Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə18/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   14   15   16   17   18   19   20   21   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

46



RUMELLA ƏSƏDOVA  

Azərbaycan Milli Aviasiya Akademiyası 

rumella.asadova.1965@mail.ru 

 

İNGILIS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ ZAMAN BUDAQ 



CÜMLƏSİ İLƏ FEİL TƏRKİBLƏRİNİN SİNONİMLİYİ 

 

Açar  sözlər:  tabeli  mürəkkəb  cümlə,  zaman  budaq  cümləsi,  sinonim,  feli 



sifət. 

Keywords:  Composite  complex  sentence,  the  adverbial  clause  of  time, 

synonym, the participle. 

Ключевые  слова:  Сложноподчиненный  предложение,  обстоятельст-

венное придаточное предложение времени, синонима, причастия. 

 

İngilis  və  Azərbaycan  dillərində  zaman  budaq  cümlələri  ilə  feli 



tərkiblər arasında olan sinonimliyin formalaşması və inkişafını izləmək, bu 

inkişafın qanunauyğunluqlarını və tədqiq edilən konstruksiyaların sinonimik 

xarakterini  aydınlaşdırmaqdır.  Sintaktik  sinonimliyin  öyrənilməsinin 

qrammatika,  üslubiyyat və tərcümə prosesi  üçün  nəzəri əhəmiyyət  daşıdığı 

dilçilik mənbələrində qeyd olunur [1, 94].  

İngilis dilinin zaman budaq cümləsində üç əsas struktur elementlər var: 

bağlayıcı,  isim-  mübtəda  və  fel-  xəbər  və  ya  onun  hissələri.  Zaman  budaq 

cümləsinin xəbəri sadə və mürəkkəb ola bilər. Xəbəri mürəkkəb olanlara ben 

feli ilə müxtəlif birləşmələr, həmçinin modal fellərlə birləşmələr daxildir.  

Zaman budaq cümləsinin mübtədası o zaman struktur mənasına malik 

ola bilər ki. baş cümlədə isim mübtədanı ifadə etdiyi kimi, şəxs və ya əşyanı 

da ifadə etsin. Ingilis dilində bir çox bağlayıcılar (when, while, after, since, 

as, before, ere, till) [2] öz leksik mənası ilə bir çox hallarda əlaqənin növünü 

müəyyənləşdirir.  Lakin  zaman  əlaqəsi  təkcə  bağlayıcının  mənasında  deyil, 

həmçinin  baş  və  budaq  cümlələrin  leksik  məna  komponentlərinin  leksik 

mənaların  cəminin  əlaqəsində  öz  ifadəsini  tapır.  Ona  görə  də  sinonimlik 

yaradan  konstruksiyaların  arasındakı  fərq  təkcə  bağlayıcıların  leksik 

mənasında deyil, həmçinin budaq cümlənin komponentlərinin leksik məna-

sındadır, ilk öncə isə xəbər və onun hissələrindədir.  

İngilis  dilində  Azərbaycan  dilindən  fərqli  olaraq  mürəkkəb  zaman 

budaq cümləsidə baş və tabeli fellərin hərəkətləri arasında zaman şərtlənməsi 

mövcuddur. Budaq cümlənin feli xəbəri hərəkəti nitq zamanı ilə deyil, baş 

cümlənin  feli  xəbərindəki  hərəkəti  ilə  əlaqələndirilir.  Öz  növbəsində  baş 

cümlənin feli xəbər hərəkəti budaq cümləsi ilə müəyyənləşdirilir və nitqdən 

ayrılır.  



Filologiya məsələləri, №4, 2017 

 

47



Ingilis  dilində  zaman  budaq  cümləsi  feli  sifət  tərkibi  ilə  sinonimlik 

yaradır. Bu dildə feli sifət tərkibinə iki müxtəlif strukturda rast gəlmək olur: 

feli  sifət  tərkib  qrupu  (feli  sifət  tərkibi  və  ondan  asılı  sözlərdən  ibarət  söz 

birləşmələri)  və  feli  sifət  tərkib  kompleksi  (predikativ  əlaqələrlə 

birləşdirilmiş isim və feli sifət tərkibindən ibarət söz birləşmələri).  

İngilis  dilində  tədqiq  edilən  zaman  budaq  cümləsi  ilə  feli  sifət 

tərkibəri  funksiya  cəhətdən  ümumidir,  yəni  bunlar  cümlədə  situativ 

zərfliklərdir.  Bu  dildə  zaman  əlaqələrini  ifadə  edərkən  aşağıdakı  növ  feli 

sifət tərkibləri və zaman budaq cümləsi sinonim vasitə ilə birləşdirilir:  

1. Feli sifət tərkibləri (kompleks və qrup) feli sifət 1 və as, when və 

ya while bağlayıcılarla daxil edilən eynizaman mənalı, zaman budaq cümləsi 

məkan, varlıq, hərəkət, nitq prosesi bildirən sonsuz fellər və konkret hərəkəti 

bildirən son hüdudlu fellərin tərkibində olan xəbər. Bu müxtəlifliyi aşağıdakı 

nümunələr göstərir:  

…sitting at the sofa he said these words. (R. B.) - … Şam yeməyində 

o, bu sözləri (bunları) dedi… 

And as I sat in this sorrow I saw how kind passed. (P. C.) - Və mən 

belə qəmgin oturanda yaxşılığın necə keçdiyini gördüm.  

In this year… the King being at Newcastle upon Tyne a wright hew 

on  a  tree…  (Cgr.  Cgr.,  187)  -  Bu  ildə…  kral  Nyukaslda  Taynedə  olanda 

fəhlənin biri ağac kəsməyə başladı.  

And when the said Duke of Clarence and the Earl of Warvyke were in 

France, there appeared a blasing star in the Weste (V.) - Hersoq Klarsis və 

qraf Uorik Fransada olanda qərbdə odlu ulduz göründü.  

And  while  the  said  Earl  of  Warvyke  was  in  France,  the  King  was 

wedded  to  Elesabethe  Grey,  widow.  (V.)  -  Və  yad  edilmiş  qraf  Uorik 

Fransada olarkən kral dul Yelizaveta Qreylə nişanlanmışdı.  

2.  Feli  sifət  qrupunun  (ikili  növ  xarakterli  feli  sifət  (1)  )  bilavasitə 

əvvəlki mənası ilə sinonim olan (when bağlayıcısı ilə) zaman budaq cümləsi. 

Zaman budaq cümləsinin xəbəri hisslərin leksik mənalı ikili növ fellə ifadə 

olunur. Məsələn:  

And then the queen hearing this she voyaged unto Valys. (Creg. Chr., 

208) - Və kraliça bunu eşidərək Yencə getdi.  

The  people  when  they  heard  this,  they  thanked  God  highly  (Cgr. 

Aug., 43) - Camaat bunu eşidəndə (onlar) Allaha şükür edirdilər.  

Hərəkət  felli  feli  sifət  tərkibləri  zaman  budaq  cümləsi  ilə  bilavasitə 

əvvəl  gələn  mənasına  görə  sinonimlik  təşkil  edir,  belə  sinonimliyə  az  rast 

gəlirik.  

3.  Feli  sifət  kompleksinin  (feli  sifət  2-nin  hüdudlu  təsirli  fellər  və 

when,  after  bağlayıcılarla)  əvvəlki  mənası  ilə  sinonim  olan  zaman  budaq 




Filologiya məsələləri, №4, 2017 

 

48



cümləsi. Zaman budaq cümləsinin xəbəri b e n feli birləşmə və feli sifət 2-

nin hüdudunda təsirli fellərlə ifadə olunur. Məsələn:  

The  service  done,  they  soupen  all  by  day.  (Ch.  F.)  -Nə  vaxt  hərbi 

xidmət  qurtarsa,  onda  onlar  günorta  nahar  eləyirlər//  Hərbi  xidmət 

qurtaranda onlar günorta nahar eləyirlər.  

So, upon New Years Day when the service was done, the barons rode 

unto the field… (M.) - Beləliklə, yeni ildə hərbi xidmət qurtaranda baronlar 

sahələrə getdilər.  

… after the feste and the solemnity was done of that mariage…- o toy 

münasibətilə ziyafət və şənlikdən sonra… 

Qeyd  edək  ki,  feli  sifət  tərkibləri  arasında  sonra  gələn  hadisələr  və 

zaman  hüdudu  (before,  ere,  till,  since  bağlayıcılı  zaman  budaq  cümləsi) 

vasitəsi ilə zamanı ifadə edən budaq cümlələrin sinonimi yoxdur.  

Azərbaycan  dilində  zaman  budaq  cümləsi  ilə  feli  tərkiblər  arasında 

olan  sintaktik  sinonimliyin  mahiyyətindən  bəhs  edən  N.  Abdullayeva  bu 

sintaktik  kateqoriyaların  arasında  müəyyən  quruluş  və  məna  fərqlərinin  də 

olduğunu vurğulayır [3, 28].  

1. O gün ki- d ı ğ ı şəkilçisi: O gün ki sən al bayraqlı bir səhərdən 

ilham aldın, yarandım mən (S. Vurğun) - Sən al bayraqlı bir səhərdən ilham 

a l d ı ğ ı n gün mən yarandım.  

Ingilis dilində: On the day when you came, I became happy. 

2.  - m  ı  sual ədatı- a  n  feli sifət şəkilçisi- k  i m  i  qoşması:  Mənzər 

gəldimi,  bacısı  evdən  çıxıb  gedərdi-  Mənzər  gələn  kimi  bacısı  evdən  çıxıb 

gedərdi.  

Bu quruluşda olan sintaktik sinonimlik ingilis dilində aşağıdakı kimi 

verilir: As soon as Manzar came, her sister left home. 

3. Elə ki- a n- kimi qoşması: Elə ki məktubu yazıb qurtardım, poçta 

aparacığam- Məktubu yazıb qurtaran kimi poçta aparacağam.  

Bu quruluşda olan sintaktik sinonimlik ingilis dilində aşağıdakı kimi 

verilir:  

As soon as I finish writing the letter, I’ll take it to the post- office. 

1. N  ə  qədər  sözü-  onda  temporal  sözü-  d  ı  q  c  a  feli  bağlama 

şəkilçisi: Nə qədər dərsinə fikir vermirdi, o qədər də zəif oxuyurdu- Dərsinə 

fikir vermədikcə zəif oxuyurdu.  

Həmin  quruluşda  olan  sintaktik  sinonimlik  ingilis  dilində  aşağıdakı 

kimi verilir.  

As long as he didin’t pay attention to his lessons, he studied badly. 

2. E l ə ki- a r k ə n: Elə ki gördülər Həsrət həddən artıq ağ eləyir, hər 

biri  otaqdan  çıxdı-  Həsrətin  həddən  artıq  ağ  elədiyini  görərkən  hər  biri 

otaqdan çıxdı.  




Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə