Məzmunu. İnsan resurslarının idarə edilməsinin xarakterik


İnsan resurslarının idarə edilməsində mövcud olan əsas fəaliyyətlər



Yüklə 135,63 Kb.
səhifə3/8
tarix07.04.2023
ölçüsü135,63 Kb.
#104524
1   2   3   4   5   6   7   8
Mövzu 1.

İnsan resurslarının idarə edilməsində mövcud olan əsas fəaliyyətlər. Bu fəaliyyətlər planlaşdırma, insan resurslarının seçilməsi, təhsili, inkişafı, əmək fəaliyyətinin yaxşılaşdırılması, əməkhaqqının təşkili, əməyin təhlükəsizliyinin təmin edilməsi kimi əsas fəaliyyətlər və bəzi köməkçi fəaliyyətlərdən ibarətdir. Bu köməkçi fəaliyyətlər aşağıdakılardır:

  • İnsan resurslarının idarə edilməsində həyata keçirilən strategiyalar. Uzun müddətli inkişaf tədbirləri üçün hansı istiqamətdə fəaliyyət göstərməyin təyin edilməsi məqsədilə strategiyaların meydana gətirilməsi və insan resurslarının idarə edilməsi fəaliyyətlərinin bu strategiyalar işığında yerinə yetirmək.

  • Təşkilatın strukturu. Təşkilat strukturunun yenidən nəzərdən keçirilməsi və bəzi işlərin yenidən analiz edilməsinə nail olmaq (Sistemin inkişaf etdirilməsi kimi).

  • Mədəni mühitin idarə edilməsi. İnkişaf, mükafatlandırma, qabiliyyətlərin qiymətləndirilməsi kimi strategiyalarla insanların rəftarlarına olan müsbət təsiri formalaşdırmaq. Belə bir şəkildə həyata keçirilməsi planlaşdırılan missiyanın təyini, dərk edilməsi və qəbul edilməsinə nail olmaq.

  • Dəyişikliklərlə uyğunlaşmaq. Texniki və iqtisadi cəhətdən sürətlə dəyişən bir cəmiyyət içində fəaliyyət göstərmək üçün müəssisə və təşklatlar da dəyişməlidir. İnsan resurslarının bu dəyişikliklərlə uzlaşmasını təmin edən faktorlar, bilik və bacarıqlardan istifadə edilməsi, dəyişikliklərə uyğun proqram və üsulların tərtib və tətbiq edilməsi insan resurslarının idarə edilməsi fəaliyyətinin əsas vəzifələrindəndir.

  • Komanda halında çalışmaq, insanların birlikdə çalışmalarına nail olmaq və imkan yaratmaq.

  • Keyfiyyətin yüksəldilməsinə doğru istiqamətləndirmə. İnsan resurslarının keyfiyyətin yüksəldilməsi istiqamətində idarəetmə fəaliyyətini həyata keçirmək.

  • İnsan resurslarının inkişafı. Bütün insanlar üçün təhsil və inkişaf proqramları tətbiq etməklə, proqramların işlənilməsində şəxslərin və təşkilatın ehtiyaclarının diqqətə alınması ilə müəssisənin və ya təşkilatın mənsub olduğu insan bazasını inkişaf etdirmək.

  • Mükafatlandırma. İnsanların əməklərini düzgün qiymətləndirmək, işində düzgün və qabaqcıl çalışanları mükafatlandırmaq.

  • İnsanlar arasında əlaqələrin inkişafı. İnsan resurslarının bir-biri ilə qarşılıqlı əməkdaşlıq etmələrinə nail olmaq.

Müəssisənin idarə edilməsi istənilən konkret mühitdə vacib nəticələrə yönəldilir. İdarəetmə sisteminin köməyi ilə rəhbərlik bütün mərhələlərdə - planlaşdırma, icra və icraya nəzarət zamanı qarşıya qoyulmuş məqsədlərin həyata keçirilməsi prosesinə təsir göstərməyə çalışır. Xidmətin və ətrafın idarə edilməsini biz təcrübədə xidmətin idarə edilməsi üzrə iş adlandırırıq. Biz öz fəaliyyətimizi nə qədər yaxşı idarə etsək, ona başqalarının qarışmasına da bir o qədər az əsas olacaqdır. Təbii ki, bu bizim öz işimizi yaxşı bilməyimizdən xəbər verir. Təcrübədə müəyyən işləri görmək üçün bizim kənardan həmkarlara və rəhbərlərə ehtiyacımız olur. Eyni əmək kollektivində nə qədər çox insan məşğuldursa, istər qrup şəklində, istərsə də ayrı-ayrı işçilər səviyyəsində kimsə bizə rəhbərlik etməlidir. Beləliklə, əgər insanlar üzərində rəhbərlik düzgün həyata keçirilmirsə, təşkilatın fəaliyyətinə rəhbərlik uğurlu ola bilməz.


İnsanların idarə edilməsi təşkilatın heyəti üzərində rəhbərlik fəaliyyəti deməkdir. İdarəetmənin bu sahəsini biz daha çox rəhbərin işi adlandırırıq. İnsanların, heyətin idarə edilməsi və rəhbərin işi bu vəsaitdə eyni mənada istifadə edilən anlayışlardır. Gəlin idarəetməni öz üzərində, qrup və bütün idarələrdə heyət üzərində idarəetmə bölgülərinə ayıraq. Bir şöbənin, yaxud sexin, həmçinin müəssisə, yaxud hər hansı bir dövlət təşkilatının birlikdə bütün işçiləri təşkilatın heyəti sayılır. Əgər söhbət təşkilat fəaliyyətinin idarə edilməsindən gedirsə, onda ayrıca götürülmüş fərd səviyyəsində bu bölgüyə fərdin öz işi və fəaliyyətini idarə etməsindən, qrup və təşkilat səviyyəsində fəaliyyətin idarə edilməsindən gedirsə təşkilat vahidindən, yaxud bütün təşkilatın fəaliyyətinin idarə edilməsindən gedir.
Finlərin idarəetmə təcrübəsində belə bir hal mövcuddur ki, bir çox rəhbərlər bütövlükdə idarəetmənin ayrılmaz hissəsi kimi insanların idarə edilməsini kifayət
qədər yaxşı təsəvvür etmirlər. Bir qayda olaraq bunun əsas səbəbi odur ki, həmin rəh-
bərlər öz vəzifələrinə hər hansı bir ixtisas üzrə işləyən şəxs kimi, yaxud da birbaşa idarəetmə öyrədən, lakin insanların idarə edilməsinə aid praktiki olaraq heç bir şey verməyən təhsil müəssisələrindən gəlirlər. Bir çoxları özlərinin hər hansı bir təcrübi ideyası əsasında müəssisə təşkil etdiyindən, idarəetməyə aid məsələlər müəssisənin inkişafı prosesində ortalığa çıxır. Belə rəhbərlər idarəetməyə aid xüsusi biliklər əldə etmək yoluna nə qədər gec qədəm qoyarsa, sonradan bunun üçün onların daha az vaxtı qalar və idarəetmə üzrə əqli iş öz yerini bir o qədər gec tutar.
Fəaliyyətin, insanların, yaxud ətrafın idarə edilməsindən asılı olmayaraq idarəetmə böyük əqli qabiliyyət tələb edir. Təşkilatın fəaliyyəti nöqteyi-nəzərindən insanların idarə edilməsi onların işində maksimum yaxşı nəticələr əldə edilməsi de- məkdir. Rəhbərin işi, həmçinin insanların əmək kollektivlərinin maraqlarına yaxın olmaqla öz şəxsi məqsədlərinə nail olmasıdır. Beləliklə, rəhbərin işi təkcə təşkilatın işi baxımından deyil, həm də işçilərin şəxsi mənafeləri baxımından da əhəmiyyət kəsb edir.

    1. Yüklə 135,63 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə