MergedFile



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə34/45
tarix11.04.2018
ölçüsü2,89 Kb.
#37030
1   ...   30   31   32   33   34   35   36   37   ...   45

Yazma metodikası 
 
 
 
106 
İ
stifadə olunmuş mənbələrin dəqiq göstərilməsi və arxivləşdirilməsi texniki 
sahədə  də  elmi  işin  yazılmasında  əsas  sənədləşdirmə  işi  sayılır.  Texniki 
ə
sərin  hazırlanmasında  istifadə  olunan  ədəbiyyat  mənbələri  ilə  bərabər 
digər  mənbələr,  məsələn  internet  mənbələri,  texniki  eksponat  və  buna 
bənzər  artefaktlar  haqqında  məlumatlar  göstərilməlidir.  Humanitar  elm-
lərdən fərqli olaraq texniki sahədə kənar mənbələrdən olan informasiyalar 
təkcə mətni yox, eyni zamanda verilənlər, şəkillər, cizgilər, anlayışlar, asılı-
lıqlar,  düsturlar  və  s.  kimi  konkret  məlumat  daşıyıcılarını  özündə  əks  et-
dirir. Belə “sitat” da bütün elm sahələrində olduğu kimi üç əsas elementdən 
ibarətdir [83]: 
1. mətnə daxil edilmiş informasiya, 
2. məlumat daxil edilmiş yerdə mənbənin  nömrəsinin verilməsi, 
3.  və  bu  nömrəyə  uyğun  ədəbiyyatlar  siyahısında  istifadə  edilmiş 
mənbənin tam şəkildə göstərilməsi:  
Müəllif/İşin adı/Nəşriyyat/Çap ili/Səhifələrin sayı. 
Burada mənbələrin transparent olması tələb olunur, yəni onlar istənilən 
anda tapılıb baxılabilən olmalıdırlar.  
 
5.2.6. İnternet materiallarından sitatların gətirilməsi  
Yuxarıda qeyd edildiyi kimi, istifadə olunan mənbələrin elmi işdə dəqiq 
və  düzgün  verilməsi  vacib  tələblərdəndir.  Bu,  internetdən  götürülmüş 
materiallar üçün də eyni qaydada qüvvədədir. Onu da qeyd etmək lazımdır 
ki,  intenet  mənbələrinin  yoxlanması  digərlərinə  nisbətən  daha  tez  və 
asandır. İndiyə qədər internet mənbələrindən sitatların göstərilməsi üçün bir 
neçə  təklifin  işlənməsinə  baxmayaraq  onlardan  istifadə  zamanı  müxtəlif 
dərəcəli çətinliklər meydana çıxır.  
Bu  çətinlik  bir  tərəfdən  ondan  ibarətdir  ki,  internet  materiallarının 
müəllifini heç də həmişə asanlıqla tapmaq mümkün olmur. Digər tərəfdən 
rəqəmsal media mənbələrinin (verilənlər bankı, bloqlar, məzmunu dinamik 
dəyişilən portallar) çoxsaylı olması sitatların gətirilməsini elə də asan etmir. 
Başlıca  problem  ondan  ibarətdir  ki,  təkcə  URL–lər  yox,  həmçinin  onların 
məzmunu  və  veb–səhifələrinin  strukturu  daimi  olaraq  yenilənir.  Bu 
problemlərə o da əlavə olunur ki, əksər internet mənbələrinin arxivləşdirilib  


Yazma metodikası 
 
 
  107 
uzun müddət istifadəçilər üçün əlçatan olmasına baxmayaraq, bəzi səhifələr 
müəyyən vaxtdan sonra pozulur və ya başqa ünvana köçürülürlər. İnternet-
də  verilmiş  mətnlərin  neçə  səhifədə  yerləşməsini  ayırd  etmək  heç  də 
həmişə  mümkün  olmur.  Ciddi  internet  portalları  öz  səhifələrində  mətnləri 
səhifələrə bölünmüş şəkildə yerləşdirirlər. Bu arzuolunan olsa da, ona heç 
də həmişə rast gəlinmir.  
Qeyd  olunan  çatışmamazlıqlara  baxmayaraq  son  illərdə  internet 
mənbələrindən  istifadə  üçün  Beynəlxalq  Standartlaşdırma  Təşkilatı 
tərəfindən vahid standart təklifi işlənib müzakirəyə çıxarılmışdır (İSO 690–
2: 1997). 
 İnternet mənbələrindən sitatların gətirilməsi zamanı aşağıdakılara nəzər 
yetirmək  lazımdır.  Əgər  internet  resursunun  çap  analoqu  varsa,  onda  çap 
versiyasına üstünlük verilir. İşdə göstərilən sitatın elektron versiyasını şəxsi 
kompyüterdə  yaddaşa  vermək  və  çap  etmək  məsləhət  görülür.  Şəbəkədə 
eyni  sənədin  müxtəlif  versiyaları  olduqda  onda  müəlliflə  əlaqəyə  girib 
onlardan  hansının  daha  üstün  olmasını  öyrənmək  gərəkdir.  İnternet 
mənbələrinin  sitat  kimi  göstərilməsində  adi  üsuldan  istifadə  edilir  və  o, 
xüsusi  məlumatlarla  genişləndirilir.    Sitatın  göstərilməsinin  ümumi  sxemi 
belədir: 
 Müəllifin adı və inisialları; 
 Nəşrin sərlövhəsi, yanında [Elektron resurs] göstərilir; 
 Nəşr verilənləri; 
 Texniki xarakteristikası; 
 Nəşrin mənbəyi. 
 
Misallar: 
Cəbrayılov, İ. Təhsil fəlsəfəsinin inkişaf tendensiyalarının bəzi aspektləri [Elektron 
sənəd] // Azərbaycan müəllimi.  
URL: 
http://www.muallim.edu.az/arxiv/2015/42/37.htm 
(Baxılma 
tarixi: 
14.11.2015). 
Ümumi  təhsil  pilləsinin  dövlət  standartları  və  proqramları  (kurikulumlar). 
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 13 iyun tarixli qərarı. 
[Elektron  sənəd].  URL:  http://edu.gov.az/upload/file/tehsil-pillesinin-dovlet-
strandartlari-ve-proqramlari.pdf.  (Baxılma tarixi: 17.11.2015). 


Yazma metodikası 
 
 
 
108 
Məmmədova,  V.  Körpələrimizi  necə  qidalandırmalı.  Bizim  ailə  jurnalı.  [Elektron 
sənəd].  URL:  http://www.bizimaile.az/arxiv.php?bax=meqale&id=157.  (Baxılma 
tarixi: 17.11.2015). 
Oğuz,  O.  Dedem  Korkut  Kitabı'nın  Mukaddimesi  ile  Boylar  Arasındaki  Organik 
Bağ. Milli folklor. e-Millî Folklor Nr. 107. URL: http://www.millifolklor.com/tr/.  
(Baxılma tarixi: 17.11.2015). 
 
5.2.7. Qrafiki təsvirlərin işlənməsi    
Çox vaxt əlyazmada bir qrafiki təsvir və ya cədvəl vasitəsilə oxuculara 
daha çox informasiya çatdırmaq mümkündür. Müəllif şəkilləri mətnə daxil 
edərkən əlbəttə gözoxşayan iş tərtib etməklə bərabər, həm də bununla hər 
hansı  bir  vacib  dəlili  oxuculara  göstərmək  niyyətindədir.  Mətnə  müraciət 
etmədən  oxuculara  qrafiki  təsvir  və  cədvəl  vasitəsilə  xüsusi  məlumatların 
verilməsinə yalnız elmi işlərdə yol verilir. Mətndə göstərilmiş qrafiki təsvir 
aydın  və  başa  düşünülən  olmalıdır.  Əlyazmanın  son  variantının  mətnində 
qrafika  ilə  bağlı  verilmiş  izahın  uyğunluğu  bir  daha  yoxlanılmalıdır. 
Ümumiyyətlə  şəkillərin  yerləşdirilməsi  zamanı  mətndə  onun  yerinin 
düzgün  seçilməsi  vacibdir.  İzahedici  sxem  və  şəkillər  mütləq  uyğun  mətn 
hissəsi yaxınlığında olmalıdır. İstisna hal kimi yalnız formatı mətnə uyğun 
gəlməyən  təsvirlərin  (böyük  şəkillər)  başqa  səhifədə  və  ya  əlavədə 
veriməsinə yol verilir. Bu halda mətndə əlavəyə keçid göstərilir. Əsas şəkil 
və yaxud cədvəl mətndə yerləşdirildikdən sonra onların izahı və ya tərtibi 
üçün vacib olan digər qrafiki materialları əlavəyə daxil etmək olar.    
Mətndə verilən bütün qrafiki təsvirlər növündən asılı olmayaraq ardıcıl 
nömrələnir.  Qrafiki  cizgi  və  cədvəllər  isə  ayrıca  nömrələnirlər.  Hər  bir 
qrafiki  təsvirin  öz  başlığı  olur  və  o,  kənar  mənbədən  götürüldüyü  halda 
mənbənin  nömrəsi  başlığın  yanında  verilir.  Kənar  mənbələrdən  götürülən 
qrafiki təsvirlərdə dəyişikliklər edilərsə, bu mütləq ya birbaşa onun altında, 
və  ya  aid  olduğu  mətn  hissəsində  izah  edilməlidir.  Şəkil  və  diaqramların  
simvollarının izahı da mütləq tələb olunur.   
Mətnlərdə  istinad  olunan  şəkilin  və  ya  cədvəlin  nömrəsi  mütləq 
göstərilməlidir.  “Aşağıdakı  cədvəldə”  kimi  izahatlardan  istifadə  məsləhət 
görülmür, çünki, bu oxucuda orientasiya problemi yarada bilər.   
İş
in  məzmununu  daha  dolğun  etmək  məqsədilə  istifadə  edilən  qrafiki 
təsvir  formasının  seçilməsində  alternativ  imkanlar  da  nəzərdən  keçiril-


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə