Məzmunu. İnsan resurslarının idarə edilməsinin xarakterik


İnsan resurslarının idarə olunmasına təsir edən əsas amillər aşağıda göstərilmişdir



Yüklə 135,63 Kb.
səhifə5/8
tarix07.04.2023
ölçüsü135,63 Kb.
#104524
1   2   3   4   5   6   7   8
Mövzu 1.

İnsan resurslarının idarə olunmasına təsir edən əsas amillər aşağıda göstərilmişdir:


  1. Müəssisə və təşkilatların getdikcə böyüməsi. Mexanikləşdirmə və Avtomatlaşdırma sayəsində müəssisələr həcmcə böyümüş və nəticədə vahid mərkəzdən idarə edilən irihəcmli qurumlar meydana gəlmişdir.

  2. Qlobal rəqabətin artması. Ticarət və istehsal fəaliyyətləri ölkələrin sərhədlərini aşaraq, beynəlxalq əhatə dairəsinə girmiş, istehsal faktorlarının çatışmamazlığı, texniki tərəqqi, müəssisələrarası rəqabəti daha da gücləndirmişdir.

Gündən-günə artan rəqabət nəticəsində müəssisə və təşkilatlar öz varlıqlarını qoru- maq və inkişaf etdirmək üçün İnsan Resurslarının əhəmiyyətinin fərqinə varmışlar. 3.Texniki tərəqqinin inkiqşafı. Müəssisə və təşkilatlarda kompyuter dəstəkli istehsal sisteminin istifadə edilməsi, yeni texnologiyanın istehsal proseslərində meydana gətirdiyi dəyişikliklər İnsan Resurslarının əhəmiyyətini artıran faktorlar arasında yer alır. İstifadə olunan texnologiya və proseslərdə baş verən dəyişikliklərlə ayaqlaşacaq işçiləri inkişaf etdirmək, bu gün müəssisə və
təşkilatların əsas vəzifələrindəndir.

  1. İşçi qüvvəsinin quruluşundakı dəyişikliklər. İşçi qüvvəsinin demoqrafik xüsusiyyətləri gündən-günə dəyişməkdədir. Buna görə də insan resurslarının idarə edilməsindəki məsul olan şəxs və ya şəxslər bu dəyişiklikləri izləyə bilməli və lazımi tədbirləri vaxtında həyata keçirməlidir. Məsələn, qadın işçilərin artması, kənd təsərrüfatı sahəsində işləyənlərin bir hissəsinin sənaye sektoruna axını bu dəyişikliklərdən bəziləridir.

  2. İnsanların təhsil səviyyələrinin yüksəlməsi. Sənayedə baş verən inqilab, insanların oxuyub-yazma qabiliyyətlərinin və təhsil səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur. Bununla əlaqədar olaraq insanların elmi səviyyələri artmış, tələbatları dəyişmişdir. İstehsalatın texnoloji inkişafı, təhsil səviyyəsinin yüksəlməsinə və inkişafına zəmin yaratmışdır. Artıq işçi qüvvəsini meydana gətirən insanlar müstəqil qərar vermək, bacarıq və qabiliyyətlərini inkişaf etdirmək və istehsal prosesində bütün biliklərini nümayiş etdirmək istəyirlər.

  3. Çalışma həyatının keyfiyyəti və hüquqi normalar. Ölkələr Konstitusiyalara və hüquqi normalara uyğun olaraq işçi-işəgötürən arasında münasibətləri tənzimləyir.

İşçilər keçən dövr ərzində çalışma və ya iş şərtləri ilə bağlı çoxlu sayda haqlar əldə etməyə nail olmuşdur.
Son 20-30 ildə İnsan Resurslarında sürətli dəyişikliklər baş vermiş, işi icra edən şəxslərdə axtarılan bəzi keyfiyyətlər dəyişmiş və həyata keçiriləcək işçilərin xüsusiyyətləri də dəyişikliyə məruz qalmışdır. Bu dəyişikliklər zamanı getdikcə inkişaf edəcək insan resurslarının idarə edilməsi ilə bağlı bir sahənin formalaş- masına zəmin yaratmışdır.

    1. Yüklə 135,63 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə