Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə22/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   18   19   20   21   22   23   24   25   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

57



LALƏ QURBANOVA  

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu  

Aparıcı elmi işçi 

lala.qedirova@mail.ru 

 

İNGİLİS DİLİNDƏ FİKRİN FORMALAŞMASINDA TONUN ROLU 



 

Açar sözlər:mətn intonasiyası, ton,cümlə əlaqələri,tema,rema; 

Key words: the intonation of text,tone,relations sentence,theme,rham; 

Ключевые слова: интонация текста,тон,приговор  

отношения,тема,рэма; 

 

Tədqiqatlarla tanışlıq göstərir ki, XX əsrin 70-80- ci illərində cümlə və 



cümləföfqü vahidlər, diskurs və mətn intonasiyasının təhlilinə dair bir neçə 

araşdırmaya rast gəlmək olur (3;5). Burada D. Bolincer (9), K. Payk (13), E, 

Vitçmanın (15) və s.-in intonasiyaya həsr etdikləri bir neçə əsəri xüsusi qeyd 

etmək lazımdır. Yuxarıda qeyd edildiyi kimi, ingilis və amerikan dilçiliyində 

tonun  hərəkəti  və  intonasiya  eyniləşdirilir.  Bu  yaxınlarda  çapdan  çıxmış 

əsərində  H.Gigerix  öz  sələfləri  kimi  intonasiyanı  tonla  eyniləşdirir  (11). 

Mətnin intonasiya baxımından təşkili, ondakı çoxmənalılıq tonun hərəkətin-

dən  asılı  kimi  götürülür  və  tonun  hərəkəti  interaktiv  mətndə  xüsusi  əlaqə 

vasitəsi kimi şərh edilir. Danışan nəinki intellektual informasiyanı, həm də 

öz emosiyalarını bildirməkdən ötrü seçim edir. Məşhur ingilis tədqiqatçısı D. 

Kristal  intonasiyanı  tonla  eyniləşdirməklə  onun  6  növünü  fərqləndirir. 

Bunları o, aşağıdakı kimi göstərir: 

1.Emosional  ton;  2.Qrammatik  ton;  3.  İnformasiya  tonu;  4.Tekstual 

ton; 5.Psixoloji ton; 6. İndeksal ton (10,s.121-124).  

Bu  bölgüdən  belə  hasil  olur  ki,  guya  tonun  müxtəlif  səviyyələrdə 

növləri  fərqlidir.  Fikrimizcə  bununla  razılaşmaq  olmaz,  çünki  eyni  intona-

siya konturu fərqli cəhətlərdən götürüldükdə onun növlərini şərti olaraq bir- 

birindən ayırmaq olar. Məhz buna görə bu bölgü ciddi qəbul edilə bilməz, 

çünki  D.Kristalın  tonları  subyektiv  xarakter  daşıyır,  bunlar  olsa-olsa  ton 

çalarları ola bilər. Konkret olaraq hər tonun ifadə etdiyi məna konsituasiya-

dan  asılıdır.  Dildə  ayrılıqda  informasiya  və  emosiya  üçün  tonlar  yoxdur, 

onlar  yalnız  birlikdə  ,  bir-  birinin  üzərinə  oturaraq  müəyyən  emosional  və 

intellektual mənaları verir. Bunları yalnız xüsusi təhlil nəticəsində müəyyən 

etmək olar. 

Bundan fərqli olaraq Leninqrad (S. Peterburq) Fonoloji məktəbi into-

nasiyanı  təhlil  edərək  onda  iki  funksiyanı  fərqləndirir:  1)  cümlədaxili 

funksiya;  2)  cümləxarici  funksiya.  Birinci  halda  söhbət  cümlənin  və  ya 

mətnin  daxili  təşkilindən  gedir.  İkinci  halda  isə  cümlə  və  mətnin  daxili 




Filologiya məsələləri, №4, 2017 

 

58



bağlılığı  olan  sintaqmlara  üzvlənməsindən  gedir.  Yalnız  intonasiyaya  belə 

yanaşıldıqda onun əsl mahiyyətini açıb göstərmək olar(6). Aydındır ki, hər 

bir  intellektual  mənada  bir  emosional  çalar  ifadə  olunur.  Hər  hansı  bir 

kommunikativ tipdə eyni vaxtda arzu, istək, təəccüb, heyrət, tələb, xahiş və 

s. ifadə oluna bilməz. 

Ümumi şəkildə intonasiyanın aşağıdakı funksiyalarını fərqləndirmək olar: 

1.Ümumi  formal  əlamətlərlə  ifadə  olunan  funksiyalar.  Buraya  ilk 

növbədə  qrammatik  funksiya  aiddir.  Cümlədə  və  mətndə  qrammatik  və  ya 

leksik  vasitələrin  iştirakından  asılı  olaraq  ifadə  olunan  məna  dəqiqləşir, 

konkret ifadəsini tapır. Hələ böyük rus alimi A.M.Peşkovski bu funksiyanı 

kompensasiya  qanunu  adlandırmışdı  (Peşkovski).  Məsələn,  /Mən  görmü-

rəmmi, o lazımsız cəhdlər edir//. Bu cümlədə sual bildirən /-mı/ ədatı suallığı 

aydın  ifadə  etdiyiu  üçün  onun  intonasiya  vasitəsilə  xüsusi  qabardılmasına 

ehtiyac qalmayır. Biz deyəndə ki, “?Kim ona icazə verib ki, mənim işlərimə 

qarışsın?”  sual  cümləsində  suallıq  intonasiyasının  qabardılmasına  ehtiyac 

qalmır.  F.  Veysəllinin  apardığı  eksperimental-  fonetik  tədqiqat  göstərdi  ki, 

A.M. Peşkovskinin kompensasiya qanunu qismən özünü təsdiq edir. 

2. Şəxslərarası münasibətlərin ifadəsi funksiyası. Buraya xahiş, minnət, 

müraciət,  tələb,  təklif,  təsdiq,  inkar,  yalvarış,  nifrət,  tərəddüd,  yoxlama, 

bildiriş,  nəsihət  və  s.  çalarlıqların  ifadəsi  aiddir.  Aşağıdakı  nümunələrə 

müraciət edək: 

1. / İf you have a time, come, please, to us// (Vaxtınız olanda bizə baş 

çəkməyinizi xahiş edirəm) (xahiş/. 

2. /İ // (Artıq dərəcədə minnətçi düşürəm, nolar, bizə gəlin) (minnət). 

3.  /İ  to  you,  tell,  please,  yes// (Sizə müraciət  edirəm,  buna  hə  deyin) 

(müraciət) 

4. /The goverment this from you// (Hökümət sizdən bunu tələb edir// 

(tələb) və s.  

3.Kontrastiv  seçim  imkanının  ifadəsi.  Bu  zaman  danışan  seçim 

qarşısında qalaraq mümkün variantlardan birini seçməli olur. Məsələn,  

/You must do it or İ shall inform you mother this about// (Sən ya bunu 

edəcəksən, ya da mən sənin anana bu barədə xəbər verəcəyəm) .  

Azərbaycan  tədqiqatçısı  C.  Axundov  alternativ  sual  cümlələrinin 

intonasiya  xüsusiyyətlərini  eksperimental-fonetik  yolla  tədqiq  etmiş  və  bir 

sıra maraqlı nəticələrə gəlmişdir (1). O, tədqiqatının nəticələrini şərh edərkən 

yazır: „ Bir qayda olaraq hər iki tərəfin sadə cümlədən ibarət olan alternativ 

sualların  birinci  hissəsinə  aid  sintaqmın  son  hecasında  əsas  ton  yüksəlir, 

ikinci hissəyə aid sintaqmın sonunda isə enir„ (1, s. 190).  

Cümlədə tema- rema münasibətlərinin ifadəsi funksiyası. Bu yanaşma-

da  cümlənin  intonasiyaca  deyilişindən  asılı  olaraq  ondakı  tema-  rema 

münasibətləri dəyişir. Məsələn, (1) /Anar mağazadan kitab aldı// cümləsini 5 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə