
ə
llərin diqqətə alınmamasına şərait yaradır. 


Etik qaydalara riayət 
 
 
 
134 
7.  ELMİ 
CƏMİYYƏTİN 
ETİK 
QAYDALARININ 
POZULMASI 
7.1. Elmi etikaya riayət 
Müsair  elmdə  elmi  etika  rəsmi  çap  olunmuş  qaydalar  toplumudur. 
Buraya  həmçinin  elmi  fəaliyyət  zamanı  alimlər  tərəfindən  ciddi  riayət 
olunan əxlaqi prinsiplər də daxil edilir. Onların pozulması inzibati qaydada 
mühakimə oluna bilər [14, 79, 80].  
  Elmi tədqiqat prosesində tədqiqatçı uğur əldə etmək üçün elmi etikanın 
qaydalarına  ciddi  riayət  etməlidir.  Elmdə  ideal  hal  üçün  belə  bir  prinsip 
irəli  sürülür  ki,  həqiqət  qarşısında  bütün  tədqiqatçılar  eynidirlər.  Burada 
elmi sübutlardan söhbət getdikdə heç bir keçmiş xidmətlər nəzərə alınmır. 
Elm  adamlarının  digər  bir tələbatı  da  ondan ibarətdir ki,  işin  nəticələrinin 
təqdimatı zamanı düzgünlük birinci yerdə durmalıdır. Tədqiqatçı çaşa bilər, 
amma elmi nəticələrə istədiyi kimi düzəliş edə bilməz, tədqiqatçı mövcud 
olan kəşfi təkrar edə bilər, amma plagiatla məşğul ola bilməz. Elmi işlərin 
və məqalələrin tərtibi zamanı bu və ya digər elmi ideyaların müəlliflərinin 
dəqiq  göstərilməsi  və  artıq  elmə  məlum  olan  informasiyaların  işdə  dəqiq 
seleksiyasına şərait yaradılmalıdır. 
  Elmdə  etik  normaların  pozulması  tədqiqatçının  elmi  cəmiyyətdə 
reputasiyasının  itməsi,  onun  elmi  fəaliyyət  səmərəliliyinin  aşağı  düşməsi, 
hətta elmi məktəbdə malik olduğu işinin itirməsi ilə nəticələnə bilər. Elmi 
etika  prinsiplərinin  pozulması  təsadüfi,  məsələn  elmi  metodların  düzgün 
tətbiq  olunmaması,  verilənlərin  diqqətsiz  sənədləşdirilməsi  və  ya 
bilərəkdən aparıla bilər. Sonuncu halda söhbət saxtakarlıq və ya plagiatdan 
gedir. 
   Verilənlərin saxtalaşdırılması onların təhrifi deməkdir. Məsələn, verilən-
lərin saxtalaşdırılması cizgi və diaqramların manipulyasiya olunması və ya 
arzu olunmayan verilənlərin bilərəkdən cərgədən pozulması yolu ilə aparıla 
bilər. 


Etik qaydalara riayət 
 
 
  135 
7.2. Müəlliflik hüququnun pozulması 
  Hüquqları  qanunla  qorunan  başqa  bir  müəllifin  işindən  onun  icazəsi 
olmadan  sui-istifadə  müəlliflik  hüququnun  pozulması  sayılır.    Belə  işlərə 
elmi  kəşflər,  ixtiralar,  hipotezlər,  yeni  tədqiqat  metodları,  müəlliflik 
ideyaları,  yaradıcılıq  işləri  (foto,  musiqi,  mətn  və  s.)  aid  edilir.  Müəlliflik 
hüquqlarının əsas pozuntusu kimi elmi işlərin qeyri-qanuni köçürülməsi, bu 
və  ya  digər  formada  şəxsi  məqsədlər  üçün  istifadə  eidlməsini  göstərmək 
olar. Müəlliflik hüququnun pozulmasında aşağıdakı hallar baş verə bilər: 
 Plagiat  –  müəlliflik  mətnlərinin  və  digər  yaradıcılıq  məhsullarının 
qanunsuz istifadəsi; 
 Tədqiqat metodları və ideyaların mənimsənilməsi; 
 Elmi müəllifliyin uzurpasiyası; 
 Hər hansı bir mətnin və ya sənədin saxtalaşdırılması; 
 Buraxılmamış nəşrin  və ya hələ çap olunmamış işlərin kənar şəxsə 
təqdimatı. 
  Elmi etikanın pozulmasında iştirak edən müəllif və ya müəllif kollektivi 
birlikdə baş verənlərə məsuliyyət daşıyır. Hansı müəllifin müəlliflik hüquq-
larının  pozulmasından  asılı  olmayaraq,  məsuliyyət  elmi  işin  bütün 
müəllifləri üzərinə düşür.  
  Hər  hansı  bir  alimin  rəhbərliyi  altında  görülmüş  elmi  işdə  plagiata  yol 
verilərsə, işlə bağlı pozuntunun yaratdığı kölgə rəhbərin də üzərinə düşür. 
O,  işin  yoxlanılması  zamanı  digər  mənbələrdən  götürülmüş  biliklərin  üzə 
çıxarılmasına bir mütəxəssis kimi məsuliyyət daşıyır. 
  Etik  problemlər  işin  nəticələrinin  təqdimatı  zamanı  da  baş  verə  bilər. 
Tədqiqatçı təqdim olunan elmi nəticələrin düzgünlüyünə tam cavabdehdir. 
Işdə nəticələri sual altına alan verilənlər müzakirə olunmamalıdır. Bu həm 
şə
xsi,  həm  də  onun  istifadə  etdiyi  tədqiqatçıların  əldə  etdikləri  nəticələri 
ə
hatə  edir.  Səhvlərə  yol  verməmək  üçün  digər  mənbələrdən  olan  biliklər 
ehtiyatla,  analitik  olaraq  başqa  işlərlə  müqayisədə  qiymətləndirilir.  Digər 
mənbələrdən olan biliklərin tam və dəqiq istifadə olunması üçün araşdırılan 
mövzuya  aid  kifayət  qədər  mənbələrin  öyrənilməsinə  ehtiyac  var.  Bu 
mənbələrin  təhlilində  əlverişli  olmayan,  şəxsi  tədqiqat  nəticələrini  inkar 
edən işlərdən yan keçmək və ya gizlətmək  düzgün deyil.  


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə