MergedFile



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə35/45
tarix11.04.2018
ölçüsü2,89 Kb.
#37030
1   ...   31   32   33   34   35   36   37   38   ...   45

Yazma metodikası 
 
 
  109 
məlidir. Əsas təsvir formaları: sxemlər, diaqramlar, alqoritmlər və cədvəl-
lərdir.  Hər  bir  təsvir  üçün  çoxlu  sayda  variantlar  mövcuddur.  Məsələn, 
diaqramlar  sütun, tir,  çevrə,  xətt,  sahə  və  ya  alqoritm  şəklində işlənə  bilir 
(şəkil 5.3). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 5.3. Diaqramların təsvirinə dair nümunələr. 
 
Bu formalardan hansının verilmiş iş üçün yararlı olmasını qiymətləndirə 
biləcək  meyar  mövcud  deyil.  Toplanmış  verilənlərin  növləri  çox  vaxt 
müəyyən  təsvir  formalarının  tətbiqini  elə  öncədən  istisna  edir.  Məsələn, 
ə
gər  bir  parametrin  artımı  və  ya  müxtəlif  parametrlərin  qarşılıqlı  asılı-
lıqlarını  göstərmək  gərəkdirsə,  onda  qrafiki  işləmələrdən  istifadə  etmək 
məsləhət  görülür.  Rəqəmli  material  oxucuya  mətni  daha  yaxşı  başa 


Yazma metodikası 
 
 
 
110 
düşməyə  xidmət  edərsə,  onda  verilənlərin  cədvəl  şəklində  təsviri 
ə
lverişlidir.  Burada  eyni  verilənlərin  müxtəlif  təsvir  formalarından 
istifadəsinə yol verilmir [67].  
Cədvəllərin  yuxarı  hissələrində  əşya,  zaman  və  ya  parametr 
vahidlərindən ibarət başlıq yerləşdirilir. Başlığın altında çox vaxt bir neçə 
sətir  yer  alır.  Eyni  növlü  sütunların  eni  bərabər  götürülməli,  mətn  boyu 
müqayisə  olunan  cədvəllərin  başlıqları  eyni  olmalıdır.  Əgər  cədvəlin  bir 
səhifədə  yerləşdirilməsi  mümkün  deyilsə,  onda  onun  bir  hissəsi  digər 
səhifəyə keçirilir və orada başlıq təkrar edilir. Bu halda cədvəlin adı birinci 
səhifədə  qeyd  edilir,  sonrakı  səhifələrin isə  yuxarı  hissəsinin  sol  tərəfində 
“Cədvəlin  davamı”  yazılır.  Burada  davam  edilən  cədvəlin  nömrəsi  də 
göstərilir, məsələn “Cədvəl 12–nin davamı”.   
Adətən  statistik  verilənlərin  toplandığı  cədvəllərdə  müəyyən  iş  ardıcıl-
lığı (məsələn: eksperimentlərin planlanmasında), hər hansı bir proses göstə-
ricisinin  onun  parametrlərindən  asılılığı  və  ya  eyni  zamanda  hesablama 
üçün verilənlərin müəyyən meyar əsasında cəmlənməsi təsvir edilir. Cədvəl 
və  ya  diaqramlardan  istifadə  zamanı  onlardan  hansının  verilənlərin 
asılılığını  daha  aydın  təsvir  etməsini  nəzərə  almaq  lazımdır.  Cədvəlin 
üstünlüyü  ondan  ibarətdir  ki,  bir  sütunda  yerləşən  parametrdən  asılı  olan 
çoxlu sayda digər parametrləri əyani təsvir etmək mümkündür. Diaqramda 
belə  asılılıqlar  qarışıqlıq  yaradır.  Cədvəl  təkcə  parametr  və  kəmiyyətlər 
arasındakı  asılılığın  yox,  həmçinin  münasibətlərin  keyfiyyətlə təsvirinə  də 
imkan verir.  
Cədvəlin nömrələnməsi fəsil daxilində aparılır və ardıcıl yerinə yetirilir, 
məsələn: Cədvəl 2.1. Əlavədə olan cədvəllər isə əlavənin nömrəsinə əsasən 
nömrələnirlər, məsələn: Cədvəl Ə.1. 
 
5.2.8. Qeydlər və göstəricilər 
Qeydlər,  verilmiş  sözlərin  və  ya  yeni  terminləri  izah  etmək  məqsədilə 
işlədilir. Bu izahatı müəllifin özü tərtib edir. Qeydlər bütün elmi işlər üçün 
xarakterik olub, mətndəki arqumentasiya axıcılığını pozmamaq üçün onlar 
sətiraltında,  yaxud  da  işin  sonunda  verilərək  nömrələnirlər.  Qaydaya  görə 
qeydlər aidiyyatı olduğu mətnin, şəklin və ya cədvəlin altında göstərilir. Bu 
zaman 1,5 intervalında məsafədə yeni abzas yaradaraq orada “Qeyd” sözü 


Yazma metodikası 
 
 
  111 
yazılır. İzahat ondan sağ tərəfdə yerləşdirilir və tire ile ayrılır. Mətndə cəmi 
bir  qeyd  olanda  nömrələnmə  aparılmır.  Çoxlu  sayda  qeydlər  olduqda  isə 
onlar  ardıcıl  nömrələnirlər.  Burada  qeyd  sözü  yalnız  bir  dəfə  yazılır.  
Məsələn:  “Azərbaycanda  2015-ci  ildə  pul  axınını  öyrəndikdə  iqtisadçılar 
bu  period  üçün  bazar  iqtisadiyyatının  prioritet  sahələrini  təyin  ediblər”. 
Qeyd:  1.  Verilən  qrafik  Azərbaycanın  sənaye  şəhərlərindəki  maliyyə 
axınını göstərir. 2. Qrafik 1 yanvar 2015 il ilə 1 iyun 2015-cü ildəki zaman 
kəsiyini əhatə edir”.  
Qeydləri mətndə haşiyə kimi də göstərmək  mümkündür. Belə qeydlərə 
sətiraltı qeydlər deyilir. İzah edilən söz, rəqəm, mətndən sonra haşiyə üçün 
işarə  qoyulur.  İşarələr  ərəb  rəqəmləri  ilə  sətirin  üstündə  yerləşdirilir. 
Sətiraltı  qeydləri  göstərmək  üçün  həmin  səhifənin  aşağı  hissəsinin  sol 
tərəfində  uzunluğu  4–5  sm  olan  xətt  çəkilir.  Xətt  ilə  mətnin  sonuncu 
cümləsi  arasındakə  məsafə  4–5  sətirə  bərabər  olmalıdır.  Bu  xəttin  altında 
qeydlər yazılır və hər növbəti qeyd yeni sətirdən başlanır. Sətiraltı qeydlər 
mətndəki  şriftin  ölçüsündən  kiçik  olur  və  hər  qeydin  sonunda  nöqtə 
qoyulur.  
Ə
lyazmanın müxtəlif hissələrində yerləşən, amma bir-biri ilə məzmunca 
bağlı  olan  mətnləri  əlaqələndirmək  üçün  göstəricilərdən  istifadə  edilir. 
Burada  uyğun  səhifənin  nömrəsini  vermək  lazımdır  ki,  oxucunun  axtarışa 
çox  vaxtı  getməsin.  Onu  da  qeyd  etmək  vacibdir  ki,  əlyazmada  belə 
göstəricilərdən  imkan  daxilində  az  istifadə  etmək  məsləhətdir.  Ümumiy-
yətlə  göstəricilərdən  yalnız  istisna  hallarda  istifadə  etmək  məqsədə-
uyğundur. Çünki, mətnin oxunulmamış hissələri arasında ora-bura keçmək 
oxucunun fikrini dağıda bilər.   
Qeydlərin  daxil  edilməsi  zamanı  diqqət  yetirilməli  məqalardan  biri  də 
ə
lyazmanın bu qeydlərsiz də oxunula bilməsi və anlaşıqlı olmasıdır. Buna 
riayət etmədikdə verilmiş qeyd əlyazmanın bir hissəsinə çevrilir.   
 
5.2.9. Əlavələrin tərtibi 
Ə
lavələr işin struktur tərkibi ilə şərtlənərək kiçik və böyük həcmə malik 
olub,  istənilən  halda  ayrı  fəsil  şəklində  tərtib  edilir.  Buraya  müəllif 
tərəfindən  işin  davamı  kimi  əyani  materiallar  daxil  edilir.  Qaydaya  görə 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə