MergedFile



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə37/45
tarix11.04.2018
ölçüsü2,89 Kb.
#37030
1   ...   33   34   35   36   37   38   39   40   ...   45

Yazma metodikası 
 
 
  115 
Buradan  göründüyü  kimi,  elmi  işi  uğurlu  yazmağın  sirri  əl  qabiliyyəti 
ilə  bağlı  deyil.  Kreativ  yazmaq  üçün  optimistik  yanaşma  vacibdir.  Şəxsi 
yazma  qabiliyyəti  ilə  bağlı  bütün  imkanların  üzə  çıxması  üçün  əlverişli 
atmosferin  yaradılmasına  ehtiyac  vardır.  Digər  tərəfdən  kreativlik 
texnikalarına  yiyələnmək  lazımdır.  Burada  söhbət  koqnitiv  vərdişlərdən 
gedir.  Yalnız  neqativ  düşüncələri  (“vaxtım  yoxdur”  və  ya  “onsuz  da 
alınmayacaq”)  müsbətə  çevirdikdən  sonra  müəllif  daxili  rahatlıq  əldə  edir 
və kreativ düşünmə fazasına daxil olur.  
Kreativ  yazma  fikirlərin  formalaşmasında  müəyyən  qədər  sərbəstlik 
tələb etsə də elmi işlərin yazılmasında bu sərbəstlik qoyulmuş şərtlər çərçi-
vəsində  baş  verməlidir.  Məsələn,  elmi  işin  adının  formulə  edilməsində 
onun  dəqiqliyinə  ciddi  riayət  etmək  lazımdır.  Əksər  halda  başlığı  oxuyan 
şə
xs  işə  marağını  itirə  bilər.  Çox  vaxt  titul  vərəqində  sualların  verilməsi 
fikir  çaşqınlığına  aparıb  çıxara  bilər.  Ona  görə  də,  titul  vərəqinin  tərtibi 
izahedici olmalıdır.  
Tələbə  ali  məktəbdə  təhsil  aldığı  müddətdə  əsas  diqqətini  keyfiyyətli 
biliklərin  əldə  olunmasına  yönəldir.  Burada  əsas  iş  ədəbiyyatlarla  işlə-
məkdən  ibarət  olur.  Elmi  dildə  yazma  prosesi  isə  çox  vaxt  böyük  kurs 
layihələrinin  və  buraxılış  işlərinin  tərtibi  zamanı  qarşıya  çıxır.  Bu  zaman 
tələbələrin  hansı  səviyyədə  yazma  qabiliyyətinə  malik  olmaları  üzə  çıxır. 
Bir çox hallarda tələbələrə qoyulmuş tapşırıq çərçivəsində işin tələb olunan 
səviyyəsi aydın olmur. Onların çoxu ilk dəfə olaraq elmi mətnin tərtibi ilə 
qarşılaşır  və  səhv  təssəvürə  malik  olurlar.  Tələbələrin  fikrincə  elmi  iş 
yazma  yalnız  oxuduqlarını  öz  sözləri  ilə  ifadə  etməkdən  ibarətdir.  Bu  isə 
səhvdir. Elmi işin yazma–təkmilləşdirmə–korrektə prosesləri əsasında mey-
dana  gələn  bir  əsərin  olmasını  onlar  çox  vaxt  gec  anlayırlar.  Belə  hallar 
tələbənin  indiyə  qədər  yazma  qabiliyyətinin  inkişafına  yol  açan  imkanlar 
qıtlığı  ilə  bağlıdır.  Ayrı–ayrı  sahələrdə  tələbələr  aşağıdakı  yazma  prob-
lemləri ilə üzləşə bilərlər:  
 İlkin  fazada  tələbələrə  onlardan  çox  vaxt  hansı  əqli  işin  tələb 
olunması  tam aydın olmur. Məsələn, ədəbiyyatın araşdırılmasında müx-
təlif  yollar  mümkündür.  Verilmiş  mövzu  ətrafında  ədəbiyyatlar  ya 
sadəcə tapılıb toplana və referat şəklinə salına bilər, ya da tənqidi−analiz 
edilərək təsvir edilə bilər. 


Yazma metodikası 
 
 
 
116 
 Mövzunun  dəqiq  sərhədlərinin  müəyyənləşdirilməməsi  tələbənin 
verilmiş vaxt çərçivəsində işin keyfiyyətlə yazmasına imkan vermir. Bu 
ə
dəbiyyatların tapılması və seçilməsində də özünü göstərir. 
 Mətnin  yazılmasında  onlar  çox  vaxt  elə  ilk  andan  ədəbiyyatlardan 
oxuduqları  mətnlərin  oxşarını  yazmağa  cəhd  edirlər.  Bunun  mümkün 
olmadığını  anlamayan  tələbə  yaranan  problemləri  özünün    qabiliy-
yətsizliyi  kimi  qiymətləndirir.  İlkin  yazılan  mətnin  korrektə  edilməsi 
metodlarını  bilməmək  işin  gedişini  daha  da  çətinləşdirir.  Onlar 
bilməlidirlər  ki,  mətn  ilkin  olaraq  qaralama  şəklində  yazılır,  sonra 
tədricən düzəlişlər edilərək təkmilləşdirilir və lazımi səviyyəyə salınır. 
 Mətnin  başqaları  tərəfindən  vaxt  aşarı  tənqidi  oxunulmasına  imkan 
yaratmaqla belə problemlərin aradan qaldırılmasına nail olmaq olar.   
Tələbə  kənardan  olan  tənqidləri  mənfi  hal  kimi  yox,  onun  işinin 
mükəmməlləşdirilməsinə bir vasitə kimi qiymətləndirməlidir.  
Orta məktəb təhsil prosesində sərbəst elmi mövzularda işlərin yazılması 
çox az tədris olunduğundan, tələbələrdə yazma kompotensiyasının inkişafı 
ali məktəblərin üzərinə düşür. Burada söhbət sadəcə işin formal qaydalara 
uyğun  tərtib  olunmasından  yox,  ideyanı  əslində  sərbəst  işləməklə  dəqiq, 
məntiqi  və  kommunkativ  şəkildə  mətnə  çevirməkdən  gedir.  Əsasən, 
ixtisasdan asılı olaraq mətnlə intensiv işləyən tələbələrin sistematik olaraq 
yazma  vərdişlərinin  genişlənməsi  tədris  olunan  fənlərin  tərkib  hissəsinə 
çevrilməlidir.  Yalnız  ixtisas  fənləri  ilə  əlaqədə  tələbə  həmin  sahədə 
mükəmməl  mətnlərin  tərtibinə  nail  ola  bilər.  Bu  baxımdan,  tələbələr  ali 
məktəb  tədris  prosesində  elmi  işin  tərtibi  üsulları  ilə  bərabər  yazmanın 
üstünlüklərini də öyrənməlidirlər.  
 
5.3.3. Kreativ yazma texnikası 
 Kreativ  yazma  zamanı  tətbiq  olunan  metodların  köməyi  ilə    yazma 
blokadasını  aradan  qaldırmağa,  motivasiyanı  və  yazma  təcrübəsini  artır-
mağa  şərait  yaradılır  [70].  Bunları  əldə  etmək  üçün  yazma  prosesində 
beynin  hər  iki  hissəsinin  fəaliyyətini  aktivləşdirən  əməliyyatlardan 
(terminoloji və şəkili informasiyaların emalı) istifadə etmək lazımdır.  


Yazma metodikası 
 
 
  117 
Son  illər  ərzində  kreativ  yazmaq  üçün  müxtəlif  metodlar  işlənərək  
tətbiq  olunmuşdur.  Bu  metodlar  humanitar  sahələr  (jurnalistikada  geniş 
yayılmışdır)  üçün  işlənsə  də,  elmi  mövzuların  işlənməsində  onlardan  hər 
kəs istifadə edə bilər. Növbəti bölmədə bu metodlar haqqında qısa məlumat 
verilir. 
 
5.3.3.1. İdeyaların qeyd olunması  
İ
deyaların  toplanması  və  qeyd  olunması  (və  ya  ingl.  Brainwriting
adlanan kreativ yazma texnikası adətən qrup şəklində işləyəndə geniş tətbiq 
olunur  (şəkil  5.4).  İdeyaların  qeyd  olunması  metodunda  hər  bir  iştirakçı 
ideyalarını  rahat  toplaya  və  yaza  bilir.  Bu  metodun  tətbiqi  zamanı   ideya-
ların  ərsəyə gəlməsinə mane olan bütün faktorlar minimallaşdırılır və digər 
tərəfdən  bütün  kombinasiyalarının  yaradılmasına  kömək  edə  biləcək 
amillər təmin olunurlar. İştirakçılar heç nədən çəkinmədən ideyalarını irəli 
sürərək  digərləri  ilə  kombinasiya  etməlidirlər.  İdeal  halda  bir–birlərinin 
ideyalarından  inspirasiya  alaraq  iştirakçılar  qarşılıqlı  ideyaların  birgə  
istehsalına müsbət təsir göstərirlər.   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 5.4. Qrup şəklində ideyaların işlənməsi. 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə