MergedFile



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə36/45
tarix11.04.2018
ölçüsü2,89 Kb.
#37030
1   ...   32   33   34   35   36   37   38   39   ...   45

Yazma metodikası 
 
 
 
112 
mətnə  daxil  eidlən  əlavələrə  verilən  istinadların  nömrələri  əlavənin 
ardıcıllığı ilə üst-üstə düşməlidir.   
Ə
lavəni  növbəti  ağ  səhifədən  başlayırlar.  Bu  səhifənin  ortasında 
“ƏLAVƏLƏR”  qeyd  olunur.  Hər  bir  əlavənin  öz  başlığı  olur  və  yeni 
sətirdə  yazılır.  Əlavələr  I  və  O  istisna  olmaqla  azərbaycan  əlifbasının 
hərfləri  ilə  işarələnir.  Qeyd  sözündən  sonra  əlavənin  ardıcıllığını  göstərən 
hərf qeyd olunur (məslən: ƏLAVƏ B). Əlavələrin sayı həddən çox olduqda  
onları  ərəb  rəqəmləri  ilə  nömrələmək  daha  məqsədəuyğundur.  Əgər  işdə 
yalnız  bir  əlavə  varsa  o  “ƏLAVƏ  A”  kimi  göstərirlər.  Hər  bir  əlavədəki 
mətni  bölmələrə  ayırmaq  mümkündür.  Onlar  verilmiş  əlavənin  daxilində 
nömrələnir.  Əlavələr  və  əsas  mətn  olan  səhifələrin  nömrələnməsi  ardıcıl 
aparılırlar. 
 
5.3. Kreativ yazma 
5.3.1. Elmi dildə kreativlik 
Ə
lyazmanın  hazırlanmasının  formal  tərəfləri  ilə  bərabər  onun  məz-
mununun  kreativ  şəkildə  tərtibi  də  vacibdir.  Kreativ  yazma  nə  deməkdir? 
Buna  qısa  nəzər  salaq.  “Kreativ  yazma”  ifadəsi  ingilis  dilində  olan 
“Creative Writing”–in birbaşa tərcüməsi olub, XIX əsrin sonlarına təsadüf 
edir.  Həmin  dövrdə  ABŞ  universitetlərinin  məşğələ  dərslərində  tətbiq 
olunan  kreativ  yazma  ədəbiyyat  elmi  üzrə  təhsil  alan  tələbələrin  yazma 
təcrübələrini artırmağa xidmət edirdi [68, 69]. Son illərdə bu yazma metodu 
o  qədər  inkişaf  edib  ki,  demək  olar  ki,  ona  bütün  elm  sahələrində  rast 
gəlinir.  Tətbiq  olunduğu  elm  sahəsindən  asılı  olmayaraq  kreativ  yazmada 
ümumi  texnikadan  istifadə  edilərək  yazma  üçün  material  və    ideyaların 
tapılmasına  cəhd  göstərilir.  Kreativ  yazmada  dildən  istifadə  etmək 
sərbəstdir. Bu metodun tətbiqi ilə mövcud materialı yenidən işləmək və ya 
yeni  material  (mətn)  tərtib  etmək  olar.  Kreativ  yazmanın  əsas  məqsədi 
tədqiqatçıda  yeni  “bir  şeyin”  yaradılması  üçün  təxəyyülün  aktivləş-
dirilməsinə  kömək  etməkdir.  Əsas  xüsusiyyətlərindən  biri  də  ondan 
ibarətdir ki, burada mətnin keyfiyyətinin yaradılması ilə artırılması arasında 
baş  verən  bir  proses  nəzərdə  tutulur.  Burada  həmçinin,  dialektik  olaraq 
məhdudiyyət  və  spontanlıq  arasında  işləyən  istiqamətləndirici  yazmaqdan 


Yazma metodikası 
 
 
  113 
da  danışmaq  olar.  Müəyyən  zaman  kəsiyində  müəyyən  qaydalara  əməl 
etməklə mətn yazmaqdan imtina edən kreativ yazma, sərbəst və avtomatik 
yazmaya, meydana çıxan ideyalar və idrak cərəyanına əsaslanır.   
İ
ndi  isə  elmi  işlərin  tərtibində  kreativliyin  tətbiqinə  qayıdaq.  Burada 
kreativ  yazma  tədqiqatçının  tipik  elmi  dil  ilə  konfrontasiyası  və  onunla 
bağlı  yazma  çətinlikləridir.    Kreativ  yazmanın  işdə  nə  qədər  yer  alması 
müəllifin şəxsi potensialından asılıdır. Onun yazma qabiliyyəti sonda, elmi 
işin    yazılmasında  aydın  görsənir.  Burada  onu  demək  lazımdır  ki,  hər  bir 
tələbədən  və  ya  elmi  işçidən  “mükəmməl  əlyazma”  tələb  etmək  olmaz. 
Amma  bəzi  texniki  aspektlərə  diqqət  etməklə  əlyazmanı  daha  da  dolğun 
hazırlamaq mümkündür.  
Ə
vvəlki fəsildə qeyd edildiyi kimi, elmi dil ilə jurnalist dili bəzi hallarda 
onların  məqsədindən  asılı  olaraq  bir-birindən  diametral  fərqlənirlər.  Jur-
nalist dili oxucuya informasiya ötürmək, onu əyləndirmək məqsədi daşıdığı 
halda,  elmi  dildə  yazılmış  mətn  yeni  biliyin  əldə  edilməsinə  xidmət  edir. 
Elmi−tədqiqatlar  çox  vaxt  yalnız  kiçik  qrup  insanlar  üçün  nəzərdə 
tutulduğundan, heç də onları hər adam tam başa düşmür. 
Ümumiyyətlə  vahid    “elmi  dil”,  yəni  “elmi  dildə  vahid  yazma  üsulu”   
varmı sualının bir mənalı cavabı yoxdur. Çünki, nə qədər elm sahəsi varsa, 
bir  o  qədər  də  spesifik  dillər,  daha  doğrusu  yazma  üslubları  mövcuddur. 
Sosioloq  və  hüquqşünaslar  haqqında  düşündükdə  məlum  olur  ki,  onların 
illər  boyu  öz  jarqonları  formalaşıb.  Yəni  onların  tam  ixtisas  jarqonunda 
yazdıqları  mətni  hamı  başa  düşə  bilmir.  Bu  hər  bir  elm  sahəsi  üçün 
səciyyəvidir. 
Elm dilləri formalaşdıran tipik elementlər bunlardan ibarətdir [70]: 
  Faktların göstərilməsi; 
  Parafrazların tərtibi (mətnin öz sözləri ilə ifadəsi);  
  Sitatların göstərilməsi; 
  Əsaslandırma; 
  Münasibətlər və əlaqələrin yaradılması; 
  Anlayışların təyini; 
  Dəqiqləşdirmə; 
  Sistematik araşdırma; 
  Differensiallama; 


Yazma metodikası 
 
 
 
114 
  Əks hipotezlərin irəli sürülməsi; 
  Mətni yekunlama; 
  Dəyərlərin vurğulanması. 
Qeyd  olunan  bu  elementlərin  işlənməsi  elm  sahəsindən  asılı  olaraq 
müxtəlif ixtisaslara xas olan terminlərin köməyi ilə təsvir edilir. Elmi işin 
nəzəri  və  empiriya  növlü  olmasından  asılı  olaraq  faktlar  və  hadisələr  ara-
sında  səbəb–nəticə  əlaqələrinin  təsviri  üçün  işlədilən  dilin  semantik  və 
morfoloji strukturu fərqli olur. Mətnlərdə işlədilən söz və söz birləşmələri 
xüsusi elm sahəsinə aid olduğundan, onların köməyi ilə hər hansı bir fikrin 
ifadə  edilməsi  mütləq  bu  elm  sahəsinin  məşğul  olduğu  obyektlərlə  bağlı 
olur. Bu baxımdan tibb üçün xas olan elmi dil ilə texniki elmi dili müqayisə 
etmək olmaz. Digər tərəfdən tibb elmi dilini yaxşı bilən şəxs texniki elmi 
dili  anlaya  bilməsi  mütləq  deyil.  Ona  görə  də,  sonrakı  bölmələrdə  izah 
edilən kreativ yazma texnikası deyəndə mütləq onu konkret bir sahə üçün 
təsəvvür etmək lazımdır.    
 
5.3.2. Yazma çətinlikləri 
Müəyyən  qədər  spesifik  xüsusiyyətlərə  malik  elmi  dil  ilə  üzləşən  tələ-
bəyə  bu  dildə  yazma  müəyyən  dərəcədə  çətin  gəlir.  Media  zamanında, 
informasiya  mübadiləsinin  gücləndiyi  bir  dövrdə  qısa  mətnlərlə  əlaqəyə 
girən  gənclər  üçün  əhatəli  mətnlərin  yazılması  dəbdən  düşməkdədir. 
Müxtəlif  anlayışlar  üçün  isə  internetdən  axtarıb  hazır  mətn  tapmaq 
mümkündür. 
Yazmağa maraq yaratmaq strategiyasını inkişaf etdirmək üçün tələbənin 
kritik  refleksiyası,  yəni  özünü  dərk  etməsi  vacibdir.  Yazma  probleminin 
səbəbini aşağıdakı emosional hallarla əsaslandırmaq olar [70]: 
  Bu nə isə mənasız səslənir; 
  Boş səhifədən qorxmaq; 
  Mən tənbələm, intizamım yoxdur və zəhmətdən qaçıram; 
  Nə isə səhv deməkdən və ya yazmaqdan qorxuram; 
  Başqaları mənim haqqımda pis fikirləşə bilərlər; 
  Yazdığım mətn mənim səviyyəmi göstərəcək. 
 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə