Məzmunu. İnsan resurslarının idarə edilməsinin xarakterik


İnsan resurslarının idarə edilməsində işçi qüvvələrinin yeri və rolu



Yüklə 135,63 Kb.
səhifə6/8
tarix07.04.2023
ölçüsü135,63 Kb.
#104524
1   2   3   4   5   6   7   8
Mövzu 1.

İnsan resurslarının idarə edilməsində işçi qüvvələrinin yeri və rolu.


İnsan resurslarının idarə edilməsinin effektivliyi (İRM) əsasən ―insan amili‖ rolunun, yada, biznes mühitində ― insan psixologiyası‖nın düzgün başa düşülməsindən asılıdır. Bununla belə, kadr xidməti düzgün qoyulmuş biznes-proses olmalıdır.
Müasir psixologiya elmi biznes üçün hansı praktiki yanaşmaları təklif edə bilər? Heyətlə işi daha bayağı olan ―kadrlar şöbəsi‖ səviyyəsinə necə qaldırmaq lazımdır? Hansı sistemli yanaşma kadr xidmətinə namizədlərin ilkin seçimindən, onların pensiyaya yola salınmasına qədər əlini hər zaman heyətin nəbzi üzərində saxlamağa yardım edə bilər?
1990-cı illərə qədər işləyən insanın psixoloji tərəfini ortaya qoyan çoxlu tədqiqatlar həyata keçirilsə də, şirkətlərdə insan amili ilə maraqlanan tək şöbə olan Personal Şöbəsi hələ də ancaq işləyənlərin maaş və digər şəxsi işlərini görən bir şöbə mahiyyətində idi. Hətta, bəzi firmaların heç Personal Bölümü belə yox idi və işləyənlərin bütün şəxsi işləri bir mühasibatçı tərəfindən idarə edilirdi. 1990-cı illərdə isə, ən alt səviyyədən ən üst səviyyəyə qədər keyfiyyətin yayılması fikrini ortaya qoyan Keyfiyyət İdarə Sistemi anlayışı sayəsində şirkətlərdə insan amili daha çox ön plana çıxmağa başlamışdır.
Hal-hazırda Personal şöbələri adlarını yavaş-yavaş İnsan resursları şöbəsi olaraq dəyişdirsələr də, hələ də bir çoxunun fəaliyyəti işləyənlərin şəxsi işlərini idarə etməklə məhduddur. Ancaq funksiyalarının arasına mükafatlandırma, performans qiymətləndirmə, karyera idarəsi kimi yeni məfhumlar da daxil olmağa başlamışdır.
İnsan anlayışının əhəmiyəti vaxt keçdikcə artmağa və doğru iş üçün doğru insanın seçilməsi İnsan Resursları Şöbəsinin ən ümdə vəzifələrindən biri olmağa başlamışdır. Şirkət işləyənlərə qoyulan sərmayənin əslində şirkətin məqsədlərinin həyata keçirilməsi istiqamətində məhsuldarlığını və təsirliliyini artırdığını başa düşən firmalar təlim və tərbiyəyə əhəmiyyət verməyə başlamışlar.
Günümüzdə artıq bir çox şirkət rəqabətdə geri düşməmək üçün, insanı, idarə edilməli olan bir resursdan çox, investisiya qoyulması lazım olan bir sərmayə
olaraq görməyə başlamışdır ki, bu düşüncə tərzi İnsan Resursları idarəsinin şirkətlərin ən əsas şöbələrindən biri halına gəldiyinin ən yaxşı göstəricisidir. Xüsusən bu sahədə insan resurslarının əsas funksiyaları olan müasir standartlara uyğun işçilərin seçilməsi üçün hazırlanan, peşə-ixtisas və yüksək səviyyəli menecerlər üçün tətbiq olunan psixoloji testlər, peşələr üzrə karyera və motivasiya, əməyin analitik üsullarla qiymətləndirilməsi sistemlərinin qurulması və onların baza tarif sistemi ilə əlaqələdirilməsi və vahid elektronik mərkəzdən idarə edilməsi xüsusi əhəmiyyət kəsb edir. Məhz insan resursları ilə bağlı layihələrin həyata keçirilməsində vacib rolu insan faktoru oynayır.
İşçi qüvvəsinin idarə edilməsi ilə paralel olaraq inkişaf etmiş bütün nəzəriyyələrin təməlini işçilərlə iş təşkil edir. İşçilərin tapılması, təhsili, əməkhaqqı sistemlərinin təşkili və əmək şəraitinin yaxşılaşdırılması kimi işçi qüvvəsi və iş ilə əlaqədar olan bütün fəaliyyətlər izah edilir. İnsan resurslarının idarə edilməsi ilə bağlı nəzəriyyələrdə isə çalışanlar ayrı-ayrı izah edilir. Hər bir işçi müəssisəyə verdiyi faydanın maksimum səviyyəyə yüksəldilməsinə çalışır. İşçi qüvvəsinin idarə edilməsi fəaliyyəti idarəçilik ilə paralel təzahür etmir. Buna görə də işçilərlə rəhbərlik arasında əlaqə yaradıcı rolunu həyata keçirir.
İnsan resurslarının idarə edilməsi rəhbərliyin ehtiyac duyduğu İnsan resurslarını təmin etmək istiqamətində fəaliyyətlərin həyata keçirilməsinə əsaslanır. İnsan gücünə olan tələbat nəzərə alınır. Planlaşdırma, izləmə və nəzarət fəaliyyət-
ləri burada daha çox əhəmiyyət kəsb edir. İnsan resurslarıyla əlaqədar meydana çıxan problemlərin həll edilməsində məsuliyyət daşıyan şəxslər rəhbər işçilərdir.
Rəhbər işçilərlə çalışanlar arasında əlaqələri inkişaf etdirmək vəzifəsini insan resurslarının idarə edilməsi departamentinin rəhbəri həyata keçirir. Bu rəhbər işçi birləşdirici funksiyasını həyata keçirərək təşkilatı bütün bir varlıq olaraq ələ alır, məhsuldarlığın yüksəlməsi istiqamətində fəaliyyətləri həyata keçirmək üçün digər bütün departamentlərin rəhbərləriylə iş birliyi yaradır. İnsan resurslarının idarə edilməsi proaktivdir. Yəni hadisələr cərəyan etməmişdən əvvəl planlar tərtib
olunur və vəziyyətin təmin edilməsi istiqamətində tələblər hazırlanır. Ancaq işçi qüvvəsinin idarə edilməsi isə reaktivdir.
Müəssisə daxilində işçilər mahiyyəti artıran bir amil olaraq qiymətləndirilməməli, əksinə bir sərmayə (Human capital) kimi, yəni investisiya qoyulan bir resurs olaraq qiymətləndirilməlidir. Buna görə də insan resurslarının idarə edilməsində əsas diqqət edilən fəaliyyətlər bunlardır: İşçilərin seçilməsi, iş- görmə qabiliyyətinin (performans) təyini, inkişaf və mükafatlandırma.



Yüklə 135,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə