Metallarin ekspertizasi və TƏKMİLLƏŞDİRİLMƏSİ mövzusunda magistr dissertasiyasi kafedranın adı: Beynəlxalq ticarət və gömrük


FƏSİL III. Qara metalların gömrük ekspertizasının aparılmasının təkmilləşdirilməsi istiqamətləri



Yüklə 310,25 Kb.
səhifə3/4
tarix11.01.2018
ölçüsü310,25 Kb.
#20339
1   2   3   4

FƏSİL III. Qara metalların gömrük ekspertizasının aparılmasının təkmilləşdirilməsi istiqamətləri.

3.1. Qara metalların gömrük ekspertizasının təkmilləşdirilməsi istiqamətləri.

Məlumdur ki, XİF MN-də qara metallar 72-ci mal qrupunda sinifləşdirilir. Bu qara metal və ondan hazırlanmış məmulatların gömrük ekspertizası baxımından tədqiqi fiskal siyasətin reallaşdırılmasına və tarif, qeyri-tarif tənzimləmələrinə xidmət edir. Bu zaman gömrük orqanları tərəfindən ÜGT-nin gömrük laboratoriyalarının təşkilinə yardım məqsədi ilə tövsiyyə olunan beynəlxalq metodiki vəsaitdən (Brüssel 12.01.1990) geniş istifadə olunur. Bu vəsaitdə ekspertizanın aparılması zamanı sınaq və kimyəvi laboratoriyaların texniki təchizat qaydaları və ona olan tələblər öz əksini tapmışdır.10 Hazırda dünya praktikasında gömrük məqsədi ilə qara metalların tədqiqi beynəlxalq standartlara, dövlət standartlarına, texniki şərtlərə uyğun olaraq həyata keçirirlir. Operativliyə təminat baxımından əsasən metal detektorlardan istifadə olunur ki, bu da ilkin ekspress-analiz metodlarından biri olub onun köməyi ilə metal məmulatlarının diaqnostikası aparılaraq eyniləşdirlir və mallar təsdiq olunur. Bunun əsasında isə malların XİF MN üzrə təsnifat kodu müəyyən olunaraq onlara qüvvədə olan qanunvericiliyə uyğun olaraq tarif dərəcələri tətbiq olunur. Xarakterizə olunan mal qrupu üzrə tariflər 0,5-5, 10-15 faiz tərtibində dəyişir. Bu tarif dərəcələrinə uyğun malların aidiyyatını müəyyən olunması isə müasir kimyəvi təhlil metodları ilə həyata keçirilir. Bu baxımdan tədqiq olunan malların elementar tərkibi müxtəlif metodlarla təyin olunur. Hazırda dünya praktikasında qara metallar və onlardan hazırlanmış məmulatların kimyəvi xarakteristikası əsasən müasir atom-absorbision, spektiroqrafik, regionoqrafik metodlarla həyata keçirilir. Qara metal və onlardan hazırlanmış məmulatların çeşidinə müvafiq olaraq analizlərin aparılma qaydası müasir metodlar nəzərə alınmaqla müxtəlif elmi-texniki və normativ-metodiki ədəbiyyatlarda öz təsbitini tapmışdır. Belə ki, XİF MN üzrə bu metallar və onaldan hazırlanmış məmulatların təsnifatı 15-ci bölmədə öz əksini tapır. Bu bölmədə emal dərəcəsindən asılı olaraq yəni, mal məmulatının hazırlıq texnologiyası və ardıcıl emal prosesləri üzrə məmulatların məcmusu 72-ci qrupda sinifləşdirilir.11 Bu qrup qara metallarda ilkin məhsulları, yarımfabrikatları, isti və soyuq prokatı, müxtəlif profilləri, naqilləri, tullantıları və qırıntıları özündə birləşdirir. Bunların təyini üçün isə mütləq müxtəlif kimyəvi-analitik və insturmental analiz metodları tətbiq olunur. XİF MN üzrə bu qrupda polad və ondan hazırlanmış məmulatlara müxtəlif xassələr vermək üçün legirləşdirici elementlərdən istifadə olunur. Bunlara güzgülü ferroərintilər, dəmir, legirlənmiş polad, legirlənməmiş polad, paslanmayan polad və s. aid olunur. Məlumdur ki, qara metallurgiya zavodlarında istehsal olunan, əridilən poladlar və onlardan alınmış polad ərintilərinin ümumi sayı 2,5 mindən çoxdur. Məhz hazırlanma texnologiyasından asılı olaraq alınan məhsulun çeşidi dəyişir və müxtəlif növlü-toz, dənəvər, lövhə, parça, silindirik, plastilin, çubuq, naqil formalı müxtəlif məmulatlar istehsal olunur.12 Bununla əlaqədar prokat məhsulları müxtəlif mal mövqelərində sinifləşdirilir. Onlar əsas xarakteristik ölçülərinə və üzlüklərinin tərkibinə görə ( vərəqələrin qalınlığı, eni ), fiziki xassələrinə görə (minimal və maksimal axıcılıq həddi) və.s əlamətlər üzrə fərqlənirlər. Beləliklə müasir dövrdə XİF MN-ə görə bu bölmədə olan qara metallar və onlardan hazırlanmış məhsulların təsnifat prinsipində onların mütləq ekspertizasının həyata keçirilməsi vacibdir. Bu baxımdan qrupa daxil olan məmulatların xarici görnüşü ( forma, ölçü, makrostrukturu), element tərkibi, faza tərkibi, mikrostrukturu, daxili qurluşu, mexaniki xassələri hərtərəfli öyrənilir. Bu baxımdan müasir dövrdə tədqiqat aparmazdan əvvəl mütləq müxtəlif analitik proseslərin mürəkkəb mərhələlərində nəzarətin aparılması, onların mərhələlər üzrə kimyəvi tərkbinin təyini nəzarət olunan materialların ümumi kütləsindən nümunə götürülərək analitik tədqiqatların aparılması məcburidir. 13

Tədqiqat nəticələrinə uyğun olaraq tələb olunan göstəricilərə ( standartlar üzrə: Beynəlxalq standart, Dövlət standartları, Texniki şərtlər) müvafiq mal məhsulundakı inqridiyentlərin təchiz dərəcəsi müəyyən olunur. Bu əsasən qrup üzrə legirləşdirici elementlərin təyininə əsaslanır. Analiz nəticələrinin dəqiqliyinə təminat normativ texniki aktlarda öz təsbitini tapır. Bunlara monolit metallardan, tozlardan, paraşoklardan, parçalardan, qırıq və tullantılardan nümunələrin hazırlanması aiddir. Monolit metallardan nümunələrin hazırlanması onlardan müxtəlif forma və ölçülərdə nümunənin götürülməsinə onların işçi səthinin cilalanmasına, işçi səthdə emal izlərinin silinməsinə əsaslanır. Beynəlxalq paraktikada parça və ya toz halında olan materiallardan probların götürülməsi onların xırdalanmasına və son nəticədə qranometrik tərkibdə tozun alınmasına xidmət edir. Sonra bu toz (paroşok) preslənir tablet şəklinə və ya əridilmiş formaya salınaraq təhlilə məruz qalır.14



Bu bölmə üzrə qara metalların tədqiqat metodları aşağıdakıları əhatə etməklə qrup üzrə tam xarakteristikanı verir:

1. Makroskopik analiz metodu (ilkin tədqiqat) - Bu təhlil metodu ilə metal və ərintilərin emal dərəcəsi, emalın xarakteri, onun keyfiyyəti və ərintinin makroquruluşu və ərintinin növü müəyyən oluna bilər.

2. Mikroskopik analiz metodu.

2.1. Elektron mikroskopu ilə tədqiqat üsulu - Bu üsulla metal və ərintilərin quruluşu, metalın təmizlik dərəcəsi və alınmış ərintinin faza tərkibi tətqiq edilir. Bu isə XİF MN üzrə tədqiqatda həlledici rol oynayır. Bu əsasən xüsusi metalşünaslıq məsələlərinin həllində və element strukturunun müəyyən olunmasında istifadə olunur.

3. Fiziki analiz metodları- Bu metodlar metal və ərintilərin ekspress təyininin xaraktersitikasını verir.

3.1. Atom-emission-spektral analiz- Bu metodla metal və ərintilərin emission spektrlərinin ölçülməsi (Dalğa uzunluğu) əsasında keyfiyyət analizi, xəttin intensivliyi isə miqdar analizi həyata keçirilir.

3.2. Rentgenospektral analiz- Bu analiz metodu ilə qara metalların xarakterik rentgen spektrlərinin ölçülməsi üzrə onun element tərkibi müəyyən olunur.

3.3. Mass (kütlə)-spektral analiz- Bu analiz metodu ilə maddələrin qeydiyyata alınmış kütlə spektrlərinə görə onun komponent tərkibi müəyyən olunur.

3.4. Atom-absorbision analiz- Bu metodla qara metalların (o cümlədən Mendeleyev elementlərinin dövrü sistemində olan elementlərin 80-ə qədərini təyin etmək mümkündür) udulma üzrə alınmış atom spektrlərinə görə onun kimyəvi tərkibi müəyyən olunur.

3.5. Qaz şəklində olan elementlərin təyini üçün ekspress analiz- Bunlar analizatorlar əsasında metal və ərintilərdə xassə və təsnifat baxımından aparılaraq karbon, kükürd, oksigen, azot və hidrogenin təyininə əsas verir.

3.6. Rentgenoqrafik analiz- Bu metodla metal və ərintilərdə onların faza halı və fazanı təşkil edən strukturunun təyini əsasında kristallik qəfəsdə qüsurluluq dərəcəsi müəyyən olunur. 15

4. Kimyəvi analiz metodları.

4.1. Qravimetrik analiz metodu- Maddələrin qravimetrik tərkibini təyin etmək üçün tətbiq olunan metoddur. Bu əsasən arbitraj tədqiqatlarda, verilən, alınan nəticələrin mal müşaiyət sənədlərində olan sertifikat göstəricilərinə uyğunluğunu müəyyən etmək üçün istifadə olunur.

4.2. Titrimetrik- Titrləmə metodu, bu miqdari-kimyəvi analiz metoduna aid olub metal və ərintilərin tərkibində olan elementlərin miqdarı təyininə əsaslanır. Müasir dövrdə bu metod avtomatlaşdırılmış titrləmə üsulu ilə həyata keçirilir.

5. Fiziki-kimyəvi analiz ( instrumental analiz metodları).

5.1. Optiki analiz metodları- Bu analiz metodları ən müasir metodlardan biri olub metal və ərintilərdə olan elementlərin keyfiyyət və miqdar tərkib göstəricilərini təyin etməyə imkan verir. Müasir instrumental analiz medodları- molekulyar-spektral, refraktometrik, nefelometrik, yumnisent, polyarimetrik və s analizlərdən ibarət olmaqla tədqiqat obyektinin keyfiyyət və kəmiyyət göstəricilərinin kompleks halda xarakteristikasını verir.

5.2. Elektrokimyəvi analiz- Bu təhlil metodu ilə metalların və ərintilərin potensiometrik, volt-ampermetrik, klonometrrik və konduktometrik üsullarla onların keyfiyyət və kəmiyyət xarakteristikaları verilir.

5.3. Xromotoqrafik təhlil metodu- Bu ən müasir analiz metodu olub ( qaz, iondəyişmə, bölşdürücü, çökdürmə, oksidometrik vəs. xromotoqrafiyalar ) vasitəsi ilə qara metal və ərintilərdə qarışıqların aşkar olunmasına imkan verir. 16

Yuxarıda xarakterizə olunan metodlar öz təsbitini təhlil etdiyimiz qara metal və ərintilərinin tədqiqinə həsr olunmuş ədəbiyyat xülasəsi, xüsusi ədəbiyyat, normativ-texniki sənədlər və standartlar, habelə gömrük məcəllələrinə dair ədəbiyyat, gömrük ekspertizası və müasir elmi məqalələrə istinadən sistemləşdirilmişdir.

Göründüyü kimi qara metallar, ərintilər və onlardan hazırlanmış məmulatlar gömrük ekspertizasının əsas predmetidir və metalşünaslıq, materialşünaslıq sahələrində xüsusi bilik tələb edir və onların eyniləşdirilməsi sahəsində tədqiqatlar fiskal siyasəti və tənzimləmə (tarif və qeyri-tarif) məqsədinin reallaşdırılmasını əsaslandırır. Eyniləşdirmə üzrə beynəlxalq aləm əsasən qara metalların və onların tərkib elementlərinin legirləşdirici elementlərinin təyinini əsas götürür. Burada bu tədqiqatlar zamanı obyektlərin növü, markası, çeşidi, sortluq dərəcəsi, mənsubiyyəti, mənşəyi, tərkibində olan mikrohissəciklər və təhlil üzrə digər göstəricilər müəyyən olunur. Nəticə etibarı ilə bu tədqiqat zamanı XİF MN-ə görə malların dəqiq təsnifatı- kodu(XİF MN üzrə onluq təsnifat kodu) təyin olunmaqla obyektin hansı mallar qrupuna aid olması və hansı əlamətlər üzrə təsnifat xarakteristikası müəyyən olunur.

Göstərilən nəticələrə istinadən isə qara metal və onun ərintilərinin dəqiq kodu təyin olunaraq onlara qüvvədə olan gömrük tarifinə əsasən 0,5-5, 10-15 faiz dərəcəsi tərtibində rüsumlar tətbiq olunur.17



3.2. Qara metallar və onlardan alınan məmulatların eyniləşdirilməsi və XİF-də onun rolu.

Müasir dövrdə ETT (Elmi-Texniki Tərəqqi)-nin sürətlənməsi ilə əlaqədar yeni mallar qrupu yaradılır. Bu baxımdan 72-ci qrupda sinifləşdirilən qara metal və onlardan alınmış məmulatların eyniləşdirilməsi tarif və qeyr-tarif tənzimləmələri baxımından həlledici rol oynayır. Belə ki, bu malların kimyəvi tərkib əlamətinə görə təsnifatını, keyfiyyət xarakteristikasını verməklə iqtisadi baxımdan gömrük tariflərinin dəqiq tətbiqinə zəmin yaradır. Bu isə büdcənin mədaxil hissəsinin formalaşmasında, yəni fiskal siyasətin reallaşdırılmasında həlledici rol oynayır. XİF MN-ə görə qara metal və onlardan hazırlanmış məmulatların dəqiq təsnifatının aparılması malın gömrük dəyərinin təyininə əsas verir. Bu baxımdan 72-ci mal qrupuna aid olan qara metallar kimyəvi tərkib əlamətlərinə görə-onların tərkibində olan legirləşdirici elementlərin kütlə payı üzrə-kəskin surətdə fərqlənir. Bu isə mal məmulatının XİF MN-ə görə təsnifatında həlledici rol oynayır. Belə ki, xarakterizə olunan qrupa mənsub olan poladlıq çuqun, yəni dəmirlə karbonun döymə üçün yararsız olan ərintisi 2 kütlə faizindən çox olan karbondan və aşağıdakı nisbətində variasiya edən legirləşdirici elementlərdən-fosfor, silisium, manqan və xromdan ibarət olmaqla legirləşdirici elementlərin kütlə payı 3-10 faizdən çox olmamaq şərti daxilində dəyişir. Lakin “güzgü çuqunu” (şpigel)-in tərkibində təkcə manqanın miqdarı 6 faizdən çox 30 faizdən az tərkib arasında variasiya edir.18

Digər tərəfdən ferroərintilərdə bu göstəricilər onlara aid olan məmulatlarda külçə, parça və ya ilkin formalı dənəvər və toz şəkilli formalarda habelə aqlomerasiya olunmuş və ya olunmamış halda olduqda onun tərkibində dəmirin ümumi kütlə payı 4 faizdən az olmamaq şərti ilə digər legirləşdirici elementlərin kütlə payı 3-30 faiz arasında dəyişir. Bu ferroərintilərdə digər elementlərin kütlə payı 10 fazidən çox, lakin karbon istisna olunmaqla misin kütlə payı 10 fazidən çox olmamamlıdır. Bu göstərilən əlamətlərə görə tərkibinə müvafiq olaraq onlara tətbiq olunan rüsum dərəcələri də dəyişir. Belə ki, poladlıq və güzgü çuqunlar külçə, qəlib və digər ilkin formalarda olduqda, habelə ferroərintilər o cümlədən tərkibində manqan, silisium, xrom, nikel, vanadium, niobium və s. olanlar 72-01 və 72-02 mal mövqelərində sinifləşdirilməklə onlara tətbiq olunan tarif dərəcələri advolor rüsum dərəcəsi ilə 0,5 faiz təşkil edir, lakin 72-03 mal mövqeyində sinifləşdirilən dəmir filizinin reduksiya məhsulları və digərləri isə 5 faiz tərtibində rüsuma cəlb olunur. Analoji misalları mal mövqeyinin digər məmulatları üzrə də göstərmək olar. 72 və 73-cü qara metallar və qara metallardan hazırlanmış məmulatlar qrupunun analitik təhlil nəticələri göstərir ki, kimyəvi tərkib alınan məhsulun növündən asılı olaraq göstərilənlər üzrə gömrük rüsum dərəcələri 0,5 ; 5; 10-15 faiz nisbətində dəyişir.

Alınan nəticələrə görə bu qrupların təsnifatının aparılması zamanı mütləq bölmə və qruplara aid qeydlər və əlavə qeydlər hərtərəfli öyrənilməli və onun əsasında qara metalların tərkibi üzrə təsnifatını həyata keçirmək lazımdır. XİF MN üzrə göstərilənlərin dəqiq kodunun müəyyən olunması obyektlərin rüsumdan yayınmasının qarşısının alınmasında-gömrük qaydalarının pozuntusu və gömrük işi sferasında-həlledici roy oynayır. Buna isə yalnız gömrük ekspertizası üzrə aparılmış tədqiqat nəticəsində nail olmaq olar. Bu baxımdan ölkənin iqtisadi təhlükəsizliyinin yüksəldilməsi üçün göstərilənlərin lazimi məqsədlər üçün istifadəsi mütləq onların eyniləşdirilməsi və sinifləşdirilməsi əsasında təsnifat sisteminə uyğun olaraq aparılmalıdır. Bunun əsasında təsnifat kodunun verilməsi ilə qara metal və onlardan hazırlanmış mal çeşidlərinə müvafiq surətdə tarif və qeyri-tarif tənzimləmələri tətbiq olunur. Göstərilənlərlə əlaqədar onların kimyəvi tərkibinin dəqiq müəyyən olunması gömrük qaydalarının pozulması hallarını, bu sferadakı cinayətlərin açılması məqsədilə mütləq onların eyniləşdirilməsi vacibdir. Bununla əlaqədar təkmil metod və mexanizmlərdən istifadə olunması məqsədə uyğundur. Gömrük işi sferasında operativliyə təminat gömrük nəzarətinin və ekspert-tədqiqat funksiyasının məhsuldarlığını artırmaq məqsədilə mütləq gömrük orqanları sistemləri sahəsində müasir gömrük texniki-nəzarət vasitələrindən və analitik cihaz və avadanlıqlardan istifadə olunmalıdır. Qara metalların dəqiq eyniləşdirilməsi məqsədi ilə aşağıdakı müasir analitik cihaz və avadanlıqların tətbiqi məqəsəd uyğundur:



  • Atom-absorbision spektrometr (alov və elektrotermiki atomlara parçalayan və civə-hidrid qurğuları ilə təchiz olunmuş qurğu (şəkil 1 );


Şəkil 1. WFX-210 markalı Atom-absorbision spektrometri.

Atom-absorbision spektrometri-Maye nümunələrində metalların olub olmamasını araşdırır. Bura Fe, Cu, Al, Pb, Ca, Zn, Cd və s. metallar daxildir. Bundan başqa bu cihaz ilə metalların konsentrasiyası ölçülür və səciyyəvi konsentrasiyalar aşağı mg/l arasında dəyişir. İş prinsipi: Metal detektorla həyəcanlandırılan zaman ultrabənövşəyi işığı absorbsiya edəcək (soracaq). Hər metal sorulacaq xarakteristik dalğa uzunluğuna sahibdir. Sonda kompüter məlumat bazasına daxil olan məlumatlar alınan nəticələri qeyd edir.19



  • Sorğu-məlumat bazası ilə təchiz olunmuş infraqırmızı Furye spektrometri (şəkil 2);



Şəkil 2. İnfraqırmızı Furye spektrometri.

Sorğu-məlumat bazası ilə təchiz olunmuş infraqırmızı Furye spektrometri-Bərk, qatı, qaz formasında infraqırmızı spektrlar almaq üçün istifadə edilən texnoloji analiz cihazıdır. Eyni zamanda geniş bir spektrda keyfiyyət dəyərləndirməsi üçün istifadə olunur. Furye spektrometri texnologiyanın son nailiyyətlərindən olub qısa zamanda həssas və sürətli analiz metoduna malikdir. Bəzi hallarda hətta nanoqram səviyyəsində mikro-nümunələri analiz etmə qabiliyyətinə malikdir.20



  • Ultrabənövşəyi spektrofotometr (şəkil 3);



Şəkil 3.  T80 UV/VIS markalı Ultrabənövşəyi spektrofotometr.

Ultrabənövəyi spektrofotometr-Holoqrafik analiz metoduna malikdir. Güclü baza təminatının olması analizi daha da sürətli edir. 1000 nm kimi sürətli skan (scan) etmə qabiliyyətinə malikdir. Ultrabənövəyi spektrofotometr bu təhlilləri həyata keçirir: Fotometrik ölçmə, spektr skayneri, kinetik ölçmə, kəmiyyətin müəyyən edilməsi, DNT/zülal təhlili. Gömrük məntəqələrində son dövrlərdə daha çox istifadə olunur. Yüksək avtomatlaşdırılmış sistem olduğu üçün nəticəni daha tez və dəqiq almağa imkan verir.21



  • Proqram təminatına malik rentgenofilorensiyalı spektrometrlər (Şəkil 4);



Şəkil 4. A Philips PW1606 markalı Rentgenofilorensiyalı spektrometr.

Rentgenofilorensiyalı spektrometr (XRF-An X-ray fluorescence)-Gömrük məntəqələrində istifadə olunan cihazdır. Onunla metallar, minerallar, kimyəvi çöküntülər, bərk maddələr analiz edilir. Bu cihaz üzərində elektron mikroprob olan (EPMA) oxşar dalğa uzunluğu və dispersiya spektr prinsipi ilə işləyir. Rahatlığı, nümunə hazırlanması tezliyi, nisbətən ucuz başa gəlməsi bu cihazdan geniş istifadə olunmasına səbəb olur.22



  • Verilənlər bazasına malik rentgen difraktometrləri (şəkil 5);



Şəkil 5. Bruker D8 Advance markalı Rentgen difraktometri.

Rentgen difraktometri (XRD-X-Ray Diffraction)-Əsasən kristallik materialları, metalları təhlil etmək üçün istifadə olunan laboratoriya texnikasıdır. Təqdim olunan metal nümunələrini analiz etməklə qısa müddətdə onlar haqqında məlumatı təqdim edir. Bu müddət adətən 20 dəqiqə olur. Rentgen difraktometri ekologiya, geologiya, mühəndislik, materialşünaslıq və digər sahələrdə aktiv istifadə olunan cihazdır.23



  • Qamma spektrometrlər (şəkil 6);



Şəkil 6. Gamma RAD5 markalı Qamma spektrometri.

Qamma spektrometri-Yüksək keyfiyyətli spektroskopik araşdırmaya və digital (rəqəmsal) sistemi özündə birləşdirən güclü portativ alətdir. İstifadəsini asanlaşdırmaq üçün detektor sistemi USB port vasitəsilə gücləndirilmişdir ki, bu da lazımi məlumatların kompüter, laptopda saxlanılmasını təmin edir. Radioaktiv maddələrin analizində istifadə olunur. Qamma spektrometrinə bunlar daxildir:

-Gücləndirici və rəqəmsal prosesssor (MCA);

-Enerji təchizatı (yüksək və aşağı gərginlikli);

-Texniki təminat interfeysi və kompüter proqram təminatı.24


  • Metolloqrafik mikroskop (şəkil 7);



Şəkil 7. IM-3000 markalı Metolloqrafik mikroskop.

Metolloqrafik mikroskop-Metal nümunələrini analiz etmək üçün geniş istifadə olunan texniki analiz cihazıdır. Mikroskopun optik hissəsi obyekti 50 dəfədən 1000 dəfəyə qədər böyütmə imkanına malikdir. Optik linzası əsasən “Achromatic 4X/0.1”, Achromatic 10X/0.25”, “Achromatic 20X/0.4”, “Achromatic 40X/0.6” obyektivləri ilə təchiz olunur.25



  • Standart etalonlar və s.

Qruplar üzrə xarakterizə olunanlardan əsas etibarı ilə həmin məmulatların kimyəvi tərkibinin müəyyən olunması və məmulatın növ markasının təyini həlledici rol oynayır. Bu isə qüvvədə olan beynəlxalq dövlət standartlarını habelə metallurgiya sahəsi üzrə hazırlanmış texniki şərtlərin tələblərinə uyğun olaraq həyata keçirilir. Bu qruplar üzrə əsasən metolloqrafik və rentgenoqrafik analizlər habelə onların mikroqurluşunun təyini əsasında onların soyuq və ya isti döymə poladların olmasını müəyyən etmək olur. Onların tərkibində olan karbonun kütlə payına (0,25 faiz karbon) və en kəsiyinin diametrinin ölçüsünə əsasən müəyyən olunaraq kodu təyin olunur. Bunlar əsasında gömrük işi sferasında müasir gömrük ekspertizası tədqiqat metodlarını və analitik kimyanın tətbiqi ilə gömrük nəzartindən gizlədilmiş, aparılması və gətirilməsi qadağan olunmuş, habelə kimyəvi tərkibi dəyişdirilmiş (düzgün bəyan olunmamış və ya bəyan olunmamış) obyektlərin aşkar olunması həyata keçirilir. Bununla da üç məsələnin həlli : mallar axınının diaqnostikası, malların eyniləşdirilməsi, profilaktiki tədbirlər öz əksini tapır. Qruplar üzrə ekspert-tədqiqat nəticələrinə istinadən malların hərəkət istiqamətinə görə, məqsədinə görə, dövlət tənzimlənməsinin formasına görə, riskin dərəcəsinə görə, ikili təyinatına görə, təhlükəlilik dərəcəsinə görə təsnifatı həyata keçirilir. Nəhayət son nəticədə qara metal və onların struktur xassələri aşkar olunaraq təhlükəsizliyi müəyyən olunur. Bunun əsasında da sertifikatlaşdırma həyata keçirilir. Belə ki, qrup üzrə nəzarət obyektlərinin təyini onun istismar təhlükəsizliyini, insanların həyat və sağlamlığına münasibəti, ekoloji təhlükəsizlik göstəriciləri və bunun əsasında obyektlərin tərkibi, kimyəvi və fiziki quruluşu, sortu, növü, markasına dair məhz gömrük ekspertizası nəticələrinə uyğun surətdə alınmış nəticələrə istinadən obyektlərin keyfiyyətinin sertifikatlaşdırılması həyata keçirilir. Bu isə ümumi təhlükəsizliyin təmininə əsas verir.

Müasir dövrdə kompleks texniki nəzarət vasitələrindən istifadə etməklə ölkənin iqtisadi təhlükəsizliyini təmin etmək aktual məsələlərdən biridir. Bu sahədə isə gömrük ekspertizasının rolu böyükdür. Mütləq qeyd etmək lazımdır ki, baş verən ETİ (Elmi-Texniki İnqilab) nəticələrinə uyğun olaraq müasir analitik kimya metodları, o cümlədən gömrük ekspertizasında və nəzarətində istifadə olunan texniki vasitələr daimi olaraq və fasiləsiz surətdə təkmilləşdirilir. Buna görə də gömrük işi sferasında boş dayanmaların qarşısının alınması, operativliyə təminat məqsədilə mütləq gömrük ekspertizasının təkmilləşdirilməsi zamanı istifadə olunan cihaz və avadanlıqların istismar paramatrləri və xarakteristikaları-həssaslığı, alınan nəticələrin qəbul olunması, onun düzgünlüyü və s.-nə tələb artırılmalı və onların tətbiq sahələri genişləndirilməlidir. Bu qrupdakı məmulatların ekspertizasının aparılması xüsusi əhəmiyyət kəsb edir. Qara metal, onların ərintiləri müasir maşın və cihazqayırma sənayesində geniş istifadə olunur. Ona görə də bu sahədə istifadə olunan materialların konstruktiv tərkibinə tələblər kəskin surətdə artımışdır. Belə ki, burada istifadə olunan mexanizmlər təzyiq, temperatur, hərəkət sürəti parametrlər üzrə davamlı olmalıdırlar. Bu konstruktiv materiallar içərisində sahə üzrə ən geniş tətbiq olunanları çuqun və poladdan ibarətdir ki, bunun da əsasını dəmir təşkil edir. Bu ərintilər yalnız keyfiyyətinə görə deyil, habelə nisbətən də ucuz başa gəlir. Buna görə də metalların ümumi istehsalında qara metalların payı dominantlıq edir. Bu baxımdan çuqun və polad da universal materiallardır və onlara müxtəlif xassələr vermək məqsədi ilə tərkibinin dəyişməsi əsəsında nəzərdə tutulan xassələrə malik olan- yüksək dərəcədə bərklik, istiyədavamlılıq, korreziyaya davamlılıq, turşuya davamlılıq-məmulatlar alınır. Alınmış bu məmulatların eyniləşdirilməsi isə sırf ekspert-təqiqat funksiyasına aiddir və tarif, qeyri-tarif tənzimləmələrində həlledici rol oynayır.



Nəticə və Təkliflər.

Dissertasiya işinin təhlili-Ədəbiyyat xülasəsi materiallarının, qara metallara aid analitik göstəicilərin təhlili, XİF MN-ə görə 15-ci bölmənin 72-ci qrupuna aid olan məlumatların qeydləri üzrə şərtlər aşağıdakı tövsiyyələrin verilməsinə və aidiyyatı nəticələrə gətirib çıxarır.

1. İşin xarakteri ilə əlaqədar gömrük orqanları sistemində boş dayanmaların aradan qaldırılması, operativliyə təminat, gömrük statistikasının və gömrük nəzarətinin dəqiqliyinə təminat, habelə gömrük nəzarətinin məhsuldarlığının artırılması məqsədilə qara metal xammalı, onlardan hazırlanmış yayma materialların-polad, onların tərkibinə daxil olan legirləşdirici elementlərin təyini və bunun əsasında alınmış qara metal məmulatlarının markalarının, çeşidinin təyinində ekspress-dioqnostik metodlardan, instrumental təhlil analiz metodlarından, standart nümunələrdən istifadə olunaraq eyniləşdirmənin aparılması məqsədəuyğundur.

2.Alınmış eyniləşdirmə nəticələri əsasında tarif və qeyri-tarif tənzimləmələrinin tətbiqi həyata keçirilməlidir.

3. XİF MN-nin 72-ci mal qrupu üzrə tətbiq olunan tarif dərəcələrinin (0,5-5, 5-10, 10-15 advolor pay nisbəti faiz dərəcəsi ilə) tətbiqi faktiki mal partiyasından götürülmüş nümunələr əsasında alınmış nəticələrə müvafiq olaraq tətbiq olunmalıdır.

4.Qara metalların gömrük ekspertizasının nəticələri qeyri-qanuni dövriyyənin, saxtakarlığın aşkar olunmasına imkan yaradır.

5.Tədqiqat obyektləri üzrə alınmış nəticələr fiskal siyasətin reallaşdırılması-büdcənin mədaxil hissəsinin formalaşmasında həlledici rol oynayır.

6.Qara metalların gömrük ekspertizasının aparılması zamanı mütəmadi olaraq baş verən elmi-texniki inqilab nəticəsində instrumental və analitik-kimyəvi təhlil metodlarının, elmi-tədqiqat institutları tərəfindən eyniləşdirilmənin həyata keçirilməsi üçün hazırlanmış standart nümunələrdən istifadəsi praktiki tətbiq baxımından nəzərə alınmalıdır. Bu isə məsrəflərə qənaət və qısa zaman kəsiyində nəticələrin alınmasına səbəb olur.

7.Əsas gömrük rəsmiləşdirilməsinin aparılması və tezləşdirilməsi baxımından bölgələrdə olan sərhəd-keçid məntəqələrinin və bölgə-gömrük idarələrinin ekspress-dioqnostik vasitələr dəsti, habelə müxtəlif tipli metal detektorlarla təchizi tövsiyyə olunur.

8.Beynəlxalq əlaqələrin tələblərinə müvafiq olaraq yalnız standartlaşdırılmış metod, üsul, analitik cihaz, avadanlıq və detektorlardan istifadə məqsədəuyğundur.

9.Qara metallar üzrə XİF MN-dəki qrupun (72-73) tam xarakteristikasını əhatə etmək üçün gömrük orqanları sistemi mütləq atom-absorbsion cihazları və məmulatda karbonun miqdarını müəyyən etmək üçün standartlaşdırılmış karbon analizatorlarından istifadə etməlidir.

10.Gömrük ekspertizasının aparılması üzrə alınan yığımlara dair mal qrupları üzrə təsnifat xarakterisitikasının individual göstəricilər üçün tətbiqinin nəzərdə tutulması daha əlverişli olardı. Bu zaman tədqiqat üzrə məsrəflərin miqdarı mütləq nəzərə alınmalı və optimal variant seçilməlidir.

11.Ümumilikdə gömrük ekspertizası XİF MN üzrə qrup daxilində qara metal və ondan hazırlanmış məmulatların eyniləşdirilməsində həlledici rol oynayır və təsnifat sisteminin dəqiqliyinə zəmin yaradır. Bunun əsasında da XİF MN-nin digər qrupları eləcə də tədqiq etdiyimiz qruplar üzrə alınmış təhlil nəticələri göstərir ki, gömrük ekspertizası gömrük işinin güzgüsüdür.


Yüklə 310,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə