MergedFile



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə33/45
tarix11.04.2018
ölçüsü2,89 Kb.
#37030
1   ...   29   30   31   32   33   34   35   36   ...   45

Yazma metodikası 
 
 
  103 
Ə
n  geniş  yayılmış  sitat  mənbələri  kitablar,  məqalələr,  hüquqi  norma-
tivlər  və  dissertasiyalardır.  İnternetdən  sitat  gətirilməsinə  xüsusi  tələblər 
qoyulur. Bu haqda aşağıda ətraflı söhbət açılır.  
Sitat gətirməyə qoyulan tələblər 
Sitatların  işdə  göstərilməsi  zamanı  aşağıdakı  qaydalara  əməl  olunması 
tələb olunur [2, 28, 29, 56, 62, 65, 66]. 
1.
  Sitatın mətni dırnaq arasına alınır və ilkin mənbədə verildiyi kimi işdə 
qeyd  edilir.  Yazma  zamanı  sitatın  mətnindəki  köhnə  qrammatik 
qaydaları  yenisi  ilə  əvəz  etməyə  yol  verilir.  Bu  halda    dəyişməyə 
izahat verilməlidir. Sitat gətirilən səhifənin alt hissəsində sitatın dəqiq 
mənbəyi  göstərilir.  Sitatla  əsas  mətnin  arasından  bütöv  xətt  çəkilir. 
Digər  müəlliflər  tərəfindən  təklif  olunmuş  anlayışlar  yalnız  polemi-
kaya  səbəb  olduqda  dırnaq  arasına  alınır,  əks  halda  buna  ehtiyac 
duyulmur.  
2.
  Sitat,  müəllifin  fikrini  təhrif  etmədən  verilməlidir.  Bəzi  hallarda 
verilən sitatın həcmini kiçiltmək məqsədilə sözlərin buraxılmasına yol 
verilir. Bu halda arada çoxlu nöqtələr qoyulur.  
Məsələn
İ
lkin mənbə:   “Müasir tibbdə əldə olunan uğurlar uyğun müalicə vasitələrindən 
istifadə  etməklə  istənilən  yüksək  sağlamlıq  səviyyəsini  hər  kəs  üçün  əlçatan 
etməyə imkan verir.”  
Şə
xsi variant: “... tibbdə əldə olunan uğurlar ...  yüksək sağlamlıq səviyyəsini  
ə
lçatan etməyə imkan verir.”  
 
3. Dolayısı yolla gətirilən sitatlar (başqa müəlliflərin fikirlərini öz sözləri 
ilə  izah  etmədə)  böyük  mətnə  qənaət  etməyə  imkan  verir.  Belə  olan 
halda  da  müəlifin  fikrini  təhrif  etməyə  yol  verilmir.  Sitatın  sonunda 
Bax.” qeydi ilə oxucu mənbəyə yönəldilir. 
İ
lkin mənbə:  “Reabilitasiya sahəsi xəstəxanalara nisbətən daha çox  
inkişaf etməkdədir.”  
Mənası dyişdirilmiş halda: Reabilitasiya sahəsi xəstəxana sektoruna  
nisbətən daha yüksək dinamikaya malikdir.  


Yazma metodikası 
 
 
 
104 
4.  
Həddən artıq sitatlardan istifadə etmək arzu olunmur, çünki, bu işin  
elmi səviyyəsini aşağı salır. 
5.  Əgər  tədqiqatçı  göstərilən  sitatda  kursivlə  bəzi  sözləri  ayırmaq 
istəyirsə,  o  bunu  məxsusi  olaraq  göstərməlidir.  Yəni  sitatda  ayrılmış 
sözdən sonra şəxsi izahat verilir, bunun ardınca isə müəllifin inisialları 
göstərilir. İzahat mətni mötərizəyə alınır.  Belə izahatlara misal olaraq: 
(haşiyə  mənimkidir.  –  R.Ə.),  (mənim  tərəfimdən  vurğulanmışdır.  – 
R.Ə.), (kursv mənimkidir. – R.Ə.) göstərmək olar. 
6. Hər sitatın mənbəyi mətndə göstərilir və nömrələnir. Uyğun  mənbəyə 
istinad iki variantda aparılır: 
-  Birinci  variantda  sitatın  mənbəyi  bütövlükdə  onun  daxil  edildiyi 
mətndə  verilir.  Üstün  cəhətinə  o  aiddir  ki,  oxucu  ədəbiyyat  mənbəyi 
haqqında  birbaşa  məlumat  alır.  Ancaq  mətnə  geniş  əlavə  informa-
siyanın  daxil  edilməsi  fikrin  dağılmasına  gətirib  çıxarır.  Bu  da  onun 
çatışmayan cəhətini göstərir. 
- İkinci  variantda  ədəbiyyat  mənbəyi  sətiraltı  göstərilir  və  kənar 
informasiya  kimi  təsir  göstərir.    Bu  informasiya  oxucunun  diqqətini 
mətnin  məzmununa  yönəldilməsinə  maneəçilik  göstərmir  və  lazım 
gəldikdə  dəqiq  nəzərdən  keçirilə  bilər.  Burada  mənbənin  iki  cür 
göstərilməsi  mümkündür:  tam  və  ya  ixtisarla.  Oxucunu  səlis  oxuma 
tempindən  ayırmamaq  üçün  çox  vaxt  qısa  yazılma  formasından  
istifadə  edilir.  Qısa  məlumatın  önündə  mənbə  kimi  istifadə  olunmuş 
ə
dəbiyyatların siyahıdakı yeri göstərilir. Burada yalnız müəllifin adı və 
mənbənin siyahıdakı nömrəsini göstərmək kifayət edir. 
Misal: 
 “Elmi  monoqrafiyalarda  sitat  və  istinadlara  da  geniş  yer  verilir.   
Sitatların istinad  mənbələrini  həm  sətiraltı,  həm  də  arxada  təqdim  
etmək    mümkündür.  Lakin  əksər  hallarda  mənbələri  sonda  vermək 
daha  məqsədyönlü  hesab  edilir.  Bəzi      alimlərin      fikrincə,      sətiraltı   
istinad   mənbələri   oxucunun   fikrini   əsas mətndən yayındırır.” 
35
 
 
 [35]  Ş.T.Quliyeva (2009), s.150. 
 


Yazma metodikası 
 
 
  105 
7. Sitatların əlyazmada göstərilməsi zamanı onların mütləq vahid formada 
tərtibinə çalışmaq lazımdır. 
8.  Xarici  dildə  olan  sitatlardan  imkan  daxilində  az  istifadə  edilməsi 
məsləhət görülür, çünki onun azərbaycan dilinə tərcüməsi tələb olunur. 
Xarici dildə olan sitatlardan yalnız o zaman istifadə əlverişlidir ki, onun 
nisbətən dəqiq, başqa interpretasiyalara yol verməyən tərcüməsi mövcud 
olsun.  Bu  sitatlardan  istifadə  tədqiqatçının  xarici  dil  səviyyəsini 
yoxlamaq üçün nəzərdə tutulmur. Yazma zamanı başqa tərcümələrin də 
istifadəsinə  yol  verilir.  Bu  halda  tərcüməçinin  adını  altsətirdə  qeyd 
etmək lazımdır. 
Mətndə  aşağıdakı  sözlərdən  istifadə  etməklə  oxucunun  diqqətini  sitata 
yönəltmək  olar: “məlum  olduğu  kimi...”,  “əgər  nəzərə  alsaq  ki,...”, “təkcə 
bu doğru deyil ki,...”, “ və bu da tamamilə doğrudur...” və i.a. 
Sitatların  göstərilməsində  ilkin  və  yoxlanmış  mənbələrdən  istifadə 
etmək məqsədəuyğundur.  
Texniki elmlərdə sitatlardan istifadə  
Humanitar  elmlərdə  sitatların  gətirilməsi  və  analizi  yeni  biliklərin  əldə 
olunmasını  göstərməkdirsə,  texniki  sahələrdə  bu  tamam  başqa,  daha 
doğrusu  az  məna  kəsb  edir  [83].  Texniki  mətnləri  yazma  prosesində 
tədqiqatçının öz şəxsi biliyinin artırılması öndə durmur. Burada söhbət çox 
vaxt  eksperimentlər  və  ya  mütaliə  zamanı  qazanılmış  faktiki  biliklərin 
başadüşülən  şəkildə  təsvir  olunmasından  gedir.  Hətta,  ədəbiyyatların 
toplanması  və  analizi  mərhələsində  də  yalnız  müəyyən  tapşırığa  uyğun 
informasiyaların  toplanmasına  cəhd  edilir.  Ədəbiyyatlar  burada  daha  az 
interpretasiya  edilir.  O,  daşıdığı  informasiya  dolğunluğuna  görə  qiymət-
ləndirilərək ümumiləşdirilir.  
Uyğun olaraq çox nadir hallarda kitab və məqalələrdən digər müəllifin 
mövqeyi  və  arqumentasiyası  götürülərək  yazarın  öz  sözləri  ilə  ümumi-
ləşdirilir və başqa mövqelərlə müqayisə edilir. Mühəndislik elminin inkişa-
fına baxmayaraq mətnlərin analizi elmi metod kimi yalnız humanitar elmlər 
üçün prioritet olaraq qalır.    
Texniki  elmi  işlərdə  digər  mənbələrdən  olan  informasiyalar  o  vaxt 
götürülür ki, tədqiqatçı bunu ya özü yaza bilmir, yaxud da yazmaq istəmir. 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə