Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə25/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   21   22   23   24   25   26   27   28   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

64



Aşağıda  görəcəyimiz  kimi,  avstralizmlər  Britaniya  variantından  həm 

üslubi işlənmə məqamlarına, həm də birləşmələr əmələgətirmə spesifikasına 

görə əsaslı şəkildə fərlənir. 

Avstraliyada danışılan ingilis dilinin ləhcə, dialekt və yaxud da xüsusi 

variant  olduğunu  aydın  şəkildə  görmək  üçün,  hər  şeydən  əvvəl,  əsrlər 

boyunca  onun  daxilində  müxtəlif  amillərlə  sıx  əlaqəli  şəkildə  yaranmış 

leksik-semantik prosesləri tam həcmdə təhlil etmək vacibdir. 

İkinci  dünya  müharibəsindən  başlayaraq  Avropanın  bir  çox 

hissələrindən  gəlmiş  yeni  avstraliyalılar  adlanan  immiqrantların  hesabına 

əhalinin sayı xeyli artdı. Yerlilərlə ingilis mənşəli immiqrantların, habelə, al-

man,  italyan,  skandinav  və  s.  mənşəli  adamların  qarşılıqlı  ünsiyyəti  nə-

ticəsində ölkədə danışılan ingilis dilində xeyli alınma sözlər meydana çıxdı. 

Artıq  XIX  əsrin  sonunda  ingilis  dilinin  Avstraliya  variantında  onu 

Britaniya  ingiliscəsindən  fərqləndirən  müəyyən  tələffüz  fərqləri  aydın 

görünürdü. 

İngilis  dilinin  Avstraliya  variantının  fərqli  istiqamətdə  inkişafını 

şərtləndirən  amillərdən  biri  ondan  ibarət  idi  ki,  burada  milli  dil  daha  çox 

Britaniyadan  gətirilmiş  ayrı-ayrı  dialektlər  əsasında  formalaşırdı. 

Avstraliyaya  sürgün  olunanların  əksəriyyəti  İngiltərənin  cənubundan  və 

İrlandiyadan  idi.  Beləlklə,  Avstraliyada  sakin  olmuş  ingilis  dili 

daşıyıcılarının  əksəriyyəti  əslində  az-çox  normalaşmış  ingilis  dilinin 

daşıyıcıları idi. 

Avstraliya əhalisinin ictimai mənşəyinə gəldikdə isə, onların əksəriy-

yəti  fəhlə  və  müflisləşmiş  kəndlilərdən  ibarət  idi.  Tətqiqatçı  A.Mitçelin 

fikrincə,  Avstaraliyada  danışılan  ingilis  dili  “fəhlə  sinfinin,  yoxsul  və 

savadsız adamlar dili” olmuşdur. Bununla bərabər ölkənin məskunlaşmasının 

ilk on ili ərzində köçkünlərin arasında varlı sinflərin –zabitlərin, məmurların, 

ziyalıların  və  s.  nümayəndələri  az  deyildi.  Avstraliyaya  gətirilən  “standart 

ingilis dilini” məhz onlar təmsil edirdilər. 

İngilis  dilinin  Avstraliya  variantının  inkişafında  eksta-linqvistik 

amillər  də  güclü  rol  oynayırdı.  Təbii-coğrafi  və  ictimai  şərtlər  bu  amillər 

arasında xüsusi yer tuturdu  

Koloniyalaşmanın  ilk  illərində  ölkədə  orta  əsr-  türmə  rejimi  hökm 

sürürdü. 

Avstraliyanın həmin dövrü jail on a large scale – “böyük türmə” dövrü 

adlandırmışlar. Həmin dövrdə ölkənin maddi və mənəvi vəziyyəti çox aşağı 

səviyyədə idi. Milli ədəbiyyat formalaşmamışdı, əhali təbii fəlakətlərə, vəhşi 

heyvan və ilanlara qarşı ağır mübarizə dövrünü yaşayırdı. Bu amillər xalqın 

mədəniyyət  və  dilinə  təsir  etməyə  bilməzdi.  Belə  bir  vəziyyətdə  standart 

ingilis dilinin bir ovuc daşıyıcısının ləhcəsi həlledici rol oynaya bilməzdi və 

bu ləhcə bir neçə nəsildən sonra öz təsirini tamamilə itirmişdi. 



Filologiya məsələləri, №4, 2017 

 

65



XIX əsrin 30-cu illərinədəkölkədə danışılan ingiis dilindən, demək olar 

ki,  heç  bir  mənbə  yoxdur.  Yalnız  1812-ci  ildə  nəşr  edilmiş  Avstraliya 

slenqlərinin  lüğəti  məlumdur.  Həmin  dövrdə  Avstraliya  ləhcəsi  artıq  xeyli 

slenq  və  ifadələrlə  zənginləşmişdi.  XIX  əsrin  təhsil  görmüş  ingilisləri 

Avstraliyaya gələrkən onların nəzərində tamamilə vulqurlaşmış ingilis dilinə 

rast gəlirdilər. Bu baxımdan E.C.Çeyvildin münasibəti diqqəti cəlb edir. O, 

1829-cu  ildə  yazırdı  ki,  bizim  aşağı  siniflərdən  olan  adamlar  Avstraliyaya 

özünəməxsus  bir  dil  gətirmişlər  və  düzgün  ingilis  dili  bu  kaloniyanın  dili 

deyildir  və  çətin  ki,  olsun.  Həmin  müəllifin  1840-cı  ildə  yazdığıa  görə 

“türmədən  tutmuş  qubernatorun  iqamətgahınadək  hər  yerdə  slenqlərdən 

geniş  istifadə  olunur.  Ölkənin  qanunverici  parlamenti  yaranarsa,  belə 

leksikon tamamilə münasib və “qanuni” şəkil ala bilər. 

Avstraliya  tələffüzü  haqda  ilk  məlumat  artıq  gəlmələrin  ilk  nəslinin 

böyüdüyü illərə - XIX əsrin 30-cu illərinə təsadüf edir. 

Mark Berni adlı kollec direktoru Avstraliyada iki cür tələffüzün- yaxşı 

tələffüzün(good  speech)  və  “kokni”nin  olduğunu  yazmışdır.  O,  “kökni”yə 

aşağıdakı xüsusiyyətləri aid etmişdir: 

a)  Söz sonunda g səsinin buraxılışı: shilin(shilling), singin(singing); 

b)  “A” hərfinin demək olar ki, bəzi sözlərdə i [ai] kimi oxunması a 

fate; 


c)  “O”-nun  (məsələn  hope  sözündə)  demək  olar  ki,  ow  kimi 

oxunması 

d)   ( a cow sözündə olduğu kimi); 

e) 


saitlər arasında r səsinin meydana çıxması: I saw-r-im və s. 

 İngilis dilinin Avstraliya variantının meydana çıxmasında fon rolunu 

oynamış  təbii  xüsusiyyətlər  ilə  bağlı  olan  slenqlərin  əhəmiyyəti  böyük 

olmuşdur.  S.Beykerin  fikrincə,  bu  lüğət  Avstraliya  dilinin  XIX  əsrin 

əvvəlindəki  vəziyyətini  əks  etdirir.  Bunu  sübut  etmək  üçün  o  aşağıdakı 

sözlərə nümunə göstərir: chum-a fellow, new chum- yeni immiqrant; to pur 

down upon- to dislike və s. 

 Həmin  lüğətdə  öz  əksini  tapmış  avstralizmlərin  bir  hissəi  sonralat 

bədii  ədəbiyyata  da  daxil  olmağa  başladı.  Misal  üçün  A.Harris  aşağıdakı 

sözləri  əsərlərinin  dilində  istifadə  etmişdir:  blunt,  brads(money), 

crass(illegal  practices),  dab(bed),  flat(honest  man),  trap(a  policeman),  the 

family(the whole fraterniy of thieves), swag(a stolen wearing-apperal, linen 

or piece-goods) və s. 

Lakin  artıq  A.Harrisin  dövründə  bu  jarqon  mənaca  dəyişərək,  cib 

oğrusunu deyil, mal-qara oğrusunu ifadə edirdi. 

 XIX  əsrin  axıranadək  slenq  arqoları  əks  etdirən  daha  bir  neçə  lüğət 

nəşr olunmuşdur. Lentsner və başqa lüğətçilərin fikrincə, Avstraliya slenqləri 

bilavasitə Avstraliya həyat tərzini əks etdirdiyindən, onları slenq yox adi söz 




Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə