Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə26/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   22   23   24   25   26   27   28   29   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

66



hesab etmək olardı. XIX əsrin 30-cu illərindən başlayaraq Avstraliya ədəbi 

dilin, xüsusilə də onun yazılı formasını təsir dairəsi genişlənməyə başlayır. 

Ölkədə  dövri  mətbuat  nəşr  olunmağa  başlayır.  Waddy  (a  club),  croppy  ( 

convict) kimi sözlər artıq koloniyaların dilində tədricən aradan çıxaraq ədəbi 

dilə məxsus sözlərlə əvəz olunmağa başlayır. Avstraliya tarixçisi F.Folkard, 

Avstraliya ingiliscəsinin həmin dövrdə inkişafından bəhs edərək yazırdı ki, 

kolonistlərin  ilk  nəslinin  arasında  sosial  imtiyazılı  və  ziyalı  təbəqənin 

nümayəndəli  xeyli  az  olmuşdur.  Avstraliya  ingiliscəsinin  inkişafına  başqa 

xarici amillərin də təsiri olmuşdur. Kolonizasiya dövründə, xüsusilə onun ilk 

mərhələsində,  sosial  şərait  ədəbi  dilin  formalaşması  üçün  qənaətbəxş 

olmamışdır.  Ölkədə  orta  əsr  türmə  rejimi  hökm  sürürdü,  ölkədə  maddi  və 

mənəvi  mədəniyyət  formalaşmışdı,  Milli  ədəbiyyat  meydana  çıxmamışdı. 

Əhali təbii fəlakətlərin, vəhşi heyvanların, ilanların hücumu qarşısında aciz 

idi. XIX əsrin 30-cu illərinədək ölkədə heç bir yazılı mənbənin qalmaması 

yuxarıda  söylənən  şəraiti  əks  etdirir.  Bir  sözlə  XIX  əsr  ərzində  Britaniya 

ingiliscəsinin  Avstraliya  ərazisində  “vulqurlaşması”  dövrü  hesab  olunur. 

E.C.Uekfild  bunu  belə  ifadə  etmişdir.  Onun  fikrincə,  aşağı  sinfə  məxsus 

əhali özləri ilə Avstraliyaya “özünəməxsus bir dil” gətirmişlər ki, o da yerli 

koloniyaların ifadələri ilə dolaraq daha da vulqar bir şəkil alır. 

 “Avstraliya ləhcəsi” haqqında ilk şərhlər XIX əsrin 30-cu illərinə aid-

dir. Bu zaman artıq avstraliyalıların ilk nəsli böyümüşdü. Onlar avstraliya-

lıların burunlarında danışdıqlarını, məktəbdə düzgün ingilis tələffüzünə fikir 

vermədiklərini,  Avstraliya  dialektinin  meydana  çıxmasına  şərait  yaratdıq-

larını və bunun nəticəsində Amerikada baş vermiş “xoşagəlməzliyin” burada 

da baş verə biləcəyini yazırdılar. Bu ingilis dilinin Amerikada formalaşmış 

özünəməxsus variantına işarə idi. 

 İngilis dilinin Avstraliya variantının formalaşmasında aborigenlərin də 

dilinin  müəyyən  təsiri  olmuşdur.  Yerlilərin  bir  sıra  sözləri  missionerlərin 

hesabat  və  jurnalları,  o  cümlədən  də  Y.Qanterin  jurnalı  (Y.Ganther’s 

Journal) hesabına dildə normalaşmağa başlamışdır. Bu proses 1836-1840-cı 

illərdə  xeyli  qüvvətli  olmuşdur.  Qızılın  tapılması,  bununla  əlaqədar 

iqtisadiyyatın inkişafı ölkənin içərilərinə miqrasiyanı gücləndirmiş, ictimai-

iqtisadi  əlaqələri  möhkəmləndirmiş  və  bütün  bu  proseslər  ingilis  dilinin 

Avstraliya  variantında  öz  əksini  tapmışdır.  Ölkədə  inkişaf  etməkdə  olan 

təhsil, əhalinin savadlı təbəqəsinin yüksəlməsi ədəbi dili mühkəmlənməsində 

böyük rol oynamışdır. 

 Lakin  bu  artıq  kolonistlər  tərəfindən  Avstraliyaya  gətirilən  ədəbi  dil 

olmayıb,  ölkənin  özünəməxsus  mühitində  inkişaf  etmiş  ədəbi  dil  idi.  Bu, 

xüsusi  leksik-semantik  yol  keçmiş  bir  dil  idi.  Leksikada  dəyişiklik  iki 

istiqamətdə baş verirdi. Bir tərəfdən, yeni şəraitdən sözlərin mənaları, bəzən 

isə sözün özü tamamilə aradan çıxırdı. Avstraliya şəraitində aşağıdakı ingilis 



Filologiya məsələləri, №4, 2017 

 

67



sözlərinin ifadə etdiyi mənalar bu sözlərin ilkin mənalarından xeyli dərəcədə 

fərqlənirdi:  woods,  fields,  brook,  stream,  inn,  village  və  s.  Digər  tərəfdən 

Böyük Britaniya ingiliscəsində seyrək işlənən və yaxud da qeyri-məlum olan 

sözlər  məhsuldar  şəkildə  istifadəyə  daxil  olurdu:  scrub,  gully,  creek, 

paddock, billabong, township və s. Bundan başqa, yerli fauna və floraya aid 

yüzlərlə  yeni  sözlər  dilə  daxil  olurdu:  koala,  dingo,  mallee,  goanna, 

platypus, kookaburra və s. Məlum olduğu kimi, yeni əşya və yaxud hadisəni 

istifadə etmək üçün söz seçməkdə dialektdən, başqa dillərdən söz almaqdan 

və yaxud həmin fikri ifadə edən mürəkkəb söz düzəltməkdən bir üsul kimi 

istifadə edilə bilir. Bütün bu üsullar bu və ya digər dərəcədə həmin dövrdə 

Avstraliya ingiliscəsinin formalaşmasında istifadə edilmişdir. Bəzi dilçilərin 

fikrincə,  Avstraliyada  həmin  prosesdə  Britaniya  dialektlərindən  daha  çox 

istifadə  edilmişdir.  Misal  üçün,  şimali  İrlandiya  dialektinə  məxsus  mudfat 

“çox yağlı” (heyvanlara aid), staggering bob (təzə doğulmuş heyvan-buzov), 

klaypan  (uzun  müddət  qurumayan  gölməçə),  waterhole  (su  quyusu)  və  s. 

dialektizmlər  geniş istifadə olunmuşdur. Həmin  sözlərin bir  çoxu  semantik 

dəyişməyə  məruz  qalmışdır.  Misal  üçün,  chook  (“götür”)  sözü  İngiltərənin 

bir  sıra  cənub  dialektlərində  sahibkarın  donuzu  və  yaxud  toyuqları 

yemləmək  üçün  çağırarkən  istifadə  etdikləri  chookey  sözündən  əmələ 

gəlmişdir. İngilis dialektində “otlağın bir hissəsi” və yaxud “ümumi otlaqda 

heyvan otarmaq hüququ” mənasında işlənmiş run sözü Avstraliyada böyük 

otlaq  sahəsini  ifadə  edir.  Avstraliya  ingilis  dilində  təşəkkül  tapmış  bəzi 

leksik vahidlər sonralar intensiv sözdüzəltmə mərkəzinə çevrilirlər. ”Stock” 

sözünü  misal  gətirək  stockyard  (mal-qara  üçün  yer).  Sonrakı  onilliklər 

ərzində  stock  sözündən  stockrun,  stockstation,  stockkeeper,  stockman 

(maldar),  stocfarm,  stockhouse  (ferma),  stockhut  (pəyə),  stock  keep 

(maldarlıqla  məşğul  olmaq),  stockrider  (çoban)  kimi  sözlər  yaranmışdı. 

Göstərdiyimiz  misallarda  ən  maraqlı  cəhət  ingiis  dilinin  Avstraliya 

variantında  erkən  mərhələdən  başlayan  və  inkişaf  edən  sözdəyişmə  və 

sözdüzəltmə  prosesləridir.  Paddock  (tarla)  və  run  (otlaq)  dialektizmləri  də 

Avstraliyada şəraitə uyğun dəyişir və ədəbi dildə işlənməyə başlayır. İngilis 

dialekt  lüğətində  “run”  otlağın  bir  hissəsi  və  ya  ümumi  otlaqda  heyvan 

oturmaq  hüquqi  kimi  izah  olunur.  İngilis  dilinin  Avstraliya  variantında  bu 

söz  fermerlər  tərəfindən  otlaq  kimi  işlədilən  böyük  ölçülü  açıq  sahə 

deməkdir. Bu söz ilk dəfə ingilis dilinin Avstraliya variantında 1804-cü ildə 

işlədilib  və  30-cu  illərdə  artıq  işlək  sözə  çevrilib  və  cattle  run,  stock  run 

(maldarlıq ferması), sheep run (qoyunçuluq ferması), back run (xutor) kimi 

söz  birləşmələrinin  əsasında  işlədilib.  Avstraliyaşünasların  fikrincə,  ingili 

dilinin Avstraliya variantıın əsas maraq doğuran sözü dinkum-dır. XIX əsrdə 

bu söz “iş”, “əmək” mənasında işlədilirdi. O, artıq Avstraliyada bu mənada 

işlədilmir.  İndi  Avstraliya  ingiliscəsində  “dinkum”  –  oyun,  “fair  dinkum” 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə