Məzmunu. İnsan resurslarının idarə edilməsinin xarakterik



Yüklə 135,63 Kb.
səhifə2/8
tarix07.04.2023
ölçüsü135,63 Kb.
#104524
1   2   3   4   5   6   7   8
Mövzu 1.

Biznesdə insan resurslarının idarə edilməsi - iş yerində insanlarla əlaqəli bütün işləri və prosesləri əhatə edir. Müəssisə daxilində insan resurslarının planlaşdırılması, bunun üçün lazımi iş analizlərinin və öhdəliklərin müəyyənləşdiril- məsi, insan resurslarının seçilməsi üçün iş elanlarının verilməsi, iş üçün müraciət edənlərin qəbul edilməsi, görüşlərin aparılması, işə uyğunlaşma, təhsil və karyera işləri, uğur və iş qabiliyyətinin ölçülməsi, vəzifədə yüksəlmə, iş dəyişdirmə, işdənçıxarılma, işi qiymətləndirmə, əməkhaqqı, nizam-intizam, sosial-mədəni fəaliyyətlər, tibbi xidmət və başqa oxşar işləri koordinasiya edir.
Deməli, fənnin predmetini, biznesdə insan resurslarının səmərəli idarə edilməsi ilə əlaqədar olan işgüzar münasibətlər, metodlar, ictimai-istehsal sahələri və qanunları təşkil edir. Bu elmi fənnin nəticəsi biznesdə kadr əməyindən səmərəli istifadə və onun səmərəli təşkilidir.
İctimai-iqtisadi hadisələrin nisbətən müstəqil sahəsi olan kadr potensialının öyrənilməsi, kollektiv əmək və onun müəssisə timsalında konkret təşkili olduqca vacibdir.
Fənnin predmetinin düzgün kadr seçimindən, kadrın səmərəli istifadə edilməsindən və kollektiv əməyin təşkilindən ibarət olması onun ayrı-ayrı müəssisə kollektivlərində konkret metod və proseslərin öyrənilməsini təmin edir.
Fənnin qarşısında duran əsas vəzifələr aşağıdakılardır:

      • Biznesdə insan resurslarının fəaliyyəti üzrə icra sənədlərinin müəyyən olunması və qruplaşdırılması;

      • Biznesdə insan resurslarının planlaşdırılması üzrə metodik və praktiki məlumatların verilməsi;

      • İnsan resurslarında məlumat bazasının qurulması üzrə informasiyaların qruplaşdırılması;

      • İşçi axtarma, seçmə və işə yerləşdirmə üzrə tövsiyələrin verilməsi;

      • Tədris və təkmilləşdirmə sisteminin təşkili və qiymətləndirilməsi üzrə tövsiyələrin verilməsi;

      • İşçilərin peşəkar karyerasının planlaşdırılması üzrə tövsiyələrin verilməsi;

      • Əməyin qiymətləndirilməsi sisteminin tətbiqinin əsaslandırılması;

      • Mükafat sisteminin hazırlanmasında nəzərə alınan amillərin qruplaşdırılması;

      • Biznesdə ERP sistemi və onun insan resurslarının idarə edilməsində tətbiqinin əsaslandırılması.




    1. İnsan resurslarının idarə edilməsinin xarakterik xüsusiyyətləri.

Gündən-günə dəyişən şərtlər müqabilində insan resursları bölməsi dəyişir və bu sahədə rəhbərliyin rolunu da dəyişdirir. Bu dəyişikliyin əsas xüsusiyyətləri aşağıda göstərilmişdir:

  • Müəssisənin tam bir varlıq olduğunu dərk etmək;

  • Sadəcə adi bir ixtisas sahibi kimi yox, kamil bir müəssisə rəhbəri olmaq, çoxsahəli düşünə bilmək;

  • İnsan resurslarına bağlı olan proqramların müəssisə məqsədlərinə və ən alt təbəqəyə necə təsir etdiyinin nəzərə alınması;

  • Dəyişikliklərin əvvəlcədən proqnozlaşdırılması və dəyişikliklərə vaxtında uyğunlaşma;

  • Müəssisənin mədəni mühitinin inkişaf etdirilməsinə şərait yaratmaq;

  • Davranış və qabiliyyətləri dəyişdirə biləcək potensiala malik olmaq;

  • Təşkilatın digər bölmələri və bölmə rəhbərləri ilə əməkdaşlıq etmək;

  • Rəhbər işçilərə insan resursları ilə əlaqəli mövzularda yardım göstərilməsi;

  • Problemlərin həllinə nail ola biləcək yaradıcılıq qabiliyyətinə malik olmaq;

  • Strategiyaların hazırlanması sahəsində uzaqgörənlik;

  • Məhsuldarlıq və məsrəflər ilə əlaqəli plan və proqramların hazırlanması;

  • Müəssisənin insan resurslarına olan ehtiyacını müəyyən etmək;

  • Gələcək fəaliyyətlərin inkişaf planlarında əks etdirilməsi və icrasının təmin edilməsi.


Yüklə 135,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə