Microsoft Word 017 esas sayi doc



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə14/197
tarix08.07.2018
ölçüsü1,89 Mb.
#54544
1   ...   10   11   12   13   14   15   16   17   ...   197

Filologiya məsələləri, №4, 2017 

 

35



Bu  prosesi  təşkil  edən  fərdi  hissələr  heç  də  hər  zaman  eyni  formada 

birləşdirilmir, onlar fərqli formalarda fərqli zamanlarda tətbiq olunur.  

İmhofun(2004,  S.  3)  fikrincə  səriştəli  dinləyici  dinləmə  zamanı 

müxtəlif  fərqli  bacarıqları  tətbiq  etməlidir.  O  məlumat  qəbulu  zamanı  diq-

qətini  maksiumum  cəmləməyi  bacarmalı,  danışanın  dilini  anlamalı,  məz-

munu tam dərk etməli və situativ məzmunla bağlılıq yaratmalıdır. Dinləmə 

zamanı  belə  bir  hal  baş  verə  bilər,  dinləyən  danışanın  dilini  çox  gözəl 

anlayır, eşitmədə problemi  və  narahatçılığı yoxdur və  diqqətini  maksimum 

cəmləyə  bilir.  Lakin  danışanın  haqqında  bəhs  etdiyi  mövzu  dinləyiciyə 

tamamilə yaddır, o həmin mövzu haqqında heç bir fon biliyinə və məlumata 

malik deyil. Bu hala ən çox elmi terminlərin istifadə edildiyi mövzularda rast 

gəlinir.  Ancaq  bele  olduqda  bunun  üçün  psixoloji  cəhətdən  hazır  olmaq 

lazımdır. Hər hansı bir sahə haqqında olan elmi terminləri bilməyə bilərik, 

ancaq həmin sahəni dərhal oxşarlığı olan və bizə tanış olan digər sahələrlə 

müqayisə edərək və fon biliyimizi maksimum çalışdıraraq verilən məlumatın 

müəyyən hissəsini mənimsəyə bilərik.  

İmhof eşidib anlamaya nəzərən dinləyiciyə aşağıdakı tələbləri qoyur: 

•   Şagirdlər  müxtəlif  şifahi  mətnləri  fərqləndirməyi  və  dinləmə 

zamanı buna diqqət yetirməyi bacarırlar.  

•   Şagirdlər onların qarşısına qoyulan və müxtəlif dinləmə tapşırıqları 

ilə bağlı olan tələbləri tanıyır və əməl edirlər.  

•   Şagirdlər dinləyənin və danışanın niyyətinin şifahi ifadəyə birbaşa 

təsir etdiyini bilirlər.  

“Səriştəili  dinləməni”  tətbiq  etmək  üçün  bir  tərəfdən  dil  biliyi, 

məzmun və prosedual biliklər, digər tərəfdən isə “özünü idarəetmə bacarığı” 

zəruridir.  

Eşitmədən anlamaya 

Eşitmə orqanı ana bətnində 4 ay yarımdan sonra tam inkişaf etmiş olan 

yeganə  orqandır.  Canlı  anasının  bətnində  olarkən  artıq  anası  ilə  bərabər 

dinləyir.  Uşaq  dünyaya  gəldikdən  sonra  isə  məktəbdə  oxumağı  yazmağı 

öyrəndiyi kimi eşidib dinləmə qabiliyyətini də inkişaf etdirir. Kommunika-

siyanın  baş  tutması  üçün  insan  üçün  ilkin  vacib  şərt  eşidib  dinləmədir 

(Wermke, 1998, S. 3). Günterin (2008, S. 66, 68) fikrincə eşitmə və anlama 

uğurlu  söhbət  üçün  əsas  şərtdir  və  çox  insan  bu  bacarığa  malik  deyil. 

Cəmiyyətdə danışmaya yəni şifahi nitqə dinləmədən çox üstünlük verilir, bu 

o  deməkdir  ki,  insanların  əksəriyyəti  cavab  vermək,  fikir  bildirmək  üçün 

dinləyir. Dinləmə gündəlik həyat üçün vacib olduğu üçün hər kəs tərəfində 

əsaslı şəkildə öyrənilməli və əməl edilməlidir.  

Eşitmək, qulaq asmaq, dinləmək və eşidib anlama şəxsin sahib olduğu 

qabiliyyətlərdir, bunu tətbiq etmək isə tamamlilə avtomatik şəkildə baş tutur. 




Filologiya məsələləri, №4, 2017 

 

36



İlk  öncə  sadəcə  dinləmək  lazımdır,  Dinləmə  danışma  kimi  təməl  qabiliy-

yətlərdir, ancaq danışmanı öyrənmək, məşq etmək lazımdır.  

Son  dövrlərdə  dinləmə  mövzusunda  daha  geniş  araşdırma  işləri 

aparılmış  və  publikasiyaya  təqdim  edilmişdir,  buna  baxmayaraq  bu  sahədə 

uyğun ədəbiyyat və araşdırma işlərində çatışmazlıq müşahidə olunmaqdadır. 

Buna səbəb isə ötən dövr alimlərinin dinləməni bir qabiliyyət olaraq ayrıca 

tədqiq etməyə ehtiyac olmadığını, onun yazılı və şifahi kommunikasiya üçün 

yalnız  bir  vasitə  olduğunu  düşünmələridir.  Alman  dili  dərsliyi 

kitabında(Lange,  Neumann  &  Ziesenis,  1994,  S.  416)  bir  bölmə  ”eşitmə 

formaları və növləri ” mövzusuna həsr olunmuşdur, ancaq təəssüf ki, həmin 

bölmənin həcmi üç səhifə ilə məhdudlaşır. Həmin materialda da eşitməyə bir 

qabiliyyət olaraq az dəyər verildiyini görmək olar.  

Deyiləni  başa  düşmək  üçün  səs  dalğaları  qəbul  edilməli  və  beyində 

işləniləmlidir.  Danışılan  konsepsiyada  şəxsi  maraqların  və  həvəsin  olması 

onun  daha  uğurlu  alınmasını  təmin  edir.  Anlama  mövzusunda  auditiv  və 

akustik anlayışlarını bir birindən fərqləndirmək lazımdır. 

İlk öncə akustik anlamda bir nəzər salaq. Akustika mexaniki dalğaların 

qatı, maye və qaz mühitində yayılmasını, xüsusiyyətlərini, olduqları şəraitlə 

uyğunlaşmaları, canlılar üzərindəki fizioloji və psixoloji təsirlərini araşdıran 

elm  sahəsidir.  Akustik  yanaşmaya  nəzər  saldıqda  görürük  ki,  səs  dalğaları 

fiziki  kriteriyalar  əsasında,  məsələn  MP3  musiqi  cihazında  qəbul  edilir. 

Məsələn suyun şırıltısı, söhbət edən insanlar, göy gurultusunu sadəcə eşidilir 

və  konkret  hər  hansı  bir  informasiya  anlaşılmır  və  qəbul  edilmir.  Auditiv 

anlamda  isə  bir  addım  da  irəli  gedilərək  eşidilən  məlumat  analiz  edilir, 

işlənilir və informasiyanı anlamaq mümkün olur. Bu səbəbdən məlumatların 

auditiv  işlənilməsi  və  analiz  edilməsinin  bir  sahə  olaraq  araşdırılmağa 

ehtiyacı vardır.  

Barthes  (2006,  S.  76f)  və  Spiegel  (2009,  S.  189)dinləməni  üç  fərqli 

qruplara bölürlər: 

•   İlkin eşitmə 

•   Ikinci eşitmə 

•   Üçüncü eşitmə 

 

•    İlkin  eşitmə  qabiliyyətinə  bütün  canlılar  malikdirlər.  Bu  psixoloji 



eşitmə  olaraq  indikatorlara  istiqamətlənir.  Körpə  anasının  səsini  eşitdikdə 

ağlamağı dayandırır, pişik səs eşitdikdə başını qaldırır. 

•   Ikinci eşitmə dinləmə xarakteri daşıyır və bir addım daha da öndə 

olur. Bu mərhələdə eşidilən informasiyanın “şifrəsi açılır” və təsnifləşdirilir. 

Eşidib  anlama  ikinci  mərhələdə  artıq  eşidilib  qəbul  edilən  informasiyanın 

icrasına yönəlir.  




Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə