MergedFile



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə44/45
tarix11.04.2018
ölçüsü2,89 Kb.
#37030
1   ...   37   38   39   40   41   42   43   44   45

Etik qaydalara riayət 
 
 
 
136 
7.3. Plagiat  
Plagiat  digərlərinin  ideyalarını,  verilənlərini,  cizgi  və  ya  fərziyyələrini 
onların  mənbələrinə  istinadən  adekvat  göstərmədən  mənimsəməkdən 
ibarətdir. Mənbə kimi burada söhbət çap olunmuş və olunmamış material-
lar,  internet  səhifələri  və  həmçinin  şifahi  mülahizələrdən  gedə  bilər.  Bir 
sözlə plagiat hər dəfə mətn və ya ideyalardan istifadə zamanı ilkin müəllifi 
düzgün göstərmədikə baş verir [81]. 
Plagiatın aşağıdakı əsas formalarına rast gəlinir: 
  Başqa  mətnləri  dırnağa  almadan  və  mənbəyini  göstərməməklə 
birbaşa olaraq köçürülməsi; 
   Başqa  mətn  fraqmentinin  mənbəyini  göstərməklə,  ancaq  dırnağa 
almadan göçürülməsi; 
   Başqa  mənbəyə  aid  mətnin  bir  neçə  sözünü  dəyişməklə    qeyri 
adekvat təsviri (hətta mənbə göstərildikdə belə). 
  Kənar  mətnlərin  qeyri  adekvat  təsvirinə  yol  verməmək  üçün  yad 
mətnləri  öz  sözləri  ilə  danışmaq  və  yenidən  strukturlamaq,  mətndə  əsas 
ideyanı tapıb üzə çıxarmaq, ikinci dərəcəli olanların atılmasını məşq etmək 
lazımdır.  
  Ancaq  plagiat  təkcə  digərlərinin  ideyalarını,  cizgilərini  və  s. 
mənimsəməkdən  ibarət  deyil,  burada  həm  də  söhbət  ümumilikdə  başqa-
larının işini mənimsəməkdən gedir [15]. Ciddi mütəxəssislər elmi nəticəni 
ə
ldə etmək üçün böyük əmək və zaman sərf edirlər. Tədqiqatçının istifadə 
etdiyi  mənbələrin  sayından  onun  sərf  etdiyi  əməyi  də  qiymətləndirmək 
mümkündür.  Plagiator  isə  heç  bir  zaman  sərf  etmədən  digərinin  analiz 
etdiyi  bilikləri  öz  işinə  daxil  edir    və  mənbələri  göstərir,  guya  ki,  o  bu 
ə
dəbiyyatları özü analiz edib. Plagiator başqasının işini götürüb, öz sözləri 
ilə yenidən yaza bilər, nəticələri öz fikirləşdiyi kimi formulə edə bilər. Bu 
da digərlərinin əməyini mənimsəməkdir. Əsasən də ilkin mənbə xarici dildə 
yazılarsa, onu izləmək çətinləşir.       
  Plagiata  ədəbiyyat  mənbələrinin  axtarıb  tapılmasını,  yəni  biblioqrafik 
araşdırmanı da aid etmək olar. Bəzi hallarda tədqiqatçılar öz işlərində çoxlu 
sayda mənbələr göstərirlər. Bu mənbələrin hamısına o özü baxmasa da, öz 
araşdırmalarının nəticəsi kimi qələmə verir. Məsələn, xüsusi sürətli oxuma 


Etik qaydalara riayət 
 
 
  137 
texnikasına malik olmayan şəxs üçün bir il müddətində 100-dən çox kitabı 
oxuyub analiz etmək real görünmür. Əslində ədəbiyyat araşdırılan mövzuya 
yaxın olarsa, onunla yaxından tanış olmaq lazımdır.  
  Xarici  elmi  mətbuatdan  məlum  olan  “qonaq  müəlliflik”  kəlamı 
məlumdur.    Burada  söhbət  magistrant  və  ya  doktorantın öz  məqalələrində 
elmi  rəhbərinin  adını  həmmüəllif  kimi  göstərməkdən  gedir.  Belə  hallar 
bizlərdə  normal  sayılsa  da,  qərb  elmi  mətbuatında  buna  müsbət  baxılmır.  
Hətta tanınmış elmi cəmiyyətlərdə belə hallar elmi etikanın pozulması kimi 
də qiymətləndirilir [81].  
  Elmi  işlərin  nəşrində  digər  xoşagəlməz  hal  avtoplagiat  sayılır  [
82]

Avtoplagiat  eyni  məzmunli  işin  ilkin  çapına  istinad  göstərmədən,  onun 
çoxlu  sayda  müxtəlif  elmi  nəşriyyatlarda  çap  olunmasına  deyilir.    Əgər 
çapa  verilmiş  material  əvəllər  çap  olunmuş  materialın  60‒70%  həcmini 
təkrarlayarsa,  onda  o  da  avtoplagiat  sayılır.  Bu  qadağa  köhnə  materialın 
kitab və ya monoqrafiyada çap olunduğu hala aid edilmir. Əsas şərt odur ki, 
məqalənin mənbəyi kitabda göstərilsin. 
      
 
 
 
 
 
 


Ə
dəbiyyat 
 
 
 
138 
Ədəbiyyat 
1.
  Никифоров А. Л. Философия науки: история  и методология. — М.: Дом 
интеллектуальной
 книги, 1998. — 280 с. 
2.
  Завьялова  М.  П.  Методы  научного  исследования:  учебное  пособие.  – 
Томск
: Изд-во ТПУ, 2007. – 160 с. 
3.
  Комаров М.С. Основы научных исследований. – Львов: Из-во ВШ, 1982. – 
128 с. 
4.
  Штофф  В.  А.  Проблемы  методологии  научного  познания.  М.:  "Высшая 
школа
", 1978. –269 с. 
5.
  Новиков А.М., Новиков Д.А. Методология научного исследования. – М.: 
Либроком
. – 280 с. 
6.
  Саврушева  М.  Философия  науки  и  техники.  Учебное  пособие  для 
магистрантов
.
 
Омск
, 2013. –  120 с. 
7.
  İsrafilov M. "Məntiq" M – Bakı, 2005. –335 s. 
8.
  Баскаков  А.Я.,  Туленков  Н.В.  Методология  научного  исследования. 
Учебное
 пособие.-2-у изд., исрп.- К.: МАУП, 2004. – 216 с. 
9.
  Ревко-Линардато  П.С.    Методы    научных    исследований:  Учебное 
пособие
. – Таганрог: Изд-во ТТИ ЮФУ, 2012. – 55 c. 
10.
 Бройль Луи де. По тропам науки. М.: Иностранная литература, 1962. – 326 
c. 
11.
 Эйнштейн А. Физика и реальность. Сборник статей. – М.: Наука, 1965. – 
360 с. 
12.
 Scriba,  C.J.,  Schreiber,  P.:  5000  Jahre  Geometrie:  Geschichte,  Kulturen, 
Menschen (Vom Zählstein zum Computer). 2. Auflage. Springer, 2005 
13.
 Sheehan,W.,  Kollerstrom,  N.,  Waff,  C.B.:  Die  Neptun-Affäre.  Spektrum  der 
Wissenschaft, April 2005, S. 82– 88 (2005). 
14.
 Сабитов Р.А. Основы научных исследований: Учеб. пособие / Челяб. гос. 
ун
-т. Челябинск, 2002. – 138 с. 
15.
 Васильева  Е.Н.  Методика  написания  научной  работы:Учебное  пособие. 
Казань
: Институт истории им. Ш. Марджани АН РТ; изд-во «ЯЗ», 2015. – 
155 с. 
16.
 Философский энциклопедический словарь. – М.: Сов.Энциклопедия, 1983. 
17.
 Mustafayeva,  S.    Patent  sənədlərinin  təsviri.  Kitabxanaşünaslıq  və 
biblioqrafiya. – 2000, № 2. – S.79– 85. 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə