Metallarin ekspertizasi və TƏKMİLLƏŞDİRİLMƏSİ mövzusunda magistr dissertasiyasi kafedranın adı: Beynəlxalq ticarət və gömrük


Əlavələr. 2. Laboratoriya rəisi-öz fəaliyyətində



Yüklə 310,25 Kb.
səhifə4/4
tarix11.01.2018
ölçüsü310,25 Kb.
#20339
1   2   3   4

Əlavələr.

2. Laboratoriya rəisi-öz fəaliyyətində:

- Azərbaycan Respublikası Prezidenti və Nazirlər kabinetinin fərman, sərəncam və qərarlarını, Gömrük Məcəlləsini, direktiv orqanların qayda və təlimatlarını, Gömrük Komitəsi rəhbərliyinin əmr və sərəncamlarını rəhbər tutaraq laboratoriyanın struktur vahidlərinin işini təşkil edərək ona rəhbərlik edir;

- Gömrük Komitəsi sədrinə və Mərkəzi laboratoriya üzrə məsul sədr müavininə tabedir;

- kimyəvi, fiziki-kimyəvi analizləri, digər sınaqları, habelə ekspertizaların aparılmasını təmin edir;

- gömrük ekspertizası baxımından təmayüllü laboratoriyalarla, tədqiqat institutları sahə laboratoriyaları ilə, həmçinin aidiyyatı təşkilatlarla müdiriyyət adından müqavilələr bağlayır və yazışmalar aparır;

- hazır məhsulun, yarımfabrikatın, materialların və xammalın aidiyyatının təyininə nəzarəti təşkil edir;

- mərkəzi, bölgə və səyyar gömrük laboratoriyalarının təşkili və fəaliyyəti üçün müvafiq cihaz, avadanlıq və reaktivlər sifariş edir;

- laboratoriyanın perspektiv və cari planlarını tərtib edir;

- yeni texnoloji prosesin və analiz metodlarının tətbiqini təmin edərək, bilavasitə onların həyata keçirilməsində iştirak edir;

- analizin aparılmasına metodiki köməklik göstərir;

- müvafiq analiz nəticələrinə görə arayış və rəy verir;

- laboratoriya üzrə rüblük, yarımillik, illik hesabatları tərtib edir;

- laboratoriya işçiləri tərəfindən analizlərin, o cümlədən ekspress analizlərin düzgün aparılmasına nəzarət edir;

- laboratoriyada cihaz və avadanlıqların işçi vəziyyətdə olmasını və mütəmadi olaraq onların dövlət sınağından keçirilərək dövlət standartına uyğunluğunu təmin edir;

- laboratoriya çatışmazlıqlarının aradan qaldırılmasına, laboratoriya jurnallarının təşkilinə, analiz, ekspertiza və sınaq nəticələrinin vaxtında qeydiyyatdan keçib müvafiq rəy verilməsinə nəzarət edir;

- laboratoriyadaxili sənədləşdirmə əsasında əməkdaşlara xidməti işlə əlaqədar tapşırıqlar verir və xəbərdarlıq edir;

- laboratoriya işçilərinin mükafatlandırılmasına, cəzalandırılmasına, ümumiyyətlə intizam məsuliyyətinə cəlb olunmasına, işə qəbul və işdən azad olunmasına dair Komitə rəhbərliyinə təqdimat verir;

- kargüzarlıq işinə ciddi nəzarət edir;

- kadrların attestasiyasında iştirak edir.



2.1. Laboratoriya Rəisi aşağıdakıları bilməlidir:

- gömrük xidməti və gömrük ekspertizasına dair aidiyyatı orqanların qərar, sərəncam və qaydalarını, əmrlərini, metodiki və xidməti təlimatları və s. normativ aktları;

- müvafiq dövlət və sahə standartlarını, texniki şərtləri;

- laboratoriya nəzarətinə aid metodları və təlimatları;

- əmək qanunvericiliyinin əsaslarını;

- əməyin mühafizəsinə və təhlükəsizlik texnikasına, laboratoriya sanitariyası və yanğından mühafizəyə dair təlimatları;

- ümumi analitik, fiziki və bioloji kimyanın əsaslarını, müasir ekspress analiz metodlarını;

- Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası və harmonik Sistem Nomenklaturası üzrə malların sinifləşdirilməsinin nəzəri əsaslarını və onlar üzərində metodiki iş və təfsir qaydalarını.



3. Şöbə ( Bölmə ) Rəisi-öz fəaliyyətində:

- şöbəyə (bölməyə) rəhbərlik edərək onun fasiləsiz işini təşkil edir;

- analiz üzrə cihaz və avadanlıqların işə salınmasına, işçi məhlulların hazırlanmasına rəhbərlik edir, onun hazırlanmasında bilavasitə iştirak edir;

- şöbənin (bölmənin) cihaz, avadanlıq və reaktiv növünə tələbatını öyrənərək sifarişlər tərtib edir;

- təcrübi işlərin və analizlərin aparılmasına dövlət və sahə standartı, texniki şərtlər, Gömrük Giriş Tarif Cədvəli, Xarici İqtisadi fəaliyyətin Mal Nomenklaturası əsasında müvafiq səviyyədə rəhbərlik edir;

- xüsusi-arbitraj analiz və orqanoleptik ekspertizaların aparılmasını təşkil edir və onun icrasında bilavasitə iştirak edir;

- yeni ekspress-analiz metodlarının gömrük işində tətbiqinə nail olur və onu həyata keçirir;

- öz fəaliyyətində Mərkəzi laboratoriya rəisinə tabedir;

- tabeliyində olan işçilərin fəaliyyətinə dair laboratoriya rəisinə işçilərinə təqdimat verir;

- aparılmış analiz nəticələrinə və orqanoleptik ekspertizaya görə müvafiq arayış və rəy hazırlayır;

- gömrük ekspertizasına dair metodika və təlimatları hazırlayır;

- işçilər tərəfindən analizlərin dövlət və sahə standartlarına, habelə texniki şərtlərə müvafiq aparılmasına nəzarət edir;

- analizin aparılması üçün lazimi materialları, bank məlumatı üçün mal çeşidinə dair məlumatların, çıxım normasına dair normativ sənədləri və elmi-texniki məlumatları toplayır;

- material, cihaz və avadanlıqların məqsədyönlü istifadəsinə nəzarət edərək onların vaxtında təchizi və təmiri işini təşkil edir;

-tabeliyində olan işçilərin-şöbə (bölmə) əməkdaşlarının mükafatlandırılmasına, cəzalandırılmasına və işdən azad olunmasına dair təkliflər verir;

- cihaz, avadanlıq və kompleks sistemlərin alınmasında iştirak edir və onların texniki istismarına nəzarət edir;

- texniki təhlükəsizlik qaydalarına, əmək mühafizəsinə, yanğından təhlükəsizlik tədbirlərinə, habelə daxili əmək intizamı qaydalarının yerinə yetirilməsinə ciddi nəzarət edir;

- şöbədə (bölmədə) kargüzarlıq işlərinə, analiz jurnallarının tətbiqi və nəticələrin düzgün yazılışına nəzarət edir;

- şöbə (bölmə) üzrə işin təşkilinə və icrasına məsuliyyət daşıyır;

- analiz nəticələrinə müvafiq müəyyən təkliflərlə rəhbərlik qarşısında məsələ qaldırır;

- anbarda zəhərli kimyəvi maddələrin-toksikatların, kimyəvi reaktivlərin, cihaz və avadanlıqların düzgün saxlanmasına, habelə istifadəsinə nəzarət edir;

- elm və texnikanın yeniliklərini ümumiləşdirərək mütərəqqi analiz metodlarını laboratoriyada tətbiq edir;

- şöbənin (bölmənin) fəaliyyətinə dair hesabat verir.



3.1. Şöbə (Bölmə) Rəisi aşağıdakıları bilməlidir:

- Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə, gömrük işinə, laboratoriyanın fəaliyyətinə və gömrük ekspertizasına dair yuxarı təşkilatların qərar, sərəncam və əmrlərini;

- laboratoriya avadanlıqları və onların istismar qaydalarını;

- hazır məhsula və xammala olan tələbatı;

- texniki sənədlərin tərtibatı qaydalarını;

- aidiyyatı standartları və texniki şərtləri;

- analizin aparılma şəraitini və təyinat metodlarını;

- əmək qanunvericiliyinin əsaslarını;

- əməyin mühafizə norma və qaydalarını;

- təhlükəsizlik texnikası, yanğından mühafizə və istehsalın sanitariya normalarını;

- arayış və rəylərin tərtibi qaydalarını;

- ümumi, analitik, bioloji və fiziki-kimyanın əsaslarını;

- Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası və harmonik Sistem Nomenklaturası üzrə malların sinifləşdirilməsinin nəzəri əsaslarını və onlar üzərində metodiki iş və təfsir qaydalarını.

4. Baş Texnoloq öz fəaliyyətində:

- texnoloji, mikrobioloji və fiziki-kimyəvi analizlərin aparılmasını təşkil edir;

- yeni cihaz, avadanlıq və s. istifadə qaydasını mənimsəyir;

- yeni analiz metodlarını, elmi-metodiki təlimatları iş prosesində tətbiq edir;

- xüsusi analizlərin aparılmasını təşkil edərək, bilavasitə onda iştirak edir;

- arayış və rəy hazırlayır;

- laboratoriya avadanlıqlarının yenisi ilə əvəz olunmasına dair təkliflər hazırlayır;

- peşə təmayülündən asılı olmayaraq analizləri təşkil edir və onun aparılmasında iştirak edir;

- arbitraj analizlərin və xüsusi təyinatlı ekspertizaların aparılmasında, habelə rəy verilməsində iştirak edir;

- gördüyü işlərə dair məsuliyyət daşıyır və fərdi hesabat verir;

- şöbədə (bölmədə) ümumi analizlərin aparılmasına rəhbərlik edir;

- laboratoriya (şöbə, bölmə) rəisinə tabedir;

- analiz nəticələrinin və hesabatların düzgün şərhinə əməl edir və onların laboratoriya rəhbərliyinə vaxtında çatdırılmasını təmin edir;

- laboratoriya jurnallarının düzgün yazılışını təmin edir;

- laboratoriyada olan cihaz və avadanlıqların attestasiyasını təşkil edir;

- gömrük xidmətinə dair xüsusi təlimatları və s. elmi-texniki ədəbiyyatı öyrənir;

- analiz üçün məhsulların hazırlanmasını təşkil edir və onların hazırlanmasında bilavasitə iştirak edir;

- laboratoriyada təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət olunmasını həyata keçirir;

- aidiyyatı dövlət və sahə standartlarına, texniki şərtlərə iş əsasında riayət olunmasına nəzarət edir;

- aparıcı(böyük) texnoloqların iştirakı ilə birgə iş zamanı analizlərin aparılmasına rəhbərlik edir;

- analiz nəticələrinin düzgünlüyünə nəzarət məqsədi ilə standart nümunələr hazırlayır.



4.1. Baş Texnoloq aşağıdakıları bilməlidir:

- Gömrük məcəlləsini, gömrük və laboratoriya xidmətinə dair əsasnamə, təlimat və metodları, fərman, qərar, sərəncam və əmrləri;

- nümunələrin götürülmə qaydalarını və onların ekspertizasını(analizini);

- aidiyyatı orqanoleptik, fiziki-kimyəvi və mikrobioloji analiz metodlarını;

- əsas texnoloji və laboratoriya avadanlıqlarından istifadə qaydalarını;

- strateji əhəmiyyətli məhsulların analiz qaydalarını;

- gömrük xidmətinə dair aidiyyatı təlimatları;

- əməyin və istehsalın elmi əsaslarla təşkilini;

- əmək qanunvericiliyinin əsaslarını;

- təhlükəszilik texnikası qaydalarını, yanğından və əmək mühafizəsinə dair qayda və normaları;

- fiziki-kimyəvi, texnoloji, toksikoloji və mikrobioloji analiz qaydalarını;

- Xarici İqtisadi fəaliyyətin Mal Nomenklaturası və harmonik Sistem Nomenklaturası üzrə malların sinifləşdirilməsinin nəzəri əsaslarını və onlar üzərində metodiki iş və təfsir qaydalarını;

- Xarici İqtisadi fəaliyyətin Mal Nomenklaturası üzrə malların sinifləşdirilməsinə dair ümumi qaydaları.

5. Aparıcı Texnoloq öz fəaliyyətində:

- texnoloji, orqanoleptik, fiziki-kimyəvi analizlərin aparılmasını təşkil edir və onların aparılmasında bilavasitə iştirak edir;

- cihaz və avadanlıqların istismar qaydalarını mənimsəyir və iş prosesində tətbiq edir;

- yeni analiz metodlarını tətbiq edir;

- ekspress-xüsusi analizlərin aparılmasında iştirak edir;

- analiz nəticələrini rəy və arayış formasında şərh edir;

- peşə yönümündən asılı olmayaraq aparılacaq analizlərin metodikasını mənimsəyir və iş prosesində tətbiq edir;

- şöbə (bölmə) rəisinin, baş mütəxəssisin rəhbərliyi altında xüsusi-toksikoloji analizlərin aparılmasını və metodikaların texniki təminatını təşkil edir;

- analiz prosesində müvafiq metodların tətbiqini və lazimi hesabatların aparılmasını (kənaraçıxmaları, xətaları, metodun həssaslıq dərəcəsini) həyata keçirir;

- müxtəlif sınaqların aparılmasını təşkil edir və onların nəticələrini şərh edir;

- alınmış nəticələri ümumiləşdirərək gömrük ekspertizasına dair arayış və rəy hazırlayır;

- aparılmış qeydiyyata, alınmış nəticə, arayış və rəyə görə bilavasitə məsuliyyət daşıyır;

- müəyyən partiyadan götürülmüş nümunə və ya prob növünə müvafiq metodikanı seçir;

- müvafiq cihaz və avadanlığı təhlükəsizlik texnikasına gözləməklə işçi vəziyyətinə gətirir və tədqiqatı-analizi aparır;

- tədqiq olunan obyektlərin ekspertizasında, arbitraj analizlərin aparılmasında iştirak edir;

- aidiyyatı gömrük ədəbiyyatını, habelə xüsusi elmi ədəbiyyatı və elmi-texniki məlumatı öyrənir;

- gördüyü işlərə, xüsusilə gömrük ekspertizasına dair hesabat verir.

5.1. Aparıcı Texnoloq aşağıdakıları bilməlidir:

- gömrük işinə və laboratoriya tədqiqatlarına dair direktiv orqanların və yuxarı təşkilatların qərar, sərəncam və əmrlərini;

- xidməti təlimatları, digər aidiyyatı metodiki və normativ materialları;

- xüsusi ekspress və mikrobioloji analiz metodlarını, xammal və materiallara olan texniki tələbatı;

- dövlət və sahə standartlarını, texniki və normativ şərtləri;

- analiz nəticələrinin şərhini;

- ümumi, analitik və neft kimyasının əsaslarını;

- kənd təsərrüfatı məhsullarına nəzarətə dair metodikaları;

- əməyin mühafizəsi qayda və normalarını;

- təhlükəsizlik texnikasına dair təlimatı, yanğına qarşı mühafizə tədbirləri və ilk tibbi yardımı;

- laboratoriya cihaz və avadanlıqlarının istismar qaydalarını;

- Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası və Harmonik Sistem Nomenklaturası üzrə malların sinifləşdirilməsinin nəzəri əsaslarını və onlar üzərində metodiki iş və təfsir qaydalarını;

- Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası üzrə malların sinifləşdirilməsinə dair ümumi qaydaları.

6. Böyük Texnoloq öz fəaliyyətində:

- baş (aparıcı) texnoloqun rəhbərliyi ilə, habelə sərbəst halda analitik tədqiqatlar, ekspress-analiz, habelə xüsusi təmayüllü analizlər aparır;

- sənaye və bitkiçilik məhsullarını analiz edir;

- nəticələri arayış və rəy şəklində şərh edir;

- alınmış nəticələri ümumiləşdirərək gömrük ekspertizasına dair arayış-rəy hazırlayır;

- aparılmış qeydiyyata, alınmış nəticə, arayış-rəyə görə bilavasitə məsuliyyət daşıyır;

- nəzarət və arbitraj analizləri aparır;

- bitkiçilik məhsullarında toksikoloji və bakterioloji analizləri təşkil edərək aparır;

- peşə yönümündən asılı olmayaraq aparılacaq analiz metodlarını mənimsəyərək həyata keçirir;

- yeni analiz metodlarını öyrənir və praktikada tətbiq edir;

- mövcud kimyəvi analizlərin, dövlət və sahə standartlarının, texniki şərtlərin tələbatlarını təmin edir;

- cihaz, avadanlıq və ölçü qablarının dövlət sınağından keçirilməsini-attestasiyasını təşkil edir;

- müasir analiz metodlarına uyğun elmi-texniki məlumatları toplayıb sistemləşdirir;

- laboratoriya cihaz və avadanlıqlarının tənzimlənmə və iş prinsipi qaydalarını öyrənərək həyata keçirir;

- analiz nəticələrinə müvafiq hesabatları tərtib edərək aidiyyatı təşkilatlara ünvanlayır;

- analiz üçün lazimi məhlulları(faizli, normal, molyar və s.), işçi mühiti və sterlizə olunmuş avadanlıqları hazırlayır;

- habelə gömrük xidmətinə dair xüsusi ədəbiyyatı və elmi-texniki məlumatları öyrənir;

- gördüyü işlərə dair məsuldur;

- vaxtaşırı hesabatlar verir;

- iş yerində sanitariya işini, texniki təhlükəsizliyi və yanğından mühafizəni təşkil edir.



6.1. Böyük Texnoloq aşağıdakıları bilməlidir:

- gömrük işinə və gömrük ekspertizasına dair ədəbiyyatı və təlimatları;

- fiziki-kimyəvi və mikrobioloji analiz metodlarını;

- sənaye və kənd təsərrüfatı məhsullarının istehsal texnologiyasını;

- həmin məhsullara dair dövlət və sahə standartlarını, texniki şərtləri;

- mikrobiologiya və epidemiologiyanın nəzəri və praktiki əsaslarını;

- kargüzarlıq işini;

- laboratoriya sənədlərinin tərtibat formalarını;

- cihaz və avadanlıqların istismar qaydalarını;

- analiz səhvlərinin hesabatı qaydalarını;

- yeni, mütərəqqi analiz metodlarını;

- analiz olunan materialların və istifafə olunan reaktivlərin fiziki-kimyəvi xassələrini;

- yanğından mühafizə və istehsalat sanitariyasını;

- təhlükəsizlik texnikasını;

- əməyin mühafizə qaydalarını;

- Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası və Harmonik Sistem nomenklaturası üzrə malların sinifləşdirilməsinin nəzəri əsaslarını və onlar üzərində metodiki işi və təfsir qaydalarını;

- Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturası üzrə malların sinifləşdirilməsinə dair ümumi qaydaları.

Ədəbiyyat siyahısı.

1. C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov “Gömrük Ekspertizası”, Bakı-2003.

2. AR DGK-nin “052” saylı əmri ilə təsdiq olunmuş “Mərkəzi Laboratoriya Əsasnaməsi”, 10.08.1999-cu il.

3. “Gömrük xəbərləri” qəzeti, №8 (971), 20.02.2016-cı il buraxılışı.

4. AR-nın XİF-in Əmtəə Nomenklaturası, Bakı-2012, Səhifə-659.

5. AR Gömrük Məcəlləsi, “Hüquq ədəbiyyatı” nəşriyyatı, Bakı-2011, səhifə-247.

6. 01 may 2015-ci il tarixli 144 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 5, maddə 630) ilə “Gömrük ekspertizasının aparılması Qaydaları”nın sonuna yeni məzmunda “Qeyd” əlavə edilmişdir.

7. “Azərbaycan Respublikasının gömrük tarifi Bakı” 2004 səh 434-446.

8. Основы таможенного дела (Учебник). Экономика. Страница 247-266.

9. Комментарий к товарной номенклатуре внешнеэкономической деятельности (ТН ВЭД РОССИИ), Издание второе исправленное и дополненное. Москва 1996 год. Страница 28-41.

10. МИРОВОЙ РЫНОК ЧЕРНЫХ МЕТАЛЛОВ: ЖРС, СТАЛЬ, ЧУГУН, DRI. (Аналитический обзор), Москва, 2009.

11. Рынок черных металлов 2010: Жрс, дри, чугун, прокат (Сокращенная версия) (артикул: 05381 19830).

13. Основы таможенного дела .Вып.6. Техническое обеспечение таможенных экспертиз.-М.:РИА РТА , 1996 :с 53-149.

15. ISo 8402 . Управление качеством и обеспечение качества . –Словарь.

16. Таможенное дело. Словарь-справочник. С.Петербург.Логос.СПБ, 1994,318 С.

17. ГОСТ Р 8.536-96 ГСО ЕИ .Методики выполнения измерений.

18. ГОСТ 8.315-91 ГСИ . Стандартные образцы.

19. http://www.customs.gov.az/az/

20. http://www.worldoftest.com.

21. http://www.gatewayanalytical.com.

22. http://www.oasisscientific.com.

23. http://serc.carleton.edu.

24. http://en.openei.org,

25. http://www.ims.uconn.edu.

26. http://www.directindustry.com.

27. http://www.metallographic.com.

Резюме.

Так как это напрямую связано с опытом в области безопасности страны всегда сохраняет свою актуальность. Наша торговля расширяется, объем импорта и экспорта процессов возрастает, количество стран, с которыми мы сотрудничаем в увеличении объемов торговли увеличивается и таможенной области знаний, как правило, быть более ответственными. Из-за гарантий, у них есть товары.

Первая глава организации таможенной экспертизы методов темы, экспертных и научно-исследовательских, таможенная экспертиза проводилась по направлениям совершенствования нормативно-правовой базы и основы.

Вопрос является раздел в главе 2 черных металлов, черных металлов, с указанием состава группы, типа, это было связано с широким спектром материалов. Черные металлы и процедура черных металлов экспертиза об опыте мира.

Глава 3 из них были предметом из черных металлов и цветных металлов опыт в области совершенствования товарной номенклатуры внешнеэкономической деятельности роли идентификации в области таможенного дела. В то же время, экспертиза широко используется в наиболее современном технологическом оборудовании и имеет объяснения, данные.

Summary.

Since it is directly related to the country's security expertise has always retained its relevance. Our trade expands, the volume of import and export processes increases, the number of countries with which we cooperate in increasing the volume of trade increases and the customs area of ​​expertise tends to be more responsible. Because of the guarantees they have the goods.

The 1st chapter of the organization of the customs examination of the topic, expert and research methods, the customs examination was conducted on the directions of improvement of the legislative framework and the basis.

The issue is the section in Chapter 2 of ferrous metals, ferrous metals, indicating the composition of the group, type, it has been attributed to the wide range of materials. Ferrous metals and ferrous metals expert examination procedure is about the experience of the world.



Chapter 3 of them have been the subject of ferrous metals and ferrous metals expertise in the areas of improving commodity nomenclature of foreign economic activity of the role of identification in the field of customs affairs. At the same time, the examination is widely used in the most modern technological equipment and features explanations given.

11 C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov “Gömrük Ekspertizası”, Bakı-2003.

2 AR DGK-nin “052” saylı əmri ilə təsdiq olunmuş “Mərkəzi Laboratoriya Əsasnaməsi”, 10.08.1999-cu il.

3 http://www.customs.gov.az/az/

4 “Gömrük xəbərləri” qəzeti, №8 (971), 20.02.2016-cı il buraxılışı.

5 AR-nın XİF-in Əmtəə Nomenklaturası, Bakı-2012, Səhifə-659.

6 Основы таможенного дела (Учебник). Экономика. Страница 247-266.

7 Комментарий к товарной номенклатуре внешнеэкономической деятельности ( ТН ВЭД РОССИИ), Издание второе исправленное и дополненное. Москва 1996 год. Страница 28-41.

8 МИРОВОЙ РЫНОК ЧЕРНЫХ МЕТАЛЛОВ: ЖРС, СТАЛЬ, ЧУГУН, DRI. (Аналитический обзор), Москва, 2009.

9 Рынок черных металлов 2010: Жрс, дри, чугун, прокат (Сокращенная версия) (артикул: 05381 19830).

10 ИСО 9000-1:1994. Общее руководство качеством и стандарты по обеспечению качества. -Часть 1 Руководящие указания по выбору и применению.

11 Основы таможенного дела .Вып.6. Техническое обеспечение таможенных экспертиз.-М.:РИА РТА , 1996 :с 53-149.

12 Товарная номенклатура внешнеэкономической деятельности СНГ.-М.: ГТК РФ : 1996. -982с.

13 ISo 8402 . Управление качеством и обеспечение качества . –Словарь.

14 Таможенное дело. Словарь-справочник. С.Петербург.Логос.СПБ, 1994,318 С.

15 ГОСТ Р 8.536-96 ГСО ЕИ .Методики выполнения измерений.

16 ГОСТ 8.315-91 ГСИ . Стандартные образцы.

17 “Azərbaycan Respublikasının gömrük tarifi Bakı” 2004 səh 434-446.

18 Azərbaycan Respublikasının XİF MN, Səhifə-659.

19 http://www.worldoftest.com.

20 http://www.gatewayanalytical.com.

21 http://www.oasisscientific.com.

22 http://serc.carleton.edu.

23 http://en.openei.org, http://www.ims.uconn.edu.

24 http://www.directindustry.com.

25 http://www.metallographic.com.


Yüklə 310,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə