Məzmunu. İnsan resurslarının idarə edilməsinin xarakterik


İnsan resurslarının idarə edilməsində sistemli yanaşma mexanizmi



Yüklə 135,63 Kb.
səhifə8/8
tarix07.04.2023
ölçüsü135,63 Kb.
#104524
1   2   3   4   5   6   7   8
Mövzu 1.

İnsan resurslarının idarə edilməsində sistemli yanaşma mexanizmi.


Sistem halında yanaşma insan resurslarının məqsədlərinin, funksiyalarının, metodlarının tam vəhdət halında qarşılıqlı olaraq əlaqələndirilməsini nəzərdə tutur. Kompleks, sistem halında yanaşmanı yalnız metod deyil, prinsip də adlandırmaq olar. Çünki idarəetmə prossesində idarəetmə obyektinin bütöv vəhdət halında öyrənilməsi bütün mühüm amillərin, iradəetmə ünsürlərinin nəzərə alınmasını tələb edir. Bu o deməkdir ki, təsərrüfat rəhbəri konkret vəziyyəti yalnız bütün prosesləri əlaqəli çəkildə öyrəndiyi tərzdə düzgün qiymətləndirə və optimal qərar qəbul edə bilər. Bu hər hansı qərarların qəbul edilməsində birtərəfli yanaşma meyillərinin aradan qaldırılması üçün başlıca təminatdır.
İnsan resursları fəaliyyətləri də müəyyən limitləri olan açıq sistemdir. Bu fəaliyyətlər həm bir-birinə təsir edir, həm də ətraf mühit amillərinin təsiri altında çalışmalarını davam etdirirlər. Hər bir sistemin alt sistemləri olduğu kimi insan resursları fəaliyyətlərinin də alt sistemləri var və bu alt sistemlər də bir-birinə təsir
edir. Məsələn: seçmə alt sistemi inkişaf və qiymətləndirmə alt sistemlərinə təsir edir.
Aşağıdakı sxemin köməyi ilə sistem anlayışı daha ətraflı izah edilmişdir. (Bax Sxem 1.)
Sistem halında yanaşılma isə işçi heyəti ilə aparılan işin müəssisədə yerinə yetirilən işlərin planlaşdırılması, təşkili və stimullaşdırılmasının kompleks şəkildə, idarəetmənin ayrı-ayrı aspektləri və son məqsədə çatmağın yolları üzrə kompleks tədbirlər sisteminin aparılmasını nəzərdə tutur.



Sxem 1. İnsan resurslarının idarə edilməsi sistemi
İnsan resurslarının idarə edilməsi sisteminin başlıca ünsürü – kadrlardan ibarətdir. Çünki, kadrlar eyni vaxtda idarəetmənin həm obyekti və həm də subyekti kimi çıxış edir. Müəssisənin işçiləri idarəetmənin obyekti kimi ona görə çıxış edir ki, onlar istehsal prosesinin mühüm hissəsini təşkil edir. Buna görə də insan resurslarının planlaşdırılması, formalaşması, yenidən bölünməsi və səmərəli istifadə edilməsi istehsalda işçi heyətinin idarə edilməsinin əsas məzmununu təşkil edir və bu nöqteyi-nəzərdən ona istehsalın material-əşya idarə edilməsinin analogiyası kimi baxılır. Eyni zamanda işçi heyəti hər şeydən əvvəl insanlardan
ibarət olduğu üçün, onların mürəkkəb fərdi keyfiyyətlərinin kompleksini özündə cəmləşdirdiyi üçün, burada sosial-psixoloji amillər başlıca rol oynayır.
Şəxsin müəssisə və cəmiyyətə, müəssisənin cəmiyyətə təsirləri sistem daxilində dəyər qazanır. İnsan resurslarının idarə edilməsinə təsir edən ətraf mühit amilləri əsasən rəqabət, dövlət, hüquqi normalar, sosial mühit, iqtisadi mühit və s.


Yüklə 135,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə