Metallarin ekspertizasi və TƏKMİLLƏŞDİRİLMƏSİ mövzusunda magistr dissertasiyasi kafedranın adı: Beynəlxalq ticarət və gömrük


Qara metallar və onların kimyəvi xarakteristikası



Yüklə 310,25 Kb.
səhifə2/4
tarix11.01.2018
ölçüsü310,25 Kb.
#20339
1   2   3   4

2.1.1 Qara metallar və onların kimyəvi xarakteristikası.

Qara metallara dəmir və onların əsasında alınmış ərintilər: çuqun, polad aiddir. Bu göstərilən ərintilər nəinki yüksək keyfiyyətli hətta nisbətən ucuz qiymətə başa gələn ərintilərdir. Elə bu səbəbdən də dünyada istehsal olunan metal məhsulları içərisində bunların pay nisbəti 95 faizdir. Bununla əlaqədar olaraq, elmi texniki inqilab nəticələrinin istehsalata tətbiqi, elmin bilavasitə məhsuladar qüvvəyə çevrilməsi nəticəsində yeni keyfiyyətli poladın istehsalı üçün texnologiyalar hazırlanmışdır. Bu texnologiyalar həmin məmulatların mexaniki xassələrini, istiyə davamlılığını, korreziyaya qarşı davamlılığını, istismar müddətini və digər xarakteristikalarını artırır. Belə ərintilərin tərkibi onlara əlavə olunan legirləşdirici elementlərin olması ilə fərqlənir. Bu legirləşdirici elementlərə volfram, xrom, nikel, manqan, fosfor və s. aiddir. Əlvan metallara isə dəqiq desək dəmir olmayan qalan bütün metallar və ərintilər aid olunur. Məlumdur ki, fiziki və kimyəvi xassələrinə görə, yer kürəsində yayılma arealına görə əlvan metallar da yüngül, ağır, çətin əriyən, nəcib (qiymətli), nadir, torpaq və radioaktiv qruplara bölünürlər.

Xarakterizə olunan qara və əlvan metallar, onların ərintiləri və onlardan hazırlanmış məmulatlar beynəlxalq ticarət dövriyyəsində həlledici rol oynayırlar. Müxtəlif növlü bu metal məhsullarının dəyəri yalnız onun tərkibinə daxil olan əsas elementlərdən deyil, həmçinin məhsulun hazırlanma texnologiyasının xüsusiyyətindən, emal dərəcəsindən, onun tərkibində olan legirləşdirici elementlər və onların miqdarından asılıdır. Beləliklə son nəticədə bu kompleks göstəricilər malların xassələrini müəyyən edir. Qeyd etmək kifayətdir ki, ferroərintilərin və liqaturların alınması zamanı onun dəyəri və onun tərkibinə daxil olan əlavə məsrəflər üzrə hazır metal məhsulunun da dəyərini kifayət dərəcədə artırır. Belə ki, maye ərintinin alınması ilə əlaqədar yüksək legirlənmiş poladın və digər ərintilərin dəyəri legirlənməmiş poladın dəyərindən daha yüksək olur. Bu o deməkdir ki, metal məhsullarının dəqiq təsnifatı üçün gömrük ekspertizasının aparılması həmin məhsullarda kimyəvi analiz və texnolji parametrlərin təyinini tələb edir. Bu parametrlərin təyini üçün isə mütləq Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturasında öz təsbitini tapmış metallar və ərintilərin, onlardan hazırlanmış məmulatların, istehsal prosesində yaranan qalıq və tullantıların və s.- in dəqiq təsnifat prinsipinə baxmaq vacibdir.

Qara və əlvan metallara-Bəzi mətbu nəşrlərdə isə “ qiymətli olmayan” və ya “ nəcib olmayan” metallar-XİF MN üzrə ən böyük bölmələrdən birində-15-ci bölmədə və bəzi məmulat hissələri isə 16-cı bölmədə (avadanlıq və mexaniki qurğular), habelə 17-ci (nəqliyyat vasitələri) və digər bölmələrdə ( 18, 19, 20) də rast gəlinir. 15-ci bölmə 11 qrupdan ibarət olub 156 mal mövqeyini özündə birləşdirir. 1-ci 2 qrup (72 və 73) qara metalları (dəmir və poladı) və onlardan hazırlanmış məmulatları əhatə edir. Hər sonrakı qrup isə (74, 75, 76, 78, 79, 80) özlüyündə ən geniş yayılmış əlvan metallar və ondan hazırlanmış məmulatları ( mis, nikel, aliminium, sink, qalay və s.) özündə birləşdirir. 81-ci qrup digər qeyri-nəcib metallara: Qrup mövqeləri üzrə-volfram, molibden, tantal, maqnezium, kobalt, bismut, kadmeun və s. habelə onlardan hazırlanmış məmulatlara şamil olunur. 82-ci və 83-cü qruplarda isə müəyyən növ məmulatlar (alətlər, vasitələr və s.) qara və ya əlvan metallardan hazırlanmasına baxmayaraq sinifləşdirilir.

Malların təsnifatının aparılması prosesində onların xarakterik seçiminə xüsusi fikir vermək lazımdır. Bu imkan verir ki, müxtəlif mövqelərdə (submövqe, altsubmövqe) bu malları aydın fərqləndirmək mümkün olsun. Bunun üçün isə göstərilən xarakteristikaları almaq üçün lazimi tədqiqat metodlarının seçilməsi həlledici rol oynayır. Belə yanaşmanın əsasında materialların xassələri, onun tərkibi, quruluşu, hazırlanma texnologiyası və emalı arasında qarşlıqlı əlaqənin müəyyən olunması üçün xüsusi biliklərin olması mütləq vacibdir yəni bu qəbildən olan malların gömrük ekspertizasının aparılması metallurgiya, kimya, texnologiya sahəsində xüsusi biliyə malik olan gömrükçü-ekspertlər tərəfindən həyata keçirilə bilər. Qara və əlvan metallurgiya sahəsində olan materiallar çeşidinin təhlili göstərir ki, tədqiqat zamanı mütləq həmin obyektlərin geniş diapazona və xassəyə malik olduqları nəzərə alınmaqla xarakterik göstəricilərə nəzarət üçün mütləq elmi-texniki və elmi-metodiki ədəbiyyata, habelə XİF MN-nin 15-ci bölməsində göstərilən metallar və onlardan hazırlanmış məmulatlar-metal konstruksiyalar, metal ərintiləri və s.-ə mütləq istinad etmək vacibdir. 15-ci bölməyə aid olan mallar hər şeydən əvvəl öz emal dərəcəsinə görə yəni hazırlanma texnologiyası və bundan sonra aparılan emal əməliyyatlarına görə bir birindən kəskin fərqlənirlər. Belə ki, 72-ci qrup ilkin məhsullar və yarımfabrikatları, habelə ilkin prokat məhsullarını (isti və soyuq) müxtəlif profilləri, naqilləri, qırıq və tullantıları əhatə edir. Bununla da hər bir yarımqrupda müxtəlif tərkibli materiallar istifadə olunur ki, bu da öz təsbitini qrup üzrə Qeydlər Bölməsində tapmışdır. Bu poladlıq çuqun və ya güzgülü çuqun, ferroərintilər, dəmir və legirlənməmiş polad, paslanmayan və digər legirlənməmiş poladları əhatə edir.

Məlumdur ki, qara metallurgiya zavodlarında əridilən poladlar və ərintilərin tərkibi çoxlu sayda müxtəlif çeşidli markalardan ibarət olub 2500 dən çox məmulatı əhatə edir. 15-ci bölmədə göstərilən məhsullar hazırlanma texnologiyasına görə toz, dənəvər, yarımfabrikat, külçələr (ilkin məhsullar) və ya yastı prokat, silindrlər, lövhələr, plastinlər, çubuqlar, yastılanmış dairələr, məftil (yarlmfabrkatlar və s.) şəklində olurlar. Bundan başqa yayılmış lövhələr, çubuqlar müxtəlif formalı profillər şəklində də olurlar. Bu göstərilən prokat məhsulları onların ölçü parametrlərinin xarakterindən asılı olaraq ( lövhələrin qalınlığından, enindən, örtük materialının olmasından və onun tərkibindən, habelə fiziki xassələrindən: məsələn: minimal axın həddindən) müxtəlif mal mövqelərində sinifləşdirilir. Beləliklə aparılmış təhlil nəticələri göstərir ki XİF MN-ə görə qara və əlvan metallardan hazırlanmış malların təsnifat prinsipi aşağıdakı xarakteristik əlamətlərinə görə fərqlənirlər. Bu əlamətlər isə göstərilən malların ekspertiza zamanı eyniləşdirilməsinə imkan verir. Bu əlamətlərə bunlar aiddir:6



  • Xarici görünüş ( forma, ölçü, makrostruktur);

  • Element tərkibi;

  • Faza tərkibi;

  • Mikrostruktur;

  • Daxili fəza quruluşu;

  • Mexaniki xassələri və s.

Göstərildiyi kimi qara metallar və onlardan hazırlanmış məmulatların ümumi xarakteristikası beynəlxalq aləmdə istifadə olunan “Malların Təsvir və Kodlaşdırılmasının Harmonikləşdirilmiş Sistemi” üzrə Ümumdünya Gömrük Təşkilatı (ÜGT) tərəfindən nəşr olunan 2 cildlik “ The Harmonized Commodity Description and Coding System” mətbu nəşrdə və onlar tərəfindən hazırlanmış əyani vəsait kimi təsnifat sistemində istifadə olunan “Ad Göstəricisi” nə istinadən aparılır. Bu nəşrdə HS-da malların sinifləşdirilməsi yəni təsnifat sistemi üzrə qruplaşdırma, kodlaşdırma öz təsbitini HS-ə əlavə olunan 6 prinsip üzrə “Harmonik Sistem üzrə Əsas İnterpretasiya Qaydaları” həyata keçirilir. Bu qaydalarda konkret malların hər hansı mal mövqeyi üzrə müvafiq mal mövqeyinə uyğun (qrup, mal mövqeyi, alt mal mövqeyi) təsnifat xarakteristikası verilir.

Təsnifat bloklarında HS üzrə təkcə göstərilən sorğu materialları olan nəşrlərdən deyil habelə malların XİF MN üzrə dəqiq kodlarının təyini üçün aşağıdakı materiallardan da istifadə olunur. Bura aşağıda göstərilənlər aid olunur:

1. HS üzrə izahnamələr;

2. HS üzrə əlifba göstəricisi və onların izahı;

3. HS üzrə təsnifat qərarı toplusu;

4. HS üzrə keçid açarlarından istifadə.

Qeyd etmək lazımdır ki, bunlar içərisində HS nizamnaməsi malların eyniləşdirilməsi üzrə parktiki vəsait kimi bütün dünya ölkələrində tətbiq olunur. Məlumdur ki, bu izahnamə üzrə malların təsnifatı 4 əsas əlamətə görə həyata keçirilir. Malların bölmələr üzrə təsnifat səviyyəsi aşağıdakı prinsiplərdən ibarətdir.


  • Malların mənşə əlamətinə görə - Bu prinsip üzrə kənd təsərrüfatı, balıqçılıq və minerologiyaya aid mallar öz təsbitini tapır. Bura 1-ci bölmə üzrə (qrup 1-5), 2-ci bölmə üzrə (qrup 6-14), 5-ci bölmə üzrə (qrup 25-27) qrupları aid olunur.

  • Kimyəvi tərkibi üzrə - Yağlar, pilər, kimya sənayesi məhsulları, plastik kütlə və s. Bu prinsip üzrə 3-cü bölmyə (15-ci qrup), 6-cı bölməyə (qrup 28-38), 7-ci bölməyə (qrup 39-40) aid olunur.

  • Materialın növü üzrə - Malın hazırlandığı material - Dəri xammalı, xəz, oduncaq, kağız, daşdan hazırlanmış məmulat, gips, sement, qiymətli və yarımqiymətli daşlar və metallar aid olunur. Bu prinsip üzrə 8-10-cu bölmə üzrə (qrup 41-49), 13-15-ci bölmə üzrə (qrup 68-83) aid olunur.

  • Malların funksional təyinatı üzrə - Hazır yeyinti məhsulları, toxuculuq və toxuculuq məmulatları, ayaqqabı, baş geyimləri, maşın və avadanlıqlar, nəqliyyat vasitələri, cihazlar , saatlar, musiqi alətləri, silah, mebel və s. Bu prinsip üzrə 4-cu bölmədə (qrup 16-24), 11-ci bölmədə (qrup 50-63 ) , 12 –ci bölmədə (qrup 64-67), 16-21-ci bölmədə (qrup 84-97) aid olunur.7

3-cü prinsipə istinadən təsnifat xarakteristikasına uyğun olaraq qara metallar ilkin formada və ya onlardan bilavasitə istehsal olunmuş məhsullar 72-ci mal qrupunda sinifləşdirilir. Bu sinifləşdirməyə dair qeydlər XİF MN üzrə mal nomenklaturasını texniki təyinatı üzrə tərifləri a-p bəndlərində öz təsbitini tapmışdır. Burada terminoloji baxımından poladlıq çuqun, güzgülü çuqun, ferrorərintilər, polad, legirlənmiş poladların digər növləri yenidən əridilmə üçün qara metal külçələri, dənəvərlər, yarımfabrikatlar, yastı prokat, profillər, künclüklər, xüsusi və fasonlu profillər, məftillər və nəhayət qazma işlərində istifadə olunan içi boş çubuqlar üçün anlayışlar-təriflər verilmişdir. Bu təsnifat sistemi üzrə göstərilən anlayışlar bir tərif kimi öz təsbitini aşağıdakı kimi tapmışdır:

1. Bu qrupda 1q, 1d, 1e qeydlərindəki hallar tətbiq olunarsa bütün Nomenklaturada göstərilən terminlər aşağıdakıları bildirirlər:



a) «poladlıq çuqun» - dəmirlə karbonun döymə üçün yararsız olan ərintisi, iki kütlə faizdən çox karbondan və aşağıda göstərilən nisbətlərdə (faizlə) bir və a bir neçə elementlərdən ibarət ola bilər:

  • xrom 10 kütlə % -dən çox olmamaqla

  • manqan 6 kütlə % -dən çox olmamaqla

  • fosfor 3 kütlə % -dən çox olmamaqla

  • silisium 8 kütlə % -dən çox olmamaqla

  • digər elementlər bütövlükdə 10 kütlə % -dən çox olmamaqla

b) «güzgü çuqunu (şpigel)» - tərkibində 6 kütlə % -dən çox, lakin 30 kütlə % -dən çox olmayaraq manqan olan başqa göstəricilərinə görə bu qeydlərin (a) bəndində göstərilmiş şərtlərə uyğun gələn dəmirlə karbonun ərintisi;

v) «ferroərintilər»- külçə, parca və ya fasiləsiz tökmə nəticəsində alınmış digər ilkin formalar, eləcə də dənəvər və toz şəkilli formalar, aqlomerasiya olunmuş və ya olunmamış, bir qayda olaraq başqa ərintilərin alınması üçün əlavə kimi istifadə olunan və ya qıcqırdıcılar, desulfuratorlar kimi və ya anoloji məqsədlər üçün qara metallurqiyada işlənilən, adətən döymə üçün əlverişsiz, tərkibində 4 kütlə % -dən az olmayaraq dəmir və aşağıda göstərilən nisbətlərdə bir və ya bir neçə elementlər olan:

  • xrom 10 kütlə % -dən çox

  • manqan 30 kütlə % -dən çox

  • fosfor 3 kütlə % -dən çox

  • silisium 8 kütlə % -dən çox

  • digər elementlər çəmi 10 kütlə % -dən çox, karbon istisna olmaqla və tərkibində mis 10 kütlə % -dən çox olmamaq şərti ilə;

q) «polad» - 7203 mal mövqeyində göstərilənlərdən başqa, döyülən və tərkibində 2 kütlə % -dən çox olmayaraq karbon olan dəmir əsaslı ərinti (bəzi tökmə formada hazırlanan növlər istisna olmaqla). Xromlu poladlarda isə karbonun kütlə %-i yüksək ola bilər;

d) «paslanmayan polad» (korroziyiyadavamlı) - tərkibində 1,2 kütlə % və ya daha az karbon, 10,5 kütlə % və daha çox xrom olan, başqa elementlərlə və ya onlarsız, legirlənmiş polad;

e) «legirlənmiş poladların digər növləri» - paslanmayan metallara aid edilməyən və tərkibində aşağıdakı nisbətdə, aşağıdakı elementlərin biri və ya bir neçəsi olan polad:

  • alüminium, 0,3 kütlə % və ya çox,

  • bor, 0,0008 kütlə % və ya çox,

  • xrom, 0,3 kütlə % və ya çox,

  • kobalt, 0,3 kütlə % və ya çox,

  • mis, 0,4 kütlə % və ya çox,

  • qurğuşun, 0,4 kütlə % və ya çox,

  • manqan, 1,65 kütlə % və ya çox,

  • molibden, 0,08 kütlə % və ya çox,

  • nikel, 0,3 kütlə % və ya çox,

  • niobium , 0,06 kütlə % və ya çox,

  • silisium, 0,6 kütlə % və ya çox,

  • titan, 0,05 kütlə %və ya çox,

  • volfram, 0,3 kütlə % və ya çox,

  • vanadium, 0,1 kütlə % və ya çox,

  • sirkonium, 0,05 kütlə % və ya çox,

  • ayrılıqda götürülmüş digər elementləri (kükürd, fosfor, karbon və azotdan başqa), 0,1 kütlə % və ya çox;

j) «yenidən əridilmə üçün qara metal külçələri (ərinti külçələri)» - tökmə mənfəətsiz külçə və boru formasında kobud tökülmüş, aşkar səthi defektlərə malik və kimyəvi tərkibinə görə poladlıq çuqun, güzgü çuqunu və ya ferroərintilərdən fərqləqənən məmulat;

z) «qranullar (dənəvərlər)» - 90 kütlə %-dən az hissəsi 1 mm deşikli ələkdən və 90 kütlə %-dən çox hissəsi 5mm deşikli ələkdən keçən məmulat;

i) «yarımfabrikatlar» - fasiləsiz tökmə nəticəsində alınmış bütöv kəsməli məmulatlar, ilkin isti yaymaya məruz qalmış və ya məruz qalmamış; ilkin isti yayma və qaba formalaşdırmadan başqa heç bir digər emala məruz qalmamış digər bütöv kəsikli məmulatlar, künclük üçün, fasonlu və ya xüsusi biçmələr də daxil olmaqla. Bu məmulatlar satışa rulonlarda buraxılmır;

k) «yastı prokat» - bütöv düzbucaqlı (kvadratdan başqa) kəsməli, yuxarıda göstərilən (i) bəndinin təsvirlərinə uyğun gəlməyən və aşağıdakı formalarda istehsal olunan yayma məmulatlar:

  • qatları ardıcıl sarınmış rulonlar, və ya

  • qalınlığı 4,75 mm olduqdan eni qalınlığından ən azı 10 dəfə artıq olan, qalınlığı

  • 4,75 mm və çox olduqda eni qalınlığının heç olmasa ikiqatı və ya 150 mm olan vərəqlər.

İsti prokata relyef səthli, yayma nəticəsində alınmış (məsələn, şırımları, çıxıntısı, qəfəsləri və rombları olan) məmulatlar, və ya perforasiya olunmuş, büzmələnmiş və ya cilalanmış məmulatlar aid edilir, bir şərtlə bu zaman digər mal mövqelərinə daxil olan məmulatın xassələrini qəbul etməsinlər.

Düzbucaqlı və ya kvadrat formalardan fərqli olan, istənilən ölçülü yastı prokat eni 600 mm və ya çox olan məmulat kimi təsnif olunur, bir şərtlə ki, bu zaman onlar başqa mal mövqeyinə daxil olan məmulatların xassələrini qəbul etməsinlər.



l) «sərbəst dəstələr şəklində sarınmış isti yayma çubuqları» - en kəsiyi bütünlükdə üçbucaq və ya digər qabarıq çoxbucaqlı şəklində olan isti yaymadan sonra sərbəst burulub yığılmış məmulatlar. Yayma zamanı bu məmulatlarda şırımlar, çıxıntılar və digər deformasiyalar yarana bilər;

m) «digər çubuqlar» - yuxarıda göstərilən (i), (k) və ya (l) bəndlərindəki təsvirlərin heç birinə və məftil anlayışına uyğun gəlməyən, en kəsiyi bütünlükdə eyni, dairə, dairəvi seqment, oval, düzbucaqlı (kvadrat da daxil olmaqla) formalarda olan (iki əks tərəfi qabarıq qövs, və başqa iki tərəfi isə bərabər uzunluqlu və paralel düzxətli olan «yastılanmış dairələr» və «şəkli dəyişmiş düzbucaqlılar» da daxil olmaqla) məmulatlar.

Bu məmulatlarda:



  • yayma prosesi nəticəsində çöküklər, çıxıntılar, şırımlar və digər deformasiyalar (armatur özəklər) ola bilər;

  • yaymadan sonra burulmuş ola bilər;

n) «xüsusi və fasonlu bucaqlar» - en kəsiyi bütün uzunluğu boyu eyni olan, yuxarıdakı (i), (k), (l) və ya (m) bəndlərində göstərilən təsvirlərin heç birinə və məftil anlayışına uyğun gəlməyən məmulatlar. 7301 və ya 7302 mal mövqeyinin məmulatları bu qrupa daxil edilmir;

o) «məftil» - bütün uzunluğu boyu istənilən en kəsiyi eyni olan, yastı prokat anlayışına uyğun gəlməyən, buruqşəkilli, soyuq deformasiya məmulatları;

p) «qazma işləri üçün nəzərdə tutulmuş içiboş çubuqlar» - istənilən en kəsikli, qazma işləri üçün yararlı, en kəsiyinin maksimal xarici ölçüsü ən azı 15 mm və ən çoxu 52 mm, maksimal daxili ölçüsü maksimal xarici ölçüsünün 1/2-dən çox olmayan içiboş çubuqlar. Bu təsvirə uyğun gəlməyən qara metallardan hazırlanmış çubuqlar içiboş çubuqlar 7304 mal mövqeyində təsnif edilir.

2. Üzəri digər qara metalla örtülmüş qara metallar, kütləsinə görə üstünlük təşkil edən qara metal kimi təsnif edilməlidir.

3. Elektrolitik çökdürmə, təzyiq altında tökmə və ya qızdırıb bişirmə üsulları ilə qara metallardan alınmış məmulatlar, formasına, tərkibinə və xarici görünüşünə görə, analoji isti yayma məmulatları üçün ayrılmış mal mövqeyinə aid edilir.

Yarımmövqelərə dair qeydlər:

1. Bu qrupda göstərilən terminlər aşağıdakıları bildirir:

a) «legirlənmiş poladlıq çuqun» - tərkibində aşağıdakı elementlərdən biri və ya bir neçəsi bu nisbətlərdə olan çuqun:


  • xrom, 0,2 kütlə %-dən çox,

  • mis, 0,3 kütlə %-dən çox,

  • nikel, 0,3 kütlə %-dən çox,

  • növbəti elementlərin hər biri, 0,1 kütlə %--dən çox olmaqla: alüminium, molibden, titan, volfram, vanadium;

b) « legirlənməmiş avtomat polad»- tərkibində aşağıdakı elementlərdən biri və ya bir neçəsi bu nisbətlərdə olan legirlənməmiş polad:

  • kükürd, 0,08 kütlə %-i və ya çox,

  • qurğuşun, 0,1 kütlə %-i və ya çox,

  • selen, 0,05kütlə %-dən çox,

  • tellur, 0,01 kütlə %-dən çox,

  • vismut, 0,05 kütlə %-dən çox;

v) «silisiumlu elektrotexniki polad»- tərkibində ən azı 0,6 kütlə % və ən çoxu 6 kütlə % silisium və ən azı 0,08 kütlə % karbon olan legirlənmiş polad. Onun tərkibində 1 kütlə %-dən çox olmayaraq polad ola bilər, lakin, poladın tərkibinə, ona başqa legirlənmiş polad növünün xüsusiyyətlərini verə biləcək nisbətdə hər hansı digər element daxil edilməməlidir;

q) «tezkəsici polad»- tərkibində aşağıdakı üç elementdən - molibden, volfram, vanadium- heç olmasa ikisi olan, onların ümumi kütləsi 7külə% və ya daha çox, karbon 0,6 kütlə % və ya daha çox və xrom 3 kütlə %-dən 6 kütlə %-nə qədər təşkil edən, tərkibində başqa elementlər olan və ya olmayan legirlənmiş poladlar;

d) «silisium manqanlı polad» - tərkibində aşağıdakı elementlər olan legirlənmiş polad:

  • - karbon 0,7 kütlə %-dən çox olmayan,

  • - manqan, 0,5 kütlə % və ya daha çox, lakin 1,9 kütlə %-dən çox olmayan, və

  • - silisium 0,6 kütlə % və ya çox, lakin 2,3 kütlə %-dən çox olmayan. Lakin tərkibində polada başqa legirlənmiş polad növlərinin xüsusiyyətlərini verə biləcək nisbətdə başqa elementlər olmayan.

2. Ferroərintiləri 7202 mal mövqeyinə daxil edərkən aşağıdakı qaydalara əməl olunmalıdır:

ferroərinti ikiqat ərinti kimi qəbul edilir və müvafiq yarımmövqeyə daxil edilir (belə yarımmövqe mövcuddursa), bir şərtlə ki, ərintinin tərkibindəki legirləyici elementlərdən birinin minimal faiz tərkibi bu qrupun 1v qeydində göstərilən kəmiyyətdən artıq olsun; əgər ərintinin tərkibindəki iki və ya üç legirləyici element qəbul edilmiş minimal faiz tərkibindən artıq olarsa, analoji olaraq həmin ərinti üçqat və ya dördqat hesab oluna bilər.

Bu qaydanı bu qrupun 1v qeydində göstərilən, adı çəkilməyən «digər elementlər»ə tətbiq edərkən hər bir elementin tərkibi 10 kütlə %-dən artıq olmalıdır.

Əlavə qeydlər:

1. Aşağıdakı terminlər bildirir:

- «Elektrotexniki polad» (7209 16 100 0, 7209 17 100 0, 7209 18 100 0, 7209 26 100 0, 7209 28 100 0 və 7211 23 910 0 alt yarımmövqeləri) — Epşteyn metodu ilə hesablanmış dəyişkən cərəyanda tezliyi 50 Ns olan 1T maqnit selində itkisi Vt/kq olan yastı prokat:



  • qalınlığı 0,20 mm-dən az olduqda 2,1 Vt və ya az,

  • qalınlığı ən azı 0,20 mm və ən çoxu 0,60 mm olduqda 3,6 Vt və ya az,

  • qalınlığı ən azı 0,60 mm və ən çoxu 1,50 mm olduqda 6 Vt və ya az.

  • «Ağ tənəkə» (7201 12 110 0, 7210 70 310 0, 7212 10 100 0 və 7212 40 100 0 alt yarımmövqelər) — tərkibində 97kütlə%-i və daha çox qurğuşun olan metal qatı ilə örtülmüş yastı prokat.

  • «alət (instrumental) poladı»- ( 7228 30 200 0, 7228 40 100 0, 7228 50 200 0 və 7228 60 810 0 alt yarımmövqeləri)- paslanmayan və ya tezkəsən poladdan fərqli, tərkibində, digər elementlərlə birlikdə və ya onlarsız, aşağıdakı kompozisiyalardan biri olan :

  • 0,6 kütlə % -dən az karbon və 0,7 kütlə % və daha çox silisium və 0,05 kütlə % və daha çox vanadium və ya 4 kütlə % və daha çox volfram;

  • 0,8 kütlə % və daha çox karbon və 0,05 kütlə % və ya daha çox xrom;

  • 1,2 kütlə %-dən çox karbon və ən azı 11 kütlə % və ən çoxu 15 kütlə % xrom ;

  • 0,16 kütlə % və daha çox lakin 0,5 kütlə %-dən çox olmayaraq karbon və 3,8 kütlə % və daha çox, lakin 4,3 kütlə % -dən çox olmamaqla nikel və 1,1 kütlə % və ya çox, lakin 1,5 kütlə %-dən çox olmayaraq molibden;

  • 0,3 kütlə % və çox, lakin 0,5 kütlə %-dən çox olmayaraq karbon və 1,4 kütlə % və ya çox, lakin 2,1 kütlə %-dən çox olmayaraq xrom və 0,15 kütlə % və ya çox, lakin 0,5 kütlə %-dən çox olmayaraq molibden və 1,2 kütlə %-dən az nikel;

  • 0,3 kütlə % və ya çox karbon və 5,2 kütlə %-dən az xrom və 0,65 kütlə % və ya çox molibden və ya 0,4 kütlə % və ya çox volfram;

  • 0,5 kütlə % və ya çox, lakin 0,6 kütlə %-dən artıq olmayaraq karbon və 1,25 kütlə % və ya çox, lakin 1,8 kütlə %-dən çox olmayaraq nikel və 0,5 kütlə % və çox, lakin 1,2 kütlə %-dən çox olmayaraq xrom və 0,15 kütlə % və ya çox, lakin 0,5 kütlə %-dən çox olmayaraq molibden.

2.2. Qara metalların gömrük ekspertizasının aparılmasının dünya təcrübəsi və onun müqayisəli təhlili.

Müasir dövrdə dünya bazarında baş verən maliyyə böhranı polad və çuqun bazarına da öz təsirini göstərmişdir. Belə ki, istehsalçılar azalan tələbatı və qiymətləri optimal səviyyədə saxlamaq üçün məcburiyyət qarşısında qalıb istehsal həcmini və iş yerlərini məhdudlaşdırdılar. Bu baxımdan bir sıra ölkələrin milli metallurgiya sahələri böyük itkilər verdi. Bu əsasən Avropa və Yaponiyada qara metallurgiya sahəsində böhranın dərinləşməsinə və ABŞ-da polad istehsalının azalmasına səbəb oldu. Analoji dəyişkənliklər Almaniya, Fillandiya, İsveç və s ölkələrin iqtisadiyyatında da özünü biruzə verdi. Ümumilikdə 27 Avropa ölkəsində təkcə 2009-cu ilin aprel ayında azalma 50 faizdən çox təşkil etdi. Əksinə polad məhsullarının Çin bazarına idxalı həmin dövrdə daha da yüksəldi və nəhayət Çində poladın ixracı göstərilən ölkələrlə müqayisədə ən kiçik səviyyəyə çatdı. Çin yenidən poladın idxalatçısı kimi çıxış etdi. Ümumilikdə o dövrdə 2006-2009-cu il üzrə polad məhsuluna qiymətində enmə müşahidə olundu və bu enmə 2008-ci ildə dayandı 2009-u ilin Yanvar ayında isə qismən artım qeydə alındı. Xarakterizə olunan ölkələrin bəzilərində prokat halında göndərilən polad növü bazar konyukturasında miqdarına görə azaldı. Dünya bazarında poladın qiyməti nəzərə çarpacaq dərəcədə onun istehsalını stabilləşdirdi və onun qiyməti istehsal dəyəri səviyyəsinə bərabər oldu. Dünya bazarında polad məhsulu üzrə orta aylıq qiymətin dinamikası (2006-2009 üzrə dollar/ton nisbətində) aşağıdakı qrafik üzrə xarakterizə olunur.





Qrafik 1. Dünyada polad məhsulları üçün orta qiymətlərin dinamikası (2006-2009).

Elə bu dövrdə paralel olaraq əmtəəlik çuquna tələbin az olması çuqun bazarında qiymətin enməsinə də təsir etdi. Dünya bazarında əmtəəlik çuquna qiyməti ənənəvi şəkildə dəyişərək tullantı səviyyəsinə endi. Ancaq bu enməyə başlıca səbəb alıcılar tərəfindən tələbatın aşağı enməsinin böhran həddinə çatması idi. Bununla əlaqədar ABŞ-da son illərdə çuqunun minimal miqdarda idxalı müşahidə olunur. Avropada isə iri çuqun tələbatı olan ölkələr arasında İtaliya və Türkiyədə bir qədər vəziyyət yaxşılaşmışdır. Ən çox böhrandan əziyyət çəkən Braziliya şirkətləri oldu. Belə ki, Braziliyanın cənubunda yerləşən zavodlar 10 faiz yükləmə həddində işlədilər. Aprel ayında isə ölkənin şimalında bir sıra domna peçlərinin dayanması müşahidə olundu.8



Bu azalma ilə əlaqədar bu yaxınlarda keçirilmiş “International Pig Iron Association” beynəlxalq konfransında da müzakirələr olundu. Təhlil nəticələri göstərdi ki, dünyanın çuqun bazarında böhran hələ də davam edəcəkdir. Rusiya qara metallar bazarının müasir təhlili göstərir ki, bu sahə yüksək rəqabətli mühitə malikdir. Öz strukturuna görə oliqapoliyaya yaxınlaşır, yəni bazarın böyük hissəsinə bir sıra iri şirkətlər nəzarət edir. Bu günki liderlər iri Rusiya şirkətləri və xarici holdinqlərdir. Buna görə də regionlarda qara metallurgiya məhsullarının istehsalı üzrə kiçik şirkətlər və zavodlar mövcuddur. Metallurgiya xammalı üzrə dünya bazarı göstərir ki, bu sahənin böhranı müşahidə olunur belə ki, müqayisə baxımından iyul ayının ortasında dəmir filizi üzrə spot qiymətləri 30 faiz, kokslaşdırılmış kömür üzrə isə 20 faiz enmişdir. Dəmir filizinin spot qiymətləri son illərdə kəskin enməyə səbəb olmuşdur, lakin qiymətlərin son dəfə azalması qısamüddətli konyuktur xarakter daşımır. Get-gedə daha dərin xarakter alır. Bu isə xammal sektoruna son illərdə investisiyanın qoyuluşu ilə bilavasitə əlaqədardır. Poladəritmə sektoru əksinə olaraq yeni keyfiyyət gücündən istifadə etməklə artıq məhsul yaradaraq öz məhsulunun qiymətini saxlama qabiliyyətinə nail olub. Xammala qiymətin azalması şəraitində ümumdünya iqtisadi vəziyyət öz faiz dərəcəsini saxlayır. Rusiya qara metallurgiya bazarı yüksək giriş bariyerləri ilə xarakterizə olunur. Rusiyada qara metal bazarının müasir təhlili, satış bazarının tədiqiqi, istehsal bazarı üzrə xülasə, göstərir ki, satış həcmi, idxal və ixrac üzrə statistik təhlil, regionların reytinqoinin aparılması, müssisəinin fəliyyətinin təhlili habelə 2020-ci ilə qədər bu bazarın inkişaf proqnozu verilmişdir. Tədqiqatda hazır qara metal prokatına dair Rusiya idxalçıları və ixracatçıları habelə xarici alıcılar və mal göndərənlərin reytinqi barədə məlumatlar öz təsbitini tapmışdır. Qara metallar prokatı bazarının təhlilinə həsr olunmuş ədəbiyyat xülasəsi göstərir ki, onların həcmi dinamik olaraq dəyişir və istehsal sahələri üzrə nəzərdə tutulmuş planlar mütləq optimallaşdırılmalı və az məsrəflə qara metallar prokatının əldə olunması üçün yeni metodlar işlənib hazırlanmalıdır. Ümumilikdə qara metallar prokatı bazarının tətqiqi göstərir ki yüksək keyfiyyətli rəqabət qabiliyyətli qara metal prokatının alınması üçün mütləq metallurgiya sahəsində modernləşdirmənin həyata keçirilməsi və rəqabət qabiliyyətli investisiyaların yönləndirilməsinin həlli vacib şərtlərdən biridir. Qara metallurgiya bazarının müxtəlif agentliklər və tədqiqatçılar tərəfindən təhlili üzrə dünya və Rusiya məhsullarının təhlilinə həsr olunmuş marketinq tədqiqatları üzrə təqdim olunan hesabatlar göstərir ki, bu bazar dəmir filizindən, aqlomeratlardan, konsentrantlardan habelə çuqun, polad və prokat bazarından ibarətdir. Tədqiqat üzrə ölkələrdə mövcud olan şirkətlərin istehsal, idxal-ixrac göstəriciləri və əsas istehlakçı ölkələr barədə məlumatlar öz təsbitini tapır. Hər bir sahə üzrə qara metalların idxal və ixracı üzrə əsas xarakteristik məlumatlar öz təsbitini tapır.

Dünyada 2001-2007-ci illər üzrə dəmir istehsalı 71,2 faiz artaraq 37,8 milyon tondan 64,7 milyon tona çatdırılmışdır. Lakin bu göstərici 2008-2009-cu illərdə istehsalın azalması ilə əlaqədar 15 faizə enərək 55,2 milyon ton təşkil etmişdir. Dünyada iri məhsul istehsalçıları olan ölkələr arasında 2009-cu ildə Hindistan 20,6 milyon ton, Venesulea 5,7 milyon ton, İran 8,2 milyon ton, Səudiyyə Ərəbistanı 4,6 milyon ton, Rusiya isə 4,6 milyon ton analoji məhsuldan istehsal etmişlər. Bu 5 ölkənin dünya istehsalı üzrə payı 50 faizdən artıq təşkil edir. Lakin son 3 ildə Hindistanda bu istehsal 80 faizdən artıq olmuşdur. Ümumilikdə Bu məhsul üzrə 2009-cu ildə dünya ticarətinin həcmi iki dəfə azalmışdır.9



Təhlil göstərir ki, praktiki olaraq bütün qitələrdə bu məhsul növü Asiya qitəsi (Çin) istisna olmaqla 58 faiz təşkil etmişdir. Bu göstərici üzrə təkcə Yaponiyanın payı 8 faiz, Rusiyanınki isə 5 faiz təşkil edir. Buna səbəb praktiki olaraq müasir konstruksiya materiallarından o cümlədən metallar, ərintilər və kompozitlərdən istifadə olunmaması habelə yeni nanotexnologiyaların və nanoölçülü nəzarət metodlarının tətbiq olunmamasıdır. Bazarın təhlili ilə əlaqədar rəqabət qabiliyyətli məhsulların keyfiyyət göstəricilərinin təyini həlledici amillərdəndir. Bu baxımdan gömrük orqanları tərəfindən aparılan metalşünaslıq və materialşünaslıq ekspertiza növləri həlledici əhəmiyyət kəsb edir. Gömrük ekspertizası gömrük bəyənnaməsi üzrə bəyan olunmuş qara metallar, onların konstruksiyaları və ya onlardan hazırlanmış məmulat üzrə keyfiyyət göstəricilərinin müasir metodlarla təyininə əsaslanır. Bu baxımdan Azərbaycanda istehsal olunmuş qara metal məmulatlarının standartların tələblərinə, istehsal texnikasına uyğunluğu habelə analoji məmulatların idxalı üzrə ekspertizanın aparılması, qüsurlu malların idaxalının, digər tərəfdən isə Azərbaycan mallarından imtina olunmasının qarşısını alır. Bu isə qara metallurgiya sahəsinə investisiyaların qoyulmasına səbəb olmaqla rəqabət qabiliyyətli məmulatların istehsalına səbəb olur. Metalşünaslıq üzrə gömrük ekspertizası aşağıdakı məqsədlər çərçivəsində həyata keçirilir.

  • Metallar və ərintilərin kimyəvi tərkibinin tətqiqi.

  • Materialların zədələnmə dərəcəsinin təyini və qüsurlu mal məmulatlarının aşkar olunması.

  • Davamlılıq xarakteristikasının yoxlanılması.

Bu baxımdan beynəlxalq aləmdə metal ərintləri, metallar və qara metaldan hazırlanmış digər məmulatlarda elementlərin kütlə payı müasir spektral analiz metodlarının tətbiqi ilə həyata keçirirlir. Sınaqlar gərilmə, zərbə ilə əyilmə, bərkliyin ölçülməsi, sıxılmaya qarşı sınaq və.s parametrlərin təyini ilə sürtünmə əmsalının təyininə görə “ Suzuki “ , dağılmaya davamlılıq sınağı “Şkoda-Savin”, dolaqlama sınağı “Amsler” cihazları və.s göstəricilər əsasında həyata keçirilir. Metal və ərintilərin tədqiqat xarakteristikası onların tətbiq sahəsi üzrə sinifləşdirilir. Bu sahələrə inşaat, metallurgiya, layihələşdirmə, maşınqayırma və dəzgahqayırma aid olunur. Ekspertiza çərçivəsində metal konstruksiyaların, boruların, armaturların habelə ərintilərin, metalların və ondan hazırlanmış məmulatların miqdarı və keyfiyyət göstəriciləri öyrənilir. Bunun əsasında isə obyektlərin XİF MN üzrə təsnifatı aparılaraq onun əsasında gömrük tarifi üzrə nəzarət obyektlərinə tarif və qeyri-tarif tənzimləmələri tətbiq olunur. Bu ekspertiza əsasında saxta istehsal olunmuş mallar üzrə faktlar, fiziki-kimyəvi ekspertiza nəticəsində isə metal və ərintilərdəki müxtəlif qüsurlar aşkar olunaraq istehsal prosesindəki və gömrük işi sferası üzrə gömrük qaydalarının pozuntusu habelə gömrük işi sferasında cinayətlər aşkar olunur. Bu cür pozuntular son nəticədə xarakterizə olunan məhsulların istismar müddətində və onlardan imtinada özünü biruzə verir. Son nəticədə qara metalların, ərintilərin və onlardan hazırlanmış məmulatların gömrük ekspertizası istehlakçı hüquqlarının müdafisəinə xidmət etməklə xarici iqtisadi fəaliyyət sahəsində milli maraqların qorunmasını təmin edir.

Yüklə 310,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə