Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə23/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   19   20   21   22   23   24   25   26   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

59



variantda  demək  mümkündür.  Birincisi,  neytral  variantdır ki,  həmin  cümlə 

reallaşdığı mətnə uyğun olaraq neytral deyilir. Yuxarıda verdiyimiz deyiliş 

buna bariz nümunədir. 

(2) /Ana```r baout in the bookshop one book//(Ana```r mağazadan kitab 

aldı// 

(3) /Anar baout a book in the boo```kshoping, not at the market// (Anar 



mağa```zadan (bazardan yox) kitab aldı// 

(4) /Anar baout in the bookshoping a boo```k, not a noticebook//(Anar 

mağazadan kita``b (dəftər yox) aldı// 

(5)  /Anar  baou```t  (not  receved)  in  the  bookshoping  a  book//(Anar 

mağazadan kitab aldı`` (götürmədi))). 

Göründüyü  kimi,  informasiyanın  verilməsində  intonasiyanın,  xüsusilə 

də onun ayrılmaz komponenti olan vurğunun rolu inkar ediilməzdir. Dilçilik 

ədəbiyyatında  bunu  bir  qayda  olaraq  məntiqi  vurğu  ilə  bağlayırlar.  Ancaq 

bunun  məntiqi  vurğuya dəxli  yoxdur.  Sadəcə  olaraq  ənənəvi  dilçilik  tema- 

rema  qarşılaşmasından  uzaq  olduğu  üçün  dildəki  bu  funksiyanı  doğru 

olmayaraq  dilxarici  faktorla  bağlamağa  çalışmışdır  T.Nikolayeva).  Son 

zamanlar  cümlədən  böyük  hesab  edilən  diskurs  və  mətn  təhlilində  tema- 

rema  qarşılaşmasına  böyük  önəm  verilir  və  danışanın  niyyəti,  habelə 

konsituasiyanın tələbinə görə hər bir sintaqmın intonasiya konturu müəyyən 

edilir,  danışıqda  sintaqmlararası  əlaqənin  intonasiyada  inikası  xüsusilə 

eksperimental  tədqiat  üsulu  ilə  geniş  araşdırılır  və  cümləfövqü  bütövün 

konkret  əlamətləri  açılıb  göstərilir.  Burada  xüsusi  qeyd  etməliyik  ki,  D. 

Breyzil  demişkən,  guya  diskurs  intonasiyasında  danışan  intonasiya  kon-

turunda  zirvəni,  tonun  hərəkətini,  açarı  və  bitkinliyi  seçir  (Brazil).  Əvvəla 

onu deməliyik , ton və zirvə bir- birindən ayrı mövcud ola bilməz. Bunlar 

tonun hərəkətində  müşahidə olunan variasiyalardır. İnformasiya cəhətindən 

mühüm  olan  sintaqmda  ton  hərəkəti  yüksəlir,  ən  yüksək  səviyyədə  olduğu 

üçün onu zirvə adlandırırlar. Digər tərəfdən Brazilin piki, yəni zirvəni tonik 

və qeyri- tonik hissələrə bölməsi uydurma bir şeydir. İntonasiya konturunun 

reallaşmasında zirvə cümlə və ya sintaqm vurğus daçıyan sözün üzərində ola 

bilər. Bu baxımdan vurğulu və vurğusuz komponentlərdən danışmaq düzgün 

olardı. Hər halda ingilis aliminin terminini uğurlu hesab etmək olmaz. İngilis 

dilçiləri  L.Blumfilddən  başlayaraq  intonasiyanı  tonla  eyniləşdirirlər  (8; 

10;14;  15).  Onlar  bir  qayda  olaraq  tonun  5  növünü  fərqləndirirlər:  qalxan 

ton; qalxıb- enən ton; enən ton; enib-qalxan ton; düz ton (16).  

Maraqlıdır  ki,  birinci  iki  tonu  ingilis  alimləri  deklarativ  ton 

adlandırırlar.  Qalxan  və  enib  –qalxan  tonu  dayaq  tonları,  axırıncı  ton  isə 

yuxarıdakı  iki  tondan  kənarda  qalır,  yəni,  onlıarın  fikrincə,  bu  axırıncı  ton 

istənilən  sözün  üzərində  ola  bilər.  Hesab  edirik  ki,  bunu  kontrastiv  ton 

adlandırmaq  daha  düzgün  olardı,  çünki  kontrast  təşkil  edən  söz  bütün 



Filologiya məsələləri, №4, 2017 

 

60



parametrlərə  görə  yüksək  akustik  göstəricilərlə  səciyyələnir.  Amerikan 

deskriptivizminin  görkəmli  nümayəndəsi  H.Qlisson  hesab  edir  ki,  müxtəlif 

cümlə növləri intonasiya sayəsində müxtəlif mənalar bildirdiyinə görə cümlə 

intonasiyasını  morfemlə  eyniləşdirmək  olar.  O  yazır:  „Hər  bir  cümlə 

müəyyən intonasiya şəklilə səciyyələnir və iki, üç və dörd fonem-tondan və 

bir  tamamlayıcıdan  ibarət  konkret  intonasiya  konturu  ilə  formalaşır.  İnto-

nasiya  şəkilləri  fonemlər  deyil,  morfemlərdir  „  (12,  s.85)  .  Bu  alim  həmin 

səhifədə yazır ki, morfem qrammatikanın ən kliçik vahididir. Məsələnin bu 

şəkildə  qoyuluşuna  etiraz  edən  F.  Veysəlli  bununla  bağlı  belə  yazır:  “ 

H.Qlissonun  intonasiya  konturunun  ton  fonemlərindən  ibarət  olması  fikri 

etiraz  doğurur,  çünki  belə  olduqda  seqment  və  superseqment  vahidlər 

arasındakı  fərq  aradan  qalxmış  olur.  Əslində  bunlar  müxtəlif  şeylərdir  və 

fərq ondan ibarətdir ki, fonemlərin danışıq aktında konkret mövqeyi vardır, 

halbuki superseqment vahidlər belə mövqeyə malik deyillər, onlar seqment 

vahidlərin üzərinə sərilir.“ (6, s. 23). Fransız dilçisi A. Martine də təxminən 

eyni  mövqedən  çıxış  edir.  O  yazır  ki,  fonemlər  prosodik  vahidlərdən 

fərqlənirlər,  axırıncılar  (prosodik  hadisələr-  L.Q.)  ikili  üzvlənməyə  məruz 

qalmırlar (6, s. 23). 

Fikrimizcə, bu məsələdə barışdırıcı mövqe elmin bugünkü səviyyəsinə 

cavab  verir.  Çünki  bu  gün  morfemlərin  bölgüsündə  seqment  vahidlərlə 

yanaşı superseqment morfemlərdən də danışırlar. 

Dünya  dilçiliyində  son  diskursun  və  koqnitiv  dilçiliyin  geniş  vüsət 

aldığı  indiki  dövrdə  alimlər,  xüsusilə  xarici  dilçilər  diskursun  və  mətnin 

üzvlənməsində  intonasiyanın  rolundan  danışanda  bəlli  olur  ki,  bunlar 

intonasiyanın nə olduğunu axıra qədər dərk etmirlər. Məhz bunun nəticəsidir 

ki,  amerikan  dilçiləri,  o  cümlədən  Q.Braun  və  J.Yul  mətnin  tonla 

üzvlənməsini  diskursun  vahidlərinə  bərabər  tuturlar.  Özü  də  minimal 

üzvlənmə  vahidi  kimi  paratonu  göstərirlər.  Onlar  güman  edirlər  ki,  yazılı 

mətndə paraqraf nədirsə, şifahi mətndə də paraton o deməkdir. Paraqraf kimi 

paraton ən kiçik intonasiya vahid kimi çıxış edir (G. Braun, J. Youl). Əvvəla, 

bəri  başdan  onu  deyək  ki,  yazılı  mətnlə  şifahi  mətnin  üzvlənməsi  üst-üstə 

düşmür.  Yazıda  nöqtə-vergül  qoyulan  yerdə  heç  də  fasilə  etmək  məcburi 

deyil. İkincisi, yazılı mətndə vergül və nöqtəli vergül olub- olomamasından 

asılı  olmayaraq  intonasiya  parametrləri  özlərini  müstəqil  aparır  və  mətnin 

mənasına  uyğun  olaraq  fəaliyyət  göstərirlər.  Üçüncüsü,  şifahi  danışıqda 

bəzən  intonasiya  komponentləri  arasındakı  interval  mühüm  rol  oynayır. 

Dördüncüsü,  istənilən  şifahi  danışıq  vahidində  vurğu  həlledici  rol  oynayır. 

Nəhayət,  mətnin  və  cümlənin  üzvlənməsi  vahidi  kimi  yalnız  sintaqmı 

götürmək  doğru  olardı.  Şerba  məktəbinin  işləyib  hazırladığı  fonoloji 

konsepsiyada  üzvlənmənin  ən  mühüm  vahidi  kimi  sintaqm  çıxıç  edir 

(Щерба).  Beləliklə,  paraton  paraqrafın  diskursda  və  ya  mətndə  intonasiya 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə