Mətnlərin nəşrə hazırlanması problemləri Vüsalə Musalı



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə4/71
tarix02.10.2017
ölçüsü2,9 Kb.
#2906
1   2   3   4   5   6   7   8   9   ...   71

Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
11 
 

 
Yalnız latın qrafikasında  sərbəst oxuyanlar. Bu qrupa isə  
bu  gün  müxtəlif  təhsil  müəssisələrində  təhsil  alan  bütün 
gənc oxucular daxildir
16

Müstəqillik  dövründə  Azərbaycanda  kitab  nəĢri  sahəsində 
inkiĢaf  və  müəyyən  nailiyyətlər  müĢahidə  edilir.  Belə  ki,  nəĢriy-
yat-poliqrafiya  fəaliyyəti sahəsində  özəl  sektor  xeyli   möhkəmlə-
nib  və  onun  iĢində  hiss  ediləcək  canlanma  yaranıb.  90-cı  illərin 
əvvəllərində  fəaliyyətə  baĢlayan  özəl  mətbəələrin  çoxu  bu  gün 
xeyli  təkmilləĢdirilmiĢ  poliqrafiya bazasına  malikdirlər.  Belə  ki, 
özəl  mətbəələr,  bəzi  hallarda  öz   məhsuldarlığına,  maddi-texniki 
və kadr bazasına görə dövlət nəĢriyyatlarını üstələyirlər
17
. Hazırda 
Azərbaycanda  özünün  kiçik  poliqrafiya  bazası  olan  yüzdən  çox 
müəssisə vardır. Poliqrafiya avadanlıqlarının keyfiyyəti nəĢriyyat-
lar arasında rəqabətin mühüm  amilinə çevrilir, bu səbəbdən  yerli 
nəĢriyyatlar tez-tez xarici mətbəələrə müraciət edirlər
18

Redaktə nəĢriyyat iĢinin  ən mühüm mərhələlərindəndir. Re-
daktə  latın  sözü  olub,  «düzəldilmiĢ,  qaydaya  salınmıĢ»  mənasını 
ifadə  edir.  Müxtəlif  növ  nəĢrlərin  redaktor  hazırlığı  çətin,  çoxas-
pektli  prosesdir.  Belə  ki,  hər  Ģeydən  öncə  redaktor  kitab  bazarını 
öyrənir, oxucu tələbatını və sorğuları araĢdırır, nəĢrin repertuarını, 
problem-tematik  və  növ-tipoloji  tərkibini  müəyyən  edir,  təkrar 
nəĢr üçün əsas ola biləcək kitabları üzə çıxarır. Bundan baĢqa, re-
daktor  gələcək  kitabın  konsepsiyasını  tərtib  edir,  gələcək  nəĢrin 
modelini iĢləyir, nəĢrin aparatının və onun ayrı-ayrı elementlərinin 
hazırlanmasını təmin edir, bədii redaktorla birlikdə kitabın tərtiba-
tına  və  illüstrasiyaların  verilməsinə  ümumi  yanaĢmanı  müəyyən 
edir. 
                                                           
16
 http://mct.gov.az/?/az/culturehistory/693/211 
17
bax: http://www.indigo.az/az; http://www.eastwest.az/; http://altun-kitab.com/ 
18
 http://mct.gov.az/?/az/culturehistory/693/211 


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
12 
 
Redaktənin tarixini nəzərdən keçirsək görərik ki, bu sənətin 
ġərqdə qədim bir ənənəsi mövcud olmuĢdur. Hafiz ġirazinin aĢa-
ğıdakı beytinə nəzər salaq: 
 
“Yad bad anke be eslah-e Ģoma miĢod rast 
Nəzm-e hər qouhər-e nasofte ke Hafez-ra bud”
19

 
(Sizin düzəliĢlərin sayəsində Hafizin Ģeirlərindəki    
DeĢilməmiĢ gövhərlərin düzəldiyini heç vaxt unutmaram). 
 
Burada Hafizin  müraciət etdiyi  Ģəxs onun Ģeirlərinin  redak-
torundan baĢqa bir kəs deyil. «Redaktə» sözündən diksinən və re-
daktorun  iĢinə  istehza  ilə  baxıb  onun  əhəmiyyətini  kiçildən  bəzi 
mühafizəkar  ədiblərin  əksinə  olaraq,  klassiklər  ədəbi  redaktəyə 
xüsusi diqqət yetirmiĢlər. Buna əmin olmaq üçün ġəms Qeys Ra-
zinin «əl-Möcəm»dəki sözlərinə nəzər salaq: 
«… [ġair] gərək ilk dəfə söylədiyi və  yazdığına arxayın ol-
masın  və  onu  bir  neçə  dəfə  söz  bilicilərinə,  savadlı  və  səmimi 
dostlarına göstərib qüsur və məziyyətləri barədə onların fikirlərini 
eĢitməyincə, onlar onun Ģeirinin düzgünlüyünü, vəzninin məqbul-
luğunu, qafiyəsinin doğruluğunu, ifadələrinin gözəlliyini və məna-
larının  incəliyini  təsdiq  etməyincə,  həmin  Ģeiri  camaat  içərisinə 
çıxarmasın… Və əgər bir hünər sahibi Ģeiri anlamaqda və düzgün 
qiymətləndirməkdə Ģöhrət və nüfuz qazanıbsa, onun Ģeirləri barə-
də  dediklərini  qəbul  etsin  və  hər  dediyinə  qəti  dəlil  göstərməsini 
və aydın izah verməsini tələb etməsin, çünki bir çox Ģeyləri zövqlə 
duymaq olur, lakin ifadə etmək mümkün olmur»
20

Redaktənin  nə  dərəcədə  əhəmiyyətli  olduğunu  göstərmək 
üçün  bir  nümunəyə  nəzər  salaq.  MəĢhur  ingilis  Ģairi  T.S.Eliot 
1921-ci ildə bir neçə həftə istirahət etmək üçün Lozannaya getmiĢ, 
o sakit guĢədə XX əsrin ən gözəl və eyni zamanda ən bədbin əsər-
                                                           
19
 Fərruxfal R. Ədəbi mətnlərin redaktəsi / fars dilindən çevirən M.Məhəmmədi.  
http://kultaz.com/2008/01/22/rza-ferruxfal-edebi-metnlerin-redaktesi/ 
20
 Yenə orada.  


Vüsalə Musalı.  Mətnlərin nəşrə hazırlanması problemləri
 
 
13 
 
lərindən  biri  olan  «ĠtirilmiĢ  torpaq»  poemasını  yazmıĢdı.  Əksər 
Qərb  tənqidçiləri  bu  poemanı  Ģah  əsər  sayır  və  onun  barəsində 
yazdıqları  Ģərh  və  təhlillərdə  əsərin  çox  mürəkkəb  və  mükəmməl 
bir struktura malik olduğunu qeyd edirlər. Onlar həmçinin  «Ġtiril-
miĢ torpağ»ın oxucuya çatana qədər (yəni 1922-ci ildə ilk dəfə çap 
olunmazdan qabaq) ciddi və əsaslı redaktəyə məruz qalmıĢ əsərlə-
rin bir nümunəsi olduğunu göstərirlər. Deyirlər, bu poema əslində 
800 misra imiĢ və Eliot səfərdən qayıtdıqdan sonra onu öz rəyini 
bildirmək üçün dostu Ezra Paunda vermiĢdi. Paund əsərin təqribən 
400 misrasını, yəni  yarısını lazımsız saymıĢ və heç bir mərhəmət 
göstərmədən  artıq  misralar  kimi  onların  üstündən  xətt  çəkmiĢdi. 
Eliot, çox güman ki, bütün ixtisarlarla razı deyilmiĢ, lakin bununla 
belə tələbkar söz sərrafının rəyi ilə hesablaĢaraq, düzəliĢ və qısalt-
maların  hamısını  qəbul  etmiĢ,  hətta  poemanı  sevgi  və  sayğı  dolu 
sözlərlə Paunda ithaf etmiĢdi
21
. 
Redaktə  nəĢri  nəzərdə  tutulmuĢ  əsərin  düzgün  qiymətləndi-
rilməsi,  müəllifə  öz  əsərinin  forma  və  məzmununu  təkmilləĢdir-
məkdə köməklik göstərilməsi məqsədilə əsərin tənqidi surətdə təh-
lil olunması, nöqsanlardan təmizlənərək nəĢrə hazırlanmasıdır.  
Bunlardan  əlavə,  redaktor  nəĢrin  reklam  kampaniyasının 
proqramını  iĢləyib  hazırlayır.  Redaktorun  kompleks  vəzifə  və 
funksiyaları təĢkilati idarəetmədən ədəbi yaradıcılığa qədər müxtə-
lif növ iĢlərin həyata keçirilməsini tələb edir. Ona görə də redakto-
run professional hazırlıqlı olması tələb olunur. Bunun üçün redak-
tor  xüsusi  redaktor  orientasiyasının  mahiyyətini,  əsasını  təĢkil 
edən  fənləri  bilməlidir.  Bu  fənlər  redaktor  fəaliyyətinin  müvafiq, 
uyğun aspektlərini əhatə edir. Bunların arasında redaktənin təĢkili 
məsələsini, müxtəlif növ, tip və janrlarda olan nəĢrlərin  hazırlan-
masının  ayrı-ayrı  mərhələlərində  redaktor  iĢinin  forma  və  metod-
larını və s. qeyd etmək olar.  
                                                           
21
 Fərruxfal R. Ədəbi mətnlərin redaktəsi / fars dilindən çevirən M.Məhəmmədi.  
http://kultaz.com/2008/01/22/rza-ferruxfal-edebi-metnlerin-redaktesi/ 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə