Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə24/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   20   21   22   23   24   25   26   27   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

61



üzvlənməsinin vahidi kimi götürülə bilməz. Bununla yanaşı qeyd edilməlidir 

ki,  paratonun  özü  qeyri-  müəyyəndir,  onun  ölçüsü  yoxdur,  əvvəlilə  axırını 

müəyyənləşdirmək  qeyri-  mümkündür.  Dilin  yazılı  formasında  paraqraf 

sintaktik- orfoqrafik-semantik bütöv kimi təyin edilir, onun əvvəli ilə sonu 

yazıda  əksini  tapır.  Danışıqda  isə  deyilən  hər  şey  bir  kontiuum  təşkil  edir, 

onu  parçalara  bölmək  üçün  intonasiya  komponentlərinin  birgə  təhlili  əsas 

götürülür. Bu baxımdan sintaqm fonetik- qrammatik və semantik bütöv kimi 

götürülür  ki,  bu  da  form  ilə  mənanın  birgə  fəaliyyətindən  hasil  olur. 

Deyilənlərdən  belə  nəticəyə  gələ  bilərik  ki,  intonasiya  baxımından 

danışılanın paratonlara  bölünməsinin  elmi  əsası  yoxdur.  Ona  görə  də  o bir 

yanaşma kimi qəbul edilə bilməz.  

 

Ədəbiyyat: 



 

1.  Axundov C..M.Azərbaycan dilində sual cümlələri (eksperimental-

fonetik təhlil).Bakı:Elm, 1999, 229 s. 

2.  Veysəlli  F.Y.  Fonetika  və  fonologiya  məsələləri.Bakı:  Maarif,  1993, 

192 s. 

3.  Veysəlli F.Y Diskurs təhlilinə giriş. Bakı: “Təhsil”NPM, 2010, 141 s. 



4.  Пешковский  А.М.  Русский  синтаксис  в  научном  отношении.  М.: 

Уч.педг.из, 1957, 511 с. 

5.  Глисон  Г.  Введение  в  дескриптивную  лингвистику.  М.:  Изд-во 

ЛКИ, 1959, 485 с. 

6.  Вейсалли Ф. Избранные труды. II ,Баку,2014, 522 стр. 

7.  Маслов Ю.С. Введение в языкознание. М.: Высшая школа, 1987, 

272 с. 

8.  Bloomfield L. Language. Motilal Bonarsidess Publ, 1995, 566 p. 



9.  Le Merton Bolinger D. Intonation and its uses: melody in grammar and 

discours.Standford University, 1989, 470 p. 

10. Crystal  D.  Prosodic  Systems  and  Intonation  in  English. 

Cambridge:Cambridge University,1969, 381 p. 

11. Giegeric  H.J.  English  Phonology.  An  Introduction.  Cambridge 

University,2003,333 p. 

12. Gleason H.Linguistics and English Grammar.New York,1966,519 p. 

13. Pike K. Practical Phonetics of Rhythm Waves. Michigan,1962, p.9-30. 

14. Wichmann  A.  Intonation  in  Text  and  Discourse:  beginnings,  middles 

and ends. Longman, 2000,162 p. 

15. Waterman  J.  Perspectives  in  Lingistics.Phonix  Books,  Chicago 

University Press,1963,105 p. 

16. Johns-Lewis  C.  Intonation  in  discourse.  British  Association  for 

Applied Linguistics.Routlege, 1986, 302 p. 




Filologiya məsələləri, №4, 2017 

 

62



L.Gurbanova 

The role of the melody forming of the thought in English language 

Summary 

 

The paper is dedicated to the role of the intonation and melody in the 



English language. These problems are interpreted on the basis of material of 

English language. Here also the author brings to light a role of intonation and 

melody  which  is  reveals  the  semantics  of  the  sentence  and  text.The  tone 

have  important  role  of  formation  of  the  thoughtThe  main  components  of 

intonation have been considered in the article from different aspects. In this 

paper  is  noted  that  ,  special  role  of  the  intonation  and  melody  which  is 

opening  the  meaning  of  the  text  and  sentences.  In  the  article  is  remarked 

about  the  types  of  melody  in  the  English  language.  Grammar  is  closely 

connected with intonation and the tone of speech act. In the article is given a 

scrupulous analysis of some English sentences. All items of the article are 

affirmed  by  means  of  a  rich  scientific  theoretical  material  reflecting  many 

achievements of scientists linguists. 

Л.Курбанова  

Роль мелодии в формировании мысли в английском языке 

Резюме 

 

Статья  посвящена  роли  интонации  и мелодии  в  английском  языке. 



Эти проблемы интерпретируются на основе материала английского языка. 

Здесь также автор выявляет роль интонации и мелодии, которая раскры-

вает семантику предложения и текста. Основные компоненты интонации 

были рассмотрены в статье с разных сторон. В этой статье отмечается, что 

особая  роль  интонации  и  мелодии  открывает  смысл  текста  и 

предложений. В статье отмечается о типах мелодии на английском языке. 

Тон играет важную роль в формировании мысли.Грамматика тесно связа-

на с интонацией и тоном речевого акта. В статье дан скрупулезный анализ 

некоторых  английских  предложений.  Все  элементы  статьи  подтверж-

даются  с  помощью  богатого  научно-теоретического  материала,  отра-

жающего многие достижения ученых лингвистов. 

 

Rəyçi:     Fəxrəddin Veysəlli 



                      Professor 

 



Filologiya məsələləri, №4, 2017 

 

63



GÜNEL RAMAZANOVA  

ADU 


gunelramazanova81@gmail.com 

 

İNGİLİS DİLİNİN AVSTRALİYA VARİANTININ YARANMASI 



 

Açar  sözlər:  aborigen,  standart  ingilis  dili,  dialekt,  slenq,  müstəmləkə, 

linqvistik, ekstra-linqvistik. 

Key  words:  aborigine,  standard  English,  dialect,  slang,  colony,  linguistic, 

extra-linguistic.  

Ключевые  слова:  абориген,  стандартный  английский  язык,  диалект, 

сленг, колония, лингвистический, экстра-лингвистический. 

 

Ingilis  dili  uzun  əsrləri  əhatə  edən  böyük  bir  inkişaf  mərhələsi  keç-



mişdir.  Məlum  olduğu  kimi  ingilis  dili  eramızın  V  əsrindən  başlayaraq 

Britaniya  adalarını  işğal  etmiş.  Germandilli  anqlo-sakson  və  s.  tayfa 

dialeklərinin  qovuşmasından  əmələ  gəlmi.dir.  Bu  dilin  ilk  yazılı  abidələri 

eramızın VIII əsrinə aiddir. Lakin həmin əsrdə danışılmış ingilis dili müasir 

ingilis  dilindən  o  dərəcədə  fərqlənir  ki,  hətta  ingilislər  ğzləri  onu  başa 

düşmürlər.  Həmin  dil  anqlo-sakson  və  yaxud  Qədim  ingilis  dili  adlanır. 

Qədim  ingilis  dili  dövrü  təxminən  XII  əsrin  sonunadək  davam  etmişdir. 

Yalnız  ikinci  inkişaf  dövründən  başlayaraq  ingili  dili  müasir  dilə 

yaxınlaşmağa başlamış və XIV əsrin ikinci yarısından “standart ingilis dili” 

adlanan mərhələyə qədəm qoymuşdur. 

Həmin dövrdə Londonun da daxil olduğu Şərq mərkəz dialekti ümumi 

ədəbi  dil  səviyyəsində  formalaşmağa  başladı.  Haqqında  danışılan  bu  dil 

Britaniya  ərazisində  formalaşan,  sonrakı  əsrlərdə  linqvistlər  tərəfindən 

standart  ingilis  dili  adlandırılacaq  dil  idi  Amerika,  Avstraliya  və  başqa 

ərazilərdə  məskunlaşan  ingilisdilli  əhalinin  danışdığı  dil  ingilis  dilinin 

müxtəlif variantları səviyyəsində inkişaf etməkdə idi. 

Bəzi  dilçilərin  fikrincə,  Avstraliyada  işlənən  ingilis  dilini  dialekt  və 

yaxud  variantdan  daha  şox  ləhcə  hesab  etmək  doğru  olardı.  Lakin  əksər 

dilçilərin  fikrincə,  ingilis  dilinin  Avstraliya  variantından  danışarkən,  onun 

Britaniya  ingiiscəsindən  yalnız  ləhcə  fərqindən  söhbət  gedə  bilməz. 

Avstraliya  variantında  çox  dərin  proseslər  baş  vermiş,  bu  proseslər  dilin 

geniş  leksik-semantik  sahəsini,  qismən  də  qrammatika  və  fonetikanı  əhatə 

etmişdir.  

Sözün  əsl  mənasında  saysız-hesabsız  dil  faktlarını  əks  etdirən  avs-

tralizmlər meydana çıxmışdır və bu məfhum altında ingilis dilinin Avstraliya 

variantına mənsub olan, Britaniya ingiliscəsində ya mövcud olmayan, ya da 

həmin variantdakından kəskin surətdə fərqlənən dil vahidləri nəzərdə tutulur. 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə